Məhkəmə qərarları › İş №3(3-8)-540/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-540/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-540/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim V.İ.Hәsәnov) Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin tәmin edilmәmәsi, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş X1 Idarәsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tәnbeh vermә haqqında qәrarının dәyişdirilmәdәn saxlanılması qәrara alınmışdır. IŞIN HALLARI : Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmәklә şikayәtini onunla әsaslandırmışdır ki, ##.##.2026-cı il tarixli, EQ******** nömrәli qәrarla Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә barәsindә 100 manat mәblәğindә inzibati cәrimә tәtbiq edilmişdir. Hәmin qәrarı qanunsuz vә әsassız hesab etdiyi üçün mәhkәmәyә şikayәt edir. Hadisә zamanı svetoforun yaşıl işığı ilә hәrәkәtdә olmuşdur. Mәhz stop xәttinә çatdığı anda svetoforun işığı sarı rәngә keçmişdir. Hәmin anda nәqliyyat vasitәsini tәhlükәsiz şәkildә dayandırmaq mümkün deyildi. Qәfil әylәclәmә hәm onun, hәm dә arxadan gәlәn nәqliyyat vasitәlәri üçün tәhlükә yarada bilәrdi. Buna görә yol hәrәkәti tәhlükәsizliyini nәzәrә alaraq hәrәkәti davam etdirmişdir. Qәrarda onun tәhlükәsiz dayanmaq imkanının olub-olmaması araşdırılmamış, yalnız "qadağanedici işarә verilәrkәn hәrәkәti davam etdirmә" ifadәsi ilә kifayәtlәnilmişdir. Halbuki hadisәnin bütün halları tam vә obyektiv araşdırılmalıdır. Əgәr hadisә videomüşahidә vasitәsi ilә qeydә alınmışdırsa, hәmin görüntülәrin mәhkәmә tәrәfindәn tәlәb edilәrәk araşdırılmasını xahiş edir. Video görüntülәr onun sarı işıq yanan anda artıq stop xәttinә çatdığını vә tәhlükәsiz dayanma imkanının olmadığını tәsdiq edәcәkdir. Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş X1 Idarәsi tәrәfindәn qәbul edilmiş EQ ******** saylı, ##.##.2026-ci il tarixli inzibati tәnbeh vermә haqqında qәrarını lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şikayәtә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Qәrarla razılaşmayan Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi, ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi vә zәruri hesab edildiyi halda hadisәyә dair videogörüntülәr tәlәb edilәrәk mәhkәmәdә araşdırılmasını xahiş etmәklә apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, hadisә zamanı svetoforun yaşıl işığında hәrәkәtdә olmuşdur. Stop xәttinә çatdığı anda svetoforun işığı sarı rәngә keçmişdir. Bu anda nәqliyyat vasitәsini tәhlükәsiz şәkildә dayandırmaq mümkün deyildi. Qәfil әylәclәmә hәm onun, hәm dә arxadan gәlәn nәqliyyat vasitәlәri üçün tәhlükә yarada bilәrdi. Buna görә yol hәrәkәtinin tәhlükәsizliyini tәmin etmәk mәqsәdilә hәrәkәti davam etdirmişdir. Mәhkәmә qәrarında onun tәqsirinin sübuta yetirildiyi qeyd olunsa da, bunun hansı konkret vә mötәbәr sübutlarla tәsdiq edildiyi әsaslandırılmamışdır. Tәhlükәsiz dayanma imkanının olub-olmaması iş üzrә әsas әhәmiyyәt kәsb edәn hal olduğu halda, bu mәsәlә tam vә hәrtәrәfli araşdırılmamışdır. Hesab edir ki, birinci instansiya mәhkәmәsi işin hallarını tam, obyektiv vә hәrtәrәfli araşdırmadan qәrar qәbul etmişdir. Buna görә dә hәmin qәrar lәğv edilmәlidir. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk әlavә olaraq qeyd etdi ki, o, svetoforun sarı rәngli işığı yanarkәn hәrәkәti davam etdirmişdir. Bunun sәbәbi o olmuşdur ki, o, avtomobili dayandırmağa çalışsaydı, qәfil tormozlama etmәli idi vә yol hәrәkәtinin digәr iştirakçıları üçün tәhlükә yarada bilәrdi. Inzibati xәtanın qeydә alınması ilә bağlı ona fotoşәkil tәqdim olunmuş, lakin videogörüntü tәqdim olunmamışdır. Onun mobil telefonunda “SMS Radar” proqramı yoxdur. O, “AsanPay” vә “MyGov” tәtbiqlәrindәn istifadә edir, cәrimәlәr fotoşәkillәri ilә birlikdә hәmin tәtbiqlәrdә görünür. Videogörüntü ilә polis әmәkdaşı ona göstәrdikdә tanış olmuşdu. Apellyasiya şikayәtinin tәmin olunmasını xahiş edir. Apellyasiya baxışı ilә әlaqәdar işә baxılmanın vaxtı vә yeri barәdә lazımi qaydada xәbәrdar edilmәsinә baxmayaraq, inzibati tәnbeh vermә haqqında qәrar qәbul etmiş orqanın nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, gәlmәmәsinin üzürlü sәbәbdәn olması vә ya mәhkәmә iclasının tәxirә salınması barәdә vәsatәt vermәmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxış iclası inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş orqanın nümayәndәsinin iştirakı olmadan keçirilmәsi mümkündür ona görә ki, üzürlü sәbәblәr olmadan mәhkәmә iclasında iştirak etmәmә işin baxılmasına mane olmur. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә araşdıraraq inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. Şikayәtçi Qәrardan şikayәt verәn orqan (şәxs) hәm apellyasiya şikayәtindә, hәm dә apellyasiya instansiyası mәhkәmәsinin ## ###### 2026-cı il tarixli mәhkәmә iclasındakı izahatında svetoforun sarı işığı yanarkәn hәrәkәti davam etdirdiyini açıq şәkildә etiraf etmişdir. «Yol hәrәkәti haqqında» Azәrbaycan Respublikası Qanununun tәlәblәrinә әsasәn, svetoforun sarı işığı hәrәkәti qadağan edәn siqnaldır. Qanunvericilik yalnız sarı işıq yandıqda nәqliyyat vasitәsini kәskin tormozlamadan dayandıra bilmәyәn sürücülәrә hәrәkәti davam etdirmәyә istisna hal kimi icazә verir. Lakin iş materiallarında olan xüsusi texniki vasitәlәrlә fotosәsyazma aparan foto-şәkillәrdәn görünür ki, şikayәtçinin idarә etdiyi nәqliyyat vasitәsi yol kәsişmәsinә daxil olarkәn qadağanedici işıq rejimi artıq qüvvәdә olmuşdur. Şikayәtçinin nәqliyyat vasitәsini tәhlükәsiz dayandıra bilmәmәsi barәdә mülahizәlәri subyektiv xarakter daşıyır vә kәsişmәyә yaxınlaşarkәn sürәt rejimini yol şәraitinә uyğun düzgün seçmәmәsinin nәticәsidir. Şikayәtçi apellyasiya şikayәtindә videomaterialların tәlәb edilmәdiyini әsas gәtirsә dә, Sumqayıt Apellyasiya Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli mәhkәmә iclasının protokolunda şikayәtçi Qәrardan şikayәt verәn orqan (şәxs) özü bәyan etmişdir ki: «... Inzibati xәtanın qeydә alınması ilә bağlı ona fotoşәkil tәqdim olunmuş, videogörüntü ilә polis әmәkdaşı tanış etmişdir». Hәmçinin iş materiallarında xüsusi texniki vasitәlәrlә avtomobilin (dövlәt qeydiyyat nişanı **-VN-***) xәta törәtdiyi anı әks etdirәn fotoşәkillәr mövcuddur. Verilmiş şikayәt әsasında işә mahiyyәti üzrә baxan birinci instansiya mәhkәmәsi şikayәt әrizәsindә qeyd olunanlara hüquqi qiymәt verәrәk hesab etmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti әsassız olduğundan tәmin edilmәmәlidir. Birinci instansiya mәhkәmәsindә IXM-nin 76.1, 84.1 vә 99.1-ci maddәlәrinin tәlәblәrinә uyğun olaraq sübutların mәcmu şәkildә qiymәtlәndirilmәsi aparılmış vә mәhkәmә daxili inam әsasında nәticәyә gәlmişdir. Belә ki, IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Birinci instansiya mәhkәmәsi bu tәlәblәrә riayәt etmiş, sübutları hәrtәrәfli araşdıraraq, şikayәtçinin izahatı ilә toplanmış obyektiv mәlumatları әlaqәli şәkildә tәdqiq etmişdir. Mәhkәmә müәyyәn etmişdir ki, inzibati xәta haqqında qәrar qәbul edilәrkәn prosedur qaydalar pozulmamış, hadisә real vә obyektiv şәkildә texniki vasitәlәrlә tәsbit olunmuşdur. Iş materiallarında olan sәnәdlәri araşdıraraq hesab edirәm ki, birinci instansiya mәhkәmәsinin inzibati xәta haqqında iş üzrә şikayәtin tәmin edilmәmәsi ilә bağlı gәldiyi nәticә düzgündür. Belә ki, Yol hәrәkәti haqqında Azәrbaycan Respublikasının Qanunun 59-cu maddәsinin İ hissәsinә әsasәn yollarda, yolayrıclarında vә digәr yerlәrdә yol hәrәkәtini nizama salmaq üçün svetoforlardan istifadә olunur. Svetoforların vasitәsi ilә verilәn siqnallarda yaşıl, sarı, qırmızı vә ağ-sarımtıl rәnglәr tәtbiq edilir (* saylı Əlavә). Hәmin maddәnin III hissәsinә әsasәn sarı rәngli işığın yanması - bu siqnal hәrәkәti qadağan vә tezliklә siqnalların dәyişәcәyi barәdә xәbәrdarlıq edir. Iş materialları ilә müәyyәn olunur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn IXM-nin 327.2-ci maddәsinin tәlәblәri pozularaq, yәni svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsilә hәmin qaydalar pozulmuşdur. Bu iş üzrә müәyyәn olunmuş sübutlarla da tәsdiq olunur. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәcllәsinin 327.2-ci maddәsinә әsasәn svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә, 3.1 “Giriş qadağandır” yol nişanının tәlәblәrinin vә ya sәrnişin daşıma, әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla ötmә vә ya manevr etmә, yolayrıcını keçmә qaydalarının pozulmasına, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, yaxud adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә yanacaqdoldurma mәntәqәsinә daxil olmasına, 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk sola vә ya geriyә dönmәyә, yaxud maneәni kәnardan keçmәyә görә - yüz manat mәblәğindә cәrimә edilir. Hesab edirәm ki, apellyasiya qaydasında verilmiş şikayәtin dәlillәrindә qeyd edilәn hallar barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs tәrәfindәn birinci instansiya mәhkәmәsinә verdiyi şikayәtdә göstәrdiyi hallarla eynilik tәşkil etdiyindәn, başqa sözlә desәk apellyasiya baxışı zamanı da tәrәfin izahatında qeyd edilәn hallar şikayәtin dәlillәrindә hadisәnin tәfәrrüatlarını әks etdirәn hallarla eynilik tәşkil etdiyindәn birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati xәta pozuntusuna verilmiş hüquqi qiymәt әsaslı olduğundan apellyasiya qaydasında verilmiş şikayәtin dәlillәri әsaslı hesab edilmәyәrәk, şikayәtdә qeyd edilәn “işә baxan birinci instansiya mәhkәmәsi tәrәfindәn iş üzrә heç bir araşdırma aparılmadığının” әsassız olmasını vә ya bu halın tәrtib edilmiş protokolda göstәrilәnlәrә hәr hansı bir aidiyyәtinin olmasını әsaslandırmadığı üçün apellyasiya qaydasında verilmiş şikayәtin dәlillәri birinci instansiya mәhkәmәsinin qәrarın lәğv edilmәsi üçün әsas ola bilmәz. Bu baxımdan apellyasiya şikayәtinin dәlillәri mülahizә xarakterli olmaqla işin halları ilә tәkzib edildiyindәn әsassızdır hәm dә ona görә ki, bu dәlillәrә istinad etmәklә inzibati xәta törәtmiş şәxs mәsuliyyәtdәn yayınmaq mәqsәdi daşıyır, bununla da barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) törәtmiş olduğu inzibati xәtaya görә inzibati xәtalar qanunvericiliyinin müvafiq maddәsinin sanksiyasında nәzәrdә tutulmuş inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsi әsaslı olmuşdur. Belәliklә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrar qanuni әsaslarla çıxarıldığından birinci instansiya mәhkәmәsinin qәrarından verilmiş şikayәtin dәlillәri hәmin qәrarın lәğv edilmәklә inzibati iş üzrә icraata xitam verilmәsinә әsas ola bilmәz. Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığı müzakirә edilәrkәn aşağıdakılar nәzәrә alınır. IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. IXM-nin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, barәsindә inzibati qaydada tәnbeh tәdbiri tәtbiq edilmiş şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәri formal xarakter daşımaqla Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar