Məhkəmə qərarları › İş №3(3-8)-549/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-549/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-549/2026 28.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X3 Xidmәtinin * saylı Abşeron-X2nin nümayәndәsi Nümayәndә vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs İslamov Arif Mәtlәb oğlunun iştirakı ilә, İslamov Arif Mәtlәb oğlu barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 262.2.3 vә 264.0.2-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs İslamov Arif Mәtlәb oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X3 Xidmәti * saylı Abşeron-X2 tәrәfindәn İslamov Arif Mәtlәb oğlu barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 262.2.3 vә 264.0.2-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. İnzibati xәta haqqında protokola görә, ##.##.2026-cı il tarixdә Abşeron rayonu, X1 yolu ünvanında vәzifәli şәxs İslamov Arif Mәtlәb oğluna mәxsus ** DP *** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsilә çirkab sularının kanalizasiya şәbәkәsinә әtraf mühitә axıdılması faktı aşkar edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim V.Hәsәnov) ilә İslamov Arif Mәtlәb oğlunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 262.2.3 vә 264.0.2-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәtaları törәtmәkdә tәqsirli bilinmәklә hәmin mәcәllәnin 34.3-cü maddәsi tәtbiq edilmәklә barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 264.0.2-ci maddәsinin sanksiyası çәrçivәsindә 2500 (iki min beş yüz) manat mәblәğindә cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs İslamov Arif Mәtlәb oğluqәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә iclasının vaxtı vә yeri barәdә ona hәr hansı bildiriş vәrәqәsi daxil olmamış, işә xәbәri olmadan baxılmışdır. Bununla yanaşı, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә vәzifәli şәxs qismindә inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsi maddi hüquq normalarının tәlәblәrinә tamamilә ziddir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 17-ci maddәsinә әsasәn, vәzifәli şәxslәr yalnız öz vәzifәlәrinin yerinә yetirilmәmәsi vә ya lazımınca yerinә yetirilmәmәsi ilә bağlı inzibati xәtalara görә mәsuliyyәt daşıyırlar. Hәmin maddәnin mәzmunundan görünür ki, şәxsin vәzifәli şәxs kimi mәsuliyyәtә cәlb olunması üçün xәta törәdilәrkәn onun tәşkilati-sәrәncamverici vә ya inzibatitәsәrrüfat funksiyalarını hәyata keçirmәsi vә әmәlin birbaşa bu sәlahiyyәtlәrin icrası ilә bağlı olması mütlәq şәrtdir. İddia edilәn xәta isә vәzifә sәlahiyyәtlәrini icra etdiyi zaman baş vermәmiş, nәqliyyat vasitәsi müvafiq etibarnamә әsasında üçüncü şәxsin idarәetmәsindә olduğu halda törәdilmişdir. Əmәlin vәzifә sәrәncamlarının icrası ilә heç bir әlaqәsinin olmaması vә onun xәbәri olmadan baş vermәsi hәmin xәtanın vәzifәli şәxs subyekti çәrçivәsindә qiymәtlәndirilmәsini müstәsna edir. Konkret halda, hüquqazidd әmәli şәxsәn törәtmәyәn, bundan xәbәrdar olmayan vә nәqliyyat vasitәsini etibarnamә ilә başqasının idarәetmәsinә verәn şәxsin әmәlindә tәqsirin subyektiv tәrәfi mövcud deyildir. Müvafiq xәta tәrkibini yaradan әmәllәri faktiki hәyata keçirәn şәxs fәrdi qaydada müәyyәn olunmalı vә sanksiya birbaşa hәmin şәxsә tәtbiq edilmәli olduğu halde, xәtanın subyekti yanlış müәyyәn edilәrәk barәmdә vәzifәli şәxs qismindә ağırlaşdırılmış tәnbeh tәdbirinin seçilmәsi qanunsuzdur. Birinci instansiya mәhkәmәsi işin faktiki hallarını tam vә hәrtәrәfli araşdırmadan, prosessual hüquqlarımı mәhdudlaşdıraraq qanunsuz vә әsassız qәrar qәbul etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol vә ona әlavә olunmuş sәnәdlәrdәn görünür ki, ##.##.2026-cı il tarixdә Abşeron rayonu, X1 yolu ünvanında vәzifәli şәxs İslamov Arif Mәtlәb oğluna mәxsus ** DP *** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsilә çirkab sularının kanalizasiya şәbәkәsinә әtraf mühitә axıdılması faktı aşkar edilmiş, bununla da Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 262.2.3 vә 264.0.2-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. İş materiallarında olan Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X3 Xidmәti * saylı Abşeron-X2 tәrәfindәn tәrtib edilmiş ##.##.2026-cı il tarixli akta әsasәn ##.##.2026-cı il tarixdә Abşeron rayonu, X1 yolu ünvanında İslamov Arif Mәtlәb oğluna mәxsus ** DP *** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsilә çirkab sularının kanalizasiya şәbәkәsinә әtraf mühitә axıdılması faktına rast gәlinmişdir. İş materiallarında bir әdәd DVD disk mәhkәmә iclasında tәdqiq olunmuş vә hәmin video görüntüyә әsasәn İslamov Arif Mәtlәb oğlu-dә protokolda qeyd edilmiş inzibati xәtanın törәdilmәsi faktı tәsdiqini tapmışdır. “Su tәchizatı vә tullantı suları haqqında” Azәrbaycan Respublikası Qanunun 1-ci maddәsinә görә tullantı suları - istehlakçıların istifadә edәrәk çirklәndirdiyi sular, sәnaye texnologiyası ilә әlaqәdar olaraq çirklәnmiş sular, hәmçinin yaşayış mәntәqәsindә insanların fizioloji qalıqları (ifraz maddәlәri) ilә qarışmış mayelәr, baş vermiş qәzalar zamanı әtraf mühitә vә kanalizasiya sisteminә atılan şәrti tәmiz sulardır. Su Mәcәllәsinin 103-cü maddәsinә әsasәn su qanunvericiliyini pozan vәzifәli şәxslәr, fiziki vә hüquqi şәxslәr bu Mәcәllәnin 102-ci maddәsindә göstәrilәn hallarda; su obyektlәrini özbaşına tutduqda vә ya sudan özbaşına istifadә etdikdә; su obyektlәrindә özbaşına hidrotexniki vә digәr qurğular tikdikdә; su obyektlәrindәn istifadә üzrә icazә ilә müәyyәn edilmiş şәrtlәri pozduqda; sudan istifadә limitlәrinә әmәl etmәdikdә; su istehlakçılarını müәyyәn olunmuş müddәtlәrdә vә hәcmdә su ilә tәmin etmәdikdә; su obyektlәrini çirklәndirdikdә, zibillәndirdikdә vә tükәndirdikdә; su obyektlәrinin çirklәnmәsinin, zibillәnmәsinin vә suların zәrәrli tәsirinin qarşısını alan qurğu vә avadanlıqlarsız müәssisәlәri, kommunal vә digәr obyektlәri istismar etdikdә; su ehtiyatlarından israfçılıqla istifadә etdikdә; sutoplayıcı sahәlәrdә su obyektlәrinin qorunması rejimini pozmaqla suları çirklәndirdikdә, torpaqların su eroziyasına vә başqa zәrәrli hallara sәbәb olduqda; hidrotexniki vә kommunal su tәsәrrüfatına aid olan işlәri özbaşına gördükdә; su tәsәrrüfatı qurğularını vә avadanlığını zәdәlәdikdә, onların istismarı qaydalarına riayәt etmәdikdә; su tәsәrrüfatı qurğularının vә avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan tәyinatı üzrә istifadә etmәdikdә; su kәmәrlәrindәn, kanallardan vә digәr su sistemlәrindәn özbaşına su götürdükdә, habelә içmәli, mәişәt, texniki vә tullantı suları kәnara (çöllәrә, küçәlәrә, rabitә vә enerji kommunikasiya şәbәkәlәrinә) tәyinatsız axıtdıqda; kollektor vә drenaj sistemlәrini dağıtmaqla torpaqların meliorasiya vәziyyәtini pislәşdirdikdә; sudan istifadәyә görә haqqı vә sudan istifadә qaydalarını pozmağa görә cәrimәlәri, habelә su obyektlәrinә vә әtraf mühitә axıdılan tullantı sular görә ödәnişlәri vaxtında ödәmәdikdә; lazımi icazә olmadan su çıxarmaq üçün quyular qazdıqda vә ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını vә texnologiyasını pozduqda; su mühafizәsi zonalarına vә sahil mühafizә zolaqlarına riayәt etmәdikdә; su obyektlәrinin dövlәt monitorinqinin, suların dövlәt uçotunun, dövlәt su kadastrının aparılması qaydalarına riayәt etmәdikdә; xüsusi qorunan su obyektlәrinin rejimini pozduqda; su obyektlәrinin istifadәsinә vә mühafizәsinә nәzarәt edәn orqanların göstәrişlәrini yerinә yetirmәdikdә; içmәli su mәnbәlәrinin, sutәmizlәyici qurğuların, su kәmәrlәrinin sanitariya mühafizәsi zonalarının tәlәblәrini pozduqda; içmәli suyun keyfiyyәti sanitariya tәlәblәrinә vә dövlәt standartlarına uyğun gәlmәdikdә vә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş digәr hallarda Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mülki, maddi, inzibati vә cinayәt mәsuliyyәti daşıyırlar. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 262.2.3-cü maddәsinә görә sudan özbaşına istifadә edilmәsinә, yәni: içmәli mәişәt, texniki vә tullantı sularının kәnara (çöllәrә, küçәlәrә, rabitә vә enerji kommunikasiya şәbәkәlәrinә) tәyinatsız axıdılması inzibati mәsuliyyәtә sәbәb olur. İnzibati Xәtalar Mәcәllәsinin 264.0.2-ci maddәsinә görә su obyektlәrinin mühafizәsi qaydalarının pozulması, yәni su tәsәrrüfatı qurğularının vә avadanlığının zәdәlәnmәsinә, onların istismar qaydalarına riayәt edilmәmәsi inzibati mәsuliyyәtә sәbәb olur. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Bununla әlaqәdar apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, hәr hansı bir şәxsin mәsuliyyәtinin müәyyәn edilmәsindәn ötrü ilk öncә onun tәqsirli hәrәkәti (hәrәkәtsizliyi) ilә ictimai münasibәtlәri pozması zәruri şәrtdir. Hazırkı inzibati xәta haqqında protokol ##.##.2026-cı il tarixdә Abşeron rayonu, X1 yolu ünvanında vәzifәli şәxs İslamov Arif Mәtlәb oğluna mәxsus ** DP *** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsilә çirkab sularının kanalizasiya şәbәkәsinә әtraf mühitә axıdılmasına görә tәrtib edilmişdir. İnzibati xәta haqqında protokol tәrtib edәn orqan çirkab sularının kanalizasiya şәbәkәsinә lazımı icazә almadan axıdılmasına görә mәhkәmә iclasında tәdqiq edilmiş sübutlarla tәsdiq edilmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs әmәldә inzibati xәta tәrkibinin olmadığını mübahisәlәndirsә dә, mәhkәmә tәdqiqatı zamanı yoxlanılan sübutların müqayisәli tәhlili, şikayәtin dәlillәrin formalığı qәnaәtini formalaşdırır. Bu isә qeyd edilәn hüquq normalarının mәzmununa görә İslamov Arif Mәtlәb oğlunun Azәrbaycan Respublikası İХM-nin 262.2.3 vә 264.0.4-cü maddәlәrindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә Azәrbaycan Respublikası İХM-nin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplanıldığını vә hәmin sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrar qәbul edildiyini tәsdiq edir. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati хәta haqqında qәrar qәbul etmiş orqan tәnbeh edilәn şәхsin inzibati qaydada tәnbeh edilmәsi ilә bağlı bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin etmiş, qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla İslamov Arif Mәtlәb oğlunun tәnbeh olunan әmәli törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun hәmin әmәlini Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 262.2.3 vә 264.0.4-cü maddәsi ilә düzgün qiymәtlәndirmişdir. İşin faktiki halları vә әmәlin hüquqi tövsifi inzibati хәta haqqında protokol tәrtib etmiş orqanın gәldiyi nәticә qanuni vә әsaslıdır. İslamov Arif Mәtlәb oğlunun barәsindә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsaslar yoxdur. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati xәta üzrә gәldiyi nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar