Məhkəmə qərarları › İş №3(3-8)-553/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-553/2026

31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-553/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyiilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin * saylı Abşeron-X1 nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasının nümayəndəsi- Femida Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək, 7500 (yeddi min beş yüz) manat cərimə edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarından “xxxx” Firmasının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilmişdir. İşin halları: Suların İstifadəsinə və və X5 Xidmətinin * saylı Abşeron-X1 tərəfindən “xxxx” Firması barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ##.##.2026cı il tarixdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasında formalaşan tullantı sularının xüsusi çəkilmiş borular vasitəsilə Daşagil gölünə axıdılması faktı aşkar olunmuşdur. Abşeron Rayon Məhkəməsi protokol üzrə yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasının nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması barəsində inzibati xəta haqqında iş üzrə icraata, əməldə Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması (İXM-nin 53.0.2-ci maddəsi) əsası ilə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması hələ məhkəmə iclasına qədər elektron kabinet vasitəsilə etdiyi müraciətdə bildirmişdir ki, inzibati orqanla münasibətlər artıq yoluna qoyulmuş, sayğac dəyişdirilmiş və müvafiq müqavilə bağlanılmışdır. Belə ki, “X3 Xidməti” publik hüquqi şəxsi (Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsi) ilə ##.##.2026-cı il tarixdə – yəni qərarın çıxarıldığı ##.##.2026-cı il tarixindən cəmi üç gün əvvəl – № ******** saylı su təchizatı və tullantı sularının axıdılması müqaviləsi bağlanılmışdır. Həmin müqavilədə göstərilən xidmət ünvanı (ünvan 1) qərarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasının fəaliyyəti ilə bağlı göstərilən Aşağı Güzdək qəsəbəsi ünvanı ilə üst-üstə düşür və bu müqavilə iş materiallarında olan sənədlər sırasında məhkəmə iclasında da tədqiq edilmişdir. Beləliklə, obyektin su təchizatı sistemindən istifadəsi və tullantı sularının qəbulu, təmizlənməsi və axıdılması münasibətləri qərarın qəbulundan əvvəl artıq rəsmi müqavilə əsasında tam nizamlanmışdır. Beləliklə, qərarın qəbul edildiyi tarixə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasının fəaliyyəti artıq qanunvericiliyin tələblərinə uyğunlaşdırılmış, iddia edilən nöqsan aradan qaldırılmış, məsələ öz həllini tapmışdır. İXM-nin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edir ki, qərarın qəbul olunduğu andan etibarən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasının bu tələbə əməl etdiyi sübuta yetirildiyinə görə, əməldə göstərilən maddənin tərkibi artıq mövcud deyildir. Həmçinin qeyd edirik ki, məhkəmə ##.##.2026-cı il tarixli müqaviləni iş materialları sırasında araşdırsa da, bu halı nə icraata xitam verilməsi üçün əsas, nə də İXM-nin 32-ci maddəsi mənasında məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirməmişdir. Qərarda tənbehin İXM-nin 264.0.1-ci maddəsinin sanksiyasının aşağı həddində (7500 manat) müəyyən edilməsi bu halın müəyyən dərəcədə nəzərə alındığını göstərsə də, məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərinə tam əməl edərək məsələnin artıq həll olunduğu qənaətinə gəlməli və icraata xitam verməli idi. Prosessual məsələlər: Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasının nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Firmanın əməlində İXMnin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmamasına görə xitam verilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən nümayəndə Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin dəlillərinin əsassız olduğunu bildirib birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsi tərəfindən bir dəfə material yenidən araşdırılması üçün inzibati orqana qaytarılmış və yenidən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasına məxsus qeyri yaşayış sahəsində təmizləyici qurğunun olmaması, texniki şərtlərlə bağlı müraciət olunmaması və həmin vaxt müvafiq müqavilənin bağlanmaması müəyyən edilmişdir. Həmçinin sonradan bağlanan müqavilədə tullantı suyu ilə bağlı şərtlər göstərilməmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı işdə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd edir. İş materiallarında olan ##.##.2026-cı il tarixli akta əsasən ##.##.2026-cı il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasında formalaşan tullantı sularının xüsusi çəkilmiş borular vasitəsilə Daşagil gölünə axıdılması aşkar edilmişdir. İş materiallarında olan bir ədəd DVD disk birinci instansiya məhkəməsində tədqiq olunarkən həmin video görüntüyə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması tərəfindən tullantı sularının xüsusi çəkilmiş borular vasitəsilə "Daşagil” gölünə axıdılması faktının təsdiqini tapması müəyyən edilmişdir. İş materiallarında olan Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan ##.##.2026-cı il tarixli müqavilədən görünür ki, müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun məişət (təsərrüfat) –içməli və istahsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 264.0.1-ci maddəsinə ilə su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Apellyasiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində qeyd edilən inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi “xxxx” Firmasının əməlində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmədə tədqiq edilmiş Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan ##.##.2026-cı il tarixli müqavilə ilə əlaqədar qeyd edilməlidir ki, həmin müqavilənin bağlanması “xxxx” Firmasını İXM-nin 264.0.1-ci maddəsi ilə məsuliyyətdən azad etmir. Belə ki, hüquqi şəxs fəaliyyət göstərdiyi ərazidə formalaşan tullantı suları xüsusi çəkilmiş borular vasitəsilə Daşagil gölünə axıtmaqla yanaşı, qeyd edilən müqavilə “xxxx” Firması barəsində İXM-nin 264.0.1-ci maddəsi ilə protokol tərtib edildikdən sonra bağlanmışdır. İnzibati tənbeh məsələsinə gəldikdə isə birinci instansiya məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması barəsində inzibati təhbeh təyin edərkən, qanuni və ədalətli inzibati təhbeh təyin etmişdir. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması barəsində tətbiq edilmiş inzibati tənbehin əsaslılığını müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati qaydada iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətin dəlilləri formal xarakter daşımaqla Abşeron Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1, 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar