Məhkəmə qərarları › İş №3(3-8)-545/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-545/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-545/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X4 katibliyilə, Azərbaycan Respublikasının Fövqəladə X3 Yanğın Nəzarəti Xidməti Şimal-X2 X5 nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilməsinə dair Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. (hakim Samir Əliyev) İşin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə X3 Yanğın Nəzarəti Xidməti Şimal-X2 X5 tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. FHN-nin DYNX-nin Şimal-Qərb Regional DYNİ tərəfindən tərtib edilmiş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şamaxı rayonu Dəmirçi yolunun üzərində yerləşən “DƏMİRCHİ” restoteanında ##.##.2026-cı il tarixdə planlı yanğın texniki müayinə keçirilməsinə şərait yaradılmamış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 602.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi barəsində qərar qəbul edilməsinə baxmayaraq o, məhkəmə prosessinə çağırılmamış və proses barəsində ona hər hansı şəkildə məlumat verilməmişdir. Şimal-X2 X5 əməkdaşları “Demirchi” restoranına gələn zaman müayinə deyil yoxlama aparmaq üçün gəldiklərini bildirmiş, buna görə onlara etiraz edərək ##.##.2026-cı il tarixli, KY********* nömrəli çıxarışa əsasən yoxlama aparmaq səlahiyyətlərinin olmadığını bildirmişdir. Hesab edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən həmin şəxslərin yalnız müayinə aparmaq səlahiyyəti olmuşdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna əsasən müayinə və yoxlama məqsəd, prosedur və nəticələrinə görə fərqlənir. Belə ki, müayinə müşahidə və məlumat toplamaq məqsədi daşıyır, yoxlama isə hüquqi nəzarət və tənzimləmə xarakteri daşıyır. Həmçinin barəsində protokol tərtib edəcəyini bildirən zaman həmin əməkdaşlara protokolun yanında tərtib edilməsini ve protokola qeydlər edəcəyini bildirməsinə baxmayaraq protokola qeydlər etməməyi üçün protokol sonradan onun iştirakı olmadan tərtib edilmişdir ki, bu da özlüyündə onun hüquqlarının pozulması olmaqla qanunsuz və əsassızdır. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinəin dəlillərinə uyğun çıxş edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində FHN-nin DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraatın materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişin üzərində ünvan qeyd edilməmiş, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə SMS məlumat çatdırılmamışdır. Belə olan halda apellyasiya məhkəməsi qeyd edir ki, qeyd olunan bildiriş formal olaraq iş materiallarına əlavə olunmuş, faktiki olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmamışdır. İXM-nin 57-ci maddəsinin tələblərinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Apellyasiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmadan birinci instansiya məhkəməsinin gəldiyi qənaət İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. İXM-in 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları bir daha təhlil edib, onları apellyasiya şikayətinin dəlilləri üzrə yoxlayaraq hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-157)-288/2026 nömrəli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün materiallar Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar