Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-550/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim V.Y.Məmmədova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasıqərara alınmışdır. IŞIN HALLARI : Inzibati materialdan müəyyən olunur ki, Sumqayıt şəhər Polis Idarəsi X2 Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 00:23 radələrində “Toyota Camry” minik markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, M.Hüseynzadə Nizami küçələrinin kəsişməsində hərəkətdə olan zaman baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, həmin qərarın nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması hissəsini dəyişərək barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarın cəza hissəsi ilə razı deyildir. Iş üzrə yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş zərər tam şəkildə ödənilmişdir. Hadisədən sonra aralarında yaranmış mübahisə artıq tam şəkildə aradan qalxmış, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmə də qərarında cəza təyin edərkən məhz zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə almışdır. Belə ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs notariat qaydasında ərizə ilə bildirmişdir ki, onun barəsində heç bir şikayəti və tələbi yoxdur, tərəflər barışmışlar, yol-nəqliyyat hadisəsi dəymiş zərər tam şəkildə ödənilmişdir və onun cəzalandırılmasını tələb etmir. IXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi qanunverici 327.8-ci msddə üzrə iki alternativ tənbeh müəyyən etmişdir. Bu baxımdan vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması yeganə mümkün tənbeh deyil və məhkəmə konkret işin hallarından asılı olaraq cərimə növündə tənbeh də tətbiq edə bilər. Iş üzrə isə hazırda cəzanın məhz məhdudlaşdırma formasında tətbiq edilməsini zəruri edən hal əhəmiyyətli dərəcədə aradan qalxmışdır. Belə ki: zərərçəkmiş şəxsə dəymiş zərər tam ödənilmişdir. Zərərçəkmiş şəxs ilə barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxsin hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs onun sürücülük hüququndan məhrum edilməsini məhdudlaşdırılmasını tələb etmir. Birinci instansiya məhkəməsinin cəzanı müəyyən edərkən nəzərə aldığı zərərçəkmiş şəxsin şikayətçi olması halı artıq mövcud deyil. Məqsədi cəzanın tamamilə aradan qaldırılması deyil, qanunda nəzərdə tutulmuş alternativ konkret işin hallarına daha uyğun olanının tətbiq edilməsidir. PROSES IŞTIRAKÇISININ IZAHATI : Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, himayəsində iki azyaşlı (3 yaşlı əkiz) övladı var. Övladlarından birinin səhhətində ciddi problemlər vardır, belə ki, allergiyadan və qıcolmalardan əziyyət çəkdiyi üçün davamlı olaraq həkim nəzarətində saxlanılır və müalicə olunur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bildirir ki, hadisədən dərhal sonra zərərçəkmiş tərəfə lazımi köməklik göstərilmişdir. Zərərçəkmiş şəxs müayinə olunması üçün tibb müəssisəsinə aparılmış və onun müalicə-müayinə xərcləri daxil olmaqla, ümumilikdə 1300 manata yaxın xərc tərəfindən ödənilmişdir. Bundan əlavə, zərərçəkmişin nəqliyyat vasitəsinə dəymiş ziyan sığorta şirkəti tərəfindən (3000 manat məbləğində) və şəxsi vəsaiti hesabına əvəzləşdirilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs Cəfər qızının ona qarşı hər hansı maddi və ya mənəvi şikayəti, yaxud tələbi yoxdur və bu barədə iş materiallarında onun notarial qaydada təsdiqlənmiş ərizəsi mövcuddur. Öz növbəsində törətdiyi əməldən peşmandır. Ailə vəziyyətini, himayəsində xəstə azyaşlı övladının olmasını, habelə zərərçəkmişlə barışdığını və ona qarşı şikayətinin olmadığını nəzərə alaraq, barəsində tətbiq olunmuş cəzanın cərimə cəzası ilə əvəz edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı notarial ərizə təqdim edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, hal-hazırda onunla barışdığını, ona qarşı heç bir şikayəti, iddiası və tələbinin olmadığını bildirmişdir. Apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPI-nin X2 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPI-nin X2 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini öyrənib, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPI-nin TŞ-nin təhqiqatçısı, R X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarla Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, «Toyota Camry» markalı **-CQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı sürücüsü olmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPInin DYPŞ-nə göndərilmişdir. Iş materiallarında olan keçirilmiş məhkəmə-tibbi ekspertizanın *** saylı, ##.##.2026cı il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: QKBT, Baş beyin silkələnməsi, Alının dərialtı hematoması. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYXna qəbul edildiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə 17.04.26ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olması sağlamlığa YÜNGÜL zərərvurmava aiddir. Iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (IXM) 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsi tənbeh növünü seçərkən digər hallarla yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətçi olmasını əsas götürmüşdür. Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, qanunverici sözügedən inzibati xətaya görə alternativ tənbeh növü müəyyən etmişdir. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Iş üzrə müəyyən edilmişdir ki, məhkəmə qərarı qəbul edildikdən sonra işin mahiyyətcə həllinə təsir edən yeni əhəmiyyətli hallar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsində barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə tam barışdığını, dəymiş zərərin tam ödənildiyini, ona qarşı hər hansı maddi və ya mənəvi tələbinin olmadığını, barəsində şikayətçi olmadığını bildirmişdir. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xarakterizə edən məlumatlar, himayəsində iki azyaşlı övladının (o cümlədən davamlı müalicəyə ehtiyacı olan xəstə övladının) olması, tərəfindən zərərin könüllü və tam şəkildə aradan qaldırılması, habelə törətdiyi əməldən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən mühüm hallar kimi qiymətləndirilməlidir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, zərərçəkmişlə barışığın əldə olunması, zərərin tam ödənilməsi və birinci instansiya məhkəməsinin qərarında cəza təyin edərkən əsas götürdüyü "zərərçəkmişin şikayətçi olması" halının artıq tamamilə aradan qalxması nəzərə alınaraq, barəsində icraat aparılan şəxsə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməsinə zərurət qalmamışdır. Göstərilənlərə əsasən, IXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh növünün - 300 (üç yüz) manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə, ədalətlilik və fərdiləşdirmə prinsiplərinə tam cavab verir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi istinad etdiyi sübutlara əsasən düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövsifi düzgün qiymətləndirilmiş olsa da, həmin əmələ görə sonuncunun barəsində tətbiq edilmiş tənbeh tədbiri barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətinə uyğun hesab edilməyərək törədilmiş əmələ münasibətdə həddindən artıq ağır tənbeh tədbiri kimi qiymətləndirilir. Halbuki, IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla yanaşı apellyasiya instansiya məhkəməsi işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ehtiyatsızlıqdan inzibati xəta hadisəsi törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını və ailə vəziyyətilə bağlı avtomobil idarə etməsinə zərurət olduğunu nəzərə alaraq, belə nəticəyə gəlinir ki, inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin olunaraq barəsində təqsirli bilindiyi əmələ görə inzibati qaydada cərimə tənbeh növünün tətbiq edilməsi mümkündür. Göstərilənlərə əsasən hesab edilir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsi ilə tətbiq edilmiş 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh növü onun şəxsiyyətinə, törətdiyi inzibati xətanın xarakterinə və təqsirinin dərəcəsinə, ailə vəziyyətinə, habelə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində 31-33-cü maddələrinin tələblərinə uyğun gəlmir. Odur ki, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh növü inzibati cərimə tənbeh növü ilə əvəz edilməlidir. Belə ki, IXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəlləsinin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri və Azərbaycan Respublikası IXM-nin 133, 135.1.5, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü ilə əvəz edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-550/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-550/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver