Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-554/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmdəli Sevinc Əbülfəz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə hüquqi şəxs qismində təqsirli bilinərək, 4.000 (dörd min) manat məbləğində cərimə edilmişdir. (hakim Elvin Teymur-Zadə) İşin halları : Protokolu tərtib edən orqan icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-477/2023, 2-2(113)-5634/2025, 2-2(113)-4722/2023 və *-*(***)- ****/**** saylı icra sənədləri borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən üzrsüz səbədən icra edilməmiş və nəticədə 153368.6 manatın tələbkarlara ödənilməməsi müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cəmiyyətin icra sənədləri üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi heç bir qəsd və ya qərəzli niyyətlə deyil, obyektiv maliyyə vəziyyəti ilə bağlıdır. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyəti faktiki olaraq dayanmışdır. Eyni zamanda bir sıra şirkətlərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə borcu vardır və həmin borcların tutulması üçün şirkətin xeyrinə eyni qaydada icra orqanlarında icraat aparılır. Lakin həmin icra sənədləri icra orqanları tərəfindən bu günədək heç bir vəchlə icra edilməmiş, şirkətə çatası vəsaitlər borclulardan tutulub ona ödənilməmişdir. Əgər şirkətin fəaliyyəti tamamilə dayanmışdırsa və onun tələbkar olduğu məbləğlər üzrə icra işləri heç bir vəchlə icra edilmirsə, yəni şirkətin öz borclularından alacağı vəsaitləri dövlətin icra orqanlarının özü belə icra edə bilmirsə, o halda cəmiyyətin öz borclu olduğu məbləği hansı formada, hansı mənbədən ödəyə bilməsi sual doğurur. Şirkətin öz öhdəliklərini ödəməsi üçün əsas mənbə məhz onun tələbkar olduğu, icra sənədləri ilə təsdiqlənmiş həmin vəsaitlərdir. İcra orqanlarının şirkətin xeyrinə olan icra sənədlərini icra etməməsi nəticəsində vəsaitdən məhrum qalan şirkətin eyni icra sistemi tərəfindən öz borcunu ödəmədiyinə görə cəzalandırılması ədalət və məntiq baxımından yolverilməzdir. Hesab edir ki, bu hal şirkətin qəsdən yayınmasından deyil, ödəmə üçün real imkanın mövcud olmamasından irəli gəlir, bu isə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan “üzrsüz səbəb” şərtini və təqsirin subyektiv tərəfini – qəsdi istisna edir. Deyilənlərin sübutu Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadıdır. Həmin qərardadda təsdiq olunur ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli icra sənədinə əsasən borclu “xxxx” MMC-dən 121.300,71 manat əsas borc və 5.122,65 manat faiz olmaqla cəmi 126.423,36 manat, habelə mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 16,42 manat tutularaq tələbkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ödənilməli idi. Həmin icra sənədi 2024-cü ildən bəri Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icraatında olsa da, bu günədək icra edilməmişdir. Qərardadda birbaşa qeyd olunur ki, icra məmuru tərəfindən borclunun əmlakının axtarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmiş, lakin icra sənədi üzrə yönəldilə biləcək əmlak aşkar edilməmiş və məhz buna görə borclu şirkətin rəhbəri X3 ölkədən getmək hüququ borc tam ödənilənədək məhdudlaşdırılmışdır. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin məhkəmə qərarı ilə təsdiqlənmiş, bu iş üzrə borcunun böyük hissəsini ödəməyə kifayət edən 126.839,78 manat məbləğində tələbi iki ildən artıqdır ki, dövlətin icra orqanları tərəfindən icra oluna bilmir. Hesab edir ki, şirkət özünə çatası bu vəsaiti ala bilmədiyi halda, ondan öz borclarını dərhal ödəməyi tələb etmək və ödəmədiyinə görə onu qəsdən, üzrsüz səbəbdən yayınmada təqsirləndirmək əsassızdır. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən hüquqi şəxsin əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmalıdır. Qərarda “xxxx” qeyd edilsə də, məhkəmə şirkətin faktiki fəaliyyətinin dayanması, ağır maliyyə vəziyyəti və tələbkar olduğu məbləğlər üzrə icra icraatlarının icra edilməməsi nəticəsində vəsaitdən məhrum qalması kimi hallara heç bir qiymət verməmişdir. Belə olan halda bu hallar araşdırılıb qiymətləndirilmədən inzibati tənbehin növü və məbləği barədə düzgün qərar qəbul edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən hesab edir ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar, o cümlədən şirkətin maliyyə vəziyyəti, onun tələbkar olduğu icra icraatlarının icra olunub-olunmaması, ödəmə qabiliyyətinin olub-olmaması və əməldə qəsdin mövcudluğu hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən qərarın ləğv edilməsi üçün əsas yaradır. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Protokolu tərtib edən orqan icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və icra sənədi üzrə tələbkarlar məlumatlandırılmış olsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, şikayət üzrə məhkəmə iclası icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və tələbkarların nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkündür. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli icra vərəqəsindən görünür ki, 5.100 (beş min yüz) manat məbləğində pul vəsaitinin, həmçinin mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on manat) məbləğində pul vəsaitinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İsmayılov Elman Hüseyn oğluna ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*- *(***)-***/**** nömrəli icra vərəqəsindən görünür ki, 45036.4 manat məbləğində borc, mediasiya xərcinin əvəzi olaraq 205 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*- *(***)-****/**** nömrəli icra vərəqəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən 93.370 (doxsan üç min üç yüz yetmiş) 51 (əlli bir qəpik) məbləğində əsas borcun, 1.493 (min dörd yüz doxsan üç) manat 24 (iyirmi dörd) qəpik faiz borcunun, ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 95.268 (doxsan beş min iki yüz altmış səkkiz) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli icra vərəqəsindən görünür ki, ##.##.2022-ci il tarixli, **/*** nömrəli müqaviləyə əsasən əsas borc üzrə 7.533 (yeddi min beş yüz otuz üç) manat 12 (on iki) qəpik, həmçinin dövlət rüsumunun əvəzi olaraq 95 (doxsan beş) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaitinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Protokolu tərtib edən orqan icra məmuru X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarla Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1182/2022, 2- 2(113)-477/2023, 2-2(113)-4722/2023 və *-*(***)-****/**** saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qeyd edilən hərəkətləri, yəni indiyədək icra sənədləri üzrə heç bir ödəniş etməməsi, həmçinin öhdəliyinin könüllü surətdə icra edilməsi üçün müvafiq bildirişlə xəbərdar edilsə də, borcun ödənilməsi üçün heç bir hərəkətin həyata keçirilməməsi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Cəmiyyətin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi hal-hazırda mübahisə olunan qərarı qəbul edərkən inzibati xəta törədən hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara görə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi iş materialları ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsinin onu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək barəsində 4000 (dörd min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq etməsi qanuni və əsaslı olmuşdur. Apellyasiya məhkəməsi şərh olunan işin hallarına əsasən törədilmiş inzibati xətanın xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, icra sənədi üzrə tələbin pul məbləği ilə bağlı olduğunu, icra sənədi üzrə borc məbləğinin həcmini nəzərə alaraq onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin olunmasın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-554/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-554/2026
01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver