Məhkəmə qərarları › İş №3(3-8)-537/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-537/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-537/2026 04.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Hacıyeva Aytıkin Qurban qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” MTKnin nümayәndәlәri Hәsәnov İlham Xanlar oğlu vә X1, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin nümayәndәsi X3 iştirakları ilә, “xxxx” Mәnzil Tikinti Kooperativi barәsindә Azәrbaycan Respublikası İXM-nin 253.2-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin rәis müavini Ərşad Qurbanov tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә “xxxx” Mәnzil Tikini Kooperativi (VÖEN: **********) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair iş üzrә icraata barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin әmәlindә inzibati xәta tәrkibi olmadığından xitam verilmişdir (Hakim Kәrimova Firuzә Şahin qızı). İşin halları: Hüquqi şәxs “xxxx” Mәnzil Tikinti Kooperativinin Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 253.2-ci maddәsinin tәlәblәrini pozması barәdә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn tәrtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Birinci instansiya mәhkәmәsi yuxarıda göstәrilәn nәticәyә gәlmişdir. Qәrarla razılaşmayan * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin rәis müavini Ərşad Qurbanov apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә “xxxx” Mәnzil Tikinti Kooperativinin inzibati mәsuliyyәtә cәlb olunması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmәnin istinad etdiyi “Yaşıllıqların mühafizәsi haqqında' Azәrbaycan Respublikası Qanununun 3-cü maddәsindә xüsusi mülkiyyәtdә olan hәyәtyanı sahәsi deyildikdә fәrdi yaşayış evlәrinin hәyәtyanı sahәsi nәzәrdә tutulur. Belә ki, Torpaq Mәcәllәsinin 18-ci maddәsinә görә şәhәr, qәsәbә vә kәndlәrin hüdudları daxilindәki bütün torpaqlar yaşayış mәntәqәlәrinin torpaqları hesab edilir. Azәrbaycan Respublikası Kontitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 259-cu maddәsinin “Qeyd" hissәsinin 1-ci bәndinin vә hәmin Mәcәllәnin 314-cü maddәsinin “Yaşıllıqların mühafizәsi haqqında" Azәrbaycan Respublikası Qanununun 8 vә 9-cu maddәlәri baxımından şәrh edilmәsinә dair ##.##.2022-ci il tarixli qәrarına istinad edilәrәk göstәrilmişdir ki, Cinayәt Mәcәllәsinin 259cu maddәsinin "Qeyd hissәsinin 1-ci bәndindә әksini tapmış "xüsusi mülkiyyәtdә olan hәyәtyanı vә bağ sahәlәri" anlayışının geniş mәzmunda tәfsir edilmәklә "yaşayış mәntәqәlәrinin torpaqları" anlayışı ilә eynilәşdirilmәsi doğru hesab edilә bilmәz. “xxxx” Mәnzil Tikinti Kooperativinә mәxsus әrazi yaşayış mәntәqәlәrinin torpaqlarına aid edildiyindәn yaşıllıqların götürülmәsi vә ya köçürülmәsi sәlahiyyәtli dövlәt orqanlarının (bәlәdiyyәlәrin) qәrarı ilә hәyata keçirilә bilәr. Bundan başqa meşә fonduna daxil olmayan ağac vә ya kolların qanunsuz kәsilmәsi (götürülmәsi) vә ya mәhv edilmәsi faktının olması inzibati mәsuliyyәtin yaranması üçün kifayәtdir, hәmin yaşıllıqların uçotda olmaması şәxsi inzibati mәsuliyyәtdәn azad etmir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya Mәhkәmәsinә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin nümayәndәsi X2 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk әlavә olaraq ona verilәn suallara cavab olaraq bildirmişdir ki, araşdırma müraciәt üzrә aparılmışdır.Hәrçәnd orada yaşıllığın mәhv edildiyi göstәrilsә dә, araşdırma nәticәsindә köçürüldüyü müәyyәn edilmişdir. Yaşıllığın götürülmәsi ilә bağlı ekologiya idarәsinә müraciәt daxil olmayıb. Araşdırma sosial mediada jurnalistlәrin yaydığı müraciәt әsasında aparılmışdır. Apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” MTK-nin nümayәndәsi X1 çıxış edәrәk bildirdi ki, sözügedәn yaşıllıqlar iri gövdәli ağaclar deyil, boyu 50–80 santimetr olan qızılgül kollarıdır. Hәmin kollar plantasiyadan gәtirilәrәk binaların әtrafında әkilmişdir. Torpaq sahәsi xüsusi mülkiyyәtdәdir vә hәmin bina hәlә dövlәt komissiyasına tәhvil verilmәyib. Ərazidә tikinti-abadlıq işlәri davam edir. Mülkiyyәtdә olan torpaq sahәsindә öz vәsaitlәri hesabına әkdiklәri kolların dizayn vә abadlıq mәqsәdilә yerinin dәyişdirilmәsi hәr hansı inzibati xәta tәrkibi yaratmır. Apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etmişdir. Ona verilәn suallara cavab olaraq bildirmişdir ki, hәmin әrazi MMC-nin özünә mәxsus qapalı әrazidir. İş materiallarındakı fotoşәkillәr hadisә qeydә alınan әraziyә aid deyil. Ağaclar yerindәdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” MTK-nin nümayәndәsi Hәsәnov İlham Xanlar oğlu da eyni mәzmunlu çıxış edәrәk, apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә qәrar dәyişdirilmәdәn saxlanılmalı vә apellyasiya şikayәti tәmin edilmәmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respbulikasının İXM-nin 4-cü maddәsinә әsasәn Bu Mәcәllә insan vә vәtәndaş hüquqlarına vә azadlıqlarına hörmәt edilmәsi, qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirsizlik prezumpsiyası, әdalәtlilik vә inzibati xәtaların qarşısının alınması prinsiplәrinә әsaslanır. “Yaşıllıqların mühafizәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 3-cü maddәsinә әsasәn bu Qanun, meşә fondu torpaqlarında vә xüsusi mühafizә olunan tәbiәt әrazilәri vә obyektlәrindә olan yaşıllıqlar, xüsusi mülkiyyәtdә olan hәyәtyanı vә bağ sahәlәrindәki yaşıllıqlar, habelә kәnd tәsәrrüfatı mәhsulları istehsalı üçün istifadә edilәn bitkilәrdәn ibarәt yaşıllıqlar (әkinlәr) istisna olmaqla, ölkә әrazisindәki yaşıllıqlara şamil edilir. 13.1-ci maddәsinә әsasәn dövlәt ehtiyacları üçün yaşıllıq altına düşәn torpaqlar geri alındıqda, "Ətraf mühitә tәsirin qiymәtlәndirilmәsi haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymәtlәndirilmә (SEQ) vә әtraf mühitә tәsirin qiymәtlәndirilmәsi (ƏMTQ) sәnәdlәri vә hәmin sәnәdlәrin dövlәt ekoloji ekspertizasının müsbәt rәyi olan әrazi planlaşdırılması sәnәdlәrindә nәzәrdә tutulan, habelә strateji ekoloji vә әtraf mühitә tәsirin qiymәtlәndirilmәsinin aparılması tәlәb olunmayan, lakin dövlәt ekoloji ekspertizasının obyekti olan vә dövlәt ekoloji ekspertizasının müsbәt rәyi olan layihә hәyata keçirildikdә, şәhәrsalma vә tikinti qaydalarına zidd olaraq әkilmiş ağaclar yaşayış vә qeyri- yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac vә kol bitkilәri olan sahәdә sanitar qırma işlәri (qurumuş, müalicәsi mümkün olmayan xәstә ağac vә kol bitkilәrinin kәsilmәsi vә sair) aparıldıqda, texnogen vә ya tәbii xarakterli fövqәladә hallar (ekoloji fәlakәt) baş verdikdә vә onların nәticәlәri aradan qaldırıldıqda, ağac vә kol bitkilәri yerüstü vә yeraltı mühәndiskommunikasiya tәminatı sistemlәrinә mane olduqda yaşıllıqların götürülmәsinә yol verilir. "Yaşıllıqların mühafizәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 13.8-ci maddәsinә uyğun olaraq hazırlanmış, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2016- cı il 30 avqust tarixli *** nömrәli qәrarı ilә tәsdiq edilmiş "Yaşıllıqların götürülmәsi Qaydası” meşә fondu torpaqlarında vә xüsusi mühafizә olunan tәbiәt әrazilәri vә obyektlәrindә olan yaşıllıqlar, xüsusi mülkiyyәtdә olan hәyәtyanı vә bağ sahәlәrindәki yaşıllıqlar, habelә kәnd tәsәrrüfatı mәhsulları istehsalı üçün istifadә edilәn bitkilәrdәn ibarәt yaşıllıqlar (әkinlәr) istisna olmaqla, respublika әrazisindәki yaşıllıqların götürülmәsi mexanizmini müәyyәn edir. Sözügedәn qaydalarda yaşıllıqların götürülmәsinә rәyin verilmәsi, yaşıllığın götürülmәsi vәrәqinin forması vә tәtbiqi qaydaları müәyyәn edilmişdir. Hәmin Qaydaların: 2.2- ci bәndindә yaşıllıqların götürülmәsinә yol verilәn hallar göstәrilmişdir ki, hәmin hallar “Yaşıllıqların mühafizәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 13.1 -ci maddәsindә nәzәrdә tutulmuş hallarla eyniyyәt tәşkil edir; Birinci instansiya mәhkәmәsi qәrarını onunla әsaslandırılmışdır ki, törәdilmәsi ehtimal edilәn inzibati xәta “xxxx” Mәnzil Tikinti Kooperativinin nümayәndәsinin tәqdim etdiyi MTK-nin baş planına әsasәn xüsusi mülkiyyәtdә olan әrazidә baş vermişdir. Hadisә MTKnin xüsusi mülkiyyәtindә olan әrazinin hәyәtyanı hissәsindә baş vermişdir. Bundan başqa hәmin yeri dәyişdirilmiş 04 (dörd) әdәd qızılgül kolunun sәlahiyyәtli orqan tәrәfindәn “Yaşıllıqların mühafizәsi haqqında” Azәrbaycan Respublikası Qanununa әsasәn müvafiq uçotunun aparılmadığı müәyyәn edilmişdir. Belә olan halda mәhkәmә hesab etmişdir ki, qeydiyyatda,yәni uçotda olmayan kolların vә bitkilәrin götürülmәsi üçün mәsuliyyәt nәzәrdә tutula bilmәz. Apellyasiya Mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq, şikayәtin dәlillәrini әsaslı hesab etmir. Belә ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Masazır qәsәbәsi, “xxxx” MTK-nә mәxsus yaşayış kompleksindә ## ###### 2026-cı il tarixdә meşә fonduna daxil olmayan kolların әkilmәsinin qanunsuz götürülmәsi faktı müәyyәn edilmişdir. Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 100.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 54-cü maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, inzibati xәtanın törәdilmәsi haqqında protokol tәrtib edilir. Hәmin Mәcәllәnin 100.3-cü maddәsinә әsasәm protokol tәrtib edilәrkәn, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan fiziki şәxsә vә ya hüquqi şәxsin nümayәndәsinә, habelә inzibati xәta haqqında iş üzrә icraatın digәr iştirakçılarına bu Mәcәllәdә nәzәrdә tutulmuş hüquqları vә vәzifәlәri izah edilir. Qeyd olunan Mәcәllәnin 100.5.4 vә 100.5.10-cu maddәlәrinә әsasәn nömrәlәnmiş blankda tәrtib edilmiş inzibati xәta haqqında protokolda inzibati xәtanın törәdildiyi yer, vaxt vә bu xәtanın mahiyyәti, inzibati xәta haqqında iş üzrә icraat üçün zәruri olan digәr mәlumatlar göstәrilir. Hәmin Mәcәllәnin 101.1-ci maddәsinә görә inzibati xәtanın törәdilmәsi faktı aşkar edildikdәn dәrhal sonra inzibati xәta haqqında protokol tәrtib edilir. Apellyasiya Mәhkәmәsi qeyd edir ki, sәlahiyyәtli orqan ehtimal olunan inzibati xәta faktını bilavasitә özü aşkar etmәdәn, habelә kolların әvvәlki vәziyyәti barәdә hәr hansı bir sübut әldә etmәdәn inzibati xәta haqqında protokol tәrtib edәrәk mәhkәmәyә göndәrmişdir. İş sәnәdlәrindәn görünür ki, gül vә kolların әvvәlki vәziyyәtinә dair heç bir sübut toplanılaraq icraata әlavә olunmamışdır. Apellyasiya baxışı zamanı sәlahiyyәtli orqanın nümayәndәsi dә hәmin kolların ilkin vәziyyәti barәdә onlarda hәr hansı bir dәlilin olmadığını tәsdiq etmişdir. Hazırkı inzibati protokol isә qurumun әmәkdaşları tәrәfindәn bilavasitә müşahidә әsasında deyil, qeyri-müәyyәn mәlumat rәhbәr tutularaq, hadisәdәn uzun müddәt keçdikdәn sonra qazılmış yerin vizual müayinәsi әsası ilә rәsmilәşdirilmişdir. Eyni zamanda, protokolu tәrtib edәn orqan tәrәfindәn subyektә aid edilәn kol vә güllәrin ölçüsü, diametri, bioloji inkişaf mәrhәlәsi vә qiymәtlәndirilmәsi aparılmadığı kimi, onların yeni vә ya köhnәdәn әkilmәsi faktı da araşdırılmamışdır. Bundan başqa hazırda әrazinin yenidәn qurulması vә planlama-abadlıq işlәrinin aparılması sәbәbindәn, icraatın sonrakı mәrhәlәlәrindә dә xәtanın faktiki hallarının vә kolların dәqiq sayının obyektiv şәkildә müәyyәn olunması artıq qeyri-mümkündür. Sәlahiyyәtli orqan tәrәfindәn yol verilmiş bu cür әsaslı qeyri-müәyyәnlik vә sübutların yetәrsizliyi Azәrbaycan Respublikası İXM-nin 8.3-cü maddәsinә (şübhәlәr onun xeyrinә hәll edilir) әsasәn şәxsin inzibati mәsuliyyәtә cәlb edilmәsini birbaşa istisna edir. Azәrbaycan Respbulikasının İXM-nin 8.1-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 8.3-cü maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә şübhәlәr onun xeyrinә hәll edilir. Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 53.2-ci maddәsinә әsasәn hәr hansı şәxs barәsindә başlanılmış inzibati xәtalar haqqında işlәr üzrә icraata tәqsirliliyin sübuta yetirilmәsindә qanuna zidd olaraq әldә edilmiş sübutlardan istifadә edildikdә xitam verilir. Azәrbaycan Respublikasının İXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Azәrbaycan Respublikası İXM-nin 76.2-ci maddәsinә әsasәn qanuna zidd olaraq әldә edilmiş sübutların istifadә edilmәsinә yol verilmir. Göstәrilәnlәrә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi işin bütün hallarını hәrtәrәfli vә obyektiv araşdırmış, qanuni vә әdalәtli qәrar qәbul etmişdir. Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin apellyasiya şikayәti әsassız olduğundan rәdd edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ : Apellyasiya şikayәti tәmin edilmәsin. “xxxx” Mәnzil Tikinti Kooperativi barәsindә Azәrbaycan Respublikası İXM-nin 253.2-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar