Məhkəmə qərarları › İş №3(3-8)-555/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-555/2026

09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-555/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin nümayәndәsi Nümayәndә iştirakı ilә, Hüquqi şәxs “xxxx” MMC vә vәzifәli şәxs Vәkil barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Hüquq Idarәsinin rәis vәzifәsini müvәqqәti icra edәn Hәmid Ədhәmov tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim E.R.Teymur-Zadә) Azәrbaycan Respublikası IXM-in 539.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi olmadığına görә “xxxx” MMC vә MMC-nin direktoru Vәkil barәsindә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. IŞIN HALLARI : DƏMX-nin Abşeron-Xızı regional şöbәsinin sәlahiyyәtli şәxsi tәrәfindәn “xxxx” MMCnin vә MMC-nin direktoru Vәkil Azәrbaycan Respublikası IXM-in 539.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair tәrtib olunmuş müvafiq olaraq ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli vә ******* nömrәli inzibati xәta haqqında protokollar vә ona әlavә edilmiş sәnәdlәr Abşeron Rayon Mәhkәmәsinә daxil olmuşdur. Inzibati xәta haqqında protokollara baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan narazı qalan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Hüquq Idarәsinin rәis vәzifәsini müvәqqәti icra edәn Hәmid Ədhәmov apellyasiya şikayәti verәrәk birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә Xidmәtin Aparatı tәrәfindәn tәrtib edilmiş “xxxx” MMC vә müәssisәnin direktoru Vәkil barәsindә ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli vә ******* nömrәli inzibati xәta haqqında protokollar әsasında “xxxx” MMC-nin vә Vәkil inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, X4 şikayәti әsasında Xidmәtin Abşeron-Xızı regional şöbәsindә aparılan araşdırma zamanı Vәkil direktoru olduğu “xxxx” MMC-yә mәktub “xxxx” vasitәsi ilә MMC-nin ƏMAS-da olan elektron kabinetinә yerlәşdirilmiş vә vәtәndaşın müraciәtinә dair mәlumatların vә mәktubda göstәrilәn sәnәdlәrin 7 (yeddi) iş günü müddәtindә Xidmәtin Abşeron-Xızı regional şöbәsinә verilmәsi tәlәb olunmuşdur. Lakin müәssisә vә onun direktoru tәrәfindәn hәmin sәnәdlәr tәqdim edilmәmişdir. Qeyd etmәk lazımdır ki, ## ##### 2019-cu il tarixli Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin “Mәrkәzlәşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamә”nin vә “e-sosial” internet portalı haqqında Əsasnamә”nin tәsdiq edilmәsi barәdә Azәrbaycan Respublikası Fәrmanı ilә tәsdiq edilmiş “Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin Mәrkәzlәşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamәnin 2-ci bәndindә MEIS-in strukturu, daxil edilәn informasiyanın tәrkibi, növü vә hәmin informasiyadan istifadә qaydası müәyyәn edilmişdir. Hәmin Əsasnamәnin 2.3.2-ci bәndinә әsasәn “Əmәk vә mәşğulluq” altsistemi vasitәsilә Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinә әsasәn (siyahısı Azәrbaycan Respublikası Prezidentinin 2014-cü il # #### tarixli *** nömrәli Fәrmanı ilә tәsdiq edilmiş dövlәt orqanlarında müvafiq vәzifәlәrә (peşәlәrә) qәbul edilәn (götürülәn) işçilәrlә işәgötürәnlәr arasında әmәk müqavilәsi kağız üzәrindә yazılı formada bağlanılan әmәk münasibәtlәri istisna olmaqla) işçilәrlә işәgötürәnlәr arasında әmәk münasibәtlәrinin rәsmilәşdirilmәsi, әmәk münasibәtlәrinә dair arayışların alınması, habelә әmәyin tәşkili, әmәyin mühafizәsi, “Mәşğulluq haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq mәşğulluq sahәsindә xidmәtlәrin elektron qaydada tәşkili, o cümlәdәn mәşğul şәxslәrin reyestrinin elektron formada aparılması, işsiz vә işaxtaran şәxslәrin qeydiyyata alınması, vakansiya bankının vә ştat vahidlәrinә dair cәdvәlin yaradılması, Azәrbaycan Respublikasının Miqrasiya Mәcәllәsinә uyğun olaraq Azәrbaycan Respublikasının әrazisindә haqqı ödәnilәn әmәk fәaliyyәti ilә mәşğul olmaq üçün әcnәbilәrә vә vәtәndaşlığı olmayan şәxslәrә iş icazәsinin verilmәsi vә ya onun müddәtinin uzadılması ilә bağlı elektron qaydada rәy verilmәsi, elәcә dә mәşğulluq vә әmәk qanunvericiliyinә әmәl olunmasına nәzarәt, sığortaedәnlәr tәrәfindәn “Sosial sığorta haqqında” vә “Işsizlikdәn sığorta haqqında” Azәrbaycan Respublikası qanunlarının tәlәblәrinә әmәl edilmәsinin elektron monitorinqi hәyata keçirilir. Hәmçinin, sәnәdlәrin tәqdim edilmәsi bağlı sorğunun göndәrilmәsi mәrhәlәsi “Inzibati icraat haqqında” Qanunla tәnzimlәnir. Belә ki, hәmin Qanunun 1.2-ci maddәsinә әsasәn bu Qanunun müddәaları inzibati orqanların fiziki vә ya hüquqi şәxslәrә münasibәtdә faktiki xarakterli digәr fәaliyyәtinә (hәrәkәtlәrinә) dә şamil olunur. Hәmin Qanunun 62.2-ci maddәsinә әsasәn, poçt rabitәsi vasitәsilә ölkә daxilindә göndәrilmiş inzibati akt, onun poçta tәqdim edildiyi gündәn 5 gün keçdikdәn sonra, elektron üsulla göndәrilmiş inzibati akt isә göndәrildiyi gündәn 3 gün keçdikdәn sonra maraqlı şәxsә tәqdim olunmuş sayılır. Mәhkәmәyә göndәrilmiş iş materialları ilә dә müәyyәn edilir ki, Xidmәtin Abşeron- Xızı regional şöbәsinin “xxxx” MMC-yә ünvanladığı mәktubu “xxxx” MMC-nin elektron kabinetinә yerlәşdirilmişdir ki, bununla da sәnәdlәr çatdırılmış sayılır. Əlavә olaraq qeyd edirlәr ki, Bakı Apellyasiya Mәhkәmәsindә analoji işlәrә baxılmış vә müvafiq tәnbeh tәbirlәri görülmüşdür. Mәktubun işәgötürәnin ƏMAS-dә olan şәxsi kabinetinә yerlәşdirilmәsi barәdә sәnәd iş materiallarına әlavә edilsә dә, birinci instansiya mәhkәmәsi tәrәfindәn hәmin sәnәdә düzgün hüquqi qiymәt verilmәmişdir. Xidmәtin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn müәyyәn edilmiş müddәt әrzindә sәnәdlәr tәqdim edilmәdiyindәn inzibati xәta törәdilmiş hesab edilir. Xidmәtin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn inzibati xәta haqqında protokol tәrtib edilәrkәn “xxxx” MMCnin MMC-nin direktoru Vәkil әmәlindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu aşkar edilmiş vә sübuta yetirilmişdir. MMC-nin direktoru Vəkil etirazı : MMC-nin direktoru Vәkil apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk apellyasiya şikayәtinin tәmin edilmәmәsini, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının dәyişdirilmәdәn saxlanılmasını vә “xxxx” MMC vә MMCnin direktoru Vәkil barәsindә Azәrbaycan Respublikası IXM-in 539.3-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә birinci instansiya mәhkәmәsinin nәticәsinin qüvvәdә saxlanılmasını xahiş edәrәk etiraz әrizәsini onunla әsaslandırmışdır ki, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarı iş materiallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılması, tәrәflәrin tәqdim etdiyi sübutların qiymәtlәndirilmәsi vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin tәlәblәrinin düzgün tәtbiqi nәticәsindә qәbul edilmişdir. DƏMX-nin apellyasiya şikayәtindә isә birinci instansiya mәhkәmәsinin hansı konkret nәticәsinin sәhv olduğu, mәhkәmәnin hansı sübutu düzgün qiymәtlәndirmәdiyi vә әn әsası, inzibati xәta tәrkibinin hansı mötәbәr sübutlarla tәsdiq edildiyi әsaslandırılmamışdır. Iş materiallarından görünür ki, X4 şikayәti әsasında DƏMX tәrәfindәn “xxxx” MMC-yә ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrәli mәktub göndәrilmiş vә müәyyәn sәnәdlәrin tәqdim edilmәsi tәlәb edilmişdir. DƏMX hәmin sorğuya qanunvericilikdә nәzәrdә tutulmuş müddәtdә cavab verilmәdiyini әsas gәtirәrәk “xxxx” MMC vә MMC-nin direktoru Vәkil barәsindә Azәrbaycan Respublikası IXM-in 539.3-cü maddәsi ilә inzibati xәta haqqında protokollar tәrtib etmişdir. Lakin Abşeron Rayon Mәhkәmәsi iş materiallarını araşdırarkәn mühüm halı müәyyәn etmişdir: sorğunun “xxxx” MMC-yә qanunvericilikdә nәzәrdә tutulmuş qaydada tәqdim edilmәsini tәsdiq edәn mötәbәr sübut mәhkәmәyә tәqdim edilmәmişdir. Mәhkәmә xüsusilә qeyd etmişdir ki, DƏMX nümayәndәsinin mәhkәmә iclasında verdiyi izahatına әsasәn sorğu poçt vasitәsilә göndәrilmәmiş, yalnız elektron kabinetә yerlәşdirilmişdir vә tәqdim edilmiş elektron kabinet çıxarışından sorğunun qarşı tәrәf tәrәfindәn oxunub-oxunmadığını müәyyәn etmәk mümkün deyildir. Mәhkәmәnin bu nәticәsi tam әsaslıdır. Çünki inzibati mәsuliyyәtin tәtbiqi üçün yalnız dövlәt orqanının öz informasiya sistemindә sәnәd yaratması vә ya onu müәyyәn elektron kabinetә yerlәşdirmәsi kifayәt edә bilmәz. Əsas mәsәlә hәmin sәnәdin qanunvericiliklә müәyyәn edilmiş qaydada inzibati mәsuliyyәtә cәlb edilәn şәxsә tәqdim edilib-edilmәmәsidir. Sorğunun elektron kabinetә yerlәşdirilmәsi onun “tәqdim edilmәsi” faktını avtomatik olaraq sübut etmir. Apellyasiya şikayәtinin әsas arqumenti ondan ibarәtdir ki, DƏMX tәrәfindәn ##.##.2026-cı il tarixli sorğu “xxxx” MMCnin elektron kabinetinә yerlәşdirilmiş vә bununla da sorğunun şirkәtә tәqdim edilmәsi baş vermişdir. Lakin bu mövqe iş materiallarında olan sübutlarla tәsdiq edilmir. Inzibati xәta haqqında iş üzrә şәxsin inzibati mәsuliyyәtә cәlb edilmәsi üçün aşağıdakı hallar müәyyәn edilmәlidir. Inzibati orqanın qanuni vә konkret tәlәbi mövcud olmalıdır. Hәmin tәlәb qanunvericiliklә müәyyәn edilmiş qaydada şәxsә tәqdim edilmәlidir. Tәqdim edilmә tarixi müәyyәn edilmәlidir. Tәqdim edilmәdәn sonra qanuni müddәt müәyyәn edilә bilmәlidir. Hәmin müddәt әrzindә şәxsin tәlәbi yerinә yetirmәmәsi müәyyәn edilmәlidir. Bu hәrәkәtsizliyin tәqsirli olması sübuta yetirilmәlidir. Hazırkı işdә isә mәhz ilkin vә әsas şәrt – sorğunun “xxxx” MMC-yә qanuni qaydada tәqdim edilmәsi faktı mötәbәr sübutlarla tәsdiq edilmәmişdir. Abşeron Rayon Mәhkәmәsinin müәyyәn etdiyi bu hal apellyasiya şikayәtindә dә aradan qaldırılmamışdır. Əksinә, apellyasiya şikayәtindә dә sorğunun әsasәn elektron kabinetә yerlәşdirilmәsindәn bәhs edilir vә hәmin sәnәdin “xxxx” MMCnin sәlahiyyәtli şәxsi tәrәfindәn faktiki qәbul edilmәsi, açılması vә ya tanış olunması barәdә ayrıca mötәbәr sübut göstәrilmir. Sübutetmә yükü “xxxx” MMC-nin deyil, inzibati icraatı aparan orqanın üzәrinә düşür. Daha mühüm mәqam ondan ibarәtdir ki, inzibati mәsuliyyәtә cәlb etmәnin әsası olan inzibati xәta hadisәsinin vә şәxsin tәqsirinin mövcudluğunu sübut etmәk vәzifәsi inzibati xәta haqqında protokol tәrtib edәn orqanın üzәrinә düşür. Bu baxımdan, DƏMX “xxxx” MMC-nin sorğunu almadığını vә ya elektron kabinetә daxil olmadığını sübut etmәli deyildir. Əksinә, DƏMX sorğunun qanuni qaydada tәqdim edildiyini vә tәqdim edilmә tarixini sübut etmәlidir. Lakin birinci instansiya mәhkәmәsinin müәyyәn etdiyi kimi, belә sübut tәqdim edilmәmişdir. Bu halda “sorğu elektron kabinetә yerlәşdirilmişdir” ifadәsi inzibati xәta tәrkibinin obyektiv tәrәfinin sübuta yetirilmәsi üçün kifayәt hesab edilә bilmәz. Apellyasiya şikayәtindә “Inzibati icraat haqqında” Qanunun müddәalarına istinad edilmәsi hazırkı iş üzrә nәticәni dәyişmir. DƏMX apellyasiya şikayәtindә sorğunun tәqdim edilmәsi qaydasını әsaslandırmaq üçün “Inzibati icraat haqqında” Azәrbaycan Respublikası Qanununun 62.2-ci maddәsinә istinad etmiş vә elektron üsulla göndәrilmiş inzibati aktın müәyyәn müddәt keçdikdәn sonra tәqdim edilmiş hesab olunmasını әsas gәtirmişdir. Lakin Abşeron Rayon Mәhkәmәsi haqlı olaraq qeyd etmişdir ki, “Inzibati icraat haqqında” Azәrbaycan Respublikası Qanununun 3.2.2-ci bәndinә әsasәn hәmin Qanun inzibati xәtalara dair işlәr üzrә inzibati orqanların fәaliyyәtinә şamil edilmir. Bu sәbәbdәn apellyasiya şikayәtindә hәmin Qanunun müddәalarına istinad edilmәklә inzibati xәta tәrkibinin sübuta yetirilmәsi mümkün deyildir. DƏMX tәrәfindәn istinad edilәn elektron göndәriş qaydasının mәhz inzibati xәta icraatında tәtbiq edilmәsinin konkret hüquqi әsası göstәrilmәli vә hәmin hüquqi әsasla yanaşı, sorğunun konkret olaraq “xxxx” MMC-yә tәqdim edildiyi sübut olunmalıdır. Əks halda elektron sistemdә sәnәdin yerlәşdirilmәsi ilә inzibati mәsuliyyәtin yaranması arasında avtomatik hüquqi nәticә çıxarmaq mümkün deyildir. Apellyasiya şikayәtindә xxxx sisteminә istinad edilmәsi dә sorğunun faktiki tәqdim edilmәsini sübut etmir. Apellyasiya şikayәtindә ## ##### 2019-cu il tarixli Əsasnamәyә, “e-sosial” internet portalına vә Mәrkәzlәşdirilmiş elektron informasiya sisteminә istinad edilәrәk sәnәdlәrin elektron qaydada göndәrilmәsi imkanının mövcudluğu göstәrilmişdir. Lakin elektron sistem vasitәsilә sәnәd göndәrmәk imkanının mövcud olması ilә konkret sәnәdin konkret şәxsә qanunvericiliyin tәlәblәrinә uyğun tәqdim edilmәsinin sübuta yetirilmәsi eyni anlayışlar deyildir. DƏMX aşağıdakı halları ayrıca sübut etmәli idi: 1.##.##.2026-cı il tarixli sorğunun mәhz hansı tarix vә saatda elektron kabinetә yerlәşdirilmәsi.

2. Hәmin sәnәdin konkret hüquqi şәxsә aid elektron kabinetә göndәrilmәsi.

3. Hәmin elektron kabinetә giriş sәlahiyyәtinin kimә mәxsus olması.

4. Sәnәdin şirkәtin sәlahiyyәtli şәxsinә çatdırılması barәdә sistem mәlumatı.

5. Sәnәdin açılması vә ya әldә edilmәsi barәdә sistemdә mәlumatın olub-olmaması.

6. Sorğunun tәqdim edildiyi hesab olunan tarixin hansı hüquqi norma әsasında müәyyәn edilmәsi.

7. Hәmin tarixdәn etibarәn cavab vermәk üçün müәyyәn edilmiş müddәtin nә vaxt başa çatması. Iş materiallarından görünәn mәlumatlar bu halların hamısını tәsdiq etmir. Mәhz buna görә birinci instansiya mәhkәmәsi inzibati xәtanın obyektiv tәrәfinin sübuta yetirilmәdiyi qәnaәtinә gәlmişdir. DƏMX nümayәndәsinin birinci instansiya mәhkәmәsindә verdiyi izahat apellyasiya şikayәtinin mövqeyini zәiflәdir. Abşeron Rayon Mәhkәmәsinin qәrarında әks olunduğu kimi, mәhkәmә iclasında DƏMX nümayәndәsi X1 bildirmişdir ki, sorğu elektron kabinetә yerlәşdirilmiş, poçt vasitәsilә göndәrilmәmişdir. Eyni zamanda hәmin nümayәndә elektron kabinetdәn çıxarışdan sorğunun qarşı tәrәfә göndәrildiyini müәyyәn etmәyin mümkün olduğunu, lakin sorğunun oxunub-oxunmadığının müәyyәn edilә bilmәdiyini bildirmişdir. Belә olan halda inzibati xәta haqqında iş üzrә әn mühüm mәsәlә – sorğunun hüquqi şәxsә qanuni qaydada tәqdim edilmәsi – mübahisәsiz vә mötәbәr şәkildә sübuta yetirilmәmişdir. Apellyasiya şikayәtindә bu boşluğu aradan qaldıran yeni vә mötәbәr sübut da tәqdim edilmәmişdir. IXM-in 539.3-cü maddәsinin tәtbiqi üçün yalnız sәnәdin tәqdim edilmәmәsi deyil, qanuni tәqdim edilmiş tәlәbin icra edilmәmәsi sübut olunmalıdır. IXM-in 539.3-cü maddәsinin dispozisiyasına әsasәn mәsuliyyәt dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının tәlәbi ilә zәruri mәlumatların vә sәnәdlәrin tәqdim edilmәmәsi, yaxud tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәsi halına görә yaranır. Buradan aydın olur ki, mәsuliyyәtin yaranması üçün ilk növbәdә dövlәt nәzarәtini hәyata keçirәn orqanın tәlәbinin qanuni qaydada şәxsә tәqdim edilmәsi vә hәmin tәlәbin icrası üçün müәyyәn edilmiş müddәtin başlanması müәyyәn olunmalıdır. Əgәr sorğunun tәqdim edildiyi tarix mötәbәr şәkildә müәyyәn edilә bilmirsә, hәmin sorğu üzrә cavab müddәtinin nә vaxt başladığını vә nә vaxt başa çatdığını da müәyyәn etmәk mümkün deyildir. Bu halda isә “vaxtında tәqdim etmәmә” faktının mövcudluğu da hüquqi baxımdan sübuta yetirilmiş hesab edilә bilmәz. Birinci instansiya mәhkәmәsi işin bütün hallarını araşdıraraq düzgün hüquqi nәticәyә gәlmişdir. Abşeron Rayon Mәhkәmәsi yalnız formal olaraq sorğunun mövcudluğunu deyil, onun tәqdim edilmәsi vә inzibati xәta tәrkibinin digәr elementlәrinin mövcudluğunu araşdırmışdır. Mәhkәmә Azәrbaycan Respublikası IXM-in 3, 6.1, 9.1, 12.1, 18.1, 18.5, 57.1, 76, 84, 539.3 vә digәr müvafiq normalarına istinad etmiş, hәmçinin inzibati xәta haqqında iş üzrә sübutetmә yükünün inzibati icraatı aparan orqanın üzәrinә düşdüyünü әsaslandırmışdır. Direktor Vәkil ayrıca inzibati mәsuliyyәtә cәlb edilmәsi üçün dә tәqsir sübuta yetirilmәlidir. Apellyasiya şikayәtindә hәm “xxxx” MMC-nin, hәm dә MMC-nin direktoru Vәkil inzibati mәsuliyyәtә cәlb edilmәsi xahiş olunur. Lakin hüquqi şәxsin vә onun direktorunun inzibati mәsuliyyәtә cәlb edilmәsi üçün dә inzibati xәta tәrkibinin bütün elementlәri ayrıca müәyyәn edilmәlidir. Əgәr sorğunun özünün hüquqi şәxsә qanuni qaydada tәqdim edilmәsi sübuta yetirilmәyibsә, hәmin sorğunun icra edilmәmәsinә görә direktorun da tәqsirli olması nәticәsinә gәlmәk üçün hüquqi әsas yoxdur. Başqa sözlә, әsas öhdәliyin yaranması vә hәmin öhdәliyin icra müddәtinin başlanması sübuta yetirilmәdәn hәmin öhdәliyin icra edilmәmәsinә görә direktorun mәsuliyyәtindәn söhbәt gedә bilmәz. Yuxarıda göstәrilәnlәrdәn görünür ki, X3 Xidmәtinin apellyasiya şikayәti birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni tәkzib edәn yeni vә mötәbәr sübutlara әsaslanmır. Apellyasiya şikayәtindә әsasәn elektron kabinetә yerlәşdirmә faktına istinad edilir. Halbuki birinci instansiya mәhkәmәsinin müәyyәn etdiyi әsas mәsәlә – hәmin sorğunun “xxxx” MMC-yә qanunvericilikdә nәzәrdә tutulmuş qaydada tәqdim edilmәsi – aradan qaldırılmamışdır. Inzibati mәsuliyyәt ehtimala, fәrziyyәyә vә ya yalnız inzibati orqanın informasiya sistemindә mövcud olan daxili mәlumatlara deyil, mötәbәr vә qanuni qaydada әldә edilmiş sübutlara әsaslanmalıdır. Iş üzrә sübutetmә yükü “xxxx” MMC-nin üzәrinә qoyula bilmәz. Şirkәtin sorğunu almamasını sübut etmәk vәzifәsi şirkәtin deyil, inzibati xәta haqqında protokol tәrtib etmiş orqanın üzәrinә düşür.. PROSES IŞTIRAKÇISININ IZAHATI :

Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn inzibati xәta haqqında protokolu tәrtib etmiş orqanın nümayәndәsi Nümayәndә apellyasiya şikayәtini müdafiә edib, әlavә olaraq qeyd etdi ki, vәtәndaçın әmәk hüquqlarının pozulması ilә әlaqәdar şikayәtinin araşdırılması üçün MMC-yә rәsmi mәktub ünvanlansa da, tәlәb olunan sәnәdlәrin tәqdim edilmәmәsi sәbәbindәn hazırkı protokollar tәrtib edilmişdir. Hesab edirlәr ki, hüquqi şәxs olan MMC-nin vә MMC-nin vәzifәli şәxsi IXM-nin 539.3-cü maddәsilә tәqsirli bilinәrәk inzibati tәnbeh tәdbirinә mәruz qalmalıdırlar. “xxxx” MMC-nin direktoru e-kabinet vasitәsilә mәhkәmәyә apellyasiya şikayәtinә etiraz tәqdim edәrәk bildirmişdir ki, işә onun vә nümayәndәsinin iştirakı olmadan baxılmasına etiraz etmir, lakin bu halın apellyasiya şikayәtindә göstәrilәn halların vә inzibati orqanın tәqdim etdiyi sübutların qәbul edilmәsi, habelә әvvәlki yazılı etirazında ifadә olunmuş hüquqi mövqedәn imtina kimi qiymәtlәndirilmәmәsini xahiş edir. Etirazın әsas dәlili ondan ibarәtdir ki, inzibati xәta haqqında protokolun tәrtib edilmәsinә әsas olmuş ## ###### 2026-cı il tarixli, *-**-*/*-****/**** nömrәli sorğunun “xxxx” MMC-yә qanuni qaydada tәqdim edilmәsi sübuta yetirilmәmişdir. Ərizәçi qeyd etmişdir ki, birinci instansiya mәhkәmәsindә inzibati orqanın nümayәndәsi hәmin sorğunun poçt vasitәsilә göndәrilmәdiyini, elektron kabinetә yerlәşdirildiyini bildirmişdir. Ərizәçinin fikrincә, sәnәdin inzibati orqanın informasiya sistemindә yaradılması vә ya elektron kabinetә yerlәşdirilmәsi onun ünvanlandığı şәxsә qanuni qaydada tәqdim edildiyini vә hәmin şәxs tәrәfindәn qәbul edildiyini öz-özlüyündә tәsdiq etmir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası “xxxx” MMC vә MMC-nin direktoru Vәkil iştirakı olmadan keçirilmәsi mümkündür.

HÜQUQI MƏSƏLƏLƏR :

Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәt vә ya protest hakim vә ya vәzifәli şәxs tәrәfindәn tәkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәli, yeni qәrar qәbul edilmәklә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” MMC vә vәzifәli şәxs Vәkil IXM-nin 539.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtaya görә tәqsirli bilinәrәk inzibati qaydada cәrimә edilmәklә apellyasiya şikayәti tәmin edilmәlidir. Belә ki, iş materiallarından müәyyәn olunur ki, X4 әmәk hüquqlarının pozulmasına dair müraciәti әsasında Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin müvafiq struktur bölmәsi tәrәfindәn “xxxx” MMC-yә ## ###### 2026-cı il tarixli, *-**-*/*-****/**** nömrәli mәktub ünvanlanaraq müraciәtin araşdırılması üçün zәruri olan mәlumat vә sәnәdlәrin tәqdim edilmәsi tәlәb edilmişdir. Birinci instansiya mәhkәmәsinin qәrarında da sorğunun işәgötürәnin elektron kabinetinә göndәrildiyi vә Xidmәt tәrәfindәn tәqdim edilmiş sәnәdlәrә әsasәn hәmin sorğunun ## ###### 2026-cı ildә “xxxx” MMC-nin elektron kabinetinә yerlәşdirildiyi müәyyәn edilmişdir. Iş materiallarında olan elektron sistem mәlumatlarından da ## ###### 2026-cı il tarixli sәnәdin daxilolma mәnbәyinin “Şәxsi kabinet”xxxx“xxxx MMC”nә aid olduğu vә hüquqi şәxsin VÖEN-i üzrә elektron sistemdә әks olunduğu görünür. Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 15.2-ci maddәsinә görә әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn orqan fәaliyyәt istiqamәtlәrinә uyğun olaraq işәgötürәnlәrdәn zәruri olan mәlumatların tam, düzgün vә vaxtında tәqdim edilmәsini tәlәb etmәk, qanunvericiliyin pozulmasında tәqsirkar şәxslәri Inzibati Xәtalar Mәcәllәsi ilә müәyyәn edilmiş hallarda inzibati mәsuliyyәtә cәlb etmәk hüququna malikdir. Bu norma X3 Xidmәtinin müvafiq әmәk münasibәtlәrinә dair araşdırma apararkәn işәgötürәndәn sәnәd vә mәlumat tәlәb etmәsinin birbaşa hüquqi әsasını tәşkil edir. Bu norma qüvvәdә olan Əmәk Mәcәllәsinin mәtnindә dә eyni mәzmunda nәzәrdә tutulur. Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsinә әsasәn әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının tәlәbi ilә hәmin maddәdә nәzәrdә tutulan hallarla bağlı zәruri mәlumatların vә sәnәdlәrin tәqdim edilmәmәsinә, yaxud tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәsinә görә vәzifәli şәxslәr min manatdan min beş yüz manatadәk, hüquqi şәxslәr isә iki min manatdan iki min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Belәliklә, hәmin inzibati xәta tәrkibinin obyektiv tәrәfinin mövcudluğu üçün, ilk növbәdә, әmәk qanunvericiliyinә dövlәt nәzarәtini hәyata keçirәn sәlahiyyәtli orqanın mәlumat vә ya sәnәd tәqdim olunmasına dair qanuni tәlәbinin olması, hәmin tәlәbin aidiyyәti şәxsә çatdırılması vә müәyyәn edilmiş müddәtdә icra edilmәmәsi müәyyәn edilmәlidir. Birinci instansiya mәhkәmәsi sorğunun elektron kabinetә yerlәşdirilmәsinin onun hüquqi şәxs tәrәfindәn әldә edilmәsi kimi qiymәtlәndirilә bilmәyәcәyi, mәktubun poçt vasitәsilә göndәrilmәmәsinin isә inzibati xәta hadisәsinin mövcudluğunu istisna etdiyi qәnaәtinә gәlmişdir. Bununla yanaşı, mәhkәmә Inzibati Xәtalar Mәcәllәsinin 57.1-ci maddәsinә istinad edәrәk sәnәdlәrin sifarişli poçt göndәrişi ilә çatdırılması qaydasını hazırkı sorğuya da tәtbiq etmişdir. Mәhkәmә hәmin hüquqi yanaşma ilә razılaşmır. Inzibati Xәtalar Mәcәllәsinin 57.1-ci maddәsi inzibati xәtalar haqqında artıq başlanmış iş üzrә icraatın iştirakçılarına hәmin Mәcәllәdә nәzәrdә tutulmuş qәrarların, qәrardadların, protokolların vә bildirişlәrin çatdırılması qaydasını tәnzimlәyir. Hazırkı iş üzrә ## ###### 2026-cı il tarixli mәktub isә inzibati xәta haqqında icraat çәrçivәsindә qәbul edilmiş prosessual sәnәd deyil. Hәmin mәktub vәtәndaşın әmәk hüquqlarına dair müraciәtinin yoxlanılması vә әmәk qanunvericiliyinә dövlәt nәzarәti funksiyasının hәyata keçirilmәsi çәrçivәsindә işәgötürәndәn sәnәdlәrin tәlәb olunması mәqsәdi ilә, inzibati xәta haqqında protokollar tәrtib edilmәzdәn әvvәl göndәrilmişdir. Bu sәbәbdәn hәmin mәktubun tәqdim edilmәsinә Inzibati Xәtalar Mәcәllәsinin 57.1ci maddәsindә nәzәrdә tutulan, inzibati xәta haqqında iş üzrә prosessual sәnәdlәrin çatdırılmasına aid xüsusi qaydanın tәtbiq edilmәsi düzgün deyildir. Eyni sәbәbdәn birinci instansiya mәhkәmәsinin “Inzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddәsinә istinad etmәklә hәmin Qanunun hazırkı münasibәtlәrә ümumiyyәtlә tәtbiq olunmaması barәdә nәticәsi dә işin faktiki vә hüquqi mahiyyәtinә uyğun deyil. Doğrudur, “Inzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddәsinә görә hәmin Qanun inzibati orqanların inzibati xәtalara dair işlәr üzrә fәaliyyәtinә şamil olunmur. Lakin bu mәhdudiyyәt inzibati xәta haqqında icraatın özünә aiddir. Hazırkı halda mübahisә predmeti olan sorğu inzibati xәta haqqında icraat çәrçivәsindә deyil, әmәk qanunvericiliyinә dövlәt nәzarәti funksiyasının hәyata keçirilmәsi zamanı vә inzibati xәta haqqında protokol tәrtib edilmәzdәn әvvәl göndәrilmişdir. “Inzibati icraat haqqında” Qanunun 1.2-ci maddәsi isә bu Qanunun müddәalarının inzibati orqanların fiziki vә ya hüquqi şәxslәrә münasibәtdә faktiki xarakterli digәr fәaliyyәtinә (hәrәkәtlәrinә) dә şamil olunduğunu müәyyәn edir. Buna görә dә әmәk qanunvericiliyinә dövlәt nәzarәti mәqsәdilә hüquqi şәxsdәn sәnәd vә mәlumat tәlәb olunmasına dair fәaliyyәt sırf sonradan inzibati xәta protokolunun tәrtib edilmәsinә sәbәb olduğuna görә әvvәlcәdәn inzibati xәta haqqında icraatın tәrkib hissәsi hesab edilә bilmәz. Hәmin Qanunun 62.2-ci maddәsinә әsasәn elektron üsulla göndәrilmiş inzibati akt göndәrildiyi gündәn üç gün keçdikdәn sonra maraqlı şәxsә tәqdim olunmuş sayılır. Qanun elektron üsulla göndәrişin hüquqi nәticәsini sәnәdin adresat tәrәfindәn faktiki açılıb-oxunması ilә bağlamır. Buna görә dә sәnәdin elektron kabinetdә açılıbaçılmadığının texniki olaraq müәyyәn edilmәmәsi özlüyündә onun tәqdim edilmәdiyi nәticәsinә gәlmәk üçün yetәrli deyildir. Bu baxımdan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxslәrin yazılı etirazlarında göstәrilәn “sorğunun elektron kabinetdә yerlәşdirilmәsi onun tәqdim edilmәsini sübut etmir”, “sәnәdin açılması vә ya oxunması ayrıca sübut edilmәlidir” dәlillәri dә әsaslı hesab edilә bilmәz. Hәmin şәxslәr etirazlarında mәhz elektron kabinetә yerlәşdirilmәnin yetәrli olmadığını, sәnәdin faktiki açılması vә әldә edilmәsinә dair ayrıca texniki mәlumatın tәqdim olunmalı olduğunu irәli sürmüşlәr. Lakin qanun elektron tәqdimetmәnin hüquqi nәticәsini adresatın sәnәdi faktiki oxumasından asılı etmәdiyindәn belә yanaşma elektron bildiriş mexanizminin hüquqi mahiyyәtinә uyğun deyildir. Mәhkәmә hәmçinin qeyd edir ki, iş üzrә yalnız inzibati orqanın birtәrәfli izahatı deyil, elektron sistemdәn әldә edilmiş obyektiv mәlumatlar mövcuddur. Inzibati Xәtalar Mәcәllәsinin 76-cı maddәsinә görә dövlәt informasiya sistemlәrindә vә ehtiyatlarında aşkar olunan mәlumatlar inzibati xәta haqqında iş üzrә sübut hesab edilir. Birinci instansiya mәhkәmәsi dә bu normanı qәrarında göstәrmiş, lakin iş materiallarında olan dövlәt informasiya sistemindәn әldә edilmiş mәlumatın sübut әhәmiyyәtinә hәmin normanın mahiyyәtinә uyğun qiymәt vermәmişdir. Iş materiallarında olan elektron mәlumat konkret hüquqi şәxsi, onun VÖEN-ni, sәnәdin göndәrilmә tarixini vә şәxsi kabinet vasitәsilә yönlәndirilmәsini fәrdilәşdirmәyә imkan verir. Buna görә dә hazırkı işdә söhbәt yalnız inzibati orqanın öz sistemindә hansısa abstrakt sәnәdin mövcudluğundan deyil, konkret adresata aid elektron kabinetә konkret sәnәdin göndәrilmәsi faktından gedir. Belәliklә, iş üzrә sübutların mәcmusu ilә X3 Xidmәtinin әmәk qanunvericiliyinә dövlәt nәzarәti sәlahiyyәti çәrçivәsindә “xxxx” MMC-dәn zәruri sәnәdlәrin tәqdim edilmәsini tәlәb etdiyi, hәmin tәlәbin hüquqi şәxsin elektron kabinetinә göndәrildiyi, lakin müәyyәn olunmuş müddәt әrzindә tәlәb edilәn sәnәdlәrin tәqdim olunmadığı tәsdiq edilir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxslәr tәrәfindәn isә sәnәdlәrin müәyyәn edilmiş müddәtdә tәqdim edildiyini, tәlәbin icrasına obyektiv maneә yarandığını, elektron kabinetin hüquqi şәxsә aid olmadığını vә ya elektron sistemdәki mәlumatların qeyri-mötәbәr olduğunu göstәrәn hәr hansı sübut tәqdim edilmәmişdir. Mәhkәmә bununla әlaqәdar xüsusi olaraq vurğulayır ki, bu nәticә sübutetmә yükünün inzibati mәsuliyyәtә cәlb edilәn şәxslәrin üzәrinә keçirilmәsi demәk deyildir. Inzibati xәta hadisәsinin vә tәqsirin sübuta yetirilmәsi vәzifәsi inzibati xәta haqqında protokol tәrtib etmiş orqanın üzәrindә qalır. Lakin hәmin orqan sorğunun konkret hüquqi şәxsin elektron kabinetinә göndәrilmәsinә dair dövlәt informasiya sistemindәn әldә olunmuş mәlumatı vә digәr iş materiallarını tәqdim etdikdәn sonra hәmin sübutlar onların qarşılıqlı әlaqәsindә qiymәtlәndirilmәlidir. Inzibati mәsuliyyәtә cәlb edilәn şәxsin әks mövqedә olması isә artıq tәqdim edilmiş obyektiv sübutların öz-özlüyündә sübut qüvvәsini aradan qaldırmır. Birinci instansiya mәhkәmәsinin istinad etdiyi Sumqayıt Apellyasiya Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrәli qәrarında isә fәrqli hallara aid mәsәlә mübahisә doğurmuşdur. Hәmin iş üzrә elektron sistemdәn olan çıxarışların hansı konkret sәnәdin göndәrilmәsini tәsdiqlәdiyi müәyyәn edilmәdiyindәn mәktubun lazımi qaydada çatdırılması sübuta yetirilmәmiş hesab edilmişdir. Birinci instansiya mәhkәmәsinin qәrarında hәmin fәrqli hal da açıq şәkildә göstәrilmişdir. Hazırkı işdә isә elektron sistem mәlumatları konkret hüquqi şәxsi vә konkret göndәrişi fәrdilәşdirmәyә imkan verdiyindәn hәmin qәrarda formalaşmış faktiki nәticәnin avtomatik şәkildә hazırkı işә tәtbiqi әsaslı deyildir. Iş materialları ilә “xxxx” MMC-nin әmәk qanunvericiliyinә dövlәt nәzarәtini hәyata keçirәn orqanın qanuni tәlәbinә uyğun olaraq tәlәb edilәn sәnәdlәri müәyyәn edilmiş müddәtdә tәqdim etmәdiyi tәsdiq olunduğundan hüquqi şәxsin әmәlindә Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın obyektiv vә subyektiv әlamәtlәri mövcuddur. Vәkil hәmin dövrdә “xxxx” MMC-nin direktoru olduğu iş materialları ilә müәyyәn edilir. Inzibati xәta haqqında protokollar da ayrıca olaraq hüquqi şәxs vә onun direktoru barәsindә tәrtib edilmişdir. Direktor hüquqi şәxsin fәaliyyәtini tәşkil edәn vә onun qanuni tәlәblәrә әmәl etmәsini tәmin etmәli olan vәzifәli şәxs olmaqla, әmәk qanunvericiliyinә dövlәt nәzarәti orqanının hüquqi şәxsә ünvanladığı qanuni tәlәbin icrasının tәmin edilmәsinә mәsul olmuşdur. Iş materiallarında onun hәmin tәlәbin icrasını tәmin etmәsinin obyektiv olaraq qeyri-mümkün olmasını, bu sәlahiyyәtin ona aid olmamasını vә ya sәnәdlәrin tәqdim edilmәmәsinin onun iradәsindәn asılı olmayan sәbәblәrlә baş verdiyini tәsdiq edәn sübut müәyyәn edilmir. Bu sәbәbdәn Vәkil hәrәkәtsizliyindә dә Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi mövcuddur. Belәliklә, birinci instansiya mәhkәmәsi sorğunun tәqdim olunmasına dair iş materiallarında mövcud elektron sübuta düzgün hüquqi qiymәt vermәmiş, Inzibati Xәtalar Mәcәllәsinin 57.1-ci maddәsini inzibati xәta haqqında icraat başlanmazdan әvvәl hәyata keçirilmiş dövlәt nәzarәti tәdbirinә tәtbiq etmiş, “Inzibati icraat haqqında” Qanunun 3.2.2ci maddәsinin tәtbiq dairәsini düzgün müәyyәn etmәmiş vә nәticәdә inzibati xәta tәrkibinin mövcud olmaması barәdә işin faktiki hallarına uyğun olmayan nәticәyә gәlmişdir. Iş üzrә toplanmış sübutlar xxxx” MMC-nin әmәlindә IXM-in 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin mövcudluğunu, habelә hәmin hüquqi şәxsin vәzifәli şәxsi Vәkil bu әmәlin törәdilmәsindә tәqsirini tәsdiq edir. IXM-in 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. IXM-nin 80.1-ci maddәsinә әsasәn sәnәdlәrdә müәssisәlәrin, idarәlәrin, tәşkilatların, vәzifәli şәxslәrin vә fiziki şәxslәrin tәsdiq etdiklәri vә ya şәrh etdiklәri mәlumatların inzibati xәta haqqında iş üzrә icraat üçün әhәmiyyәti vardırsa, bu sәnәdlәr iş üzrә sübutlar hesab edilir. IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Iş materiallarında olan sübutların mәcmusu iş üzrә IXM-dә nәzәrdә tutulan şәrtlәrin mövcudluğunu tәsdiq edir. Bu baxımdan birinci instansiya mәhkәmәsinin inzibati xәtanın törәdilmәsinin sübuta yetirilmәdiyi vә IXM-in 53.2-ci maddәsinә әsasәn icraata xitam verilmәli olduğu barәdә nәticәsi işin faktiki hallarına vә sübutların mәcmusuna uyğun deyildir. Inzibati tәnbehin növü vә hәddi müәyyәn edilәrkәn törәdilmiş inzibati xәtanın xarakteri, işin halları, mәsuliyyәtә cәlb edilәn şәxslәr barәsindә daha ağır tәnbeh tәtbiq edilmәsini zәruri edәn halların müәyyәn edilmәmәsi nәzәrә alınmalıdır. Yuxarıda qeyd edilәnlәr üzrә yekun hüquqi dәyәrlәndirmә apararaq hesab edirәm ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı hesab edilmәyәrәk tәrtib olunmuş inzibati xәta haqqında protokol qanunun tәlәblәrinә vә işin faktiki hallarına uyğun olduğundan, “xxxx” MMC vә vәzifәli şәxs Vәkil IXM-nin 539.3-cü maddәsi ilә tәqsirli bilinmәklә barәsindә inzibati tәnbeh tәtbiq edilmәklә “xxxx” MMC-nin vә vәzifәli şәxs Vәkil barәsindә Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsinin sanksiyasında nәzәrdә tutulmuş minimum hәddә cәrimәnin tәtbiqini әdalәtli vә kifayәt hesab edir. Belә ki, IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. IXM-nin 18.1-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. IXM-nin 18.5-ci maddәsinә әsasәn bu Mәcәllәnin 127-4.5-ci maddәsindә nәzәrdә tutulmuş hal istisna olmaqla, hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. IXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. IXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. IXM-nin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2-135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. IXM-nin 135.1.2-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәrә әsasәn vә IXM-nin 134.1.2, 135-137-ci maddәlәrini rәhbәr tutaraq,

QƏRARA ALDIM :

Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin. Iş üzrә yeni qәrar qәbul edilsin. Hüquqi şәxs “xxxx” MMC Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinsin vә barәsindә 2000 (iki min) manat mәblәğindә inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq edilsin. Vәzifәli şәxs Vәkil Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinsin vә barәsindә 1000 (bir min) manat mәblәğindә inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq edilsin. Apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar