Məhkəmə qərarları › İş №3(3-8)-539/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-539/2026

26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-539/2026 26.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi ilә, zәrәrçәkmiş şәxsin nümayәdәsi Nümayәndә iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra vә Probasiya Şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta haqqında protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Protokoldan görünür ki, Abşeron Rayon Mәhkәmәsinin qәrarına әsasәn xxxx” MTK hәr ay 10000 manat kompensasiyanın alınaraq zәrәrçәkmiş şәxs2, 50192 manat E.Mәmmәdovaya, 1200 manat isә İ.Mütәllimova verilmәlidir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim V.Hәsәnov) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 2500 (iki min beş yüz) manat mәblәğindә cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, protokolda qeyd olunan mәhkәmә qәrarları «xxxx» MTK-nın direktoru tәyin olunmağına qәdәr qәbul olunmuş, әvvәlki rәhbәrinin cinayәt әmәli nәticәsindә yaranmış borclarıdır. Belә ki, Sumqayıt Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli hökmündәn görünür ki, "xxxx” MTK-nın sәdri Sәmәndәr ofiq oğlunun vә mühasib vәzifәsindә vәzifәsindә işlәmiş X1 Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 178.4, 08.2 vә 32.5, 313-cü maddәlәri ilә tәqsirli bilinmişlәr. Hәmin hökmdәn görünür ki, X3 qeyrilәri ilә qabaqcadan әlbir olan bir qrup şәxs halında öz qulluq mövqeyindәn istifadә etmәklә aldatma vә etibardan sui-istifadә etmә yolu ilә özgә әmlakını vahid niyyәtlә әlә keçirib xüsusilә külli miqdarda ziyan vurmaqla dәlәduzluq etmiş, ümumi sahәsi 75.1 m2 ölçüdә olan, 2 otaqlı ** nömrәli mәnzilin ##.##.2006-cı il tarixli alqı-satqı müqavilәsi vә hәmin tarixli maliyyә arayışı ilә "HAYAN-E” in direktoru X4 tәrәfindәn X2 bildiyi halda, hәmin mәnzili ona müraciәt etmiş Ədalәt Musa oğluna ##.##.2020-ci il tarixli müqavilәsi vә hәmin tarixli maliyyә arayışı ilә satılmasını rәsmilәşdirmәklә ondan 7.519 manat mәblәğindә pul almış, vahid tamah niyyәtilә rәsmi sәnәdlәrә bilә-bilә yalan mәlumatları daxil edәrәk vәzifә saxtakarlığı törәtmişdir. Onun isә MTKya rәhbәr tәyin olunmaqda mәqsәd zәrәrçәkmişlәrin mәnzillә tәmin olunması vә.s. mәsәlәlәrin hәll olunması vә hәmin mәsәlәlәrin hәll olunmasında imza sәlahiyyәti olan şәxs ehtiyacın olması olmuşdur. Yәni, burada mәqsәd cinayәt әmәli törәtmiş şәxsin öhdәliklәrinә görә mәsuliyyәt daşımaq deyil, onun qanunsuz hәrәkәtlәrinә görә mәnzil problemi yaşayan zәrәrçәkmişlәrin müqavilәlәrinin rәsmilәşdirilmәsi olmuşdur. Hәmçinin qeyd edilmәlidir ki, icra mәmuru tәrәfindәn ona tәqsirli bilindiyi icra sәnәdinә görә heç bir rәsmi xәbәrdarlıq edilmәmişdir. Göründüyü kimi icra mәmurunun inzibati protokolun tәrtib edilmәsi, icra sәnәdindәn irәli gәlәn tәlәblә bağlı deyil, tәlәbkarın şәxsi tәlәbinin yerinә yetirilmәsindәn irәli gәlmişdir. İcra ilә bağlı icra mәmurun tәlәbinin qanuni olması üçün, tәlәb kiminsә şәxsi marağından deyil, mәhz icra sәnәdindәn gәldiyi halda qanuni hesab edilә bilәr. Hüquqi şәxsin nümayәndәsi tәrәfindәn inzibati xәtanın törәdilmәsi müәyyәn edilmir vә bunun sübutuna dair qanuni qüvvәsindә mәhkәmә qәrarı vardır. Belә olan halda hüquqi şәxs tәrәfindәn inzibati xәtanın törәdilmәsini iddia edilmәzdir vә hәqiqәtә uyğun olmadığı aşkar hald a bir daha icra mәmurunun borcluya qarşı qәrәzli olduğuna dәlalәt edir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı proses iştirakçısını dinlәyib, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә lәğv edilmәli, material hazırlıq iclası mәrhәlәsinә qaytarılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı icra sәnәdinә әsasәn iddia tәmin edilmiş, cavabdeh «xxxx» MTK-dan 50292 manat pul vә mәhkәmәyә ödәnilmiş 241,40 manat dövlәt rüsumunun әvәzi tutularaq iddiaçı X8 ödәnilmәsi qәt edilmişdir. ##.##.2022-ci il tarixli icra sәnәdi üzrә icraata başlanılmış vә hәmin tarixdә borclu xxxx” MTK-ya tәlәbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sәnәdindә göstәrilәn tәlәbi könüllü yerinә yetirmәsi üçün xәbardarlıq edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** saylı icra sәnәdinә әsasәn iddia tәmin edilmiş, cavabdeh X5 ilә iddiaçı Mütәllimov İsrafil Əlyәt oğlu arasında Abşeron rayon * saylı notariat ofisindә bağlanmış ## ##### 2022-ci il tarixli, 3M-*** reyestr nömrәli ilkin alqı-satqı müqavilәsi vә «xxxx» MTK ilә iddiaçı Mütәllimov İsrafil Əlyәt oğlu arasında bağlanmış ## ##### 2022-ci il tarixli mәnzil tikintisi haqqında müqavilә lәğv edilmiş, cavabdeh X5 mәnzilin alınmasına görә ödәnilmiş 26000 manat pul cavabdeh «xxxx» MTK-dan 1200 manat alınaraq iddiaçı Mütәllimov İsrafil Əlyәt oğluna ödәnilmәsi qәt edilmişdir. ##.##.2023-cü il tarixli icra sәnәdi üzrә icraata başlanılmış vә hәmin tarixdә borclu xxxx” MTK-ya tәlәbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sәnәdindә göstәrilәn tәlәbi könüllü yerinә yetirmәsi üçün xәbardarlıq edilmişdir. “Mәhkәmәlәr vә hakimlәr haqqında” Azәrbaycan Respublikası Qanunun 5-ci maddәsinin 3 vә 4-cü bәndlәrinә görә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada qanuni qüvvәyә minmiş bu qәrarlar Azәrbaycan Respublikası әrazisindә bütün fiziki vә hüquqi şәxslәr tәrәfindәn mütlәq, vaxtında vә dәqiq icra olunmalıdır. Qanuni qüvvәyә minmiş mәhkәmә qәrarlarının icra edilmәmәsi Azәrbaycan Respublikası qanunvericiliyi ilә nәzәrdә tutulmuş mәsuliyyәtә sәbәb olur. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar (“İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 3.1 vә 3.2-ci maddәsi). “İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 82.1-ci maddәsinә әsasәn borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdi icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә üzrsüz sәbәbdәn icra olunmadıqda, icra mәmuru borclunun Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada inzibati mәsuliyyәtә cәlb olunması üçün inzibati xәta haqqında protokol tәrtib edir vә onu işin digәr materialları ilә birlikdә müvafiq mәhkәmәyә göndәrir (vergilәr, faizlәr vә maliyyә sanksiyaları üzrә borcların alınması (vergilәrin ödәnilmәmәsi) ilә әlaqәdar qanuni qüvvәyә minmiş mәhkәmә qәrarları ilә bağlı verilmiş icra sәnәdlәri istisna olmaqla). İnzibati mәsuliyyәtә cәlb etmә haqqında qәrar qәbul edildikdәn sonra icra mәmuru tәrәfindәn borcluya icra üçün yeni müddәt tәyin edilir. Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsinin dizpozisiyasına görә icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsi inzibati mәsuliyyәtә sәbәb olur. İş materiallarından göründüyü kimi, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Abşeron Rayon Mәhkәmәsinin qәrarının icra edilmәmәsinә görә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Hәmin protokol üzrә әmәlin mövcudiyyәti borclu şәxsin müraciәti ilә әsaslandırılmışdır. “Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135.1.5 vә 135.2-ci maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli qәrarında göstәrilmişdir ki, inzibati xәta haqqında protokol qәbul edilәcәk qәrar üçün әsas olmaqla, hәmin iş üzrә ittiham yönümlü prosessual sәnәd qismindә çıxış edir. Lakin inzibati xәtaya dair qәrarın qәbul edilmәsi sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) sәlahiyyәtinә aid olduğu hallarda, belә qәrardan verilmiş şikayәt üzrә hәyata keçirilәn mәhkәmә araşdırmasının predmetini mәhz hәmin qәrar tәşkil edir. Belә olan tәqdirdә işә baxan mәhkәmә üçün sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qәrarı hәmin iş üzrә ittiham yönümlü prosessual sәnәd qismindә çıxış edir. Hәmin qәrarın qәbul edilmәsinә әsas olmuş protokol isә artıq sübutedici әhәmiyyәt daşıyır. Birinci instansiya mәhkәmәsi inzibati xәta haqqında protokolun icraata qәbul edilәrәk mahiyyәti üzrә baxılmasını aydınlaşdırarkәn qanunvericiliyin tәlәblәrinә riayәt edilmәsi mәsәlәsini yoxlamamış, inzibati xәta haqqında protokol üzrә natamamlığın olmasını nәzәrә almamışdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 106.0, 106.0.1, 106.0.3, 106.0.4, 106.0.5, 106.0.6 vә 106.0.7-ci maddәlәrinin mәzmununa görә hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәtalar haqqında işlәrә baxarkәn işin baxılması onun sәlahiyyәtinә aidiyyatını; inzibati xәta haqqında protokol vә işin digәr materialları bu Mәcәllәnin tәlәblәrinә müvafiq olaraq tәrtib edilmәsini; işin icraatını rәdd edәn hallar mövcudluğunu; mahiyyәti üzrә baxılması üçün işdә kifayәt qәdәr sübutlar toplanması; işә baxılmasının yeri vә vaxtı barәdә işdә iştirak edәn şәxslәrin mәlumatlandırılması, iş üzrә vәsatәtlәr vә etiraz etmәnin olması mәsәlәlәrini hәll etmәlidir. Azәrbaycan Respublikası Konstitusiyasının 70-ci maddәsinin İ hissәsinә görә Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Mәhkәmә qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, inzibati xәta haqqında protokol qәbul edilәcәk qәrar üçün әsas olmaqla, hәmin iş üzrә ittiham yönümlü prosessual sәnәd qismindә çıxış edir. İnzibati xәta haqqında protokol inzibati xәta haqqında işin hәlli üçün zәruri olan mәlumatları әks etdirәn sәnәd olaraq sübut әhәmiyyәtinә malikdir. Belә ki, protokolda barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs haqqında mәlumatlar, o cümlәdәn inzibati xәtanın törәdildiyi yer, vaxt, xәtanın mahiyyәti, inzibati xәtaya görә mәsuliyyәt nәzәrdә tutan İXM-nin müvafiq maddәsi vә tәqsirliliyini tәsdiq edәn sübutlar әks olunmalıdır. Hazırkı iş üzrә inzibati xәta haqqında protokol tәrtib olunsa da, protokol natamam tәrtib edilmiş, inzibati xәta haqqında protokolun tәrtib edilmәsinә әsas olan materialların nәdәn ibarәt olması qeyd edilmәmәklә, icra mәmurunun qanuni tәlәblәrinin nәdәn ibarәt olması, hansı tәlәbinin icra edilmәmәsi, icra sәnәdi üzrә borcun mәblәği hansı dövrlәri әhatә etmәsi, ümumiyyәtlә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin inzibati xәta üzrә hәmin icra sәnәd üzrә edilmәli olan hәrәkәtin icra edib-etmәmәsinә dair münasibәti aydınlaşdırılmamışdır. Bu barәdә inzibati xәta haqqında protokolda heç bir qeyd edilmәmiş, icra mәmuru inzibati xәta haqqında protokolun zәrәrçәkmiş şәxslәrin müraciәti әsasında tәrtib edilmәsini göstәrmişdir. Halbuki şәxsin icra sәnәdi üzrә mәsuliyyәtә cәlb edilmәsindәn ötrü inzibati xәta haqqında protokolda onun icra sәnәdinin icra etmәmәsinin sәbәblәri, mәsuliyyәtin yaranmasına dair istinad edilәn sübutlar göstәrilmәlidir. Lakin nәinki inzibati xәta haqqında protokolda, heç hәmin protokola әlavә edilәn sәnәdlәrdә dә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsuliyyәtinin nәdәn ibarәt olması göstәrilmәmiş, buna dair izahatı alınmamışdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MTK-nın direktoru olması isә özlüyündә mәsuliyyәtin olması qәnaәtinә gәlinmәsi qәnaәtini istisna edir. Bu isә onu ehtiva edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn hәmin inzibati xәta haqqında protokolun natamam tәrtib olunması vә protokolda hәmin natamamlığın aradan qaldırılması mәsәlәsi müzakirә edilmәmiş, icraata qәbul edilәrәk mahiyyәti üzrә baxılması tәmin edilmişdir. İnzibati xәta haqqında protokol qanunvericiliyin tәlәblәrinә uyğun olmadığından, hәmin protokol әsasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin әmәlindә inzibati xәta tәrkibinin olub-olmadığı şübhә doğurduğundan mәhkәmә tәrәfindәn belә bir qәnaәtә gәlmәsi qanunsuz vә әdalәtsizdir. Bu isә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә hәr hansı әlavә bir dәyәrlәndirilmә aparılmasını istisna edir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, işә baxılarkәn Azәrbaycan Respublikası İXM ilә müәyyәn edilmiş tәlәblәr işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneçilik törәdәcәk dәrәcәdә pozulduğundan mübahisә edilәn qәrar lәğv edilmәli, işә yenidәn baxılması üçün material hәmin mәhkәmәyә, mәhkәmәnin hazırlıq iclası mәrhәlәsinә qaytarılmalıdır. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.1 vә 135.1.6-cı maddәlәrinin mәzmununa görә hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması vә bu Mәcәllә ilә müәyyәn edilmiş tәlәblәrin işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Azәrbaycan Respublikası İXM-nin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Belәliklә mәhkәmә apellyasiya şikayәtinin dәlillәri üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı vә inzibati xәta haqqında işin baxılmağa hazırlanması haqqında qәrardadı lәğv edilmәli, inzibati işә yenidәn baxılması üçün material Abşeron Rayon Mәhkәmәsinә, hazırlıq iclası mәrhәlәsinә qaytarılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133, 134.1, 134.1.4, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı vә inzibati xәta haqqında işin baxılmağa hazırlanması haqqında ## #### 2026-cı il tarixli qәrardadı lәğv edilsin. Material yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә inzibati xәta haqqında işin baxılmağa hazırlanması mәrhәlәsinә qaytarılsın. Apellyasiya şikayәti qismәn tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar