Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-558/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı Xızı Rayon Məhkəməsinin qəbul etdiyi ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” MMC-nin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xızı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarına əsasən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 5465150,00 Rusiya rublu pul vəsaitinin 20 (iyirmi) faizi məbləğində, yəni 1093030,00 (bir milyon doxsan üç min otuz) Rusiya rublu məbləğində ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə cərimə edilmişdir. (hakim İlqar Cabbarov) İşin halları : Protokolu tərtib edən orqan Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin aparıcı hüquq məsləhətçisi X2 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 20000000.00 Rusiya rublu məbləğində vəsaiti bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinini xarici valyutada, habelə qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarım bəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 5465150.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaitinin geri qaytarılmaması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Xızı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən “xxxx” MMC barəsində qərəzli olaraq inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə ##.##.2024-cü il tarixdə 20.000.000,00 (iyirmi milyon) Rusiya rublu məbləğində avans ödənişi edilmişdir. 14.534.850,00 Rusiya rublu məbləğində mallar idxal edilmiş, lakin sonradan “xxxx” MMC ilə gömrük orqanı arasında məhkəmə mübahisəsi yarandığından 5.465.150,00 Rusiya rublu məbləğində malların göndərilməsi və ya pulun “xxxx” MMC-yə geri qaytarılması mümkün olmamışdır. Hal-hazırda da “xxxx” MMC ilə gömrük orqanı arasında məhkəmə mübahisəsi davam edir (sənədlər məhkəməyə təqdim edilmişdir). Göründüyü kimi “xxxx” MMC-dən asılı olmayan səbəblərdən 5.465.150,00 Rusiya rublu məbləğində malların ölkəyə idxal edilməsi və ya pulun “xxxx” MMC-yə geri qaytarılması mümkün olmamışdır. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsinin əvvəlki iclasında iştirak etmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətinin təmin edilib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, “xxxx” MMC-nin əmlakına girov qoyulması ilə əlaqədar müqavilə öhdəliyininin yerinə yetirilməsi qeyri-mümkün olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan və şikayətə əlavə edilmiş sənədlərlə müqayisəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə Xızı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə görə hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasnın rezident və qeyri - rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbənddə dəyişikliklər edilərək, müvafiq sənədlərin ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir kimi qeyd edilmişdir. Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulur. İş materiallarında olan ## #### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 20000000,00 Rusiya rublu məbləğində olan pul vəsaitini bank vasitəsi ilə ## #### 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, 5465150,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaitinin xaricdən geri qaytarılmaması göstərilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən Mərkəzi Banka göndərilmiş ##.##.2026-cı il tarixli, KB-**/*-***/**** nömrəli məlumatda qeyd olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 20000000,00 Rusiya rublu məbləğində olan pul vəsaitini bank vasitəsi ilə ## #### 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, 5465150,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq edilən X3 orqanı tərəfindən qəbul edilmiş “Gömrük orqanının əmlaka həbs qoyulması haqqında” ## ###### 2025-ci il tarixli, № ********/****/PAH/******* nömrəli qərarından görünür ki, ödənilməli olan gömrük ödənişlərinin, xüsusi, antidempinq, kompensasiya rüsumlarının, faizlərin və dəbbələrin 47 331 267,43 rubl məbləğində, o cümlədən: gömrük ödənişləri, xüsusi, antidempinq, kompensasiya rüsumları — 34 268 693,88 rubl, dəbbələr — 13 062 573,55 rubl, faizlər — 0,00 rubl) tam tutulmasını təmin etmək məqsədilə "xxxx" MMC-nin əmlakına həbs qoyulmuşdur. Məhkəmə iclasında tədqiq edilən “xxxx" MMC-nin direktoru tərəfindən “xxxx" MMC-yə ünvanlanmış ## ##### 2026 il tarixli məktubdan görünür ki, “xxxx" MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında ##.##.2022-ci il tarixli **** №-li, ##.##.2023cü il tarixli * №-li və ##.##.2021-ci il tarixli ****/* nömrəli xarici ticarət müqavilələri bağlanmış, lakin X5 ##.##.2025-ci il tarixli ********/****/PAH/******* nömrəli qərarına əsasən "xxxx” MMCnin əmlakına və hesablarına həbs qoyulması ilə əlaqədar yuxarıda göstərilən müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün olmuşdur. Yuxarıda qeyd edilən X5 tərəfindən qəbul edilmiş “Gömrük orqanının əmlaka həbs qoyulması haqqında” ## ###### 2025-ci il tarixli qərar və “xxxx" MMC-nin direktoru tərəfindən “xxxx" MMC-yə ünvanlanmış ## ##### 2026 il tarixli məktubdan göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 5465150,00 Rusiya rubl məbləğində vəsait hesabına alınan malların (xidmət) ölkəyə idxal edilməməsi və ya həmin məbləğdə valyuta vəsaitinin xaricdən geri qaytarılmaması "xxxx” MMC-nin əmlakına və bank hesablarına həbs qoyulması ilə əlaqədar olmuşdur və bu hal Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin iradəsindən asılı olmayan səbəblərdəndir. Qeyd olunan hal məhkəməyə o nəticəyə gəməyə əsas verir ki, malların ölkəyə idxal olunmaması və pulun geri qaytarılmaması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsiri üzündən baş verməmişdir. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibinin olmadığı halda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ona görə də apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Xızı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv olunmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanmış inzibati xəta haqqında işin icraatına İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Xızı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-558/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-558/2026
08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver