Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-541/2026 26.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Zәrәrçәkmiş şәxsin nümayәndәsi Nümayәndә vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra vә Probasiya Şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı (hakim A.Qasımov) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 500 (beş yüz) manat mәblәğindә cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, cәrimә tәnbeh tәdbirinin lәğv edilmәsini vә ya daha yüngül tәnbeh tәdbiri ilә әvәz edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, sözügedәn mәhkәmә qәrarı ilә razılaşmır, tәtbiq edilmiş cәza obyektiv maddi vә ailә vәziyyәtimi tam әks etdirmir. Öhdәliyin icrasından qәrәzli boyun qaçırma halı yoxdur vә qismәn ödәniş olunmuşdur. O, icra sәnәdi üzrә öhdәliyini qәrәzli şәkildә yerinә yetirmәkdәn boyun qaçırmamışdır. Imkanı çatdıqca icra şöbәsinә ödәnişlәr etmiş vә icra sәnәdi üzrә 200 (iki yüz) manat ödәnilmişdir. Nәticәdә borc 3100 manatdan 2900 manata enmişdir. Mәhkәmә qәrarının özündә dә öhdәliyi qismәn icra etmәyi mәsuliyyәti yüngüllәşdirәn hal kimi nәzәrә alınmışdır. İş materiallarında vә mәhkәmә qәrarında mәsuliyyәtimi ağırlaşdıran heç bir hal müәyyәn edilmәmişdir. O, fәrdi әmәk fәaliyyәti ilә mәşğul olur vә sabit, yüksәk gәlirә malik deyil. Bundan әlavә, Abşeron Rayon Mәhkәmәsinin 12.03.2025ci il tarixli *(***)-***/**** saylı qәrardadı ilә üzәrinә yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün hәr ay minimum әmәkhaqqının 0.68 misli hәddindә aliment öhdәliyi qoyulmuşdur. Bu mәblәğ müntәzәm ödәnilmәlidir. Üzәrindә hәm aliment, hәm dә icra borcu varkәn әlavә 500 manat cәrimәnin tәtbiq edilmәsi mәnim onsuz da ağır olan maddi vәziyyәtimi daha da pislәşdirir vә әsas icra borcunu (2900 manat) vә alimenti vaxtında ödәyә bilmәyimә ciddi maneә yaradır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı proses iştirakçılarını dinlәyib, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Abşeron Rayon Mәhkәmәsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** saylı icra vәrәqәsinә әsasәn cavabdeh Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs xalçalar- 6 әdәd - 780 manat; pәrdәlәr - 1000 manat; lüstur - 3 әdәd - 450 manat; yataq dәsti - 2000 manat; pakrival - 3 әdәd - 350 manat; 7 әdәd pastel dәsti - 350 manat; 7 әdәd süfrә - 380 manat; çay dәsmalı - 24 әdәd - 150 manat; 8 әdәd can dәsmalı - 150 manat; Toxuma örtük – 1 әdәd - 10 manat; Yastıq - 11 әdәd; Taxt üçün döşәklәr; 1 әdәd yorğan taxt; 1 әdәd ventilyator - 35 manat; 2 әdәd gecә lampası - 30 manat; 2 yorğan tәk döşәk; 4 әdәd adyal - 50 manat; uşaq beşiyi - 400 manat; Velosiped; Yellәncәk - 100 manat; gecә lampası - 20 manat; uşaq yerimә arabası; bijuteriyalar; gümüş dәstlәri; boyunbağı, sırğa, qolbaq, üzük; iddiaçı X1 aid geyimlәr, ayaqqabılar, çantalar, hamam üçün olan 4 әdәd vanna, sәbәt dәsti, spilka qabı vә s.; 15 әdәd әl-üz dәsmalı - 150 manat; Açılıb bağlana bilәn çarpayı - 30 manat; 2 әdәd güldan vә güllәr - 20 manat; Pәrdә üçün dekor - 2 әdәd - 10 manat; Ütü vә ütü stolu - 170 manat; Tәk nәfәr üçün bir yerdә 4 әdәd әlavә pastel dәsti - 60 manat; 1 dәst әdviyyat qabı - 35 manat; 2 әdәd salfet qabı - 15 manat; 4 әdәd dәm çayniki; 2 әdәd böyük çaydan - 160 manat; 1 әdәd aş süzәn - 10 manat; 14 әdәd lәyәn - 30 manat; 2 әdәd paraşok qabı - 14 manat; 2 әdәd zibil qabı; 7 әdәd balaca, 3 әdәd böyük әdva qabları – 20 manat; 2 әdәd limon sıxma qabı - 16 manat; 6-li dәst çәrәz qabı - 20 manat; Razetka - 12 әdәd; Mürәbbә qabı - 40 manat; 24 әdәd bakal - 100 manat; 18 әdәd çaşka - 45 manat; 6 әdәd çay dәsti; 6 әdәd nәlbәki - 30 manat; 6 әdәd padnos – 90 manat; 14 әdәd duz qabı - 17 manat; 2 әdәd göyәrti taxtası - 12 manat; 4 әdәd qәnd qabı – 40 manat; 2 әdәd çörәk qabı - 20 manat; 1 әdәd meyvәtәrәvәz qabı - 50 manat; 6 әdәdli çәrәz qabı - 1 dәst -10 manat; 2 әdәd qaşıq qabı - 5 manat; rәndәlәyәn, 1 әdәd qәnd qıran, 1 әdәd sarımsaq әzәn, 1 әdәd kül qabı - 3 әdәd - 12 manat; 3-lü dekor qab - 20 manat; 3 әdәd kapot açan – 6 manat; 2 әdәd qoz qıran - 14 manat; Tefal 6-lı qaşıq dәsti - 25 manat; 2 әdәd tutacaq - 5 manat; 1 әdәd limon qaşığı dәsti - 7 manat; 2 әdәd әlavә qәnd qabı - 5 manat; 1 әdәd yağ qabı, 1 әdәd pendir qabı, lәblәbi qabı, 2 mәrtәbәli böyük mürәbbә qabı - 6 әdәd; yemәk dәsti - 30 әdәd – 100 manat; 1 әdәd taxta qaşıq dәsti, 12 әdәd kasa, 6 әdәd bakal, 5 әdәd qrafinka, 1 әdәd tort qabı – 50 manat; 6 әdәd meyvә qabı - 40 manat; 6 әdәd şirniyyat qabı - 55 manat; 1 dәst kofeyni - 10 manat; 2 komplekt qazan dәsti - 250 manat; 2 әdәd әlavә tava - 50 manat; 1 әdәd aş qazanı - 40 manat; 3 dәst saxlama qabı - 65 manat; 12 әdәd balaca salat qabı, 48 parça çәngәl-qaşıq dәsti – 150 manat; 2 dәst bıçaq naboru - 50 manat; 12 әdәd yağ bıçağı dәsti, 2 әdәd su qabı - 12 manat; 2 әdәd keramika saxlama qabı – 10 manat; 1 әdәd pәrdә - 50 manat; 1 әdәd lüstur - 100 manat, qızıl qabı, seplәr - 2 әdәd, 1 dәst sep sırğa – üzük, qolbaq bijuteriyası suvenirlәri, 1 әdәd – geyim şkafı, mәtbәx әşyaları, metbex mebelinin qiymәti - 1800 manat; qaz - 300 manat; aspirator – 200 manat; soyuducu – 1300 manat; paltaryuyan - 700 manat; mikser- 40 manat; blender - 50 manat; әtçәkәn - 190 manat; elektrikli samovar (dәm çayniki ilә birlikdә) - 150 manat; 40 әdәd çay stәkanı, 30 әdәd armudu stәkan, toster - 40 manat; elektrikli soba - 190 manat; 6 әdәd salat qabı, böyük mürәbbә qabı – 6-li dәst, 6 әdәd salat kasası, 6 әdәd balaca konfet qabı, komplekt sep, sırğa, qolbaq, üzük - 1600 manat; nişan üzüyü (2-li alyans olan) - 1200 manat; 1 әdәd hәdiyyә qızıl üzük - 300 manat dәyәrindә olan әşyalar alınaraq iddiaçı X1 verilmәsi, cavabdeh Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 100 manat dövlәt rüsumu tutularaq iddiaçı X1 ödәnilmәsi müәyyәn edilmişdir; Abşeron Rayon Mәhkәmәsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** saylı icra vәrәqәsi ilә bağlı Abşeron rayon İcra vә Probasiya Şöbәsi tәrәfindәn ## ###### 2024-cü il tarixdә icraata başlama haqqında qәrar qәbul edilәrәk, tәrәflәrә bildiriş göndәrilmәklә rәsmi qaydada xәbәrdarlıq edilmişdir. “Mәhkәmәlәr vә hakimlәr haqqında” Azәrbaycan Respublikası Qanunun 5-ci maddәsinin 3 vә 4-cü bәndlәrinә görә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada qanuni qüvvәyә minmiş bu qәrarlar Azәrbaycan Respublikası әrazisindә bütün fiziki vә hüquqi şәxslәr tәrәfindәn mütlәq, vaxtında vә dәqiq icra olunmalıdır. Qanuni qüvvәyә minmiş mәhkәmә qәrarlarının icra edilmәmәsi Azәrbaycan Respublikası qanunvericiliyi ilә nәzәrdә tutulmuş mәsuliyyәtә sәbәb olur. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar (“İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 3.1 vә 3.2-ci maddәsi). “İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 82.1-ci maddәsinә әsasәn borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdi icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә üzrsüz sәbәbdәn icra olunmadıqda, icra mәmuru borclunun Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada inzibati mәsuliyyәtә cәlb olunması üçün inzibati xәta haqqında protokol tәrtib edir vә onu işin digәr materialları ilә birlikdә müvafiq mәhkәmәyә göndәrir (vergilәr, faizlәr vә maliyyә sanksiyaları üzrә borcların alınması (vergilәrin ödәnilmәmәsi) ilә әlaqәdar qanuni qüvvәyә minmiş mәhkәmә qәrarları ilә bağlı verilmiş icra sәnәdlәri istisna olmaqla). İnzibati mәsuliyyәtә cәlb etmә haqqında qәrar qәbul edildikdәn sonra icra mәmuru tәrәfindәn borcluya icra üçün yeni müddәt tәyin edilir. Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsinin dizpozisiyasında, icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә fiziki şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla iki ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr iki min beş yüz manatdan dörd min manatadәk mәblәğdә, hüquqi şәxslәr beş min manatdan yeddi min manatadәk mәblәğdә cәrimә inzibati tәnbeh tәdbiri nәzәrdә tutulmuşdur. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası qaydaları vә şәrtlәri “İcra haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә tәnzimlәnir. İcra haqqında qanunvericilikdә mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası vәzifәsi icra mәmurunun üzәrinә qoyulmuşdur vә sonuncunun bununla әlaqәdar tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә qәtnamәsinin vә ya digәr mәhkәmә qәrarının icra edilmәmәsinin tәhlükәliliyi ondan ibarәtdir ki, qanuni qüvvәyә minmiş mәhkәmә aktlarını icra edilmәdikdә pozulmuş hüquqların bәrpası, dәymiş ziyanın ödәnilmәsi qeyri-mümkün olur vә әdalәt mühakimәsinin hәyata keçirilmәsi zamanı dövlәt adından çıxarılmış qәrarlar kağız üzәrindә qalır. Digәr tәrәfdәn bu әmәllә demokratik cәmiyyәt vә әdalәt mühakimәsinin fundamental hüquqlarından biri olan әdalәtli mәhkәmә araşdırması hüququ real mahiyyәt kәsb etmәyәn xәyali bir hüquqa çevrilir. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. İcra sәnәdinin icrasının tәmin edilmәmәsinin yol verilmәz olması, inzibati xәtanın xarakteri, xәta törәtmiş şәxsin şәxsiyyәti vә tәqsirinin dәrәcәsi nәzәrә alınarsa, apellyasiya instansiya mәhkәmәsi borclu şәxs barәsindә inzibati tәnbeh tәdbirinin görülmәli olması birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni qanuni vә әsaslı hesab edir. İnzibati xәtanın xarakteri nәzәrә alınarsa apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati xәta üzrә gәldiyi nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilәrәk, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin mәsuliyyәtdәn azad edilmәsi formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Şәxs barәsindә tәyin edilmiş cәrimә inzibati tәnbeh tәdbirinin hәddinin azaldılması dәlili üzrә dә qeyd edilmәlidir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsirli bilindiyi maddә üzrә inzibati cәrimә tәnbeh tәdbiri 500 manat mәblәğdәn başlanıldığından, hәmin mәblәğin azaldılması da xәtanın xarakteri nәzәrә alınarsa şikayәtin qeyd edilәn dәlili әsaslı hesab edilmәmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-541/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-541/2026
26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver