Məhkəmə qərarları › İş №3(3-8)-546/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-546/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-546/2026 28.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Hüquq İdarәsinin nümayәndәsi X2 vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin nümayәndәsi nümayәndә2 iştirakı ilә, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә onun vәzifәli şәxsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Əbdürrәhman oğlu barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin nümayәndәsi nümayәndә2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Quba-Xaçmaz Regional şöbәsi tәrәfindәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-n vә vәzifәli şәxsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.1-1-cü maddәsinә әsasәn tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Siyәzәn Rayon Mәhkәmәsinә göndәrilmişdir. Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı (hakim B.Əlәkbәrov) ilә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 2000 (iki min) manat inzibati cәrimә tәtbiq edilmәsi, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 1000 (bir min) manat inzibati cәrimә edilmәsi, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-ә vә onun vәzifәli şәxsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 bu cәrimәlәrin şәrti olaraq tәtbiq edilmәklә 1 ay müddәtindә törәdilmiş hüquqpozma aradan qaldırıldığı tәqdirdә tәtbiq edilmiş inzibati cәrimәdәn azad edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin nümayәndәsi nümayәndә2 qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, İXM-in 539.1-1-ci maddәsi icrası mәcburi olan göstәrişin icra edilmәmәsinә görә mәsuliyyәt nәzәrdә tutur. Buna görә hәmin göstәrişin konkret hüquqi әsasının mövcudluğu vә onun icra edilmәmәsinin inzibati xәta tәrkibi yaradıbyaratmadığı müәyyәn edilmәlidir. İş üzrә әsas mübahisә göstәrişin 5-ci bәndindә AZS ISO 12100:2024 standartının müәssisәdә tәtbiq edilmәsinin tәlәb olunmasıdır. Lakin hәmin tәlәbin mәhz "xxxx" MMC üçün hansı konkret normativ hüquqi әsasla mәcburi olduğu kifayәt qәdәr әsaslandırılmamışdır. AZS ISO 12100:2024-ün tәtbiqinin mәcburiliyi әsaslandırılmamışdır. Mәhkәmә qәrarında Azәrbaycan Standartlaşdırma İnstitutunun mövqe) inә istinad edilәrәk AZS ISO 12100:2024 standartının tәtbiqinin könüllü olduğu, standartın bütün müәssisәlәr üçün nәzәrdә tutulmadığı vә әsasәn maşın vә avadanlıqların layihәlәndirilmәsi, istehsalı, modernlәşdirilmәsi vә istismarı ilә mәşğul olan müәssisәlәrә aid olduğu qeyd edilmişdir. Bununla yanaşı, mәhkәmә “X1" MMC-dә bu standartın tәtbiq edilmәli olduğunu qәbul etmişdir. Lakin müәssisәnin boru istehsalı ilә mәşğul olması vә konkret standartın müәssisәyә mәcburi tәtbiqini yaradan hüquqi әsas ax rica müәyyәn edilmәmişdir. Avadanlıqdan istifadә olunması faktı ilә konkret standartın müәssisә üçün mәcburi olması eyni hüquqi anlayış deyildir. Hadisәnin avadanlıqla әlaqәli olması öz-özlüyündә AZS ISO 12100:2024-ün mәcburi tәtbiqini sübut elmir. Müfәttişin xüsusi texniki nәticәsi müstәqil texniki sübutla tәsdiqlәnmәmişdir. Müfәttiş tәrәfindәn hadisәnin avadanlıqla bağlı olması әsas götürülәrәk AZS ISO 12100:2024 standartının tәtbiqinin zәruri olduğu barәdә nәticәyә gәlinmişdir. Lakin konkıet avadanlığın texniki xüsusiyyәtlәri, standartın tәtbiq dairәsi, hadisәnin texniki sәbәbi vә standartın tәtbiq edilmәmәsi ilә hadisә arasında sәbәbli әlaqә barәdә müstәqil ekspert rәyi vә ya digәı xüsusi texniki aıaşdıımanııı nәticәsi göstәrilmәmişdir. Bu mәsәlәlәr xüsusi texniki bilik tәlәb edir. Buna baxmayaraq, mübahisәli texniki nәticә müstәqil ekspertiza ilә yoxlanılmadan müfәttişin mövqeyi әsasında qәbul edilmişdir. Hadisәnin mexanizmi ilә 12100-un tәtbiq edilmәmәsi arasında sәbәbli әlaqә müәyyәn edilmәmişdir. Mәhkәmә qәrarında hadisәnin işçinin cibindә olan kәsici alәtin avadanlığa düşmәsi vә hәmin alәti götürmәk mәqsәdilә işlәk vәziyyәtdә olan avadanlığa müdaxilә etmәsi nәticәsindә baş verdiyi göstәrilir. Hadisәnin avadanlıqda baş vermәsi avtomatik olaraq onun AZS ISO 12100:2024-ün tәtbiq edilmәmәsi nәticәsindә baş verdiyini göstәrmir. Hadisәnin konkret mexanizmi ilә standartın tәtbiq edilmәmәsi arasında sәbәbli әlaqә ayrıca sübuta yetirilmәlidir. Tәhqiqat aktı vә digәr sübutlar tam qiymәtlәndirilmәmişdir. Bәdbәxt hadisәnin tәhqiqat aktında hadisәnin sәbәblәri vә onların aradan qaldırılması üzrә tәdbirlәr müәyyәn edilmişdir. Hәmin aktın mәzmunu ilә mәhkәmәnin "AZS ISO 12100:2024 tәtbiq edilmәli idi" nәticәsi müqayisәli şәkildә qiymәtlәndirilmәlidir. Eyni zamanda әvvәlki mәhkәmә araşdırmalarında müәyyәn edilmiş hallar, müәssisәnin tәhlükәsizlik sәnәdlәri, risk qiymәtlәndirmәlәri vә digәr tәqdim edilmiş sübutların hazırkı iş üzrә hüquqi nәticәyә tәsiri ayrıca qiymәtlәndirilmәlidir. Müdafiә tәrәfinin әsas dәlillәrinә lazımi hüquqi qiymәt verilmәmişdir. Müdafiә tәrәfi AZS ISO 12100:2024-ün tәtbiqinin könüllü olduğunu, müәssisәnin avadanlıq deyil, boru istehsalı ilә mәşğul olduğunu. AZS ISO 45001:2021 üzrә sәnәdlәrin mövcudluğunu vә Azәrbaycan Standartlaşdırma İnstitutuna rәsmi müraciәt edildiyini bildirmişdir. Mәhkәmә bu dәlillәri әks etdirsә dә. onların hәr birinin hansı sәbәbdәn rәdd edildiyini vә mövcud sübutlarla niyә tәkzib olunduğunu kifayәt qәdәr konkret әsaslandırmamışdır. Mәhkәmә qәrarında İXM-in sübutlarla bağlı müddәalarına istinad edilmişdir. Lakin iş üzrә әsas texniki mәsәlә — AZS ISO 12100:2024-ün konkret müәssisә vә konkret avadanlıq üçün tәtbiqinin zәruri olub-olmaması vә onun tәtbiq edilmәmәsi ilә hadisә arasında sәbәbli әlaqә — obyektiv texniki araşdırma ilә aradan qaldırılmamışdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Birinci instansiya mәhkәmәsinin barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә onun vәzifәli şәxsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 qeyd edilәn inzibati xәta üzrә tәqsirli bilinmәsinә dair yekun nәticәyә gәlәrkәn tәdqiq edilmәklә qiymәtlәndirilәn sübutlara düzgün istinad etdilmәklә, onlara hüquqi qiymәt verilmәsi barәdә gәldiyi nәticә ilә razılaşdığından, apellyasiya instansiya mәhkәmәsi hәmin sübutların mәzmununu hazırki qәrarda tәkrarlamağa zәrurәt görmür, ancaq әmәl üzrә dәyәrlәndirilmә aparılarkәn birinci instansiya mәhkәmәsindә tәdqiq edilmәklә әldә olunmuş sübutların mәzmunu dәyişdirilmәdәn qiymәtlәndirilәcәkdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsinin mәzmununa görә әmәk müqavilәsinin bağlanması, dәyişdirilmәsi vә xitamının әsasları vә sәnәdlәşdirilmәsi, kollektiv müqavilәnin (sazişin) bağlanması vә yerinә yetirilmәsi, әmәk şәraiti, işçilәrin vә iş yerlәrinin attestasiyasının keçirilmәsi, iş vә istirahәt vaxtı, mәzuniyyәt hüququnun hәyata keçirilmәsi, әmәk vә mәzuniyyәt haqlarının, ezamiyyә xәrclәrinin, müavinәt vә digәr ödәnişlәrin ödәnilmәsi, qadınların vә yaşı 18-dәn az olan işçilәrin әmәyindәn istifadәnin xüsusiyyәtlәri, işçilәrin sığorta olunmasının tәnzimlәnmәsi, әmәyin mühafizәsi norma vә qaydaları ilә bağlı әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının icrası mәcburi olan göstәrişinin әmәk münasibәtlәrinin iştirakçıları tәrәfindәn icra edilmәmәsi inzibati mәsuliyyәtә cәlb edilir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Konstitusiyasının 125-ci maddәsinin VII hissәsi baxımından Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 53.1.7 vә 139-cu maddәlәrinin Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 141.1.3 vә 142-ci maddәlәri ilә әlaqәli şәkildә şәrh edilmәsinә dair” ## ### 2026-cı il tarixli Qәrarında formalaşdırılan hüquqi mövqeyinә әsasәn İnzibati Xәtalar Mәcәllәsinin 18.3, 18.6 vә 18.7-ci maddәlәrinin mәnasına görә eyni inzibati xәta hadisәsi ilә bağlı hüquqi şәxslә yanaşı onun xeyrinә vә ya onun maraqlarının qorunması üçün hәrәkәt vә ya hәrәkәtsizlik edәn vәzifәli şәxsin әmәllәrindә dә inzibati xәta tәrkibinin olmasına dair kifayәt qәdәr әsaslar mövcud olduqda isә hәr iki subyekt barәsindә eyni vaxtda inzibati xәta haqqında iş üzrә icraatın başlanması haqqında qәrarlar tәrtib edilәrәk baxılması üçün mәhkәmәyә göndәrilә bilәr. Belә hallarda inzibati xәta haqqında işin tam vә obyektiv araşdırılmasının tәmin edilmәsi, prosessual qәnaәt prinsipinin gözlәnilmәsi vә ziddiyyәtli qәrarların qarşısının alınması mәqsәdi ilә hüquqi vә vәzifәli şәxsin inzibati mәsuliyyәtinә dair mәsәlәlәrә mәhkәmәlәrdә bir icraat daxilindә baxılmalıdır. Vәzifәli şәxs öz vәzifә öhdәliklәrini yerinә yetirmәmәsi vә ya lazımınca yerinә yetirmәmәsinә görә inzibati mәsuliyyәt daşıyır, hüquqi şәxs isә mәhz onun xeyrinә vә ya maraqlarının qorunması üçün tәmsilçilik, qәrar qәbul etmә vә fәaliyyәtә nәzarәt sәlahiyyәtinә malik olan vәzifәli şәxsinin vә ya bu vәzifәli şәxslәrin nәzarәti hәyata keçirmәmәsi nәticәsindә işçisinin törәtdiyi әmәllәrә görә mәsuliyyәtә cәlb olunur. Hüquqi şәxsin inzibati xәtaya görә mәsuliyyәtә cәlb edilib-edilmәmәsi mәsәlәsinin hәlli zamanı işin bütün halları, xüsusilә әmәlin onun xeyrinә vә ya onun maraqlarının qorunması üçün törәdilib-törәdilmәmәsi müvafiq icraat çәrçivәsindә әtraflı araşdırılmalı vә qiymәtlәndirilmәlidir. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsi tәrәfindәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin operator kömәkçisi X3 ## ###### 2025-ci il tarixdә, saat 10:30 radәlәrindә xәsarәt alması ilә nәticәlәnmiş bәdbәxt hadisәnin tәhqiqatı nәticәsi olaraq hüquqi şәxsә icrası mәcburi olan göstәriş verilmişdir. Hәmin icrası mәcburi olan göstәrişin 4 bәndi yerinә yetirilsә dә, 5-ci bәndindә qeyd edilәn AZS İSO 12100:2024 Dövlәt Standartının Azәrbaycan Standartlaşdırma İnstitutundan alınmasına vә bu standartın tәtbiq olunmasına dair sәnәdlәr MMC vә onun direktoru tәrәfindәn X4 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsinә tәqdim olunmamışdır. AZS İSO 12100:2024 standartı, qurğuların dizaynı ilә bağlı tәhlükәsizliyә nail olmaq üçün әsas terminologiyanı, prinsiplәri vә metodologiyanı müәyyәn edir. Bundan başqa, sözügedәn standartda qurğunun istismar dövrünün müvafiq mәrhәlәlәrindә tәhlükәlәri müәyyәn etmәk, risklәri qiymәtlәndirmәk vә dәyәrlәndirmәk, tәhlükәlәri aradan qaldırmaq vә ya azaldılmasını tәmin etmәk üçün prosedurlar tәsvir edilmişdir. Bundan әlavә, hәmin standartın iş yerlәrindә tәtbiqi qurğuların dizaynı vә istismarı zamanı tәhlükәlәrin vaxtında müәyyәn edilmәsinә, risklәrin qiymәtlәndirilib azaldılmasına kömәk etmәklә, qurğunun istifadә dövrünün bütün mәrhәlәlәrindә tәhlükәsizliyin tәmin olunması üçün aydın vә praktik yanaşma tәqdim edir. Digәr tәrәfdәn, bu tәlәblәrin tәtbiqi avadanlıq vә qurğuların tәhlükәsizliyinin tәmin edilmәsinә, istehsalat qәzalarının qarşısının alınmasına, iş yerlәrindә sağlam vә tәhlükәsiz әmәk şәraitinin yaradılmasına xidmәt göstәrir. Belәliklә, әmәyin mühafizәsi ilә bağlı standartların tәtbiqi iş yerlәrindә sağlam vә tәhlükәsiz әmәk şәraitinin yaradılmasına xidmәt etmәklә, işә götürәnlәr fәaliyyәtlәrini bu standartların tәlәblәrinә uyğun qurmalıdırlar. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan tәrәf hәmin standartın alınmasının mәcburi olmamasını, onların aldıqları digәr bir sertifikatla tәlәb olunan sertfikatın әhatә olunduğunu, hәmin sertifikatın avadanlıq istehsal edәn müәssisәlәr üçün nәzәrdә tutulduğunu, lakin onların firmasının isә boru istehsalı ilә mәşğul olduğunu mübahisәlәndirsәlәr dә, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-dә istifadә olunan avadanlıqlarda istismar dövrünün müvafiq mәrhәlәlәrindә tәhlükәlәri müәyyәn etmәk, risklәri qiymәtlәndirmәk vә dәyәrlәndirmәk, tәhlükәlәri aradan qaldırmaq vә ya azaltmaq, tәhlükәsizliyi tәmin etmәk, istehsalat qәzalarının qarşısını almaq, iş yerindә sağlam vә tәhlükәsiz әmәk şәraitini yaratmaq üçün AZS İSO 12100:2024 standartı tәtbiq olunmalı, hәmçinin işәgötürәn fәaliyyәtini bu standartların tәlәblәrinә uyğun qurmalı olduğundan, onların dәlillәrinin formal mülahizә kimi dәyәrlәndirilmәli olması qәnaәtini formalaşdırır. Bu isә әmәldә inzibati xәta tәrkibi qәnaәtini formalaşdırır. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati tәnbeh vermә haqqında qәnaәtә gәlinәrkәn bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasının tәmin edildiyi, qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla tәnbeh olunan әmәlin törәdilmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә hәmin әmәl Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 539.1-1-cü maddәsi ilә düzgün qiymәtlәndirilmişdir. İnzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsaslar yoxdur. Şikayәtdә istinad edilәn hallar da әmәldә inzibati xәta tәrkibinin olmaması qәnaәtini istisna edir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә onun vәzifәli şәxsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Əbdürrәhman oğlu barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata әmәldә inzibati xәta tәrkibinin olmasına görә cәrimә inzibati tәnbeh tәdbirinin şәrti tәtbiq edilmәsinә dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslıdır. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin nümayәndәsi nümayәndә2 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar