Məhkəmə qərarları › İş №3(3-8)-556/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-556/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-556/2026 04.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi vә vәkili nümayәndә1 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin (VÖEN: **********) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin vәkili vә nümayәndәsi nümayәndә1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair Protokolu tәrtib edәn orqan tәrәfindәn tәrtib olunmuş EP № ******* nömrәli, ## #### 2026-cı il tarixli protokol vә ona әlavә edilmiş sәnәdlәr aidiyyәti üzrә baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarına әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC İXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib barәsindә inzibati xәtanın obyekti olmuş 94159.00 ABŞ dolları valyuta vәsaiti mәblәğinin 20% mәblәğindә, yәni 18831.80 ABŞ dolları mәblәğindә (ödәniş gününә olan Azәrbaycan manatının mәzәnnәsi nәzәrә alınmaqla) cәrimә növündә tәnbeh tәdbiri tәtbiq olunmuşdur (Hakim: Vaqif Hәsәnov). Qәrardan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin nümayәndәsi nümayәndә1 apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrarda göstәrilmişdir ki, MMC ## #### 2024-cü ildә “xxxx” şirkәtinә 100.000,00 ABŞ dolları avans köçürmüş, iki illik müddәt bitdikdәn sonra 94.159,00 ABŞ dolları mәblәğindә malın idxalını tәsdiq edәn gömrük bәyannamәsi vә ya vәsaitin geri qaytarılmasını tәsdiq edәn sәnәd tәqdim etmәmişdir. Mәhkәmә xәtanın ## #### 2026-cı ildә törәdildiyini qәbul etmişdir. Mәhkәmә iclasında MMC-nin direktoru gecikmәnin müharibә ilә bağlı olduğunu vә mәblәğin bir hissәsi üzrә öhdәliyin sonradan icra edildiyini bildirmişdir. Protokolu tәrtib etmiş Azәrbaycan Respublikası Mәrkәzi Bankının nümayәndәsi isә iclasa gәlmәmiş, gәlmәmәsinin sәbәbi barәdә mәlumat vermәmişdir. Buna baxmayaraq, mәhkәmә müdafiә tәrәfinin göstәrdiyi müharibә vә logistika maneәlәrinin faktiki әsaslarını araşdırmadan vә Mәrkәzi Bankdan, bankdan vә gömrük orqanından yenilәnmiş mәlumat tәlәb etmәdәn qәrar qәbul etmişdir. Apellyasiya şikayәtinә әlavә edilәn “xxxx” şirkәtinin ## #### 2026-cı il tarixli, Ref. № ******** nömrәli “X1 X5 Contract № ********” mәktubu mәhz xxxx MMC ilә ## ###### 2023cü ildә bağlann № ******** müqavilәyә vә ## #### 2024-cü ildә ödәnilmiş 100.000,00 ABŞ dolları avansa birbaşa aiddir. Qarşı tәrәf hәmin mәktubda İran İslam Respublikası әrazisindә davam edәn hәrbi әmәliyyatların, dәniz vә quru sәrhәd-keçid mәntәqәlәrindә tәtbiq edilәn fövqәladә mәhdudiyyәtlәrin vә beynәlxalq yükdaşımaya tәsir edәn, şirkәtin ağlabatan nәzarәtindәn kәnar digәr maneәlәrin malların göndәrilmәsini vә gömrük rәsmilәşdirilmәsini razılaşdırılmış müddәtdә obyektiv olaraq mümkünsüz etdiyini rәsmi şәkildә bildirmişdir. Eyni zamanda malların tam hazır olduğu vә fors-major maneәlәri aradan qalxan kimi göndәrişin dәrhal tәmin edilәcәyi tәsdiqlәnmişdir. İran istiqamәtindә sәrhәd vә yükdaşıma risklәrinin real vә obyektiv xarakter daşıdığını müstәqil rәsmi mәnbә kimi tәsdiqlәyir. Birinci instansiya mәhkәmәsi mübahisәlәndirilәn qәrarında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn ## #### 2024-cü il tarixdә “xxxx” şirkәtinә köçürülmüş 100.000 ABŞ dolları avans vәsaitindәn 94.159 ABŞ dolları mәblәğindә hissә üzrә malların ölkәyә idxalını tәsdiq edәn gömrük bәyannamәsinin tәqdim edilmәdiyi nәticәsinә gәlmişdir. Lakin hazırda işә әlavә edilәn gömrük sәnәdlәri vә “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli №***/***/****/**** nömrәli rәsmi mәktubu göstәrir ki, mәhkәmәnin inzibati xәtanın bilavasitә obyekti kimi qәbul etdiyi 94.159 ABŞ dollarının hamısı son nәticәdә 6 ayrı gömrük bәyannamәsi ilә faktiki mal idxalı hesabına bağlanmışdır.Hәmin gömrük bәyannamәlәri aşağıdakılardır:

1. ************** nömrәli gömrük bәyannamәsi - 28.250,00 ABŞ dolları. Bәyannamә ##.##.2026-cı il tarixdә rәsmilәşdirilmiş, idxal edilәn malın mәnşә ölkәsi İran İslam Respublikası, göndәriş isә “xxxx”xxxxhәyata keçirilmişdir. Bәyannamәdә ##.##.2023-cü il tarixli №******** müqavilәyә birbaşa istinad edilmişdir.

2. ************** nömrәli gömrük bәyannamәsi - 12.250,00 ABŞ dolları. Bәyannamә ##.##.2026-cı il tarixdә rәsmilәşdirilmiş, malın İran mәnşәli olduğu vә “xxxx”xxxxBarәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә göndәrildiyi göstәrilmişdir.

3. ************** nömrәli gömrük bәyannamәsi - 12.250,00 ABŞ dolları. Bәyannamә ##.##.2026-cı il tarixdә rәsmilәşdirilmiş, hәmin sәnәddә dә №******** müqavilәyә istinad edilmiş vә İran mәnşәli malların “xxxx”xxxxidxalı tәsdiqlәnmişdir.

4. ************** nömrәli gömrük bәyannamәsi - 12.250,00 ABŞ dolları-Bәyannamә ##.##.2026-cı il tarixdә rәsmilәşdirilmiş, malların İran İslam Respublikasından “xxxx” şirkәtinin tapşırığ ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә göndәrildiyi göstәrilmişdir.

5. ************** nömrәli gömrük bәyannamәsi - 28.221,75 ABŞ dolları-Bu bәyannamә ##.##.2026-cı il tarixdә rәsmilәşdirilmişdir. Bәyannamәdә 28.221,75 ABŞ dolları dәyәrindә “POLYETHYLENE P1C NEAR PRIME” mәhsulunun İran İslam Respublikasından “xxxx”xxxx“RMS GLOBAL TRAI MMC-yә idxal olunduğu vә №******** müqavilәyә aid olduğu göstәrilmişdir. 6.************** nömrәli gömrük bәyannamәsi - mübahisәli avans üzrә 937,25 ABŞ dolları. Hәmin bәyannamәnin ümumi invoys/gömrük dәyәri 25.425,00 ABŞ dolları olsa da, “xxxx” ASC tәrәfindәn mәhz mübahisәl ##.##.2024-cü il tarixli 100.000 ABŞ dolları avans әmәliyyatının bağlanmasına hәmin bәyannamәdәn 937,25 ABŞ dolları aid edilmişdir. Bәyannamә ##.##.2026-cı il tarixdә rәsmilәşdirilmiş, malın İran mәnşәli olduğu vә “xxxx”xxxxidxal edildiyi tәsdiqlәnmişdir. Belәliklә, mübahisәli mәblәğ üzrә gömrük bәyannamәlәrinin avans әmәliyyatına aid edilmiş hissәlәrinin cәmi: 28.250 + 12.250 + 12.250 + 12.250 + 28.221,75 + 937,25 = 94.159,00 ABŞ dolları tәşkil edir. Bu mәblәğ mәhz Abşeron Rayon Mәhkәmәsinin qәrarında inzibati xәtanın bilavasitә obyekti kimi qәbul etdiyi 94.159 ABŞ dolları ilә tam üst-üstә düşür. Bundan başqa, “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli №***/***/****/**** nömrәli mәktubunda ilkin 100.000 ABŞ dolları avans ödәnişinin daha әvvәl ************** nömrәli gömrük bәyannamәsi üzrә bağlanmış 5.841 ABŞ dolları hissәsi dә nәzәrә alınmaqla, bütün gömrük bәyannamәlәri üzrә tam şәkildә bağlandığı vә açıq qalıq mәblәğinin 0,00 ABŞ dolları tәşkil etdiyi rәsmi olaraq tәsdiq edilmişdir. Hüquqi məsələlər:

Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. İnzibati xәta haqqında protokolu tәrtib edәn orqanın nümayәndәsi mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә nümayәndәnin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi vә vәkili nümayәndә1, apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, birinci instansiya mәhkәmәsindә MMC-nin direktoru gecikmәnin müharibә ilә bağlı olduğunu vә mәblәğin bir hissәsi üzrә öhdәliyin sonradan icra edildiyini bildirmişdir. Apellyasiya şikayәtinә әlavә edilәn “xxxx” şirkәtinin ## #### 2026-cı il tarixli, “X1« X5 Contract № ********" mәktubu mәhz xxxx MMC ilә ## ###### 2023-cü ildә bağlanan müqavilәyә vә ## #### 2024-cü ildә ödәnilmiş 100.000,00 ABŞ dolları avansa birbaşa aiddir. Qarşı tәrәf hәmin mәktubda İran islam Respublikası әrazisindә davam edәn hәrbi әmәliyyatların, dәniz vә quru sәrhәd-keçid mәntәqәlәrindә tәtbiq edilәn fövqәladә mәhdudiyyәtlәrin vә beynәlxalq yükdaşımaya tәsir edәn, şirkәtin ağlabatan nәzarәtindәn kәnar digәr maneәlәrin malların göndәrilmәsini vә gömrük rәsmilәşdirilmәsini razılaşdırılmış müddәtdә obyektiv olaraq mümkünsüz etdiyini rәsmi şәkildә bildirmişdir. Eyni zamanda malların tam hazır olduğu vә fors-major maneәlәri aradan qalxan kimi göndәrişin dәrhal tәmin edilәcәyi tәsdiqlәnmişdir. Bu sәnәd xüsusi sübut әhәmiyyәtinә malikdir. O, iki illik müddәtin başa çatmasına yeddi gün qalmış, yәni protokolda göstәrilәn ##.##.2026-cı il xәta tarixindәn әvvәl tәrtib edilmişdir. Sәnәddә konkret müqavilә, konkret ödәniş, konkret maneәlәr vә malların hazır olması göstәrildiyindәn, bu, hadisәyә yaxın zamanda yaradılmış birbaşa yazılı sübutdur. Müqavilәnin 5-ci bәndindә müharibә, hәrbi әmәliyyatlar, blokada, ixrac vә idxal qadağaları vә tәrәflәrin nәzarәtindәn kәnar digәr hallar müqavilә öhdәliklәrinin icrasına mane olan fors-major halları kimi nәzәrdә tutulmuşdur. Müqavilәdә Ticarәt Palatası sertifikatına istinad edilmәsi tәrәflәrin mülkihüquqi münasibәtindә sübut forması ilә bağlı şәrtdir vә inzibati xәta haqqında iş üzrә sübutların qanunla müәyyәn edilmiş dairәsini mәhdudlaşdıra bilmәz. Qeyd olunanlara әsasәn iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilәrәk iş üzrә icraata xitam verilmәlidir. Belә ki, Azәrbaycan Respublikası Konstitusiyasının 59-cu maddәsinә görә hәr kәs öz imkanlarından, qabiliyyәtindәn vә әmlakından sәrbәst istifadә edәrәk tәkbaşına vә ya başqaları ilә birlikdә azad sahibkarlıq fәaliyyәti vә ya qanunla qadağan edilmәmiş digәr iqtisadi fәaliyyәt növü ilә mәşğul ola bilәr. Dövlәt sahibkarlıq sahәsindә yalnız dövlәt maraqlarının, insan hәyatının vә sağlamlığının müdafiәsi ilә bağlı tәnzimlәmәni hәyata keçirir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә müvafiq olaraq, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 8-ci maddәsindә tәqsirsizlik prezumpsiyası prinsipi öz әksini tapmışdır. Belә ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. Hәmin Mәcәllәnin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsinә әsasәn, avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә inzibati mәsuliyyәt nәzәrdә tutulur. “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nda dәyişikliklәr edilmәsi barәdә Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin ## ###### 2020-ci il tarixli **/* nömrәli Qәrarı ilә “Azәrbaycan Respublikasnın rezident vә qeyri - rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәnddә dәyişikliklәr edilәrәk, müvafiq sәnәdlәrin ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10.000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir kimi qeyd edilmişdir. Azәrbaycan Respublikası Konstiusiya Mәhkәmәsinin Plenumu “Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә nәzәrdә tutulan inzibati xәtalara münasibәtdә hәmin Mәcәllәnin 38.1-ci maddәsinin inzibati mәsuliyyәtә cәlb etmә müddәtlәri baxımından şәrh edilmәsinә dair” 2019-cu il ## ###### tarixli Qәrarında qeyd etmişdir ki, mәhkәmәlәr sәlahiyyәtli orqan tәrәfindәn barәsindә protokol tәrtib edilәn şәxsin İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş xәtanın törәdilmәsindә tәqsirini dәqiq müәyyәn etmәlidir. Konstiusiya Mәhkәmәsinin Plenumu “Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi vә “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәndinә dair ## ###### 2020-ci il tarixli qәrarında qeyd etmişdir ki, İnzibati Xәtalar Mәcәllәsinin valyuta әmәliyyatlarına nәzarәtin effektivliyinin artırılması, beynәlxalq cinayәtkarlığın maliyyәlәşdirilmәsinin qarşısının alınması mәqsәdinә xidmәt edәn 430.4-cü maddәsi ilә dә avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq malların idxal edilmәmәsi, işlәrin görülmәmәsi vә ya xidmәtlәrin göstәrilmәmәsi halında ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmaması inzibati xәta kimi müәyyәn edilәrәk hәmin әmәli tәqsirli olaraq törәdәn şәxslәr üçün inzibati hüquqi mәsuliyyәt müәyyәn edilmişdir. Hәmin qәrarda hәmçinin göstәrilmişdir ki, müәyyәn malların istehsal olunması vә çatdırılması Qaydalar ilә müәyyәn edilmiş müddәtdәn daha çox zaman tәlәb edә bilәr, habelә malların gәtirilmәsi vә xidmәtlәrin göstәrilmәsi hәmin şәxsin iradәsindәn asılı olmayan sәbәblәrdәn gecikdirilә bilәr (mәsәlәn fors major, qәza, gömrük nәzarәti vә baxışının keçirilmәsi vә s.). Buna görә mәhkәmә işin bütün hallarını nәzәrә almaqla barәsindә protokol tәrtib edilmiş şәxsin tәqsirini istisna edәn әsas kimi qiymәtlәndirә bilәr. Konstitusiya Mәhkәmәsinin Plenumu göstәrmişdir ki, inzibati protokolu tәrtib etmәk sәlahiyyәti olan orqan, hәmin protokolu tәrtib edәrkәn müvafiq qanunvericiliyin tәlәblәrinә ciddi riayәt etmәli, mәhkәmәlәr İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş mәsuliyyәt tәdbirlәrinin hәyata keçirilmәsi üçün sәlahiyyәtli orqan tәrәfindәn tәrtib edilәn protokol әsasında inzibati xәtanı törәdәn şәxsin tәqsirini İnzibati Xәtalar Mәcәllәsinin tәlәblәrinә uyğun müәyyәn etmәlidirlәr. Belәliklә Konstitusiyanın 59-cu maddәsinin tәlәblәrinә uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbәndi ilә müvafiq valyuta әmәliyyatı ilә bağlı xüsusi nәzarәt rejiminin müәyyәn edilmәsinә vә İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә valyuta tәnzimi qaydasının pozulmasına görә mәsuliyyәtin nәzәrdә tutulması sahibkarlıq sahәsindә dövlәt maraqlarının müdafiәsi, o cümlәdәn beynәlxalq cinayәtkarlığın maliyyәlәşdirilmәsinin qarşısının alınması, valyuta nәzarәtinin effektivliyinin artırılması, ölkәdә maliyyә sabitliyinin tәmin edilmәsi mәqsәdi daşıyır. İş materiallarında olan «xxxx» ASC tәrәfindәn tәqdim edilmiş sәnәdlәrdәn görünür ki, hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti tәrәfindәn 100000.00 ABŞ dolları mәblәğindә xarici valyutada olan pul vәsaiti ## #### 2024-cü il tarixindә «xxxx» ASC-dә olan hesabından, Azәrbaycan Respublikasından kәnara köçürülmüşdür. İş materiallarında olan «xxxx» ASC tәrәfindәn Azәrbaycan Respublikası Mәrkәzi Bankına ünvanlanmış KB-***/*-***/**** saylı, ##.##.2026-cı il tarixli mәktubdan görünür ki, Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydalarına әsasәn Azәrbaycan Respublikası rezident vә qeyri-rezident hüquqi şәxslәr tәrәfindәn qabaqcadan ödәniş aparıldığı gündәn 2 (iki) il müddәtindә malların ölkәyә idxalını tәsdiq edәn sәnәd banka tәqdim olunmadıqda vә qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr Banka tәqdim edilmәmişdir. İş materiallarında olan ## #### 2026-cı il tarixli, EP seriyalı ******* nömrәli inzibati xәta haqqında protokolda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn ## #### 2024-cü il tarixindә xaricә köçürülmüş 94159.00 ABŞ dolları mәblәğindә avans vәsaitinin qanunvericiliklә müәyyәn edilmiş 2 (iki) il müddәtindә ölkәyә idxal edilmәdiyi vә ya geri qaytarılmadığı göstәrilmişdir. İşә әlavә edilmiş gömrük bәyannamәlәrindәn vә bank hesabatlarının mәzmunundan görünür ki, xaricә köçürülmüş 94159.00 ABŞ dolları mәblәğindә vәsait hesabına alınan mallar ölkәyә idxal olunmuşdur. Belә ki, iş materiallarına әlavә edilmiş Ekspessbank ASC-nin ## ###### 2026-cı il tarixli, ***/***/****/**** saylı mәktubundan görünür ki, ##.##.2024-cü il tarixli “xxxx” şirkәtinә 100,000.00 USD xaricә avans köçürmә üzrә ************** nömrәli yük gömrük bәyannamәsi(5,841.00 USD), ************** nömrәli yük gömrük bәyannamәsi(28,250.00 USD), ************** nömrәli YGB(12,250.00 USD), ************** nömrәli YGB( 12, 250.00 USD), ************** nömrәli YGB(12, 250.00 USD), ************** nömrәli YGB(28,221.75 USD), ************** nömrәli YGB( 937.25 USD) әsasında bağlanmışdır. Qeyd olunmuş köçürmә üzrә açıqda qalan mәblәğ 0.00 USD tәşkil edir. İş materiallarına әlavә edilmiş Azәrbaycan Respublikası Mәrkәzi Bankının nümayәndәsi nümayәndә2 tәrәfindәn tәqdim edilmiş әrizәdәn görünür ki, bәyan olunmayan 94159.00 USD mәblәğ 2 il müddәt ötsәdә bәyannamәlәr üzrә bağlanmışdır. Malların müddәt bitdikdәn sonra gәlmәsinә münasibәt bildirilmәsi mәhkәmәnin mülahizәsinә buraxılmışdır. Bundan başqa iş materiallarına әlavә edilmiş ## #### 2026-cı il tarixli, ************** saylı, ## #### 2026-cı il tarixli, ************** saylı, ## #### 2026-cı il tarixli, ************** saylı ## #### 2026-cı il tarixli ************** saylı, ## ###### 2026-cı il tarixli ************** saylı, ## ###### 2026-cı il tarixli, ************** saylı yük gömrük bәyannamәlәri ilә malların ölkә әrazisinә idxalı tәsdiq olunur. Yuxarıda qeyd olunanları nәzәrә alan Apellyasiya Mәhkәmәsi qeyd edir ki, inzibati xәta haqqında protokolda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin ## #### 2024-cü il tarixdә xaricә köçürdüyü vәsaitdәn 94.159,00 ABŞ dollarının 2 illik müddәtdә geri qaytarılmadığı vә ya idxal edilmәdiyi göstәrilsәdә, «xxxx» ASC-nin ## ###### 2026-cı il tarixli mәktubu ilә hәmin malların ölkә әrazisinә idxal olunduğu tәsdiq olunur. Bank hesabatlarından görünür ki, köçürülәn 100.000,00 ABŞ dolları avansın müqabilindә ölkәyә müvafiq X3 Bәyannamәlәri (YGB) әsasında mallar idxal edilmiş vә açıqda qalan mәblәğ 0.00 ABŞ dolları tәşkil etmişdir. Bundan başqa iş materiallarına әlavә edilmiş 2026-cı ilin iyul vә avqust aylarına dair rәsmi YGB-lәr (mәsәlәn, 01261000282622, 01261000284029 vә s.) malların ölkә әrazisinә faktiki daxil olduğunu vә müqavilә öhdәliklәrinin şirkәt tәrәfindәn real olaraq icra edildiyini hüquqi cәhәtdәn tәsdiq edir. Bundan başqa tәrәflәr arasında bağlanmış ## ###### 2023-cü il tarixli müqavilәnin 5-ci bәndindә müharibә vә hәrbi әmәliyyatlar fors-major (aşkar qarşısıalınmaz qüvvә) kimi qәbul edilmişdir. Kontragent “xxxx” şirkәtinin ## #### 2026-cı il tarixli rәsmi mәktubu ilә subut olunur ki, malların vaxtında çatdırılmaması İran İslam Respublikası әrazisindәki hәrbi әmәliyyatlar vә quru/dәniz sәrhәdlәrindәki fövqәladә mәhdudiyyәtlәrlә bağlı olmuşdur. Sözügedәn fors-major bildirişi qanuni 2 illik müddәtin bitmәsinә vә protokolda iddia edilәn xәta tarixinә (##.##.2026) 7 gün qalmış tәrtib edilmişdir. Bu isә subut edir ki, mallar hazır vәziyyәtdә olmuş, lakin “xxxx” şirkәtinin iradәsindәn kәnar vә ağlabatan nәzarәtindәn kәnar obyektiv sәbәblәrdәn vaxtında sәrhәdi keçә bilmәmişdir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019cu il vә ## ###### 2020-ci il tarixli qәrarlarında birbaşa göstәrilmişdir ki, İXM-in 430.4-cü maddәsi ilә mәsuliyyәt yaradılarkәn şәxsin tәqsiri mütlәq şәkildә dәqiq müәyyәn edilmәlidir. Yuxarıda göstәrilәn Plenum qәrarlarına әsasәn, әgәr malların gәtirilmәsi şәxsin iradәsindәn asılı olmayan sәbәblәrdәn (fors-major, hәrbi әmәliyyatlar, gömrük vә nәqliyyat blokadası) gecikirsә, mәhkәmәlәr bu halları tәqsiri istisna edәn әsas kimi qiymәtlәndirmәlidir. Sahibkarın dövlәt tәrәfindәn qorunan azad sahibkarlıq hüququ (Konstitusiyanın 59-cu maddәsi) şәxsin iradәsindәn kәnar baş verәn qlobal proseslәrә görә әsassız cәzalandırma alәtinә çevrilmәmәlidir. Azәrbaycan Respublikası İXM-nin 3-cü vә 12.1-ci maddәlәrinә görә, әmәlin inzibati xәta sayılması üçün onun tәqsirli (qәsdәn vә ya ehtiyatsızlıqdan) törәdilmәsi mütlәq şәrtdir. Hәmin Mәcәllәnin 8-ci maddәsi (Tәqsirsizlik prezumpsiyası) şәxsin şübhә doğuran tәqsirliliyini istisna edir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin hәrәkәtlәrindә valyuta vәsaitini xaricdәn qәsdәn gizlәtmәk vә ya ölkәyә qaytarmaqdan boyun qaçırmaq niyyәti (tәqsiri) olmamış, gecikmә fors-major xarakter daşımış vә müddәt bitdikdәn qısa müddәt sonra vәsait hesabına alınan mallar ölkәyә idxal olunmuşdur. Azәrbaycan Respublikası İXM-nin 53.1.2-ci maddәsinә әsasәn, inzibati xәta tәrkibi olmadıqda inzibati xәta haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Göstәrilәnlәrә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin İXM-nin 430.4-cü maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı әsassız olduğundan lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata İXM-nin 53.1.2-ci maddәsinә әsasәn xitam verilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 105.1-ci maddәsindә göstәrilir ki, bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarır. Azәrbaycan Respublikası İXM-nin 134.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılan zaman bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarın lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 8, 12.1, 53.1.2, 134.1.3, 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә

QƏRARA ALDİ:

Apellyasiya şikayәti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin (VÖEN: **********) Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata әmәlindә inzibati xәta tәrkibi olmadığından xitam verilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Hakim Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar