Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-547/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi ilә, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә Azәrbaycan Respublikası IXM-nin 469- 1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 tәrәfindәn verilmiş apellyasiya şikayәtlәrinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim V.Y.Mәmmәdova) barәsindә inzibati xәta haqqında icraat aparılan hüquqi şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 469-1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, barәsindә 5000 (beş min) manat mәblәğindә cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәsi, barәsindә inzibati xәta haqqında icraat aparılan vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 469-1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, barәsindә 1500 (min beş yüz) manat mәblәğindә cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәsi qәrara alınmışdır. IŞIN HALLARI : Protokolu tәrtib edәn orqan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 XIdmәti X6 tәrәfindәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 469-1-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında icraat aparılan hüquqi şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin barәsindә ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli vә barәsindә inzibati xәta haqqında icraat aparılan vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokollar tәrtib edilәrәk baxılması üçün aidiyyәti üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Inzibati xәta haqqında protokolların tәrtib olunmasına sәbәb barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin direktrou barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 ilә X3 arasında әmәk müqavilәsi ##.##.2025-ci il tarixdә bağlanmış, lakin işçinin istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirmә hallarında icbari sığortası ##.##.2025-ci il tarixdә hәyata keçirilmişdir. Inzibati xәta haqqında protokollara baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan narazı qalan barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә vә hәmin müәssisәnin direktoru barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 tәrәfindәn apellyasiya şikayәtlәri verilmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI : barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin apellyasiya şikayәtindә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC barәsindә hissәdә – Cәmiyyәtin IXM-in 469-1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsi vә barәsindә 5.000 (beş min) manat mәblәğindә cәrimә tәtbiq edilmәsi hissәsindә – lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata IXM-in 53.0.1-ci maddәsinә (inzibati xәta hadisәsinin olmaması) vә 53.0.2-ci maddәsinә (әmәldә inzibati xәta tәrkibinin, o cümlәdәn tәqsirin olmaması) әsasәn xitam verilmәsi, birinci tәlәb tәmin edilmәdiyi halda – qәrarın hәmin hissәdә lәğv edilәrәk iş yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә göndәrilmәsi xahiş edilmәklә apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qanunvericilik sığorta olunanların kateqoriyasında dәyişiklik edildikdә sığortaçını mәlumatlandırmaq üçün 10 iş günü müddәt müәyyәn etmişdir. Işçi ##.##.2025-dә işә qәbul olunmuş, ##.##.2025-dә (istirahәt günlәri çıxılmaqla cәmi 10 iş günü, axım növbәti gündәn hesablandıqda 9 iş günü әrzindә) sığorta tәminatına daxil edilmiş vә qanuni müddәt pozulmamışdır. Mәhkәmә bu normanı ümumiyyәtlә tәtbiq etmәmişdir. Şirkәtin ##.##.2024-cü ildәn müddәtsiz icbari sığorta müqavilәsi vә 364 nәfәrlik illik qoşması qüvvәdәdir. Qüvvәdә olan müqavilәyә yeni işçinin daxil edilmәsi "müqavilәnin bağlanmaması" tәrkibinә daxil deyildir. Mәcәllәdә "sığorta tәminatına gec daxil edilmә" üzrә tәrkib yoxdur vә analogiya üzrә tәtbiq yasaqdır (IXM 3 vә 6.3-cü maddәlәr). Əmәl ##.##.2025-ci il tarixdә tam başa çatmışdır. Sığorta xәtaları IXM-in 38.1-ci maddәsindә 1 illik müddәt şamil edilәn siyahıya daxil deyil. Bu sәbәbdәn 3 aylıq ümumi müddәt ##.##.2026-cı ildә bitmişdir, protokol isә ##.##.2026-da tәrtib edildiyindәn icraata xitam verilmәlidir. Mәhkәmә qәrarda tәqsirin sübutu yükünün inzibati orqanın üzәrinә düşdüyünü qeyd etsә dә, faktiki olaraq tәqsirsizliyin sübutunu Cәmiyyәtdәn tәlәb etmiş vә daxili ziddiyyәtә yol vermişdir. Iş materiallarında Cәmiyyәtin qәsd vә ya ehtiyatsızlığını tәsdiq edәn sübut yoxdur. Cәmiyyәt әvvәllәr mәsuliyyәtә cәlb olunmamış, kimsәyә zәrәr dәymәmiş vә vәziyyәt kәnar müdaxilә olmadan könüllü aradan qaldırılmışdır. Cәmiyyәtin xeyir әldә edib-etmәdiyi vә maliyyә vәziyyәti araşdırılmadan maksimum 5.000 manat cәrimә tәtbiq edilmişdir. Inzibati protokolda әmәl IXMin 469.1-ci maddәsi ilә tövsif edildiyi halda, mәhkәmә aktlarında "469-1-ci maddә" kimi göstәrilmişdir. Ittihamın hüdudları dәyişdirilmiş vә müdafiә hüququ pozulmuşdur. Protokol Cәmiyyәtin nümayәndәsinin iştirakı olmadan tәrtib edilmiş, surәti sonradan göndәrilmiş, "müәyyәn edilmiş sübutlar" bölmәsindә konkret sübut göstәrilmәmişdir ("araşdırma zamanı toplanmış materiallar" yazılmışdır). Qәrarda inzibati xәtanın obyektiv cәhәti bir yerdә "hәr bir işçinin sığortalanmaması", başqa yerdә isә "icbari sığorta müqavilәsinin bağlanmaması" kimi ziddiyyәtli tәsvir edilmişdir. barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 apellyasiya şikayәtindә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә hissәdә – onun IXM-in 469-1ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsi vә barәsindә 1.500 (min beş yüz) manat mәblәğindә cәrimә tәtbiq edilmәsi hissәsindә – tam lәğv edilmәsi vә iş üzrә icraata IXM-in 53.0.1-ci maddәsinә (inzibati xәta hadisәsinin olmaması) vә 53.0.2-ci maddәsinә (әmәldә inzibati xәta tәrkibinin, o cümlәdәn tәqsirin olmaması) әsasәn xitam verilmәsi, birinci tәlәb tәmin edilmәdiyi halda – qәrarın hәmin hissәdә lәğv edilmәsi, çünki barәsindә inzibati xәta haqqında protokol tәrtib edilmәdәn vә iş aidiyyәti üzrә mәhkәmәyә göndәrilmәdәn vәzifәli şәxs barәsindә inzibati tәnbeh tәtbiq edilmәsi qanuna ziddir, yuxarıdakı tәlәblәr tәmin edilmәdiyi halda – qәrarın dәyişdirilәrәk tәtbiq edilmiş inzibati tәnbehin IXM-in 9.1, 21 vә 32-ci maddәlәri nәzәrә alınmaqla yüngüllәşdirilmәsi xahiş edilmәklә apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, iş materiallarında vәzifәli şәxs barәsindә MN ******* nömrәli protokol mövcud deyildir. Inzibati orqanın ##.##.2026-cı il tarixli müşayiәtedici mәktubunda mәhkәmәyә yalnız 1 protokol (hüquqi şәxsә dair MN 2467133) vә 1 qәrardad göndәrildiyi göstәrilmişdir. Mәhkәmәyә göndәrilmiş MN ******* nömrәli qәrardad yalnız hüquqi şәxsә aiddir vә işin göndәrilmә әsası kimi IXM-in 18.5-ci maddәsi (hüquqi şәxs barәsindә tәnbehi yalnız hakim tәtbiq edir) göstәrilmişdir. Vәzifәli şәxs barәsindә IXM-in 114.3-cü maddәsi ilә müәyyәn edilmiş göndәriş qәrardadı olmadığından mәhkәmә baxışı üçün qanuni әsas olmamışdır. Qәrarda barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1-in konkret hansı vәzifә borcunu vә hansı hәrәkәtsizliklә pozduğu göstәrilmәmişdir. Hüquqi şәxsin mәsuliyyәtindәn vәzifәli şәxsin mәsuliyyәtinin avtomatik törәdilmәsi IXM-in 3, 12.1 vә 17-ci maddәlәrinә ziddir. Inzibati orqanın bildirişi yalnız MMC-nin elektron kabinetinә yerlәşdirilmiş, fiziki/vәzifәli şәxsә şәxsi bildiriş göndәrilmәmişdir. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә dә çağırış vәrәqәsi almadığından izahat vermәk vә müdafiә olunmaq hüququndan tam mәhrum edilmişdir. Cәmiyyәt tәrәfindәn irәli sürülәn 10 iş günü müddәtinin pozulmaması, müddәtsiz sığorta müqavilәsinin mövcudluğu, 1 illik tәnbeh müddәtinin keçmәsi arqumentlәri vәzifәli şәxsin dә әmәlindә inzibati xәta tәrkibini müstәqil olaraq istisna edir. Eyni zamanda vәzifәli şәxsin şәxsiyyәti nәzәrә alınmadan formal olaraq 1.500 manat cәrimә tәtbiq edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin adından vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 adından sonuncu e-kabinet vasitәsilә әrizәlәr ilә müraciәt edәrәk üzrlü sәbәbdәn (ezamiyyәt sәbәbi ilә) iştirak etmәsinin mümkün olmayacağını bildirәrәk mәhkәmә iclasının tәxitә salınmasını xahiş etmişlәr. Apellyasiya baxışı ilә әlaqәdar işә baxılmanın vaxtı vә yeri barәdә lazımi qaydada xәbәrdar edilmәsinә baxmayaraq, inzibati xәta haqqında protokol tәrtib etmiş qurumun nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, gәlmәmәsinin üzürlü sәbәbdәn olması vә ya mәhkәmә iclasının tәxirә salınması barәdә vәsatәt vermәmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati xәta haqqında protokol tәrtib etmiş qurumu, elәcә dә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-i vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 işә baxılmasının yeri vә vaxtı barәdә vaxtında bildirilmәsinә baxmayaraq mәhkәmә iclasında iştirak etmәdiklәrindәn vә gәlmәmәlәrinә dair üzrlü sәbәblә bağlı müvafiq sübutlar tәqdim edilmәdiyindәn işin tәxirә salınmasına әsas yoxdur, ona görә dә vәsatәt tәmin edilmәyәrәk apellyasiya şikayәtlәrinә baxılması vә mәhkәmә iclası tәrәflәrin iştirakları olmadan davam etdirilmәsi qәrara alınmışdır. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtlәrinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, apellyasiya şikayәtlәri tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. Belә ki, MMC-nin şikayәtindә iddia edirlir ki, "Istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığorta haqqında" Qanunun 7.2.3-cü maddәsinә әsasәn yeni işçi işә qәbul edildikdә sığortaçını 10 iş günü müddәtindә mәlumatlandırmaq vәzifәsi müәyyәn edilmişdir vә işçi ##.##.2025-ci ildә işә qәbul olunub ##.##.2025-ci ildә sığorta olunanlar siyahısına daxil edildiyindәn qanuni müddәt pozulmamışdır. Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 225-ci maddәsinin 1-ci hissәsinin imperativ tәlәbinә görә işәgötürәn qanunvericiliklә müәyyәn olunmuş qaydada hәr bir işçinin istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığortalanmasını tәmin etmәlidir. Işçinin әmәk funksiyasını yerinә yetirmәyә başladığı ilk gündәn hәyatı vә sağlamlığı istehsalat risklәrinә mәruz qalır. Qanunun 7.2.3-cü maddәsi sığortalının sığortaçıya mövcud müqavilә çәrçivәsindә mәlumat vermәk prosessual vәzifәsini müәyyәn edir, lakin bu norma işçinin sığorta tәminatsız (sığortasız) işlәdilmәsinә bәraәt verәn norma kimi şәrh edilә bilmәz. X1 ##.##.2025-ci il tarixdәn faktiki işә başlamış, lakin sığorta tәminatı yalnız ##.##.2025-ci il tarixdәn rәsmilәşdirilmişdir. Belәliklә, ##.##.2025 – ##.##.2025ci il tarixlәri arasında işçinin icbari sığorta tәminatı olmamışdır. IXM-in 469-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın obyektiv cәhәti mәhz hәr bir işçinin icbari sığortalanmaması faktından ibarәtdir. Sığortalamanın sonradan aparılması hәmin dövrdә işçinin sığortasız qaldığı gerçәkliyini vә buna görә yaranmış inzibati mәsuliyyәti aradan qaldırmır. Şikayәtdә o da vurğulanır ki, qüvvәdә olan müqavilәyә әlavә olunması "müqavilәnin bağlanmaması" sayılmır, Mәcәllәdә "gec daxil edilmә" üzrә tәrkib yoxdur vә maddәnin "Qeyd" hissәsindәki 20 günlük müddәt hazırkı hala aid edilә bilmәz. Halbuki, IXM-in 469-1-ci maddәsinin dispozisiyasında açıq-aydın göstәrilmişdir: "...hәr bir işçinin istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığortalanmamasına, o cümlәdәn müvafiq risklәri icbari qaydada sığorta etdirmәk vәzifәsi müәyyәn edilmiş fiziki vә ya hüquqi şәxslәr tәrәfindәn sığortaçı ilә icbari sığorta müqavilәsinin bağlanmasına görә..." inzibati tәnbeh nәzәrdә tutulur. Qanunverici müqavilәnin ümumiyyәtlә olmaması ilә yanaşı, müqavilәnin olması şәraitindә konkret işçinin sığortaya cәlb edilmәmәsini (sığortalanmamasını) müstәqil inzibati xәta tәrkibi kimi müәyyәn etmişdir. Maddәnin “Qeyd” hissәsinә gәldikdә, birinci instansiya mәhkәmәsi haqlı olaraq göstәrmişdir ki, qanunverici mәsuliyyәtә cәlb olunduqdan sonra 20 gün әrzindә sığortalanmanı tәmin etmәni yalnız tәkrar mәsuliyyәti istisna edәn hal kimi nәzәrdә tutmuşdur. Inzibati xәta törәdildiyi andan tamamlanmış hesab olunur vә sonradan pozuntunun aradan qaldırılması ilkin mәsuliyyәti lәğv etmir. Cәmiyyәt iddia edir ki, әmәl ##.##.2025-ci ildә başa çatmışdır, IXM-in 38.1-ci maddәsinә görә ümumi 3 aylıq müddәt bitmişdir vә sığorta xәtaları 1 illik müddәtә aid edilmir. Lakin, IXM-in 38.1-ci maddәsinin ikinci cümlәsindә birmәnalı olaraq tәsbit olunmuşdur ki, "...vergilәrin, rüsumların ödәnilmәsi, maliyyә vә sığorta qaydaları әleyhinә olan inzibati xәtalara görә... inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci bir il keçәnәdәk verilә bilәr". IXM-in 469-1-ci maddәsi Mәcәllәnin 36-cı fәslindә yer alır. Bu sәbәbdәn sığorta qaydalarının pozulması ilә bağlı inzibati xәtalara görә tәnbeh tәtbiqetmә müddәti 1 (bir) ildir. Xәta 15-## ###### 2025-ci il tarixlәrindә törәdilmiş, protokol ##.##.2026-cı il tarixdә tәrtib edilmiş, mәhkәmә qәrarı isә ##.##.2026-cı ildә qәbul edilmişdir. Başqa sözlә desәk 1 (bir) illik müddәt ötürülmәmişdir. Bundan başqa vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 şikayәtindә bildirir ki, onun barәsindә MN ******* nömrәli protokol vә göndәriş qәrardadı iş materiallarında yoxdur, inzibati orqanın ##.##.2026-cı il tarixli müşayiәtedici mәktubunda mәhkәmәyә yalnız 1 protokol (hüquqi şәxsә dair MN 2467133) vә 1 qәrardad göndәrildiyi göstәrilmiş, mәhkәmәyә göndәrilmiş MN ******* nömrәli qәrardad yalnız hüquqi şәxsә aiddir vә işin göndәrilmә әsası kimi IXM-in 18.5-ci maddәsi (hüquqi şәxs barәsindә tәnbehi yalnız hakim tәtbiq edir) göstәrilmiş, ona şәxsi bildiriş verilmәyib, mәhkәmәdә iştirak etmәyib vә hüquqi şәxsin mәsuliyyәtindәn vәzifәli şәxsin mәsuliyyәti avtomatik törәdilә bilmәz. Iş materiallarında olan müvafiq sәnәdlәrdәn (o cümlәdәn ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli protokoldan – i.v.34-35, ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli qәrardaddan – i.v.36, hәmçinin MMC vә vәzifәli şәxs barәsindә tәrtib edilmiş protokolların baxılması üçün mәhkәmәyә göndәrilmәsinә dair müşayiәtedici mәktubda da hәr iki protokol qeyd edilmişdir – i.v. 1) görünür ki, sığorta qaydalarının pozulması hüquqi şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin barәsindә vә MMC-nin adından idarәetmә vә tәşkilati-sәrәncamverici funksiyaları hәyata keçirәn direktoru barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 öz vәzifә öhdәliklәrini (Əmәk Mәcәllәsinin 225-ci maddәsindәn irәli gәlәn) lazımınca yerinә yetirmәmәsi nәticәsindә baş vermiş inzibati pozuntuya dair sәnәdlәr baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Qeyd edilmәsi zәruridir ki, IXM-in 17-ci maddәsinә әsasәn vәzifәli şәxslәr öz vәzifәlәrinin yerinә yetirilmәmәsi vә ya lazımınca yerinә yetirilmәmәsi ilә bağlı inzibati xәtalara görә mәsuliyyәt daşıyırlar. Birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2026-cı il tarixli Qәrarının hüquqi mövqeyinә tam uyğun olaraq, eyni inzibati xәta hadisәsi üzrә hüquqi şәxslә yanaşı onun adından fәaliyyәt göstәrәn vәzifәli şәxsin dә mәsuliyyәtinә bir icraat daxilindә baxmışdır. barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 hüquqi şәxsin qanuni tәmsilçisi (direktoru) olduğu üçün hüquqi şәxsin elektron kabinetinә vә ünvanına göndәrilmiş bildirişlәr vә mәhkәmә çağırışları barәdә mәlumatlı olmuşdur. Birinci instansiya mәhkәmәsi tәrәfindәn mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq, vәzifәli şәxs iclasa gәlmәmiş, gәlmәmәsinin üzrlü sәbәblәrini bildirmәmişdir. Mәhkәmә IXM-in 115-ci maddәsinә uyğun olaraq işә onun iştirakı olmadan baxılmasını düzgün hesab etmişdir. Hüquqi şәxsin nümayәndәsi mәhkәmә iclasında iştirak edәrәk müdafiә mövqeyini tәqdim etmişdir. Mәhkәmә iclasında iştirak etmәmәk şәxsin öz prosessual hüququndan istifadә formasıdır vә bu hal müdafiә hüququnun pozulması kimi dәyәrlәndirilә bilmәz. Apellyasiya şikayәtlәrindә protokolda maddә "469.1", qәrarda isә "469-1" yazılması iddia edilsә dә, bu hal iş materiallarında olna protokollardan da göründüyü kimi әsassızdır hәm dә ona görә ki, protokolların mәtnindә pozuntunun faktiki hallarının tәsvirindәn vә mübahisәnin predmetindәn aydın görünür ki, inzibati xәta icraatı istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә әmәk qabiliyyәtinin itirilmәsi halında icbari sığortalanma qaydalarının pozulması faktı üzrә aparılmışdır. Protokolun mәtnindә әmәlin mahiyyәti dәqiq göstәrilmişdir. Maddәnin yazılışı da "469-1" formasında göstәrilmiş, birinci instansiya mәhkәmәsi dә işә baxarkәn әmәlә düzgün hüquqi qiymәt verәrәk IXM-nin 469-1-ci maddәsini tәtbiq etmişdir. Apellyasiya şikayәtlәrindә gecikmәnin sığorta şirkәtinin sistemindәki nasazlıqdan qaynaqlandığını, lakin sığortaçının bu barәdә sәnәd verilmәdiyi bildirilsә dә, bunu tәsdiq edәn heç bir sübut mәhkıәmәyә tәqdim edilmәmişdir. Qanunvericilik tәqsirsizlik prezumpsiyasını müәyyәn etsә dә, prosessual qaydalara görә müәyyәn konkret istisna halı (mәsәlәn, texniki nasazlıq) müdafiә arqumenti kimi irәli sürәn tәrәf hәmin halın mövcudluğunu faktiki mәlumatlarla әsaslandırmalıdır. Iş materiallarında Cәmiyyәtin ##.##.2025-ci il tarixdә sığortaçıya müraciәt etdiyini tәsdiq edәn hәr hansı sәnәd, elektron bildiriş mövcud deyildir. Şifahi mülahizәlәr inzibati mәsuliyyәtdәn azad etmәk üçün sübut kimi qәbul edilә bilmәz. Belә ki, IXM-nin 76.1-ci maddәsinin tәlәblәrinә görә inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Apelyatorlar pozuntunun yoxlamadan әvvәl könüllü aradan qaldırıldığını, kimsәyә zәrәr dәymәdiyini, әvvәllәr mәsuliyyәtә cәlb olunmadıqlarını әsas gәtirәrәk cәrimәnin ağır olduğunu vә ya yüngüllәşdirilmәli olduğunu bildirirlәr. IXM-in 469-1-ci maddәsinin sanksiyası sabit (konkret) cәrimә mәblәği müәyyәn edir: vәzifәli şәxslәr üçün 1.500 manat, hüquqi şәxslәr üçün 5.000 manat. Hәmin maddәnin sanksiyasında aşağı vә ya yuxarı hәdd nәzәrdә tutulmamışdır. Sanksiya nәzәrdә tutulan mәblәği birbaşa tәyin etdiyindәn, mәhkәmәnin hәmin mәblәğdәn aşağı tәnbeh tәtbiq etmәk vә ya onu yüngüllәşdirmәk hüquqi sәlahiyyәti yoxdur. Birinci instansiya mәhkәmәsi maddәnin sanksiyasına tam uyğun olaraq cәrimә tәtbiq etmişdir. Nәticә etibarilә, birinci instansiya mәhkәmәsi iş üçün әhәmiyyәtli olan halları araşdırmış, sübutları qanunun tәlәblәrinә uyğun qiymәtlәndirmiş, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 әmәllәrinә düzgün hüquqi qiymәt vermiş vә onların IXM-in 469-1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәlәri barәdә әsaslı nәticәyә gәlmişdir. Belә ki, IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. IXM-nin 18.1-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. IXM-nin 18.5-ci maddәsinә әsasәn bu Mәcәllәnin 127-4.5-ci maddәsindә nәzәrdә tutulmuş hal istisna olmaqla, hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. IXM-nin 31.2-ci maddәsinә әsasәn, fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. IXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, apellyasiya şikayәtlәrinin dәlillәri formal xarakter daşımaqla Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәtlәri tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDİM: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtlәrinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 tәrәfindәn verilmiş apellyasiya şikayәtlәri tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-547/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-547/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver