Məhkəmə qərarları › İş №3(3-8)-548/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-548/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-548/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, mәhkәmә iclas katibi X3 katibliyilә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlunun iştirakı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlunun Bakı şәhәr X1 İdarәsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından verdiyi şikayәtin tәmin edilmәmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlunun şikayәti tәmin edilmәyәrәk, Bakı şәhәr X1 İdarәsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı dәyişdirilmәdәn saxlanılmışdır. (hakim Vaqif Hәsәnov). İşin halları : Bakı şәhәr X1 İdarәsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu 10-GS460 dövlәt qeydiyyat nişanlı, “FORD TRANSİT MİKROAVTOBUS” markalı nәqliyyat vasitәsini ##.##.2026-cı il tarixdә, saat 07:21-dә 1 Moskva prospekti, Abşeron rayonu, Xırdalan şәhәri әrazisi istiqamәtindә nәqliyyat vasitәsini idarә edәrkәn 327.1-1, 5.9, 5.10.1–5.10.3 nişanları ilә işarәlәnmiş ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün nәzәrdә tutulmuş hәrәkәt zolağı olan yollarda hәrәkәt edәn digәr nәqliyyat vasitәlәrinin hәmin zolaqla hәrәkәt etmәsinә görә barәsindә TP № ******* saylı qәrar çıxarılmış vә İXM-nin 327.1-1-ci maddәsi ilә 100 manat mәblәğindә cәrimә tәtbiq edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu şikayәt әrizәsi ilә Abşeron Rayon Mәhkәmәsinә müraciәt edәrәk, Bakı şәhәr X1 İdarәsi tәrәfindәn qәbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini mәhkәmәdәn xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu tәrәfindәn verilmiş şikayәt tәmin edilәrәk, Bakı şәhәr X1 İdarәsi tәrәfindәn qәbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrar lәğv edilmiş vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir. (hakim Abusәt Qasımov) Hәmin qәrardan Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Bakı şәhәr Baş Polis İdarәsi X1 İdarәsi apellyasiya şikayәti verәrәk, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini, inzibati tәnbeh vermә haqqında qәrarın dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qәrarı ilә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı lәğv edilmiş, inzibati xәta haqqında iş yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә, mәhkәmә baxışı mәrhәlәsinә qaytarılmış, apellyasiya şikayәti qismәn tәmin edilmişdir. İşә yenidәn baxan Abşeron Rayon Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Hәmin qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarının lәğv edilmәsi vә İXM-nin 327.1-1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsinin qәrarı maddi vә prosessual normaların kobud pozuntuları ilә müşayiәt olunur. Hәm prosesdә iştirak edә bilmәmәsi, hәm yalan mәlumatlar әsasında tәrtib edilmiş protokolun son nәticәdә yanlış, qanunsuz vә әsassız mәhkәmә qәrarının qәbul edilmәsilә nәticәlәnmişdir. Hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsi bu pozuntulara qiymәt vermәli, birinci instansiya mәhkәmәsinin qanunsuz vә әsassız qәrarının lәğv edilәrәk, әdalәtli qәrar qәbul edilmәlidir. Proses iştirakçılarının izahatı : Apellyasiya instansiya mәhkәmәsinin iclasında Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk apellyasiya şikayәtinin tәmin edilmәsini, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilәrәk, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumat verilmiş Bakı şәhәr X1 İdarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә mәhkәmә onun iştirakı olmadan işә baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Bakı şәhәr X1 İdarәsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu 10-GS460 dövlәt qeydiyyat nişanlı, “FORD TRANSİT MİKROAVTOBUS” markalı nәqliyyat vasitәsini ##.##.2026-cı il tarixdә, saat 07:21-dә 1 Moskva prospekti, Abşeron rayonu, Xırdalan şәhәri әrazisi istiqamәtindә nәqliyyat vasitәsini idarә edәrkәn 5.9, 5.10.1–5.10.3 nişanları ilә işarәlәnmiş ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün nәzәrdә tutulmuş hәrәkәt zolağı olan yollarda hәrәkәt edәn digәr nәqliyyat vasitәlәrinin hәmin zolaqla hәrәkәt etmәsinә görә barәsindә TP № ******* saylı qәrar çıxarılmış vә İXM-nin 327.1-1-ci maddәsi ilә 100 manat mәblәğindә cәrimә tәtbiq edilmişdir. İş materiallarında olan Azәrbaycan Respublikası Rәqamsal İnkişaf vә Nәqliyyat Nazirliyi tәrәfindәn verilmiş “Fәrqlәnmә nişanı”ndan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu VÖEN ********** sәrnişin daşıma xidmәti ilә mәşğuldur. Birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu hazırda şikayәtindә barәsindә tәrtib edilmiş inzibati xәta haqqında qәrarda göstәrilәn xәtanı törәtmәdiyini, әmәlindә inzibati xәta hadisәsi vә inzibati xәta tәrkibi olmadığını bildirsә dә Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlunun idarә etdiyi nәqliyyat vasitәsi ilә 5.9, 5.10.1–5.10.3 nişanları ilә işarәlәnmiş, ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün nәzәrdә tutulmuş hәrәkәt zolağı olan yollarda hәrәkәt etmәsi ilә öz tәsdiqini tapmasına dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә әsaslıdır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә apelyasiya şikayәtinin dәlillәrinә münasibәtdә qeyd edir ki, birinci instansiya mәhkәmәsi araşdırma zamanı müәyyәn edilmiş faktiki hallara tәtbiq edilmәli qanun normalarına uyğun qiymәt vermiş vә işә baxan hakimin yuxarıda qeyd olunan qәnaәti qanuni, әsaslı vә iş üzrә müәyyәn edilmiş faktiki hallara uyğun olmuş, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin әmәlindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.1-1-ci maddәsi ilә müәyyәn edilmiş inzibati xәtanın törәdilmәsi vә onun tәqsirliliyi tam tәsdiq olunmuşdur. Şikayәtdә göstәrilәn hallar Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlunun özünü müdafiәsi üçün gәtirdiyi dәlillәrdir. Hәmin dәlillәr mәsuliyyәtdәn yayınmaq mәqsәdi güdür vә işin faktiki hallarını әks etdirmir. Belә ki, Azәrbaycan Respublikası İXM-in 327.1-1-ci maddәsi ilә “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilә işarәlәnmiş, ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün nәzәrdә tutulmuş hәrәkәt zolağı olan yollarda hәrәkәt edәn digәr nәqliyyat vasitәlәrinin hәmin zolaqda hәrәkәt etmәsinә görә mәsuliyyәt nәzәrdә tutulmuşdur. Hәmin qanunun 1-ci maddәsinin 44-cü bәndinә әsasәn ümumi istifadәdә olan nәqliyyat vasitәsi dedikdә sәrnişin daşınması üçün nәzәrdә tutulmuş, müәyyәn edilmiş marşrut üzrә tәyin edilmiş dayanacaqlarla hәrәkәt edәn nәqliyyat vasitәsi nәzәrdә tutulur. (avtobus, trolleybus, tramvay) Göründüyü kimi 5.9, 5.10.1–5.10.3 nişanları ilә işarәlәnmiş hәrәkәt zolağı olan yollarda müәyyәn edilmiş marşrut üzrә tәyin edilmiş dayanacaqlarla hәrәkәt edәn nәqliyyat vasitәlәrini hәrәkәti nәzәrdә tutulmuşdur. Lakin Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlunun idarә etdiyi “FORD TRANSİT MİKROAVTOBUS” markalı nәqliyyat vasitәsi marşrut üzrә tәyin edilmiş dayanacaqlarla hәrәkәt edәn nәqliyyat vasitәsi olmadığından onun 5.9, 5.10.1–5.10.3 nişanları ilә işarәlәnmiş zolaqda hәrәkәt etmәsi Azәrbaycan Respublikası İXM-in 327.1-1-ci maddәsi ilә mәsuliyyәtә sәbәb olur. Mәhkәmә yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlunun Bakı şәhәr X1 İdarәsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati xәta haqqında qәrarından verdiyi şikayәtin tәmin edilmәmәsinә dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Ona görә dә, barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә inzibati iş üzrә icraata xitam verilmәsinә әsas ola bilmәz. Azәrbaycan Respublikası İXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası İXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası İXM-nin 134.1, 134.1.1-ci maddәlәrinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası İXM-nin 128-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlunun barәsindәki Azәrbaycan Respublikası İXM-nin 327.1-1-ci maddәsi ilә olan inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrardan kassasiya şikayәti vә ya protesti verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar