Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-557/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi nümayәndә1 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokolu tәrtib edәn orqan tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı (hakim E.Əliyev) ilә “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VÖEN: **********) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk barәsindә inzibati xәtanın bilavasitә obyekti olmuş 22314.00 (iyirmi iki min üç yüz on dörd) ABŞ dolları valyuta vәsaiti mәblәğinin iyirmi faizi miqdarında, yәni 4462.80 (dörd min dörd yüz atmış iki ABŞ dolları 80 sent) ABŞ dolları mәblәğindә (ABŞ dollarının ödәniş gününә qüvvәdә olan Azәrbaycan manatına mәzәnnәsi ilә) cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, maddi vә prosessual hüquqları pozulmuşdur. Azәrbaycan Respublikası İXM-nin 430.4-cu maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk barәsindә cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәsi qәrara alınsa da, inzibati xәta haqqında iş üzrә sübutlar toplusunun qanunauyğun yoxlanılması, tәdqiqi vә dәyәrlәndirilmәsi tәmin edilmәmiş, proses iştirakçıları tәrәfindәn irәli sürülәn arqumentlәr әtraflı qiymәtlәndirilmәmiş, inzibati xәtalar qanunvericiliyin prinsiplәri baxımından birinci instansiya mәhkәmәsindә әtraflı araşdırılmadan baxılmışdır. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qәrarının qanunsuz vә әsassız olması, maddi vә prosessual hüquq normalarının pozulması vә düzgün tәtbiq edilmәmәsi, mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların aydınlaşdırılmaması, Sumqayıt şәhәr Mәhkәmәsinin qәrarında göstәrilmiş nәticәlәrinin işin hallarına uyğun gәlmәmәsi sübuta yetirilir vә bu sәbәbdәn qәrar lәğv edilmәlidir. EP seriyalı ******* nömrәli ##.##.2026-cı il tarixli inzibati xәta haqqında protokolda şәxsin tәqsirli bildiyi әmәli konkret olaraq sadalamamış vә formal yanaşma tәrzi göstәrmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İnzibati xәta haqqında ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrәli protokoldan görünür ki, “xxxx” MMC tәrәfindәn 22314.00 ABŞ dolları mәblәğindә vәsait bank vasitәsilә ## #### 2024-cü il tarixindә avans olaraq ölkә xaricinә köçürülmüşdür. “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәndinin tәlәblәrinә baxmayaraq, ödәnişin aparıldığı gündәn 02 (iki) il müddәtindә 22314.00 ABŞ dolları mәblәğindә vәsait hesabına alınan mallar (xidmәt) ölkәyә idxal edilmәmiş vә ya hәmin mәblәğdә valyuta vәsaiti geri qaytarılmamışdır. Xәta ## #### 2026-cı il tarixdә Sumqayıt şәhәri, Çerkassi, ev 64a-da törәdilmişdir. “xxxx” ASC tәrәfindәn verilmiş sәnәdlәrdәn vә ##.##.2026-cı il tarixli ödәniş tapşırığının surәtindәn görünür ki, hüquqi şәxs “xxxx” MMC tәrәfindәn ##.##.2024-cü il tarixdә 22314.00 ABŞ dolları mәblәğindә xarici valyutada olan pul vәsaiti Azәrbaycan Respublikasından kәnara köçürülmüş vә 2 il müddәt keçsә dә, 22314.00 ABŞ dolları vәsait hesabına alınan mallar (xidmәt) ölkәyә idxal edilmәmiş, valyuta vәsaiti geri qaytarılmamışdır. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin ##.##.2016-cı il tarixli, **/* nömrәli Qәrarı ilә tәsdiq edilmiş vә ##.##.2016-cı il tarixdә qüvvәyә minmiş “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması” Qaydalarının 4.3.1.1-ci bәndinә әsasәn ödәniş malların idxalı ilә әlaqәdar olduqda banka idxal müqavilәsi vә ya ödәnişin tәyinatını, mәblәğini vә idxal olunan mallar barәdә mәlumatı özündә әks etdirәn bildiriş, hesab-faktura vә ya digәr sәnәdlәr, hәmçinin malların idxalını tәsdiq edәn gömrük bәyannamәsinin әsli (vә ya rezident vә qeyri-rezident fiziki şәxslәrin kommersiya vә istehsal mәqsәdlәri üçün nәzәrdә tutulmayan beynәlxalq poçt göndәrişlәri ilә göndәrilәn mallarla bağlı Ümumdünya Poçt İttifaqının aktlarında nәzәrdә tutulmuş müşayiәtedici sәnәd) tәqdim edilir (bәyannamә elektron formada tәrtib edildikdә, bank hesabının sahibi hәmin sәnәdin elektron formada әldә edilmәsini tәmin etmәlidir); Hәmin Qaydaların 4.3.1.3-cü bәndinә görә qabaqcadan ödәniş aparıldıqda banka ödәnişin tәyinatını, şәrtlәrini vә mәblәğini әks etdirәn sәnәd tәqdim edilir. Qabaqcadan ödәniş müqabilindә malların ölkәyә idxalını (xidmәtlәrin göstәrilmәsini) tәsdiq edәn gömrük bәyannamәsi (xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәd) banka tәqdim olunmalıdır vә ya xeyrinә qabaqcadan ödәnişin edildiyi şәxs vә ya üçüncü şәxs tәrәfindәn qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmalıdır. Müvafiq sәnәdlәr ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsinә әsasәn avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә-vәzifәli şәxslәr inzibati xәtanın bilavasitә obyekti olmuş valyuta vәsaiti mәblәğinin on faizindәn iyirmi faizinәdәk mәblәğdә, hüquqi şәxslәr inzibati xәtanın obyekti olmuş valyuta vәsaiti mәblәğinin iyirmi faizindәn otuz faizinәdәk mәblәğdә cәrimә edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә göstәrilәn inzibati mәsuliyyәtin yaranması üçün әsas, vәsaitin xaricdә fәaliyyәt göstәrәn hüquqi şәxsә köçürülmәsi anı ilә deyil, bu ödәnişin aparıldığı gündәn Qaydaların 4.3.1.3-cü bәndindә müәyyәn edilmiş müddәtdә malların ölkәyә idxalını tәsdiq edәn gömrük bәyannamәsinin vә ya idxal olunan xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәdin banka tәqdim olunmaması ilә şәrtlәndirilmişdir. Bu halda avans ödәnişi edildiyi gündәn Qaydalarla müәyyәn edilmiş müddәt әrzindә mallar (xidmәtlәr) idxal edilmәdikdә vә ya valyuta vәsaiti geri qaytarılmadıqda növbәti gün artıq inzibati xәtanın törәdildiyi gün kimi qәbul edilmәlidir (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair ## ###### 2019-cu il tarixli qәrarı). “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları” ilә müәyyәn edilmiş müddәt әrzindә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә, habelә ödәnilmiş mәblәğ geri qaytarılmadıqda, növbәti gün inzibati xәtanın törәdilmәsi günü hesab edilir. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә 2 (iki) il müddәtindә, hәmin ödәnişә görә edilmiş mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaiti xaricdәn geri qaytarılmalıdır. Ödәnişin edildiyi vaxtdan әn geci iki il müddәtindә malların gәtirilmәsinә dair müvafiq sәnәdlәr yaxud da köçürülmüş pul vәsaitinin geri qaytarılmasına dair sәnәd banka tәqdim edilmәlidir. Əks halda hәmin müddәtdә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә vә pul vәsaiti geri qaytarılmadıqda, hәmin pul vәsaitini göndәrәn şәxslәr inzibati qaydada mәsuliyyәtә cәlb olunurlar. Belә ki, ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә müvafiq sәnәdlәr banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr inzibati mәsuliyyәt mәsәlәsi hәll edilmәsindәn ötrü 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir. İnzibati xәta haqqında protokolun tәrtib edilmәsinә әsas olan pul vәsaiti üzrә malın idxal edilmәsi vә ya hәmin mәblәğdә valyuta vәsaiti geri qaytarılmasına dair әsaslı şübhә yaratmayan mötәbәr sübut tәqdim edilmәmiş, tәqdim edilmiş gömrük bәyannamәlәri üzrә dә ödәniş usulu da sәhv qeyd edilmiş, hәmin bәyannamәlәr ödәniş icra edәn bank tәrәfindәn dә avans ödәnişinә bağlanılmamışdır. Bu da әmәldә inzibati xәta tәrkibinin olmaması qәnaәtinә gәlinmәsini mümkünsüz edir. Halbuki әmәldә inzibati xәta tәrkibinin olub-olmaması әsaslı şübhә yaratmayan mötәbәr sübutlarla tәsdiq edilmәlidir. Hazırkı halda isә istinad edilәn sübutlarla hәmin qәnaәtә gәlinmәsi mümkünsüzdür. Mәhz bunun mәntiqi nәticәsidir ki, protokol tәrtib edәn orqan da tәqdim edilәn bәyannamәlәrin avans ödәnişi kimi bank tәrәfindәn bağlanmadığını, protokolu müdafiә etdiklәrini bildirmişdir. “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları” ilә müәyyәn edilmiş müddәt әrzindә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә, habelә ödәnilmiş mәblәğ geri qaytarılmadıqda, növbәti gün inzibati xәtanın törәdilmәsi günü hesab edilir. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, “xxxx” MMC-nin barәsindә İXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin olmasına dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-557/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-557/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver