Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-543/2026 17.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio- video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim G.R.Ismayılova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi, inzibati həbsdə saxlama müddətinin əvvəli ##.##.2026-cı il tarixdən, saat 16:20-dən hesablanması, qərarın icrasının Sumqayıt Şəhər Polis Idarəsinə həvalə edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli icra sənədi üzrə icraata xitam verilməsi, qərarın dərhal icra edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə həmin protokollara baxılması ilə əlaqədar *(*-***)-****/**** nömrəli inzibati xətaya dair iş *(*-***)****/**** nömrəli inzibati xətaya dair işlə bir icraatda birləşdirilmişdir. Sumqayıt şəhəri üzrə Icra Idarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokolu tərtib edilmişdir ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Sumqayıt şəhər * saylı Notariat ofisinin *i-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə tələb bir il müddətində təkrarən üzürsüz səbəbdən icra edilməmişdir. Nəticədə o, Azərbaycan Respublikasının IXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 1 il müddətində IXM-nin 528.1-ci maddəsi ilə tənbeh almış təkrarən üzrsüz səbəbdən icra etməməsi, 34.480 manat borcunun qalması təsdiq edilmişdir. Sumqayıt şəhəri üzrə Icra Idarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokolu tərtib edilmişdir ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli icra sənədi üzrə cəriməni məhkəmə qərarı qüvvəyə mindikdən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Nəticədə Azərbaycan Respublikasının IXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Inzibati xəta haqqında protokollara baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd edilən qərarı qəbul etmiş və qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində daha yüngül cəza tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar tamamilə qanunsuz və ədalətsizdir. Belə ki, hazırda tələbkar ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailəsi arasında barışıq əldə edilməsi xüsusunda danışıqlar gedir. Ona 5000 manat ödəniş etmək istənilsə də, tələbkar bütün borcu tələb edir. Borclunun isə bu qədər vəsaiti ödəməyə maddi imkanı yoxdur. Bundan başqa, borclunun arvadı II qrup əlildir. Ailənin yeganə qazanc gətirən şəxsi olaraq onun həbsdə olması vəziyyəti daha da acınacaqlı edir. Borclunun himayəsində iki azyaşlı uşağı vardır. Beləliklə də, işin hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəza verilərkən qeyd edilən hallar nəzərə alınmamış, ona həddən artıq ağır cəza verilmişdir. Şikayətin verilməsinə əsas səbəb bu cəzanın daha yüngül cəza ilə əvəzləşdirilməsi məsələsidir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya məhkəməsinin iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmuru X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da vurğuladı ki, borclu ödəmək istəmir hər dəfə alladır, ilkin protokol tərtib edilərkən bildirdi ki, guya rayonda ev var onu borc əvəzinə verəcək, amma sonra da məlum oldu ki, belə bir ev yoxdur. Yəni dəfələrlə borcun ödənilməsi bildirilsə də, konkret olaraq ödəməsi istiqamətində heç bir səy göstərməmiş, bu səbəbdən məhkəmə qərarını icra etməkdən boyun qaçırdığından inzibati qaydada cərimə olunsa da, həmin cərimənin də ödənilməsini də icra etməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirlər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da vurğuladı ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çox güzəştlər edilmişdir. Keçən məhkəmədə də sonuncu demişdir ki, iclasdan çıxan kimi adına olan evi keçirdəcəkdir onun adına. Şəxs hər dəfə bir bəhanələr gətirir, borcu ödəmir. Ona telefonla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs atası tərəfindən şərt qoyularaq 5000 manat ödədikləri təqdirdə şikayətini götürməsi təklif edilmiş, o da razılaşmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərində qeyd edilənləri bir daha müdafiə edərək bildirdi ki, borcundan 5000 manat ödənilməsini tələbkara bildirilsə də tələbkar bütöv pulu istəmiş, lakin buna imkanı çatmadığından ödəyə bilmir. Xahiş edir ki, həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilsin. Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X2 apellyasiya şikayətini müdafiə edib, sonuncunun qeyd etdiyi hallara xüsusilə nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, iş materialları ilə apellyasiya şikayətində qeyd edilən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında göstərdiyi hallarla əlaqəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Sumqayıt şəhər * saylı Notariat ofisinin *i- *** nömrəli, ## ###### 2025-ci il tarixli icra sənədi əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə 47.200 manat pul və 25 manat dövlət rüsumunun tutulması nəzərdə tutulmuş, həmin icra sənədi üzrə icraata başlanılmış və icra sənədinin icrası ilə bağlı qərarın surəti ## ###### 2025-ci il tarixdə borcluya təqdim edilmişdir. Iş materialları ilə həmçinin müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin icra sənədi üzrə öhdəliyini vaxtında və tam şəkildə icra etməmiş, nəticədə barəsində əvvəlcə IXM-in 528.1-ci maddəsi ilə, daha sonra isə eyni icra sənədinin icra edilməməsinə görə IXM-in 528.1-1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Buna baxmayaraq, icra sənədi üzrə borcun əsas hissəsi, yəni 34.480 manat məbləğində borc ödənilməmiş qalmışdır. Bundan əlavə, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilərək onun barəsində 1.000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra da onun icrası təmin edilməmiş və cərimə ödənilməmişdir. Beləliklə, məhkəmə qərarı ilə tətbiq edilmiş inzibati cərimənin qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində üzrsüz səbəbdən icra edilməməsi ilə bağlı IXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcudluğu iş materialları ilə təsdiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi borcu hissə-hissə ödəməsi, tələbkarla barışıq əldə edilməsi istiqamətində danışıqların aparılması, ailəsinin maddi vəziyyəti, həyat yoldaşının əlilliyi və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması barədə dəlillər də məhkəmənin diqqətindən kənarda qalmır. Lakin həmin hallar onun inzibati xətaların törədilməsinə görə təqsirini və inzibati məsuliyyətini aradan qaldırmır. Əksinə, iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin könüllü icrası üçün kifayət qədər imkan və vaxt verilmiş, o, icra məmuru tərəfindən dəfələrlə xəbərdar edilmiş, buna baxmayaraq üzərinə düşən öhdəliyi tam yerinə yetirməmişdir. Onun tərəfindən müəyyən məbləğlərdə qismən ödənişlərin edilməsi də icra sənədinin icrasını təmin etməmiş, borcun əhəmiyyətli hissəsi ödənilməmiş qalmışdır. Bundan başqa, iş materiallarından onun icra məmurunun çağırışlarına hər zaman əməl etmədiyi, müəyyən edilmiş vaxtda icra orqanına gəlmədiyi və nəticədə barəsində axtarış elan edildiyi də müəyyən olunur. Bu baxımdan apellyasiya şikayətində göstərilən “borcu ödəmək üçün vaxt verilməsi”, “tələbkarla barışıq əldə edilməsi” və “maddi imkanın olmaması” barədə dəlillər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini və onun nəticələrini aradan qaldırmır. Eyni zamanda, borcun ödənilməsi ilə bağlı gələcəkdə müəyyən ödənişlərin ediləcəyinə dair vədlər artıq törədilmiş inzibati xətalara hüquqi qiymət verilməsinə və qanunla nəzərdə tutulmuş məsuliyyətin tətbiq edilməsinə mane ola bilməz. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi izahat da iş materiallarında müəyyən edilmiş hallarla ziddiyyət təşkil etmir. Sonuncunun bildirdiyi kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun ödənilməsi ilə bağlı dəfələrlə güzəştlər edilmiş, lakin verilmiş vədlər yerinə yetirilməmiş və borcun əsas hissəsi ödənilməmişdir. Bu hal da birinci instansiya məhkəməsinin inzibati həbs tətbiq etməsi ilə bağlı gəldiyi nəticənin əsassız hesab edilməsi üçün əsas vermir. Məhkəmə qeyd edir ki, IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 31.2-ci maddəsinə əsasən isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən də həmin tələblərə əməl edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmış, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilmədiyi qeyd edilmişdir. Bununla yanaşı, məhkəmə törədilmiş xətaların xarakterini, icra edilməmiş borcun məbləğini, əvvəlki inzibati tənbehlərə baxmayaraq eyni icra sənədinin icra edilməməsini, məhkəmə tərəfindən tətbiq edilmiş 1.000 manat cərimənin də icra olunmamasını və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsini nəzərə almışdır. IXM-in 528.1-1-ci maddəsinin sanksiyası fiziki şəxslər barəsində 1.000 manatdan 1.500 manatadək cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilməsini nəzərdə tutur. IXM-in 529.2-ci maddəsinin sanksiyasında isə 160 saatdan 240 saatadək ictimai işlər, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs eyni zamanda IXM-in 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini müəyyən edərək IXM-in 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etmişdir. Bu zaman məhkəmə xüsusilə nəzərə almışdır ki, əvvəlki inzibati tənbehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini icra etməsinə səbəb olmamış, hətta həmin icra sənədinin icra edilməməsinə görə tətbiq edilmiş 1.000 manat məbləğində inzibati cərimə də sonradan icra edilməmişdir. Belə olan halda, inzibati tənbehin məqsədlərinə yalnız daha yüngül tənbeh tədbiri ilə nail olunmasının mümkünlüyü barədə apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər tətbiq edilmiş inzibati tənbeh tədbirlərinin icra sənədinin icrasını təmin etməməsi nəzərə alındıqda, birinci instansiya məhkəməsinin inzibati həbs tətbiq etməklə bağlı gəldiyi nəticə işin konkret hallarına uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati həbsin müddəti də qanunda nəzərdə tutulmuş hədlər daxilində müəyyən edilmişdir. Belə ki, IXM-in 529.2-ci maddəsinin sanksiyası üç ayadək inzibati həbs tətbiq edilməsinə imkan verdiyi halda, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 25 gün müddətinə inzibati həbs tətbiq etmişdir. Bu baxımdan tətbiq edilmiş tənbehin açıq-aşkar ağır və ya qeyri-mütənasib olması barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq üçün əsas yoxdur. Apellyasiya şikayətində IXM-in 8.1, 8.2 və 8.3-cü maddələrinə istinad edilməsinə münasibətdə məhkəmə hesab edir ki, həmin normalar inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsirsizlik prezumpsiyasını və təqsirlə bağlı şübhələrin onun xeyrinə həll edilməsini müəyyən edir. Lakin iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirini təsdiq edən və birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılaraq qiymətləndirilmiş kifayət qədər sübutlar mövcuddur. Apellyasiya şikayətində həmin sübutların mötəbərliyini və ya yolverilənliyini şübhə altına alan konkret əsaslar göstərilməmişdir. Eyni zamanda, şikayətdə IXM-in 53.1.2 və 105.1-ci maddələrinə istinad edilərək inzibati xəta tərkibinin olmadığı iddia edilsə də, iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində həm IXM-in 528.1-1-ci, həm də 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların bütün zəruri əlamətlərinin mövcudluğu müəyyən edilmişdir. Bu səbəbdən icraata xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmış, toplanmış sübutlara düzgün hüquqi qiymət vermiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən halları nəzərə almış və inzibati tənbehin növünü və müddətini müəyyən edərkən qanunun tələblərinə riayət etmişdir. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri formal əsaslar kimi qiymətləndirilməklə apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Eyni zamanda barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Azərbaycan Respublikası inzibati qanunvericiliyin tələblərinə əsasən müdafiəçinin məhkəmə prosesində iştirakı IXM-nin 66-cı maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, məhkəmə prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən (## ##### 2025-ci il tarixli dəyişikliklərə görə) təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2 inzibati iş materialları ilə tanış olub, məhkəmə prosesində iştirak etdiyi cəmi 3 (üç) iş saatına görə ödənilməli olan 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Göstərilənlərə əsasən IXM-nin 66.3, 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Apellyasiya instansiyası məhkəməsində göstərilmiş hüquqi yardımla bağlı inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-543/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-543/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver