Məhkəmə qərarları › İş №3(3-8)-544/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-544/2026

25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-544/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, İnzibati xәta haqqında protokolu tәrtib edәn Qusar rayon Polis Şöbәsinin yol-patrul xidmәti inspektoru, R X1 iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 333-1.1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Qusar Rayon Mәhkәmәsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Qusar rayon Polis Şöbәsinin rәisi, R Azәr Əfәndiyev tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim X2) ##.##.1985-ci il tarixdә Qusar şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, ailәli, orta tәhsilli, işlәmәyәn, Qusar rayonu, Balaqusar kәndindә qeydiyyatda olan (FİN:*******) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 333-1.1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata onun әmәlindә inzibati xәta hadisәsi vә inzibati xәta tәrkibi müәyyәn edilmәdiyindәn xitam verilmişdir. İşin halları: İnzibati materiallardan müәyyәn olunur ki, Protokolu tәrtib edәn orqan-nin DYPB tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli İXP ******* saylı inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Qusar rayon mәhkәmәsinә göndәrilmişdir. Birinci instansiya mәhkәmәsi yuxarıda göstәrilәn nәticәyә gәlmişdir. Qәrardan narazı qalan Qusar rayon Polis Şöbәsinin rәisi, R Azәr Əfәndiyev apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsini, Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 333-1.1 maddәsi ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Protokolu tәrtib edәn orqan-nin DYPB tәrәfindәn ##.##.2026-cı il tarixdә saat 17:10 radәlәrindә vәtәndaş Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Qusar şәhәri Ç.Qurbanov küçәsindә idarә etdiyi Daewoo Matız (minik) markalı ** BL *** dövlәt qeydiyyat nişanlı avtomobillә hәrәkәtdә olan zaman tәhlükәsizlik kәmәrindәn istifadә etmәdiyi üçün Protokolu tәrtib edәn orqan-nin DYPB-nin YPX inspektoru,R Nadir Ağayev tәrәfindәn saxlanılmışdır.Yol patrul xidmәti әmәkdaşı sürücü ilә ünsiyyәti zamanı sürücünün hәrәkәtlәrindә şübhә doğurduğu üçün ## ### 2017ci il tarixli Q-**-***-** nömrәli “Yol-patrul xidmәti haqqında Tәlimatın” tәsdiq edilmәsi barәdә qәrarın 5-ci bәndinә vә Azәrbaycan Respublikasının qüvvәdә olan müvafiq hüquqi qanunivericiliyinә uyğun olaraq elәcәdә “Yol-patrul xidmәti haqqında Tәlimafa ** nömrәli әlavәyә әsasәn nәqliyyat vasitәsini idarә etmәkdәn kәnarlaşdırma vә sәrxoşluq vәziyyәtini müәyyәn etmәk üçün tibbi müayinәyә göndәrilmә barәdә protokol tәrtib edәrәk sürücü Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәkim müayinәsinә dәvәt edilmişdir. Xaçmaz rayon X8 Hüuqi Şәxsin hәkim narkoloqu Ağakәrim Muradxanov ##.##.2026- cı il tarixli ** nömrәli (“nәqliyyat vasitәlәrini idarә edәn şәxsin vәziyyәtinin müәyyәn edilmәsi qaydaları”na әlavә sәrxoşluq vәziyyәtinin tibbi müayinәsi) aktına әsasәn vәtәndaş Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qeyd olunan tarixdә naroktik müayinәsi zamanı çәtәnә bitkisi (marixuana) istifadә etdiyi mәlum olmuş elәcәdә vәtәndaş qeyd olunan müayinәnin nәticәsi ilә razılaşaraq “nәşә çәkmişәm” yazaraq könüllü olaraq imza etmişdir.Elәcәdә rayon PŞ-nin DYPB-dә şәxs izahat verәrәk hәkimin rәyi ilә razı olduğunu,narkotik vasitә olan marixuana istifadә etdiyini,gәlәcәkdә belә hallara yol vermәyәcәyini bildirmişdir Mәhkәmә göndәrilmiş mötәbәr dәlil vә sübutlara әsaslanılmayaraq şәxsin narkoloji qeydiyyata alınmayan “xxxx”MMC vә X4” Klinik Lobaratoriya mәrkәzilәrinin narkoloji fәaliyyәtinin aparılmasına dair hüquqi sәnәdlәri әldә etmәdәn hәmәn müәsisәlәr tәrәfindәn hәqiqiliyi mәlum olmayan arayışlara әsaslanıb 1 ay müddәti әssasız sәbәbdәn uzatmaqla şәxsin narkoloji vәziyyәtinin ayıq halının bәrpasına gәtirmәklә ##.##.2026-cı il tarixdә narkoloji ekspertizanın tәyin edilmәsi barәdә qәrardad qәbul etmişdir. Elәcәdә qeyd olunan qәrarda Ekspertizanının rәyinin düzgün şәrh edilmәmәsi , rәydә qeyd olunan mәlumatda sidik vә digәr analizin 1 ay müddәti keçmәsi sәbәbi ilә şәxsin narkotikdәn istifadә etmәsinin vә narkomaniyadan әziyyәt çәkmәsi ilә bağlı rәyin verilә bilmәyәcәyi, mövcud qanunvericiliyin tәlimatlarında vә qәrarlarında narkoloji müayinә vә ya testlәrin orqanizimdә qalma müddәti maddәnin növündәn aslı olması vә şәxsin hәkim narkoloq tәrәfindәn ## #### 2026-cı il tarixdә aparılmış müayinә zamanı narkotik vasitә olan marixuanın tәsiri altında sәrxoş vәziyyәtdә olması elәcәdә Sәrxan Heydәrov tәrәfindәn özü könüllü olaraq rayon PŞ-nin DYPB-dә şәxs izahat verәrәk hәkimin rәyi ilә razı olduğunu,narkotik vasitә olan marixuana istifadә etdiyini,gәlәcәkdә belә hallara yol vermәyәcәyini bildirmәsi nәzәrә alınmamışdır. Hәmin vaxt Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn sәnәdlәşmә vә digәr hallarla bağlı hәr hansı bir etiraz olunmamışdır. Lakin mәhkәmәdә özünü tәqsirli bilmәdiyini qeyd etmişdir. Belәliklә, birinci instansiya mәhkәmәsi maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq etmәmiş, әsassız vә qanunsuz qәrar qәbul etmişdir, mәhkәmә tәrәfindәn qüvvәdә olan mövcud qanunverilciyin vә AR İXM-nin müәyyәn tәlәblәri pozulmuşdur, yәni bu Mәcәllә ilә müәyyәn edilmiş tәlәblәrin işin halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulmasına yol verilmişdir ki, bu da hәmin qәrarın apellyasiya qaydasında lәğvinin әsaslarından biridir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsindә Qusar rayon Polis Şöbәsinin yol-patrul xidmәti inspektoru, R X1 izahat verәrәk bildirdi ki, sürücü Heydәrov Sәrxanın üz mimikası vә hәrәkәtlәri şübhә doğurduğu üçün onu narkoloji müayinәdәn keçmәk üçün hәkim-narkoloqun yanına dәvәt etmişlәr. Keçirilәn narkoloji test nәticәsindә qanında narkotik vasitә olan marixuananın istifadә olunduğu aşkar edilmişdir. Heydәrov özü dә hәkim rәyi ilә razılaşaraq imzalamışdır. İzahatında da bunu etiraf etmişdir. Onlarda hәkim rәyinә uyğun olaraq protokol tәrtib etmişlәr. Apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Ona verilәn suallara cavab olaraq bildirmişdir ki, sürücü qeyri-adi hәrkәtlәr etdiyi üçün hәrәkәtlәrindәn şübhәlәnmişlәr. Hadisә vaxtı onlar iki nәfәr polis әmәkdaşı olmuşlar. Sürücü könüllü şәkildә onlara yaxınlaşmışdır. Ona tәsir göstәrilmәmişdir. Sürücü onların avtomobil ilә yoxlanılmağa getmiş vә öz avtomobili hәmin yerdә qalmışdır. Sürücünü ilkin müayinәdәn keçirmişlәr, daha sonra hәkim-narkoloqa yaxınlaşmışlar. Sürücüdәn sidik analizi götürülmüşdür. Apellyasiya mәhkәmәsindә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahat verәrәk bildirdi ki, protokolu tәrtib etmiş şәxsin izahatı yalandır. 14 mart tarixindә polis әmәkdaşları onu saxlayaraq sualcavab etmişlәr: 'Narkotik çәkirsәn? Bu kimi işlәrlә mәşğulsan?” o isә cavabında bildirmişdir ki, heç vaxt belә hal olmayıb vә bu cür işlәrdәn uzaq bir insandır. Hәmin vaxt işdәn gәlmişdir, oruclu vә yorğun olmuşdur. Sәrxoşluq vә ya narkotik müayinәsi (narkotest) üçün test götürәcәklәrini bildirdikdә razılaşmışdır. Onu avtomobil duracağına (avtobazaya) aparıb orada ekspress-test vasitәsilә yoxlamışlar. Testin nәticәlәrindәn anlayışı olmadığı üçün dәqiq bilmәmiş, lakin bulanıq bir xәtt göstәrәrәk narkotik vasitә qәbul etdiyini iddia etdilәr. O bundan heç vaxt istifadә etmәdiyini tәkrar bildirmişdir. Sonra qardaşına zәng edәrәk onu xәstәxanaya aparmaq istәdiklәrini xәbәr vermiş, qardaşı xәstәxananın qarşısında gözlәmişdir. Lakin xidmәti avtomobilә әylәşәndә telefonunu әlindәn aldılar vә onu Xaçmaz Rayon Mәrkәzi Xәstәxanasına aparmışlar. Yolda gәrginlik vә stres içindә olmuş, üstәlik ona qarşı nalayiq ifadәlәr işlәdilmişdir. Dәfәlәrlә istәsә dә, telefonunu qaytarmadıqları üçün qardaşı ilә әlaqә saxlaya bilmәmişdir Xәstәxanada isә üzәrindә hәkim xalatı olmayan vә özünü tәqdim etmәyәn bir şәxs polislәrin gәtirdiyi test vasitәsilә onu yenidәn müayinә etmiş vә eyni nәticәni bildirmişdir. Apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etmişdir. Ona verilәn suallara cavab olaraq bildirmişdir ki, ondan sidik nümunәsi götürülmüşdür. Lakin heç bir sәnәd tәqdim edilmәmişdir. Hәkim öz laboratoyasına aid cihazla müayinә etmәmişdir. Polislәrin gәtirdiyi cihaz vasitәsilә yoxlamışdır.Ondan sәnәdlәri imzalamağını tәlәb etdilәr. Lakin etiraz etdikdә "Dediyimizi etmәsәn, vәziyyәtini daha da ağırlaşdırarıq, üzәrindәn narkotik vasitә çıxararıq” dedilәr.O stresә düşüb, qorxmuşdur. Ailәsi var, üç uşaq atasıdır. Öz canının qorxusundan dediklәrini yazmışdır. Oradan sonra onu Qusar Rayon Polis Şöbәsinә gәtirdilәr. Orada Sәid adında әmәkdaş ona әrizә yazmağını tәlәb etdi vә öz dediklәrini yazdırdı. Orada da marixuana qәbul etdiyini yazmışdır. Əks halda onuhәbs etdirәcәklәri ilә hәdәlәdilәr. O heç vaxt narkotik vasitә qәbul etmәmişdir. Son bir il әrzindә barәmdә inzibati xәta hadisәsi qeydә alınmayıb. Əvvәllәr mәhkum olunmamışdır. Azәrbaycan Respublikası İinzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә qәrar lәğv edilmәli vә apellyasiya şikayәti tәmin edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati tәnbeh tәdbiri tәyin edilmәlidir. Belə ki, iş materiallarında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Protokolu tәrtib edәn orqan-dә verdiyi izahatından görünür ki, o YPX әmәkdaşları tәrәfindәn saxlanılaraq hәrәkәtlәri vә gözlәrinin rәngi şübhә yaratdığı üçün hәkim müayinәsinә dәvәt edilmişdir.Testin nәticәsi pozitiv çıxması ona göstәrilmişdir. O da razı olduğunu vә narkotik vasitә olan marixuana qәbul etdiyni vә gәlәcәkdә belә әmәlә yol vermәyәcәyini bildirmişdir. ## #### 2026-cı il tarixli, ** nömrәli “nәqliyyat vasitәlәrini idarә edәn şәxsin vәziyyәtinin müәyyәn edilmәsi qaydaları”na әlavә sәrxoşluq vәziyyәtinin tibbi müayinәsi” aktından görünür ki, vәtәndaş Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qeyd olunan tarixdә naroktik müayinәsi zamanı çәtәnә bitkisi (marixuana) istifadә etdiyi mәlum olmuş, sonuncu narkotik vasitә qәbul etdiyini hәmin aktda әlyazma ilә yazaraq imzası ilә tәsdiq etmişdir. “xxxx” MMC Kliniki-diaqnostik laboratoriyasının ##.##.2026-cı il tarixli laborator müayinә nәticәsindәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs OPİopiate, THC-cannabis, amphetamin (AMP), benzodiazepines (BZO), cocoine (COC) vә MAMP methamphetamin üzrә aparılmış narkotik vasitәlәrin istifadәsinә dair testlәrin nәticәlәri mәnfi olmuşdur. “X5” X11 ##.##.2026-cı il tarixli narkotest (kart-test) müayinәsinin nәticәsindәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (BAR), (BZO), (MTD), (MDMA), (MOP), (MET), (COC), (THC), (OPI), (BUP), (AMP) vә (PCP) üzrә aparılmış müayinәlәrin nәticәlәri mәnfi olmuşdur. ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı Qusar rayon mәhkәmәsinin qәrardadından görünür ki, İXM-nin 333-1.1-ci maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında iş üzrә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә mәhkәmә narkoloji ekspertizasının tәyin edilmәsini qәrara alınmışdır. ##.##.2026-cı il tarixli **** №-li ambulator mәcburi-narkoloji tibbi ekspertizasının rәyindәn görünür ki, ekspress-test üsulu ilә aparılmış müayinә nәticәsindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs götürülmüş sidik nümunәsindә THC, MET, TML, PGB, MTD, MOP aşkar edilmәdi. Hal-hazırda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müayinә zamanı narkomaniya xәstәliyinin әlamәtlәri aşkar olunmur, narkomaniya xәstәliyindәn әzab çәkmir. Narkomaniyadan mәcburi müalicәyә ehtiyacı yoxdur. ##.##.2026-cı il tarixdәn ##.##.2026-cı il tarixlәrdә hәr hansı narkotik vasitә qәbul edib-etmәmәsini hal-hazırda uzun müddәt keçmәsi ilә әlaqәdar qan vә sidik analizindә aşkarlanması mümkün deyildir. Azәrbaycan Respublikasının İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respublikasının İXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikasının İXM-nin 13-cü maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs öz әmәlinin (hәrәkәtinin vә ya hәrәkәtsizliyinin) hüquqazidd xarakterini dәrk etmiş, onun zәrәrli nәticәlәrini qabaqcadan görmüş vә bunları arzu etmişdirsә, yaxud belә nәticәlәrin baş vermәsinә şüurlu surәtdә yol vermişdirsә, bu xәta qәsdәn törәdilmiş xәta hesab olunur. Hәmin Mәcәllәnin 16.1-ci maddәsnә әsasәn inzibati xәta törәdәrkәn on altı yaşı tamam olmuş fiziki şәxslәr inzibati mәsuliyyәtә cәlb olunurlar. Qeyd olunan Mәcәllәnin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası İXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsinin hakimi tәrәfindәn işin müәyyәn olunmuş hallarına düzgün hüquqi qiymәt verilmәdәn iş üzrә icraata xitam verilmәsi barәdә nәticәyә gәlinmişdir. Belә ki, tәqdim edilәn "xxxx" MMC-nin ##.##.2026-cı il tarixli vә "X5"un ##.##.2026-cı il tarixli mәnfi nәticәli testlәri, elәcә dә ##.##.2026-cı il tarixli mәcburi-narkoloji tibbi ekspertizanın rәyi birinci instansiya mәhkәmәsi tәrәfindәn әsas götürülsә dә, bu yanaşma maddi vә prosessual hüquq normalarına ziddir. Belә ki, ##.##.2026-cı il tarixli Mәhkәmә Tibbi Ekspertizasının rәyindә qeyd edilmişdir: “##.##.2026-cı il tarixdәn ##.##.2026-cı il tarixlәrdә hәr hansı narkotik vasitә qәbul edib-etmәmәsini hal-hazırda uzun müddәt keçmәsi ilә әlaqәdar qan vә sidik analizindә aşkarlanması mümkün deyildir. Narkotik vasitәlәrin orqanizmdәn xaric olması (metabolizm) müәyyәn qısa zaman kәsiyindә baş verir. Hadisәdәn 2-3 gün sonra özәl klinikalarda verilәn analizlәr vә ya aylar sonra keçirilәn ekspertiza, şәxsin mәhz hadisә anında (14 mart tarixindә) nәqliyyat vasitәsini idarә edәrkәn narkotik sәrxoşluğu vәziyyәtindә olması faktını tәkzib edә bilmәz vә ilkin rәsmi tibbi protokolunu hüquqi qüvvәdәn salmır. Barәsindә icraat aparılan şәxsin mәhkәmәdә polislәr tәrәfindәn ona tәzyiq göstәrilmәsi, telefonunun әlindәn alınması vә "üzәrinә narkotik qoyulması" hәdәsi ilә sәnәdlәrә imza atdırılması barәdә iddiaları yalnız mәsuliyyәtdәn yayınmaq xarakteri daşıyır. İş materiallarında şәxsә qarşı hәr hansı fiziki vә ya psixoloji zorakılığın tәtbiq edilmәsini sübut edәn heç bir mötәbәr dәlil, tibbi arayış vә ya prokurorluq orqanlarına edilmiş rәsmi şikayәt mövcud deyil. Şәxs hәkim-narkoloqun yanında olarkәn vә Protokolu tәrtib edәn orqan-dә izahat yazarkәn öz iradәsi ilә sәnәdlәri imzalamışdır. Yuxarıda qeyd olunanlara әsasәn, X3 nәqliyyat vasitәsini narkotik maddә qәbul etmiş vәziyyәtdә idarә etmәsi faktı hadisә günü tәrtib olunmuş rәsmi protokolla, hәkim-narkoloq rәyi vә şәxsin ilkin sәmimi etirafı ilә tam sübuta yetirilmişdir. Bu sәbәbdәn, birinci instansiya mәhkәmәsinin işә xitam vermә barәdә qәrarı lәğv edilmәli, apellyasiya şikayәti tәmin olunmalı vә şәxs İXM-nin 333-1.1-ci maddәsi ilә tәqsirli bilinәrәk barәsindә inzibati cәrimә tәnbehi tәtbiq edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İXM-nin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası İXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası İXM-nin 333-1.1-ci maddәsinә әsasәn nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsinin narkotik vasitәlәrdәn, psixotrop maddәlәrdәn vә ya güclü tәsir edәn digәr maddәlәrdәn istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsinә görә – altı yüz manat mәblәğindә cәrimә edilir vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ altı aydan bir ilәdәk müddәtә mәhdudlaşdırılır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmәdi. Belәliklә mәhkәmә yuxarıda qeyd olunanları nәzәrә alaraq barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq olunması qәnaәtinә gәlir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135.1.2-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Azәrbaycan Respublikası İXM-nin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә protestә baxılarkәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması halında qәrar dәyişdirilir vә ya lәğv edilir vә yeni qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn mәhkәmә hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs cәrimә növündә inzibati tәnbeh tәyin edilmәklә lәğv edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2, 135.1.5 vә 136-cı maddәlәrini rәbәr tutaraq, mәhkәmә Q Ə R A R A ALDI : Apellyasiya şikayәti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 333-1.1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Qusar Rayon Mәhkәmәsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 333-1.1-ci maddәsi ilә tәqsirli bilinsin vә barәsindә 600 (altı yüz) manat mәblәğindә inzibati cәrimә tәyin edilsin. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz. Hakim Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar