Məhkəmə qərarları › İş №3(3-8)-552/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-552/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-552/2026 28.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim E.İ.Əliyev) Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin qismәn tәmin edilmәsi, Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2026-cı il tarixli qәrarının lәğv edilmәsi vә yenidәn araşdırılması üçün Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilmәsi qәrara alınmışdır. IŞIN HALLARI : Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini xahiş etmәklә şikayәtini onunla әsaslandırmışdır ki, ## #### 2026-cı il tarixindә saat 22:30 radәlәrindә Sumqayıt şәhәri, Heydәr Əliyev prospektindә yol polis әmәkdaşı tәrәfindәn barәsindә 327.2 - 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk maneәni kәnardan keçdiyi üçün 100 manat, 3 bal olmaqla inzibati protokol tәrtib edilmişdir. Ərazidә bir neçә yerdә tәmir-tikinti işlәri getdiyi üçün yolun hәrәkәt hissәsi keçilmәz vәziyyәtdә olmuşdur. Bu barәdә hәmin hissәdә heç bir mәlumatverici nişanlar qoyulmamışdır. Yol polis әmәkdaşları orada olsa da, sürücülәrin tәhlükәsiz hәrәkәtinin tәmin edilmәsi yerinә hәmin yerdәn mәcbur keçәn sürücülәrә cәrimә yazmağa davam etmişdir. Buna görә dә qәrar qanunsuz vә әsassızdır. Inzibati xәta üzrә iş tam obyektiv vә hәrtәrәfli araşdırılmamış, hadisәnin bütün halları nәzәrә alınmamışdır. Buna görә dә Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi xahiş edilmişdir. Şikayәtә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti verәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtindә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilәrәk inzibati tәnbeh haqqında qәrarın yenidәn baxılması üçün göndәrilmәsi deyil, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәklә (qәrarın tam silinmәsi ilә) lәğv edilmәsini xahiş etmişdir. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk әlavә olaraq qeyd etdi ki, birinci instansiya mәhkәmәsi ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edib yenidәn araşdırma üçün göndәrsә dә, müvafiq polis orqanı bu qәrarı icra etmir. Tәtbiq olunan cәrimә hәlә dә aktiv olaraq görünür. Bu sәbәbdәn apellyasiya şikayәti vermişdir. Apellyasiya baxışı ilә әlaqәdar işә baxılmanın vaxtı vә yeri barәdә lazımi qaydada xәbәrdar edilmәsinә baxmayaraq, inzibati tәnbeh vermә haqqında qәrar qәbul etmiş orqanın nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, gәlmәmәsinin üzürlü sәbәbdәn olması vә ya mәhkәmә iclasının tәxirә salınması barәdә vәsatәt vermәmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş orqanın nümayәndәsinin iştirakı olmadan keçirilmәsi mümkündür ona görә ki, üzürlü sәbәblәr olmadan mәhkәmә iclasında iştirak etmәmә işin baxılmasına mane olmur. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә araşdıraraq inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. Belә ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmişdir ki, Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-in 327.2-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 100 manat mәblәğindә inzibati cәrimә edilmişdir. Iş materiallarına әlavә edilmiş videogörüntünün araşdırılması zamanı hәmin yol sahәsindә maneәnin mövcud olduğu, maneәdәn cip tipli avtomobillәrin keçmәsinin mümkün olduğu halda sedan tipli avtomobillәrin maneәni kәnardan keçdiyi müәyyәn edilmişdir. Mәhkәmә qeyd edir ki, Azәrbaycan Respublikası IXM-in 327.2-ci maddәsi ilә mәsuliyyәt mәsәlәsinin hәlli zamanı yalnız maneәnin kәnardan keçilmәsi faktının mövcudluğunun müәyyәn edilmәsi kifayәt etmir. Iş üzrә şәxsin belә manevri hansı şәraitdә vә hansı zәrurәtdәn irәli gәlәrәk etmәsi, yolun hәmin hissәsinin faktiki vәziyyәti, tәmir-tikinti işlәrinin aparılıb-aparılmaması, müvafiq yol nişanlarının vә digәr mәlumatlandırıcı vasitәlәrin olub-olmaması, habelә maneәnin nәqliyyat vasitәlәrinin hәrәkәtinә yaratdığı şәrait tam vә obyektiv şәkildә araşdırılmalıdır. Birinci instansiya mәhkәmәsi dә mәhz bu halların tam müәyyәn edilmәdiyi qәnaәtinә gәlmiş, iş üzrә obyektiv araşdırmanın aparılması mәqsәdilә Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin sәlahiyyәtli nümayәndәsinin mәhkәmә iclasında iştirakını vә videogörüntünün tәqdim edilmәsini tәmin etmәyә cәhd göstәrmiş, lakin lazımi qaydada xәbәrdar edilmiş nümayәndә mәhkәmә iclasında iştirak etmәmişdir. Bunun nәticәsindә iş üçün әhәmiyyәtli mәlumatların әldә edilmәsi mümkün olmamışdır. Bu baxımdan birinci instansiya mәhkәmәsinin Azәrbaycan Respublikası IXM-in 135.1.1 vә 135.1.6-cı maddәlәrinә istinad etmәklә inzibati xәta haqqında iş üzrә mühüm әhәmiyyәt kәsb edәn faktiki halların tam araşdırılmadığı vә hәmin Mәcәllәnin tәlәblәrinin işin hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulduğu barәdә gәldiyi nәticә әsaslı hesab edilmәlidir. Hәmin hallarda IXM-in 134.1.4-cü maddәsinә әsasәn qәrarın lәğv edilәrәk işin yenidәn baxılması üçün sәlahiyyәtli orqana göndәrilmәsi qanunla nәzәrdә tutulmuş hüquqi nәticәdir. Mәhkәmә xüsusilә nәzәrә alır ki, birinci instansiya mәhkәmәsi Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati xәtanı törәtmәmәsi barәdә qәti nәticәyә gәlmәmiş, iş üzrә әhәmiyyәtli halların tam müәyyәn edilmәsinin mümkün olmadığını әsas götürәrәk inzibati tәnbeh vermә haqqında qәrarı lәğv etmiş vә işin yenidәn araşdırılması üçün Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrmişdir. Belәliklә, birinci instansiya mәhkәmәsinin qәrarı inzibati xәtaya dair iş üzrә icraata xitam verilmәsi haqqında deyil, işin tam vә obyektiv araşdırılmasının tәmin edilmәsi mәqsәdilә qәbul edilmişdir. Apellyasiya instansiyasında isә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtini müdafiә edәrәk әsasәn birinci instansiya mәhkәmәsinin qәrarının icra edilmәdiyini, tәtbiq olunmuş cәrimәnin hәlә dә aktiv göründüyünü bildirmiş vә bu sәbәbdәn apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә bu dәlilә münasibәtdә qeyd edir ki, birinci instansiya mәhkәmәsinin qәrarının sonrakı icrası ilә bağlı yarana bilәcәk mәsәlәlәr hәmin qәrarın qanuniliyinin vә әsaslılığının apellyasiya qaydasında yoxlanılması zamanı onun lәğv edilmәsi üçün müstәqil әsas tәşkil etmir. Apellyasiya instansiyası mәhkәmәsinin araşdırmasının predmeti birinci instansiya mәhkәmәsinin iş üzrә müәyyәn etdiyi halların vә qәbul etdiyi yekun nәticәnin qanuni vә әsaslı olub-olmamasıdır. Iş materiallarından görünür ki, birinci instansiya mәhkәmәsi işin faktiki hallarını, o cümlәdәn videogörüntünü, Qәrardan şikayәt verәn orqan (şәxs) izahatlarını vә iş üzrә araşdırılmalı olan halları nәzәrә alaraq inzibati tәnbeh haqqında qәrarın lәğv edilmәsi vә işin yenidәn araşdırılması üçün aidiyyәti orqana göndәrilmәsi barәdә nәticәyә gәlmişdir. Hәmin nәticәni tәkzib edәn vә iş üzrә bütün әhәmiyyәtli halların artıq tam vә obyektiv araşdırıldığını tәsdiq edәn mötәbәr sübutlar apellyasiya instansiyası mәhkәmәsinә tәqdim edilmәmişdir. Bundan başqa, apellyasiya instansiyası mәhkәmәsinin ## ###### 2026-cı il tarixli mәhkәmә iclasında da Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin nümayәndәsi lazımi qaydada xәbәrdar edilmәsinә baxmayaraq iştirak etmәmiş, Qәrardan şikayәt verәn orqan (şәxs) isә әlavә vә ya vәsatәtinin olmadığı müәyyәn edilmiş, iş materiallarında olan sәnәdlәrin elan edilmәsindәn sonra hәmin sәnәdlәrlә bağlı hәr hansı fikir bildirilmәmişdir. Odur ki, apellyasiya şikayәtindә göstәrilәn hallar birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün әsas hesab edilә bilmәz. Belә ki, IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. IXM-nin 75.0.3-cü maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrin icraatı üzrә inzibati xәta törәtmәkdә şәxsin tәqsiri müәyyәn edilmәlidir. IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. IXM-nin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtlәrә vә ya protestә baxarkәn mәhkәmә, bu Mәcәllәnin 135.1.1 vә 135.1.6cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edir. IXM-nin 135.1.1-cı maddәsinә әsasәn sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Hesab edirәm ki, apellyasiya şikayәtinin dәlillәrindә qeyd edilәn hallar barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn birinci instansiya mәhkәmәsinә verdiyi şikayәtdә göstәrdiyi hallarla eynilik tәşkil etdiyindәn vә hәmin hallara dair birinci instansiya mәhkәmәsi tәrәfindәn verilmiş hüquqi qiymәt әsaslı olduğundan apellyasiya şikayәtinin dәlillәri birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi üçün әsas ola bilmәz. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, barәsindә inzibati qaydada tәnbeh tәdbiri tәtbiq edilmiş şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәri formal xarakter daşımaqla Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar