Məhkəmə qərarları › İş №3(3-8)-542/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-542/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-542/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Qərardan şikayət verən orqan (şəxs) İslam oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayət ərizəsinin geri qaytarılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) İslam oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən EQ ******** saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılmışdır. (hakim Vüsalə Məmmədova) Qərardadla razılaşmayan Qərardan şikayət verən orqan (şəxs) İslam oğlu apellyasiya şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının ləğv edilərək şikayətinin baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutmuşdur. Qüvvədə olan qanunvericiliyin mətni birmənalı şəkildə müəyyən edir ki, bu norma inzibati xəta haqqında işə baxılmağa hazırlanarkən protokol və ya digər sənədləri tərtib etmiş səlahiyyətli orqanın, vəzifəli şəxsin (dövlət orqanının) materialları natamam olduqda tətbiq edilir. Onun tərəfindən məhkəməyə təqdim olunan sənəd dövlət orqanının inzibati xəta haqqında materialı deyil, vətəndaşın fərdi qaydada verdiyi şikayət ərizəsidir. Vətəndaş hüquqi xidmət göstərən və ya protokol tərtib edən inzibati orqan statusuna malik olmadığı üçün onun şikayət ərizəsinə İXMnin 109.1.6-cı maddəsinin tələblərini şamil etmək maddi hüquq normasının mahiyyətini tamamilə təhrif etmək deməkdir. Məhkəmə qərardadında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il tarixli qərarına istinad edərək bu növ qərardadlardan apellyasiya şikayəti vermək hüququnun olmadığını iddia edir. Lakin hakim nəzərə almamışdır ki, Konstitusiya Məhkəməsinin sözügedən hüquqi mövqeyi dövlət orqanının tərtib etdiyi sənədlərin texniki tamamlanma üçün geri qaytarılmasına aiddir, çünki bu hal işin mahiyyətinə və tərəflərin hüquqlarına son qoymur. Vətəndaşın birbaşa şikayət ərizəsinin icraata götürülmədən geri qaytarılması isə onun məhkəməyə daxil olmaq hüququnu tamamilə iflic edir. Çünki İXM-nin 128.1 -ci maddəsi ilə müəyyən edilmiş 10 günlük şikayət müddəti bu cür əsassız geri qaytarmalar nəticəsində ötürülür və vətəndaş hüquqi müdafiəsiz qalır. Konstitusiya Məhkəməsinin qərarları vətəndaşın konstitusion hüquqlarının fəaliyyətsiz qoyulmasına bəhanə ola bilməz.Məhkəmə iddia edir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə olunmamışdır və bu səbəbdən onun mövcudluğunu müəyyən etmək mümkün deyil. Belə ki, ilkin şikayət ərizəsinə mobil telefonuma rəsmi qaydada daxil olmuş və elektron dövlət bildiriş sisteminə inteqrasiya edilmiş "SMS Radar.az" proqramından götürülmüş rəsmi çıxarış (skrinşot) əlavə edilmişdir. Həmin çıxarışda mübahisə predmeti olan EQ ******** nömrəli rəsmi qərarın tərkibi, tətbiq edilmə tarixi (##.##.2026), radara düşmə yeri (H.Z.X1 31.2 km) və tətbiq olunan İXM-nin 327.2-ci maddəsi tam və dəqiq şəkildə əks olunmuşdur. Hakimin bu rəsmi elektron sübutu ümumiyyətlə yoxmuş kimi qəbul etməsi iş materiallarına qarşı qeyri-obyektiv və formal yanaşmanın bariz nümunəsidir. Proses iştirakçılarının izahatları : Məhkəmə iclasının vaxtı və yeri barədə Qərardan şikayət verən orqan (şəxs) İslam oğluna lazımi qaydada məlumat verilsə də, o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Qərardan şikayət verən orqan (şəxs) İslam oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə materialları yoxlayıb, apellyasiya şikayətinin dəlillərini, iş materiallarındakı sənədlərlə təhlil edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, şikayətə baxılması üçün materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərdə barəsində şikayət verilən qərar mövcud olmadığından, sənədlər natamam olduğundan şikayət geri qaytarılmalıdır. Halbuki, İXM-nin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılması (106.0.5), işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılması (106.0.6) məsələsini həll edir. Lakin birinci instansiya məhkəməsinin hakimi tərəfindən işdə iştirak edən şəxslər məhkəmə iclasına çağırılmadan, kifayət qədər sübutlar toplanılmadan şikayət geri qaytarılmışdır. Bundan əlavə, apellyasiya məhkəməsi qeyd edir ki, şikayətçi tərəfindən şikayətə elektron kabinetdə onun cərimə olunmasını əks etdirən fotosurətlər də əlavə edilmişdir. Həmin fotosurətlərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İslam oğlu barəsində ##.##.2026-cı il tarixli qərar qəbul edilmişdir. 1-ci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) İslam oğlunun bilavasitə özünün mübahisələndirilən qərarın əldə edilməsini mümkünsüz edən halları müəyyən etmədən onun şikayətini geri qaytarmaqda düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il ## ###### tarixli Qərarı). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun # ### 2019-cu il tarixli qərarına əsasən inzibati xəta haqqında protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” # ###### 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququnu, həmin Məcəllənin 129.1-ci maddəsi isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilmə qaydasını müəyyən etmişdir. Öz növbəsində hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (İnzibati Xətalar Məcəlləsinin 132.1.1 və 132.2-ci maddələri). İXM-nin 57.6-cı maddəsinə əsasən bu məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan. İXM-nin 125.2.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Beləliklə, qeyd edilməlidir ki, şikayət verən şəxs tərəfindən mübahisələndirilən səlahiyyətli orqanın qərarı şikayətə əlavə edilməlidir. Əlavə edilmədiyi təqdirdə isə məhkəmə təqdim edilmiş şikayətin natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq şikayəti onu vermiş şəxsə qərardadla geri qaytarmazdan əvvəl həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məsələn, verilmiş şikayətin icraata götürübgötürülməməsi məsələsini həll etmək məqsədi ilə şikayəti baxmağa hazırlıq mərhələsinə (İXMin 132-ci maddəsi) təyin etməli və şikayət vermiş şəxsə sözügedən qərarın müvafiq orqandan alınaraq təqdim edilməsi üçün vaxt verməli və həmçinin qeyd olunan qərarın iş materiallarına əlavə olunmamasının səbəblərini müəyyən etməlidir. Əgər qərarın əlavə olunmaması şikayət vermiş şəxsdən asılı olmayan səbəblərlə bağlıdırsa (bu barədə müvafiq vəsatət olduqda), məhkəmə sorğular verməklə həmin qərarın əldə olunması ilə bağlı müvafiq tədbirlər görməlidir. Ən əsası isə səlahiyyətli orqanın qəbul etdiyi qərarlardan verilən şikayətlərin geri qaytarılmasına dair qəbul olunmuş qərardadlardan şikayət vermə hüququ tanınmalıdır. Apellyasiya məhkəməsi qeyd edir ki, məhkəmənin baxılması mümkün olmayan, natamam tərtib olunduğu güman edilən inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə olunmadığı halda, işin baxılmağa hazırlanması zamanı məhkəməyə təqdim olunmuş materialların natamam olmasını əsas götürməklə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin geri qaytarması barədə qərardad qəbul etməsi inzibati qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə işin hallarını, yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsi inzibati xətalar qanunvericiliyində müəyyən edilmiş tələbləri pozduğundan hazırki inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı əsaslı və qanuni hesab edilə bilməz, həm də ona görə ki, şikayət müəllifi elektron qaydada ona göndərilən qərarın fotosurətlərini şikayətinə əlavə etmişdir. Bu səbəbə görə də qeyd olunan qərardad ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilməlidir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin və şikayətə baxılması üçün materiallar həmin məhkəməyə işin baxılmağa hazırlanması mərhələsinə qaytarılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərar qətidir, ondan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar