Məhkəmə qərarları › İş №3(3-8)-551/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-551/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-551/2026 28.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Hüquq İdarәsinin nümayәndәsi X1 vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin nümayәndәsi nümayәndә1un iştirakı ilә, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә onun vәzifәli şәxsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 İsaq oğlu barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Hüquq İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn hüquqi şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә hәmin MMC-nin direktoru barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 İsaq oğlu barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsinә әsasәn tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim S.İsmayılov) ilә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VÖEN: **********) vә hәmin cәmiyyәtin direktoru barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 İsaq oğlunun barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Hüquq İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 İsaq oğlu barәsindә tәrtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı 2467124, vә ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında qәrar әsasında hüquqi şәxs (barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC) vә vәzifәli şәxs (barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 İsaq oğlu) barәsindә inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apeyllasiya şikayәti onunla әsaslandırılmışdır ki, vәtәndaş X2 şikayәti әsasında Xidmәtdә aparılan araşdırma zamanı barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 İsaq oğlunun direktoru olduğu barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC -yә mәktub göndәrilәrәk vәtәndaşın müraciәtinә dair mәlumatların vә mәktubda göstәrilәn sәnәdlәrin 7 (yeddi) iş günü müddәtindә Xidmәtә verilmәsi tәlәb olunmuşdur. Lakin sәnәdlәr tam tәqdim edilmәmişdir. Qanunvericilikdә müvafiq maddә ilә inzibati mәsuliyyәt tәkcә sәnәdlәrin tәqdim edilmәmәsinә görә yox, hәm dә sәnәdlәrin tam, düzgün vә vaxtında tәqdim edilmәmәsinә görә yaranır. Xidmәt tәrәfindәn müәyyәn edilmiş müddәt әrzindә sәnәdlәr tәqdim edilmәdiyindәn inzibati xәta törәdilmiş hesab edilir. Hәmçinin, inzibati xәta haqqında protokol tәrtib olunan dövrdә müvafiq sәnәdlәr hәlә dә tәqdim olunmadığı üçün inzibati xәta tәrkibi yarandığından bundan sonrakı mәrhәlәdә hüquq pozuntusunun aradan qaldırılmasının mәsuliyyәti aradan qaldırması yalnız qanunla müәyyәn edildiyi halda mümkün ola bilәrdi. Mәhkәmәnin inzibati xәta tәrkibinin olmaması ilә bağlı qәnaәti qanunaziddir. İXM-nin 539.3-cü madddәsi ilә bağlı mәhkәmә inzibati tәnbeh vermә haqqında şәrti qәrar qәbul edәrәk hüquq pozuntusunun aradan qaldırılması ilә bağlı müәssisәni yalnız cәrimәnin ödәnilmәsindәn azad edә bilәrdi. Çünki İXMnin 116.3-cü maddәsindә Mәcәllәnin 116.2-ci maddәsindә nәzәrdә tutulan müddәtdә hüquqpozma aradan qaldırıldığı tәqdirdә inzibati cәrimәnin ödәnilmәmәsi nәzәrdә tutulmuşdur. Bu halda inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Mәcәllәdә qanuni әsas müәyyәn edilmәmişdir. Bu mahiyyәt etibarı ilә mәsuliyyәtin müәyyәn edilmәsinә xidmәt edir. Belә ki, inzibati tәnbeh vermә haqqında qәrarın şәrtiliyi inzibati xәta törәtmiş şәxsin mәsuliyyәtdәn kәnarda qalması ilә nәticәlәnmәmәlidir. Bu şәrtilik eyni inzibati xәtanın inzibati tәnbeh almış şәxs tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrar qüvvәyә mindiyi gündәn bir il әrzindә tәkrar törәdilmәsi hallarını istisna edirsә, gәlәcәkdә mәsuliyyәtin müәyyәn edilmәsi zamanı tәkrar halın müәyyәn edilmәsini mümkün etmәyәcәk. Belәliklә, Sumqayıt Şәhәr Mәhkәmәsi tәrәfindәn mötәbәr sübutların qiymәtlәndirilmәsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan әsassız nәticәyә gәlinmişdir. Xidmәt tәrәfindәn inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrar qәbul edilәrkәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 İsaq oğlunun direktoru olduğu barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin әmәlindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu aşkar edilmiş vә sübuta yetirilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarında olan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin direktoruna ünvanlanmış ##.##.2026-cı il tarixli *-**- */*-*****/**** nömrәli, ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrәli vә ##.##.2026-cı il tarixli *- **-*/*-*****/**** nömrәli mәktublardan görünür ki, X2 müraciәtinin araşdırılması üçün barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-dәn aşağıdakı sәnәdlәr tәlәb edilmişdir: işdәn çıxma әrizәsi vә xitam әmri, 2026-cı ilin aprel ayı üzrә iş vaxtının uçotu cәdvәli, son haqq hesabın hesablanması cәdvәli vә ödәnilmәsini tәsdiq edәn sәnәdlәrin surәtlәri, işçinin işlәdiyi dövr üzrә mәzuniyyәt әmrlәri, mәzuyiyyәt әrizәlәri, mәzuniyyәt pulunun hesablanma cәdvәli, ödәnilmәsini tәsdiq edәn sәnәdlәr, işçinin işlәdiyi dövrdә illәr üzrә mәzuniyyәt ödәnişlәrinin ödәnilmәsini tәsdiq edәn bank çıxarışı vә vәtәndaşın müraciәtindә qeyd olunan mәsәlәlәrә münasibәt bildirilmәsinә dair cavab mәktubu. İş materiallarında olan barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC tәrәfindәn X3 Xidmәtinin Abşeron-Xızı regional şöbәsinә ünvanlanmış üç ayrı mәktubdan görünür ki, X3 Xidmәtinin Abşeron-Xızı regional şöbәsinin ##.##.2026-cı il tarixli *-**-*/*- *****/**** nömrәli, ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrәli vә ##.##.2026-cı il tarixli *-**- */*-*****/**** nömrәli sorğularına әtraflı cavab mәktubları yazılmış, mәktublara sorğularda qeyd edilәn çoxsaylı sәnәdlәr әlavә edilmiş, hәmçinin araşdırma zamanı әlavә sәnәdlәrә ehtiyac olduğu halda tәqdim etmәyә hazır olduqlarını bildirmişlәr. Sonuncu cavab mәktubunda eyni zamanda qeyd edilmişdir ki, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-yә mәxsus arxivdә saxlanılan kadr sәnәdlәrinin bir hissәsi uzun müddәt saxlanılması, fiziki köhnәlmә, rütubәt vә digәr xarici tәsirlәr nәticәsindә yararsız vәziyyәtә düşmüşdür. Bu sәbәbdәn sәnәdlәrin bir hissәsinin mәzmununun müәyyәn edilmәsi vә bәrpası mümkün olmamışdır. Belә ki, 2019-2023-cü illәrә aid bәzi kadr sәnәdlәrinin әldә edilmәsi vә tәqdim edilmәsi mümkün deyildir. Bununla bağlı müvafiq aktın surәti dә mәktuba әlavә edilmişdir. Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 15-ci maddәsinin 2-ci bәndinә görә әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn orqan fәaliyyәt istiqamәtlәrinә uyğun olaraq işәgötürәnlәrdәn zәruri olan mәlumatların tam, düzgün vә vaxtında tәqdim edilmәsini, habelә әmәk qanunvericiliyinin pozulmasında tәqsirkar şәxslәrdәn yol verdiklәri hüquq pozuntularının aradan qaldırılmasını tәlәb etmәk, onları Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsi ilә müәyyәn olunmuş hallarda vә qaydada inzibati mәsuliyyәtә cәlb etmәk vә digәr mәsuliyyәtә cәlb olunması üçün müvafiq orqanlar qarşısında mәsәlә qaldırmaq hüququna malikdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsinin mәzmununa görә әmәk müqavilәsinin bağlanması, dәyişdirilmәsi vә xitamının әsasları vә sәnәdlәşdirilmәsi, kollektiv müqavilәnin (sazişin) bağlanması vә yerinә yetirilmәsi, әmәk şәraiti, işçilәrin vә iş yerlәrinin attestasiyasının keçirilmәsi, iş vә istirahәt vaxtı, mәzuniyyәt hüququnun hәyata keçirilmәsi, әmәk vә mәzuniyyәt haqlarının, ezamiyyә xәrclәrinin, müavinәt vә digәr ödәnişlәrin ödәnilmәsi, qadınların vә yaşı 18-dәn az olan işçilәrin әmәyindәn istifadәnin xüsusiyyәtlәri, işçilәrin sığorta olunmasının tәnzimlәnmәsi, әmәyin mühafizәsi norma vә qaydaları ilә bağlı әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının icrası mәcburi olan göstәrişinin әmәk münasibәtlәrinin iştirakçıları tәrәfindәn icra edilmәmәsi inzibati mәsuliyyәtә cәlb edilir. İnzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsinә görә isә әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının tәlәbi ilә bu Mәcәllәnin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan hallarla bağlı zәruri olan mәlumatların (sәnәdlәrin) tәqdim edilmәmәsinә, yaxud tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәsi (sahibkarlıq fәaliyyәtinin hәyata keçirildiyi yerlәrә gәlmәklә aparılan yoxlamalara münasibәtdә bu Mәcәllәnin 602.4-cü maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla) inzibati mәsuliyyәtә sәbәb olur. İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, inzibati xәta haqqında protokolun tәrtib edilmәsinә әsas olan inzibati xәtalar qanunvericiliyinin norması üzrә mәsuliyyәtin yaramasından ötrü İXM-nin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan hallarla bağlı zәruri olan mәlumatların (sәnәdlәrin) tәqdim edilmәmәli yaxud da tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәlidir. hazırki inzibati xәta haqqında iş üzrә icraatın başlanmasına әsas Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin tәlәb etdiyi 2019– 2023-cü illәrә aid mәzuniyyәt әrizәlәrinin, hәmin mәzuniyyәtlәrin verilmәsi barәdә әmrlәrin, mәzuniyyәt haqqının hesablanmasına dair sәnәdlәrin, ödәnişlәri tәsdiq edәn sәnәdlәrin, habelә işçinin işlәdiyi dövr üzrә mәzuniyyәt ödәnişlәrinin hәyata keçirilmәsini tәsdiq edәn bank çıxarışlarının tәqdim edilmәmәsi olmuşdur. Lakin, iş materiallarının mәcmu halında araşdırılması zamanı müәyyәn edilir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC X3 Xidmәtinin bütün sorğularına yazılı cavab vermiş, sorğularda tәlәb olunan sәnәdlәrin özündә mövcud olan hissәsini tәqdim etmiş, tәqdim olunmayan sәnәdlәrlә bağlı isә onların tәqdim edilmәsinin mümkün olmamasının sәbәblәrini izah etmişdir. Belә ki, sonuncu cavab mәktubunda 2019–2023-cü illәrә aid bәzi kadr sәnәdlәrinin uzun müddәt saxlanılması, fiziki köhnәlmә, rütubәt vә digәr xarici tәsirlәr nәticәsindә yararsız vәziyyәtә düşmәsi sәbәbindәn bәrpasının vә tәqdim edilmәsinin mümkün olmadığı bildirilmiş, bununla bağlı tәrtib edilmiş aktın surәti dә X3 Xidmәtinә tәqdim edilmişdir. İnzibati xәta haqqında protokol tәrtib etmiş orqan tәrәfindәn tәqdim olunmayan sәnәdlәrin faktiki olaraq barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-dә mövcud olması, hәmin sәnәdlәrin tәqdim edilmәsinin mümkün olduğu halda qәsdәn tәqdim edilmәmәsi vә ya dövlәt nәzarәtinin hәyata keçirilmәsinә maneçilik törәdilmәsi barәdә hәr hansı mötәbәr sübut tәqdim edilmәmişdir. Əksinә, iş materiallarından görünür ki, barәsindә icraat aparılan şәxs sorğulara münasibәt bildirmiş, özündә mövcud olan sәnәdlәri tәqdim etmiş, mövcud olmayan sәnәdlәrlә bağlı sәbәblәri izah etmiş vә zәrurәt yaranacağı halda әlavә sәnәdlәrin dә tәqdim edilmәsinә hazır olduğunu bildirmişdir. Qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, әmәldә inzibati xәta tәrkibinin olması qәnaәtinә gәlinmәsini mümkünsüzdür. Halbuki inzibati xәta haqqında protokolun әsaslı olması qәnaәtinә gәlinmәsindәn ötrü istinad edilәn hallar әsaslı şübhә yaratmayan mötәbәr sübutlarla tәsdiq edilmәlidir. İnzibati хәta haqqında qәrar qәbul etmiş orqan әmәldә inzibati xәta tәrkibinin sübut olunmamasına dair gәlinәn nәticәni mübahisәlәndirsә dә, hәmin halların natamamlığı, tәkzib edilmәsinә dair әsaslı şübhә yaratmayan, mәhkәmә iclasında tәdqiq edilmiş sübutlarla tamamlanan hәr hansı sübut tәqdim etmәdiyindәn, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslı hesab edilmәlidir. İnzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğvinә dair gәlinin nәticәnin lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsaslar yoxdur. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn Yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslıdır. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Hüquq İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar