Məhkəmə qərarları › İş №3(3-8)-559/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-559/2026

02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-559/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026cı il tarixli qәrarından Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Şamaxı Rayon Mәhkәmәsinә göndәrilmişdir. Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim S.İsmayılov) ilә vәzifәli şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә inzibati xәta tәrkibinin mövcud olduğunun müәyyәn edilmәsi, barәsindә inzibati tәnbeh tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә inzibati mәsuliyyәtin әsasını tәşkil edәn hüquqi fakt ilә sonradan baş vermiş halları eynilәşdirmiş, inzibati xәtanın başa çatdığı anı düzgün müәyyәn etmәmiş vә nәticәdә qanunvericiliyin mәqsәdinә uyğun olmayan hüquqi nәticәyә gәlmişdir. Nәticәdә birinci instansiya mәhkәmәsinin qәrarı qanunilik, әsaslılıq vә obyektivlik meyarlarına cavab vermir, qәbul edilmiş nәticәlәr isә iş materialları vә tәtbiq edilmәli olan hüquq normaları ilә tәsdiq olunmur. Mәhkәmә normanı yalnız dispozisiyanın mәtninә formal yanaşaraq qiymәtlәndirmiş, onun tәtbiq olunduğu hüquqi mexanizmi nәzәrә almamışdır. Mәlum olduğu kimi, hüquq normasının tәtbiqi zamanı yalnız bir maddәnin mәtni deyil, hәmin maddәnin istinad etdiyi vә onun icrasını tәmin edәn normativ aktlar da birlikdә qiymәtlәndirilmәlidir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn sübutların natamam vә birtәrәfli qiymәtlәndirilmәsi, habelә inzibati mәsuliyyәt institutunun mәqsәd vә prinsiplәrinin düzgün tәtbiq edilmәmәsi Şamaxı Rayon Mәhkәmәsi iş üzrә toplanmış sübutları tam, obyektiv vә hәrtәrәfli qiymәtlәndirmәmiş, iş üçün әhәmiyyәt kәsb edәn faktiki halları düzgün araşdırmamış vә nәticәdә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin tәlәblәrinә uyğun olmayan hüquqi nәticәyә gәlmişdir. İnzibati Xәtalar Mәcәllәsinin tәlәblәrinә әsasәn, mәhkәmә işә baxarkәn yalnız inzibati mәsuliyyәtә cәlb edilәn şәxsin izahatı ilә kifayәtlәnmәmәli, inzibati xәta haqqında protokolu, inzibati icraat zamanı toplanmış sәnәdlәri, yazılı sübutları, aidiyyәti dövlәt orqanının tәqdim etdiyi materialları vә digәr sübutları qarşılıqlı әlaqәdә qiymәtlәndirmәlidir. Hazırkı işdә inzibati xәta haqqında protokol, müşayiәtedici mәktub, bәlәdiyyәyә göndәrilmiş xәbәrdarlıq vә tәlәb mәktubları, habelә inzibati icraat materialları açıq şәkildә tәsdiq edir ki, Quşçu bәlәdiyyәsi tәrәfindәn yaşıllıqların uçotu vә monitorinqi barәdә mәlumatlar qanunvericilikdә müәyyәn edilmiş qaydada vә müddәtdә tәqdim edilmәmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, qәrar lәğv edilmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarında olan MN ******* nömrәli, ## ### 2026-cı il tarixli inzibati xәta haqqında protokoldan görünür ki, Şamaxı rayonu Quşçu Bәlәdiyyәsi ##.##.2026-cı il tarixdә yaşıllıqların uçotu, monitorinqi haqqında mәlumatları müvafiq icra hakimiyyәti orqanına tәqdim etmәmiş vә buna görә dә Şamaxı rayon Quşçu Bәlәdiyyәsi sәdri - vәzifәli şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 2531.1.3-cü maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmişdir. İş materiallarında olan Şamaxı rayon Quşçu Bәlәdiyyәsinin sәdrli Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn tәqdim edilmiş 2026-cı il tarixә aid olan göndәrilәn sәnәdlәrin qeydiyyat jurnalının surәtindәn vә eyni tarixli mәktubundan görünür ki, ##.##.2026cı il tarixdә Şamaxı rayon Quşçu Bәlәdiyyәsi tәrәfindәn Yaşıllıqların uçot vә monitorinqi haqqında mәlumatları Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinә tәqdim edilmişdir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ### 2018-ci il tarixli *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş "Yaşıllıqların uçotunun, kadastrının vә monitorinqinin aparılması Qaydaları"nın 2.5-ci bәndinә әsasәn bu Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barәdә mәlumatlar istifadәsindә olan torpaq sahәlәrindәki yaşıllıqlara münasibәtdә mәrkәzi icra hakimiyyәti orqanları, bәlәdiyyә mülkiyyәtindә olan torpaq sahәlәrindәki yaşıllıqlara münasibәtdә bәlәdiyyәlәr, digәr torpaq sahәlәrindәki yaşıllıqlara münasibәtdә isә yerli icra hakimiyyәti orqanları tәrәfindәn hәr il yanvarın 1-nә ümumilәşdirilir vә tәrtib olunmuş hesabatlar müvafiq dövlәt orqanları vә ya bәlәdiyyәlәr tәrәfindәn fevralın 20-dәk tәsdiq edilәrәk kağız vә elektron daşıyıcılarda (güclәndirilmiş elektron imza ilә) Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinә tәqdim edilir. Hәmin Qaydaların 2.9-cu bәndinә görә istifadәsindә olan torpaq sahәlәrindә mәrkәzi icra hakimiyyәti orqanları, bәlәdiyyә mülkiyyәtindә olan torpaq sahәlәrindә bәlәdiyyәlәr, digәr torpaq sahәlәrindә yerli icra hakimiyyәti orqanları aidiyyәti üzrә yaşıllıqların uçota alınmamasına, kәmiyyәt vә keyfiyyәt göstәricilәrinin tam vә dürüst әks olunmamasına, onların növlәrinin, yaşıllıq әrazilәrinin vә yaşıllıq barәdә digәr mәlumatların tәhrif edilmәsinә vә bu mәlumatların Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinә tәqdim edilmәmәsinә görә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinә uyğun mәsuliyyәt daşıyırlar. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsinә görә yaşıllıqların uçotunun, kadastrının vә monitorinqinin aparılması qaydasının pozulmasına, yәni yaşıllıqların uçotu vә monitorinqi haqqında mәlumatların müvafiq icra hakimiyyәti orqanına tәqdim edilmәmәsi inzibati mәsuliyyәtә sәbәb olur. İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, inzibati xәta haqqında protokolun tәrtib edilmәsinә әsas olan inzibati xәtalar qanunvericiliyinin norması üzrә mәsuliyyәtin yaramasından ötrü yaşıllıqların uçotu vә monitorinqi haqqında mәlumatların müvafiq icra hakimiyyәti orqanına tәqdim edilmәmәlidir. Birinci instansiya mәhkәmәsi vәzifәli şәxsin әmәlindә inzibati xәta tәrkibinin olmaması qәnaәtinә gәlәrkәn ona әsaslanmışdır ki, istinad olunan normanın dispozisiya şәrtlәrindә hәr-hansı müddәt әrzindә mәlumatların tәqdim edilmәmәsinә görә mәsuliyyәt müәyyәn edilmәmiş, ümumi qaydada yalnız mәlumatların tәqdim edilmәmәsinә görә mәsuliyyәtin yaranmasını nәzәrdә tutulmuşdur. İXM-in 253-1.1.3-cü maddәsinin mәtnindә hәr hansı tarixin birbaşa yazılmaması, qanunvericiliyin subyektә bu öhdәliyi müddәtsiz vә ya öz mülahizәsinә uyğun icra etmәk hüququ vermәsi kimi yozula bilmәz. Hüquq elmindә vә mәhkәmә tәcrübәsindә qәbul olunmuş qaydaya әsasәn, fәaliyyәtin müәyyәn bir sahәsini tәnzimlәyәn maddә müvafiq icra hakimiyyәti orqanının qәbul etdiyi normativ-hüquqi aktlarla vәhdәt tәşkil edir vә bütöv bir mexanizm formalaşdırır. Qanunverici orqan İXM-dә tәnbeh sanksiyasını tәsbit etdiyi halda, icraedici orqan (Nazirlәr Kabineti) bu öhdәliyin icra müddәtini vә qaydasını müәyyәn etmişdir. Bu sәbәbdәn, hesabatların fevralın 20-dәk tәqdim edilmәmәsi faktı formalaşdığı andan etibarәn subyekt tәrәfindәn hәrәkәtsizlik formasında törәdilәn inzibati xәtanın tәrkibi (obyektiv cәhәti) tamamilә tamamlanmış hesab olunur. Belә olan halda isә Şamaxı rayon Quşçu Bәlәdiyyәsinin sәdri X1 әmәlindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsinin tәrkibinin olması qәnaәti qaçılmazdır. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Qeyd edilәnlәr üzrә dәyәrlәndirilmә apararaq apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsinin әmәldә inzibati xәta tәrkibinin olmamasına görә gәlinәn nәticә qanuni vә әsaslı hesab edilmәmәli, tәrtib olunmuş inzibati xәta haqqında protokol qanunun tәlәblәrinә vә işin faktiki hallarına uyğun olduğundan, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan X1 İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә tәqsirli bilinmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 31.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. X1 inzibati xәtaya görә mәsuliyyәtini ağırlaşdıran vә yüngüllәşdirәn hallar müәyyәn edilmәmişdir. Qeyd edilәnlәr üzrә dәyәrlәndirilmә apararaq apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, X1 barәsindә vәzifәli şәxs qismindә İnzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsi ilә 1000 (min) manat mәblәğindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda bu Mәcәllәnin 135.1.2 – 135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır (İnzibati Xәtalar Mәcәllәsinin 135.1.2-ci maddәsi). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellysiya şikayәti tәmin edilmәli, Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, X1 (Fin: *******) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә tәqsirli bilinmәli, barәsindә 1000 (bir min) manat mәblәğindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilsin. X1 (Fin: *******) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә vәzifәli şәxs qismindә tәqsirli bilinsin. X1 (Fin: *******) barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253- 1.1.3-cü maddәsi ilә 1000 (bir min) manat mәblәğindә cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq edilsin. Apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar