Məhkəmə qərarları › İş №3(3-8)-560/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-560/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-560/2026 04.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, inzibati xәta haqqında qәrarı qәbul etmiş orqan - Siyәzәn rayon X1 Yol Polis bölmәsi yol patrul xidmәti inspektoru Nümayәndә, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakları ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Siyәzәn Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Siyәzәn Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim G.C.Quluzadә) Siyәzәn RPŞ Dövlәt yol polis bölmәsinin rәisi X2 tәrәfindәn qәbul edilәn ## #### 2026-ci il tarixli, TP seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi barәdә barәsindә inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmiş Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsi, qәrarın dәyişdirilmәdәn qüvvәdә saxlanılması qәrara alınmışdır. IŞIN HALLARI : Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Siyәzәn RPŞ Dövlәt yol polis bölmәsinin rәisi X2 tәrәfindәn, onun barәsindә qәbul edilәn ##.##.2026-ci il tarixli, TP seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın, Azәrbaycan Respublikası IXM-nin 327.2-ci (sәrnişin daşıma qaydalarının pozmağa görә), 329.3-cü (işıq cihazlarından istifadә qaydalarını pozmağa görә), 333.1-ci (nәqliyyat vasitәlәrini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsinin alkoqoldan istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә etmәsinә görә) maddәlәri ilә tәqsirlәndirilmәsi hissәsindә lәğv edilmәsi vә bu maddәlәr әsasında başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmәklә şikayәtini onunla әsaslandırmışdır ki, o, ##.##.2026-cı il tarixdә, saat 22:50 radәlәrindә ailәsi ilә birlikdә avtomobillә hәrәkәtdә olarkәn Siyәzәn şәhәrinin Z.Əliyeva küçәsi әrazisindә, “saatın yanı” adlan dairәvi yolda Dövlәt yol polis bölmәsi yol patrul xidmәti inspektoru R Nümayәndә tәrәfindәn avtomobili saxlanılaraq, ona işıq cihazlarından düzgün istifadә etmәdiyi (uzaq işıqla gәldiyi) bildirilmiş, habelә avtomobilindәn enәn kimi ondan, nә qәbul etdiyi soruşulmuş, içki qәbul etmәdiyini bildirsә dә, sәrxoşluğunu yoxlamaq üçün şöbәyә getmәli olduğu qeyd edilmişdir. ("Yol-patrul xidmәti haqqında Tәlimat"a әsasәn Patrul avtomobili texniki vasitәlәrlә, o, cümlәdәn alkotestrlә tәchiz olunmalıdır) O, azyaşlı uşağını çöpçüyә apardığına görә polis әmәkdaşına, evinin yaxınlıqda olduğunu bildirmiş, habelә ailә üzvlәrini yaşadığı evә apardıqdan sonra şöbәyә gәlәcәyini qeyd etsә dә, onun razılaşmamaqla, şöbәyә aparılmışdır. Belәliklә, şöbәnin inzibati binasının hәyәtindә olduqlarında polis әmәkdaşı digәr avtomobildәn gәtirdiyi alkotestrlә onu yoxlasa da, içkili olmaması müәyyәn edilmişdir. Sonra isә, o, xidmәti avtomobilin yanına gәtizdirilmiş, habelә hәmin vaxt polis әmәkdaşı alkotestrlә avtomobillә әylәşәrәk, nә isә “qurdalanıb”, az müddәtdәn çıxdıqdan sonra, ona ikinci dәfә alkotestrә üfürmәyi tәklif etdikdә, bu zaman cihaz alkoqolun sәviyyәsinin 3,6 promil olduğunu göstәrmişdir. Bu hal açıq-aydın qurulma iş olduğundan o, etiraz etmiş vә YPX-nin әmәkdaşına sәrxoş olmadığını bildirmәklә bәrabәr Sumqayıt şәhәrindә tibbi müayinәdәn keçmәk istәdiyini söylәmişdir. Polis әmәkdaşı isә tibbi müayinәyә aparmadığını söylәmәklә, özünün gedә bilәcәyini bildirmişdir. Habelә, avtomobili duracağa yerlәşdirildiyinә görә taksi ilә Sumqayıt şәhәrinә getmiş, hәmçinin yolda olarkәn saat 23:46-da DIN-nin 102 xidmәt mәrkәzinә zәng etmәklә, YPX-nin әmәkdaşından sәrxoşluğun yoxlaması üçün hәkim müayinәsindәn keçmәk istәdiyini, lakin tәmin edilmәdiyini bildirmiş, 102 xidmәtinin operatoru isә hәkim müayinәsinin polis әmәkdaşı tәrәfindәn tәmin olunmalı olduğunu qeyd etmişdir. Bir müddәt gözlәmiş, habelә nәticә çıxmadığını görüb, 20 dәqiqәdәn sonra saat 00:06-da tәkrarәn 102 xidmәt mәrkәzinә zәng etmiş, bu zaman ona, suallara cavab vermәdiklәrini, vәzifәlәrinin şikayәti ötürmәk vә yönәltmәk olduğu bildirilmiş, mәsәlәni hәll etmәk isә Siyәzәn RPŞ DYPB YPXI borcu olduğu söylәnilmişdir. Belәliklә, Sumqayıt şәhәrindә tibbi müayinәdәn keçmiş vә ##.##.2026-cı il tarixli, **** nömrәli “Sәrxoşluq vәziyyәtinin tibbi müayinәsi” aktında sәrxoşluq vәziyyәtinin 0.00 faiz olduğu müәyyәn olunmuşdur. Növbәti gün, yәni ##.##.2026-cı il tarixdә telefonuna e-Polis proqramına gәlәn SMS-dәn barәsindә Azәrbaycan Respublikası IXM-nin 327.2-ci (sәrnişin daşıma qaydalarının pozmağa görә), 329.3-cü (işıq cihazlarından istifadә qaydalarını pozmağa görә), 333.1-ci (nәqliyyat vasitәlәrini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsinin alkoqoldan istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә etmәsinә görә), maddәlәri ilә ##.##.2026-ci il tarixli, IXP seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilmiş vә bu inzibati xәtalara görә 400 manat mәblәğindә cәrimә nәzәrdә tutulmuşdur. Eyni zamanda, mәhkәmәyә şikayәt etmәk üçün hüquqşünas ondan barәsindә tәrtib edilmiş protokolu vә inzibati tәnbeh vermә haqqında qәrarı tәlәb etmiş, sözügedәn sәnәdlәr onda olmadığı üçün müraciәti әsasında Siyәzәn RPŞ DYPB YPXI tәrәfindәn ona ##.##.2026-cı il tarixdә ##.##.2026-ci il tarixli, IXP seriyalı, ******* nömrәli protokolun surәti, ##.##.2026-cı il tarixdә isә ##.##.2026-ci il tarixli, TP seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın surәti tәqdim edilmişdir. Qeyd edilmişdir ki, ##.##.2026-ci il tarixli, IXP seriyalı, ******* nömrәli protokola, habelә onun әsasında qәbul edilmiş ##.##.2026-ci il tarixli, TP seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara diqqәt yetirilsә, sәrxoşluğun müәyyәn edilmәsi hissәsi ciddi qanun pozuntusu ilә tәrtib edilmәsi müәyyәn olunur. Belә ki, protokol әsasәn Azәrbaycan Respublikası IXMnin 333.1-ci (Nәqliyyat vasitәlәrini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsinin alkoqoldan istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә etmәsinә görә) maddәsinә münasibәtdә qanuna uyğun tәrtib edilmәmiş vә müvafiq olaraq qanunsuz qәrar qәbul edilmişdir. Habelә, digәr Azәrbaycan Respublikası IXM-nin 327.2ci (sәrnişin daşıma qaydalarının pozmağa görә), 329.3-cü (işıq cihazlarından istifadә qaydalarını pozmağa görә), maddәlәri ilә dә protokol qanunsuz tәrtib edilmişdir. Çünki, bu maddәlәrdә nәzәrdә tutulmuş inzibati xәta hadisәsinin törәdilmәsi faktı heç bir vasitә ilә sübut olunmur. "Yol-patrul xidmәti haqqında Tәlimat"a әsasәn patrul avtomobili radiocihaz vasitәsi, bort-kompüter, videokamera, ilk tibbi yardım qutusu, 2 әdәd yol nişanı, fәnәr, yanğın söndürәn vasitә, hadisә yerini bildirәn işıq әks etdirәn lent vә digәr texniki vasitәlәrlә, o, cümlәdәn alkotestrlә tәchiz olunur". YPX inspektoru tәrәfindәn nәqliyyat vasitәsi dayandırılarkәn bütün hallarda patrul avtomobilindә vә ya postda quraşdırılmış videokamera daim işlәk vәziyyәtdә olmalı, patrul avtomobilindә quraşdırılan mәsafәdәn sәs ötürәn mikrofondan istifadә edilmәlidir. Sürücü ilә ünsiyyәt vә inzibati xәtanın sәnәdlәşdirilmәsi, habelә YPX inspektorunun digәr hәrәkәtlәri avtomobilin içәri hissәsindә vә ya kәnarda kameranın görünüş dairәsindә aparılmalıdır". Şikayәtin dәlili kimi irәli sürdüyü halların tәsdiq üçün YPX inspektoru tәrәfindәn nәqliyyat vasitәsi dayandırılarkәn patrul avtomobilindә quraşdırılmış videokamera daim işlәk vәziyyәtdә olmalı olduğundan videokamera baxış keçirilmәlidir. Lakin, protokolda inzibati xәtanın aşkar edilmәsindә istifadә olunan xüsusi texniki vasitәnin (alkotesterin- Cihazın göstәricilәri) markası, zavod nömrәsi, kalibrlәnmә tarixi vә yoxlama sertifikatının nömrәsi qeyd edilmәmişdir. Cihazla yoxlanılmaqdan imtina etdikdә vә ya nәticәlәrlә razılaşmadıqda, şәxs mütlәq hәkim müayinәsinә (qan analizi üçün) göndәrilmәlidir. Habelә, protokol Cihazın göstәricilәri qeyd edilmәklә tәrtib edilmәli vә sәrxoşluq miqdarını göstәrәn çek tәrtib edilәn protokola әlavә edilmәklә barәsindә protokol tәrtib edilmiş şәxsә verilmәlidir. Sәrxoşluq faktını tәsdiq edәn xüsusi texniki vasitәnin (alkotesterin) göstәricilәrinin vә çekinin protokolda qeyd edilmәmәsi böyük qanun pozuntusudur. Bu halda tәrtib olunan protokol qanunsuz sayılmalıdır. Bununla yuxarıda qeyd edilәnlәrlә müәyyәn olunur ki, inzibati xәta hadisәsinin törәdilmәsinin ehtimal edilәn tarixdәn 6 gün sonra inzibati xәtalar qanunvericiliyindә nәzәrdә tutulan qanunları pozmaqla tәrtib edilәn, ##.##.2026-ci il tarixli, IXP seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol, sәrxoşluq vәziyyәtini aşkar edilmәsindә istifadә olunmuş xüsusi texniki vasitәnin (alkotesterin göstәricilәri) markası, zavod nömrәsi, kalibrlәnmә tarixi vә yoxlama sertifikatının nömrәsi qeyd edilmәdәn vә sәrxoşluq miqdarını göstәrәn çek protokola әlavә edilmәdәn ona tәqdim edilmişdir. Habelә, barәsindә qәbul edilmiş ##.##.2026-ci il tarixli, TP seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarda da sәrxoşluq vәziyyәtini aşkar edilmәsindә istifadә olunmuş xüsusi texniki vasitәnin (alkotesterin göstәricilәri) markası, zavod nömrәsi, kalibrlәnmә tarixi vә yoxlama sertifikatının nömrәsi qeyd edilmәmişdir. Şikayәtә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Qәrarla razılaşmayan Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәt verәrәk, Siyәzәn Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini, әmәlindә inzibati xәta tәrkibi olmadığı üçün iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti ilkin şikayәt әrizәsindә qeyd edilәnlәrlә eynilik tәşkil etmәklә IXM-nin 100.5.8-ci maddәsinin tәlәblәrinin pozulduğu, hәmçinin IXM-in 81-ci maddәsinә әsasәn xüsusi texniki vasitәlәrin göstәricilәrinin inzibati xәta haqqında protokolda vә ya qәrarda qeyd edilmәdiyi, cihazla aparılmış müayinәnin nәticәsi ilә razılaşmadığı halda onun tibbi müayinәdәn keçirilmәsi tәmin edilmәdiyindәn özünün tibbi müayinәdәn keçmәsi vә keçirilmiş tibbi müayinәnin nәticәsinә әsasәn isә onda alkoqol sәrxoşluğu vәziyyәtinin olmadığı müәyyәn edilmәsi vurğulanmaqla birinci instansiya mәhkәmәsinin video görüntülәrinә düzgün hüquqi qiymәt vermәdiyi qeyd edilmişdir. Bundan әlavә mәhkәmә onun polis әmәkdaşına pivә içdiyini bildirmәsi ilә bağlı video görüntülәrә istinad etsә dә, hәmin ifadәnin sәrxoşluq vәziyyәtinin mövcudluğunu tәsdiq edәn sübut kimi qәbul edilmәsi әsassızdır ona görә ki, alkoqollu içki qәbul edilmәsi ilә şәxsin hüquqi mәsuliyyәt yaradan hәddә sәrxoş vәziyyәtdә nәqliyyat vasitәsi idarә etmәsi eyni hal hesab edilә bilmәz. Avtomobili idarә edәrkәn uzaq işıqlardan istifadә etmәsi ilә bağlı ona irad tutulsa da, iş üzrә video görüntülәrә baxış zamanı belә bir qayda pozuntusunun baş vermәdiyi müәyyәn edilmiş, buna baxmayaraq, mәhkәmә IXM-in 329.3-cü maddәsi ilә bağlı inzibati xәtanın aradan qaldırılması mәsәlәsinә düzgün hüquqi qiymәt vermәmişdir. Barәsindә eyni protokolla bir neçә inzibati xәta istinad edilsә dә, 400 manat mәblәğindә cәrimә IXM-nin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş daha ciddi inzibati xәtaya görә tәtbiq edilmişdir. Buna görә hәmin inzibati xәtanın, xüsusilә sәrxoşluq vәziyyәtinin mövcudluğunun qanuni vә mötәbәr sübutlarla tәsdiq edilmәmәsi bütövlükdә tәtbiq edilmiş inzibati tәnbeh tәdbirinin qanuniliyinә tәsir göstәrir. IXM-in 8-ci maddәsindә tәsbit edilmiş tәqsirsizlik prezumpsiyası prinsipinә әsasәn şәxsin tәqsiri qanunla müәyyәn edilmiş qaydada sübuta yetirilmәdikdә onun tәqsirsiz hesab edilmәli olduğu, şәxsin öz tәqsirsizliyini sübut etmәyә borclu olmadığı vә tәqsirliliklә bağlı şübhәlәrin onun xeyrinә hәll edilmәli olduğu halda birinci instansiya mәhkәmәsi iş üzrә mühüm әhәmiyyәt kәsb edәn halları tam araşdırmamış, sәrxoşluq vәziyyәtinin müәyyәn edilmәsinә dair tәqdim edilmiş tibbi müayinә aktına, alkotesterin tәtbiqi vә nәticәlәrinin rәsmilәşdirilmәsi ilә bağlı hallara, habelә video görüntülәrә lazımi hüquqi qiymәt vermәmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk şikayәtin tәmin edilmәsini xahiş etmәklә әlavә olaraq bildirdi ki, o, DYP әmәkdaşı tәrәfindәn saxlanılarkәn sәrxoşluğu yoxlanılmaqla alkotesterin 0.316 mg/l göstәrici nümayiş etdirildikdә bu nәticә ilә razılaşmamış, spirtli içki qәbul etmәdiyini, avtomobildә olan azyaşlı övladı ağladığı üçün, tez getmәk üçün sadәcә bir bokal içdiyini söylәmişdir. O, hәkim müayinәsinә aparılmasını xahiş etmiş, lakin aparılmadığından 102 xidmәtinә zәng etmiş vә özü saxlanıldıqdan 2-3 saat sonra tibbi müayinәdәn keçәrәk spirtli içki qәbul etmәdiyinә dair arayış әldә etmiş vә arayışı mәhkәmәyә tәqdim etsә dә, birinci instansiya mәhkәmәsi bu sübutu nәzәrә almadı. Avtomobili etibarnamәsiz idarә etmәsi faktı üzrә tәqsirini etiraf edir, digәr inzibati xәtalar üzrә barәsindәki inzibati icraata xitam verilmәsini xahiş edir. Idarә etdiyi “Nexia” markalı avtomobil dostu Intiqama mәxsusdur. Onunla hәm qonşudur, hәm dә iş olanda onu fәhlә kimi aparır. Etibarnamәsinin olmadığını vә nәqliyyat vasitәsini etibarnamәsiz idarә etdiyini etiraf edir. Nәqliyyat vasitәsinin ön oturacağında azyaşlı uşağı xüsusi qurğu olmadan әylәşdirmәsi barәdә mәhkәmәnin sualına cavab olaraq bildirir ki, dәqiq xatırlamır, lakin ola bilәr. Apellyasiya instansiyası mәhkәmәsinin iclasında iştirak edәn inzibati xәta haqqında protokol tәrtib etmiş - Siyәzәn rayon X1 Yol Polis bölmәsi yol patrul xidmәti inspektoru Nümayәndә apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk şikayәtin tәmin edilmәmәsini vә birinci intansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmәklә әlavә olaraq qeyd etdi ki, ## #### 2026-cı il tarixdә, saat tәxminәn 22:45 radәlәrindә Siyәzәn şәhәri, Zәrifә Əliyeva küçәsindә hәrәkәtdә olan "NEXIA" markalı avtomobil işıq cihazlarından (dönmә işıqlarından) istifadә etmәdiyinә görә tәrәfindәn saxlanılmışdır. Avtomobilә yaxınlaşaraq sәnәdlәr tәlәb edәrkәn, ön oturacaqda azyaşlı uşağın xüsusi oturacaq (qurğu) olmadan әylәşdirildiyi, sürücünün etibarnamәsinin olmadığı vә nәfәsindәn kәskin spirt qoxusu gәldiyi müәyyәn edilmişdir. Sürücü Qәrardan şikayәt verәn orqan (şәxs) alkotester müayinәsi tәklif olunmuş cihazla keçirilmiş müayinә zamanı onda 0.316 mg/l yüngül dәrәcәli alkoqol sәrxoşluğu tәsdiq olunmuşdur. Müayinә prosesi vә sürücünün spirtli içki qәbul etmәsini etiraf etmәsi videoqeydiyyat cihazı vasitәsilә lentә alınmışdır. Qeyd edir ki, alkotester cihazı hәmin vaxt avtomobildә olmadığı üçün şәxs şöbәyә dәvәt olunmuş, avtomobilindә onun hәyat yoldaşı vә uşağı olduğundan avtomobili şöbәdәn kәnarda saxlanılması bildirilmiş vә sonradan sәnәdlәşdirilәrәk avtomaşın duracağa qoyulmuşdur. Bütün bunlar videogörüntüdә öz әksini tapdığından şikayәtçinin dediklәrilә razı deyildir. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Siyәzәn Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә araşdıraraq inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. Əvvәla, qeyd edilmәlidir ki, birinci instansiya mәhkәmәsi iş üzrә mövcud olan sübutları, o cümlәdәn inzibati xәta haqqında protokolu, inzibati tәnbeh vermә haqqında qәrarı, hadisәni әks etdirәn video görüntülәri, şikayәtçinin vә inzibati xәta haqqında protokol tәrtib etmiş YPX әmәkdaşının izahatlarını, habelә ## #### 2026-cı il tarixli, **** nömrәli “Sәrxoşluq vәziyyәtinin tibbi müayinәsi” Aktını araşdırmış vә hәmin sübutlara mәcmu halında hüquqi qiymәt vermişdir. Mәhkәmә dә hәmin sübutların ayrı-ayrılıqda deyil, onların qarşılıqlı әlaqәsi vә işin digәr halları ilә birlikdә qiymәtlәndirilmәli olduğunu nәzәrә alır. Iş materiallarından vә xüsusilә mәhkәmәdә tәdqiq edilmiş video görüntülәrdәn müәyyәn olunur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) hadisә zamanı YPX әmәkdaşına spirtli içki, o cümlәdәn bir bokal pivә qәbul etdiyini bildirmişdir. Hәmin görüntülәrdәn, hәmçinin onun alkotesterlә müayinәdәn keçirilmәsi zamanı cihazın nәticәsi ilә tanış olduğu vә müvafiq qaydada imza etdiyi müәyyәn olunur. Bu hal şikayәtçinin hadisә zamanı ümumiyyәtlә spirtli içki qәbul etmәdiyi barәdә sonrakı izahatı ilә uzlaşmır. Şikayәtçinin apellyasiya şikayәtindә әsas dәlillәrindәn biri alkotesterlә aparılmış müayinәnin nәticәsinin mötәbәr olmaması vә cihazın nәticәsinin protokolda lazımi qaydada әks etdirilmәmәsi ilә bağlıdır. Mәhkәmә hәmin dәlillә bağlı qeyd edir ki, protokolda xüsusi texniki vasitәnin müәyyәn mәlumatlarının göstәrilmәmәsi öz-özlüyündә hәmin vasitә ilә әldә edilmiş nәticәnin avtomatik olaraq mövcud olmamış hesab edilmәsinә vә iş üzrә digәr sübutların hüquqi qüvvәdәn düşmәsinә sәbәb ola bilmәz. Belә halın sübutların qiymәtlәndirilmәsinә tәsiri işin konkret halları, hәmin sübutun әldә edilmәsi vә rәsmilәşdirilmәsi qaydası, digәr sübutlarla uzlaşması vә inzibati xәta hadisәsinin müәyyәn edilmәsinә tәsiri nәzәrә alınmaqla qiymәtlәndirilmәlidir. Hazırkı iş üzrә isә alkotester müayinәsinin keçirilmәsi faktı yalnız inzibati xәta haqqında protokolda әks olunan mәlumatla mәhdudlaşmır. Bu hal iş materiallarında olan digәr mәlumatlar, o cümlәdәn hadisәni әks etdirәn video görüntülәr vә şikayәtçinin öz izahatları ilә dә müәyyәn dәrәcәdә tәsdiq olunur. Şikayәtçinin alkotesterin nәticәsinin saxtalaşdırıldığı, cihazın nәticәsinә polis әmәkdaşı tәrәfindәn müdaxilә edildiyi barәdә mülahizәlәri isә konkret vә mötәbәr sübutlarla tәsdiq olunmamışdır. Belә ki, şikayәtçi alkotesterin nәticәsinin dәyişdirilmәsi vә ya cihazın texniki göstәricilәrinә müdaxilә edilmәsi barәdә ehtimal irәli sürsә dә, bu ehtimalı tәsdiq edәn hәr hansı obyektiv mәlumat iş materiallarında müәyyәn edilmir. Eyni zamanda, şikayәtçinin hadisәdәn sonra öz tәşәbbüsü ilә Sumqayıt şәhәrindә tibbi müayinәdәn keçmәsi vә ## #### 2026-cı il tarixli, **** nömrәli Aktla hәmin vaxt onda alkoqol sәrxoşluğu vәziyyәtinin müәyyәn edilmәmәsi dә mәhkәmәyә mәlumdur. Lakin qeyd olunan tibbi müayinә hadisәdәn tәxminәn üç saat sonra, saat 02:10-da keçirilmişdir. Bu sәbәbdәn sonrakı vaxtda aparılmış tibbi müayinәnin nәticәsi hadisәnin baş verdiyi saatda, yәni ## #### 2026-cı il tarixdә saat 22:54 radәlәrindә Qәrardan şikayәt verәn orqan (şәxs) nәqliyyat vasitәsini sәrxoş vәziyyәtdә idarә edib-etmәmәsi mәsәlәsinә avtomatik vә birmәnalı cavab vermir. Belә ki, şikayәtçinin tәqdim etdiyi arayşda tibbi müayinә zamanı müәyyәn edilmiş 0,00 göstәrici müayinәnin keçirildiyi vaxtdakı vәziyyәti xarakterizә edir vә hәmin nәticәnin hadisәdәn sonrakı dövrdә әldә olunması nәzәrә alınmalıdır. Buna görә dә sonrakı tibbi müayinәnin nәticәsi iş üzrә digәr sübutlarla birlikdә qiymәtlәndirilmәli, tәkbaşına hadisә zamanı sәrxoşluq vәziyyәtinin olmadığını tәsdiq edәn hәlledici sübut kimi qәbul edilmәmәlidir. Digәr tәrәfdәn, şikayәtçinin tibbi müayinәdәn keçirilmәsini tәlәb etmәsi vә hәmin müayinәnin YPX әmәkdaşları tәrәfindәn dәrhal tәşkil edilmәmәsi halı da qiymәtlәndirilәrkәn nәzәrә alınmalıdır ki, Qәrardan şikayәt verәn orqan (şәxs) özünün şikayәt әrizәsindә istinad etdiyi "Yol-patrul xidmәti haqqında Tәlimat"a әsasәn alkotester yoxlamasının nәticәlәrlә razılaşmadıqda, şәxs mütlәq hәkim müayinәsinә (qan analizi üçün) göndәrilmәlidir halı ilә bağlı qeyd edilmәlidir ki, hazırkı halda da alkotester nәticәsilә razılaşmayan Qәrardan şikayәt verәn orqan (şәxs) hәkim yoxlanılmasına müraciәt etsә dә, yenә dә alkotester yoxlamasında keçmiş, halbu ki, özü dә vurğuladığı kimi bu nәticә ilә razılaşmırdısa, onda qan analizinin yoxlanılması üçün müraciәt etmәli idi. Belә ki, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrәli qәrarı ilә tәsdiq edilmiş “Nәqliyyat vasitәsini idarә edәn şәxsin sәrxoşluq vәziyyәtinin müәyyәn edilmәsi” Qaydalarının 2.1-ci bәndinә göstәrilmişdir ki, nәqliyyat vasitәsini idarә edәn şәxsin sәrxoşluq vәziyyәtinin müәyyәn edilmәsi aşağıdakı әlamәtlәrdәn biri müşahidә olunduqda hәyata keçirilir: 2.1.1. nәfәsindәn alkoqollu içki qoxusu gәldikdә; 2.1.2. ayaq üstә sәrbәst dayana bilmәdikdә; 2.1.3. özünü idarә edә bilmәdikdә. Hәmin Qaydaların 2.2-ci bәndindә göstәrilir ki, nәqliyyat vasitәsini idarә edәn şәxsin alkoqollu içkidәn, narkotik vasitәlәrdәn, psixotrop vә digәr güclü tәsir edәn maddәlәrdәn istifadә etmәsi faktını tәsdiq etmәk mәqsәdi ilә polis әmәkdaşı müayinәnin nәticәsini kağız daşıyıcıda әks etdirәn texniki vasitәlәrdәn (alkotester, narkotester) istifadә edir. Hәmin Qaydaların 2.3-cü bәndinә әsasәn alkoqolun qәbulu faktının xüsusi texniki vasitә ilә yoxlanılması şәxsin nәfәsvermә, narkotik vasitәlәrdәn, psixotrop vә digәr güclü tәsir edәn maddәlәrin qәbulu faktının xüsusi texniki vasitә ilә yoxlanılması isә şәxsin ağız suyundan nümunәnin götürülmәsi üsulu ilә aparılır. Hәmin Qaydaların 2.4-cü bәndinә әsasәn xüsusi texniki vasitә qanda alkoqolun konsentrasiyasının 0,3 promilli vә daha artıq olmasını vә yaxud narkotik vasitәlәrin, psixotrop vә digәr güclü tәsir edәn maddәlәrin qәbulunu göstәrdiyi halda şәxsin sәrxoşluq vәziyyәtindә olduğu hesab edilir. Hәmin Qaydaların 2.7-ci bәndinә әsasәn nәqliyyat vasitәsini idarә edәn şәxs alkoqollu içkidәn vә yaxud narkotik vasitәlәrdәn, psixotrop vә digәr güclü tәsir edәn maddәlәrdәn istifadә edilmәsi nәticәsindә sәrxoş vәziyyәtdә olub-olmamasının müәyyәn edilmәsindәn imtina etdikdә vә ya xüsusi texniki vasitә ilә müayinәnin nәticәsindәn narazı olduqda, lakin onun sәrxoşluq әlamәtlәri özünü aşkar büruzә verdikdә, hәmin şәxs tibbi müayinәyә göndәrilir. Hәmin Qaydaların 3.2-ci bәndinә әsasәn nәqliyyat vasitәsini idarә edәn şәxsin alkoqol sәrxoşluğunun tәyin edilmәsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bәndi ilә müәyyәn edilmiş konsentrasiyasına әsasәn müәyyәnlәşdirilir. Istinad edilәn Nazirlәr Kabinetinin ## #### 2014-cü il tarixli, *** saylı Qәrarı ilә tәsdiq edilmiş “Nәqliyyat vasitәsini idarә edәn şәxsin sәrxoşluq vәziyyәtinin müәyyәn edilmәsi Qaydaları”na görә sәrxoşluğun müәyyәn edilmәsinin iki fәrqli proseduru mövcuddur ki, birinci halda sәrxoşluğun DYP әmәkdaşları tәrәfindәn yerindә müәyyәn edilmәsi; ikinci halda sәrxoşluğun tibb müәssisәsindә müәyyәn edilmәsi. DYP әmәkdaşı qaydalarda göstәrilәn üç әlamәtdәn biri vә ya bir neçәsi olduqda alkotesterdәn vә ya narkotesterdәn istifadә etmәklә sürücünün sәrxoşluğunu müәyyәn edә bilәr. Hәmin әlamәtlәrdәn birincisi sürücünün nәfәsindәn alkoqollu içki qoxusu gәlmәsi; ikincisi sürücünün ayaq üstә sәrbәst dayana bilmәmәsi vә üçüncüsü sürücünün özünü idarә edә bilmәmәsi. Alkotester vә narkotesterin tәtbiqi, habelә onların göstәricilәrinin qәbul edilmәsi sürücünün iradәsindәn asılıdır. Yәni sürücü bu vasitәlәrlә sәrxoşluğun müayinәsindәn imtina edәrsә, yaxud hәmin vasitәlәrin sәrxoşluğun olmasına dair göstәricilәrini qәbul etmәzsә, sәrxoş sayıla bilmәz vә mütlәq tibbi müayinәdәn keçirilmәlidir. Sәrxoşluğun tibbi müayinәsi dә sәrxoşluğun növündәn asılı olaraq hәyata keçirilir. Tibb müәssisәsindә alkoqol sәrxoşluğu qanın analizi yolu ilә, narkoloji sәrxoşluq isә qanın, tüpürcәyin, sidiyin vә s. müvafiq tibbi metodlarla analiz edilmәsi yolu ilә müәyyәn edilә bilәr. Bununla yanaşı, apellyasiya instansiyası mәhkәmәsindә Qәrardan şikayәt verәn orqan (şәxs) özü dә hadisә zamanı alkoqollu içki qәbul etdiyini tamamilә inkar etmәmiş, әksinә, uşağının ağlaması sәbәbindәn bir bokal pivә içdiyini bildirmişәm demәsi, bu izahatların iş materiallarında olan videoyazı arasında alkoqollu içki qәbul etmәsi ilә bağlı ziddiyyәtlәrin mövcud olduğu görünür. Bu baxımdan onun sonradan ümumiyyәtlә spirtli içki qәbul etmәdiyi barәdә izahatına tәkbaşına hәlledici sübut kimi qiymәt verilmәsi mümkün deyildir. Hazırkı iş üzrә Qәrardan şikayәt verәn orqan (şәxs) spirtli içki qәbul etmәsi barәdә hadisә zamanı verdiyi mәlumat, YPX әmәkdaşının izahatı, alkotesterlә aparılmış müayinәnin nәticәsi vә hadisәni әks etdirәn video görüntülәr bir-biri ilә müәyyәn dәrәcәdә uzlaşan sübutlar kimi qiymәtlәndirilmişdir. Bu sübutların mәcmusu birinci instansiya mәhkәmәsinin IXM-in 333.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi barәdә nәticәyә gәlmәsi üçün kifayәt hesab edilә bilәr. Apellyasiya şikayәtindә YPX әmәkdaşının alkotesterlә müayinәdәn sonra xidmәti avtomobilin içәrisindә cihazla bağlı “nәsә qurdaladığı” vә bu sәbәbdәn sonrakı nәticәnin saxtalaşdırıldığı barәdә irәli sürülәn dәlilә münasibәtdә isә mәhkәmә qeyd edir ki, bu xüsusat şikayәtçinin subyektiv mülahizәsinә әsaslanır vә iş materiallarında onun obyektiv tәsdiqi müәyyәn edilmir. Şikayәtçinin YPX әmәkdaşının tibbi müayinәdәn keçirilmәsini tәmin etmәmәsi ilә bağlı dәlillәri dә inzibati xәtanın hadisә vә tәrkibinin mövcudluğunu avtomatik olaraq aradan qaldırmır. Hәmin hal әmәkdaşların hәrәkәtlәrinin ayrıca qiymәtlәndirilmәsi üçün әsas ola bilsә dә, hazırkı inzibati xәta haqqında iş üzrә toplanmış digәr sübutların hüquqi әhәmiyyәtini öz-özlüyündә istisna etmir. Şikayәtçinin IXM-in 100.5.8-ci maddәsinә istinad etmәklә protokolda alkotesterin markası, zavod nömrәsi, kalibrlәnmә vә yoxlama mәlumatlarının göstәrilmәmәsinin qәrarın lәğvi üçün qeyd-şәrtsiz әsas olması barәdә dәlili dә qәbul edilmir. Mәhkәmә qeyd edir ki, inzibati xәta haqqında protokolun tәrtib edilmәsi zamanı prosessual tәlәblәrә riayәt olunması mühüm әhәmiyyәt daşısa da, protokolun ayrı-ayrı rekvizitlәrindәki çatışmazlıqların hüquqi nәticәsi işin konkret halları nәzәrә alınmaqla müәyyәn edilmәlidir. Belә çatışmazlığın qәrarın lәğvinә sәbәb olması üçün hәmin pozuntunun şәxsin hüquqlarının hәyata keçirilmәsinә, müdafiә imkanlarına vә ya iş üzrә faktiki halların düzgün müәyyәn edilmәsinә real tәsir göstәrmәsi müәyyәn olunmalıdır. Hazırkı iş üzrә şikayәtçi alkotester müayinәsinin keçirilmәsi faktından vә nәticәsindәn mәlumatlı olmuş, hәmin nәticә ilә razılaşmadığını bildirmiş vә sonradan öz tәşәbbüsü ilә tibbi müayinәdәn keçmişdir. Bu baxımdan protokolda alkotesterә dair müәyyәn texniki mәlumatların göstәrilmәmәsinin onun müdafiә hüququnu konkret olaraq necә mәhdudlaşdırdığı vә ya iş üzrә nәticәnin düzgün müәyyәn edilmәsinә hansı şәkildә mane olduğu şikayәtçi tәrәfindәn әsaslandırılmamışdır. Bununla yanaşı, şikayәtçinin inzibati xәta haqqında protokolun hadisәdәn bir neçә gün sonra tәrtib edilmәsi barәdә dәlilinә münasibәtdә qeyd edilmәlidir ki, iş materiallarından protokolun ## #### 2026-cı il tarixdә tәrtib edildiyi görünür. Protokolun surәtinin sonradan, yәni ## #### 2026-cı il tarixdә ona tәqdim edilmәsi isә protokolun hәmin tarixdә tәrtib edilmәsi anlamına gәlmir. Bu sәbәbdәn protokolun hadisәdәn bir neçә gün sonra tәrtib edilmәsi barәdә dәlil iş materialları ilә tәsdiq olunmur. IXM-in 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta ilә bağlı isә mәhkәmә qeyd edir ki, birinci instansiya mәhkәmәsindә Qәrardan şikayәt verәn orqan (şәxs) avtomobildә azyaşlı uşağın ön oturacaqda әylәşdirilmәsi halını qәti şәkildә inkar etmәmiş, hәmin vaxt uşağın qabaq oturacaqda olub-olmadığını dәqiq xatırlamadığını bildirmişdir. Bununla yanaşı, YPX әmәkdaşının izahatında azyaşlı uşağın xüsusi avtokreslo olmadan avtomobilin ön hissәsindә әylәşdiyi göstәrilmişdir. Bu xüsusatlar iş üzrә digәr sübutlarla birlikdә qiymәtlәndirildikdә, birinci instansiya mәhkәmәsinin hәmin inzibati xәta üzrә dә şәxsin mәsuliyyәtini müәyyәn etmәsi әsaslı hesab olunur. IXM-in 329.3-cü maddәsi ilә bağlı apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә isә mәhkәmә qeyd edir ki, şikayәtçi avtomobilin işıq cihazlarının nasaz olması barәdә müxtәlif izahatlar vermiş, birinci instansiya mәhkәmәsindә isә hadisә zamanı işıq cihazlarından düzgün istifadә etdiyini bildirmişdir. YPX әmәkdaşının izahatında isә işıq cihazlarından istifadә qaydalarının pozulduğu göstәrilmişdir. Bu ziddiyyәtlәr fonunda iş materiallarında olan video görüntülәr dә mәhkәmә tәrәfindәn tәdqiq edilmişdir. Belәliklә, birinci instansiya mәhkәmәsi iş üzrә mövcud olan sübutları bilavasitә tәdqiq etmiş, tәrәflәrin izahatlarını dinlәmiş, video görüntülәrә baxış keçirmiş vә sübutları mәcmu halında qiymәtlәndirәrәk nәticәyә gәlmişdir. Apellyasiya şikayәtindә hәmin qiymәtlәndirmәni şübhә altına alan yeni, obyektiv vә mötәbәr sübutlar tәqdim edilmәmişdir. Mәhkәmә xüsusi olaraq qeyd edir ki, IXM-in 8-ci maddәsindә tәsbit edilmiş tәqsirsizlik prezumpsiyası şәxsin tәqsirsizliyinin fәrziyyә әsasında deyil, iş üzrә mövcud olan sübutların qanunla müәyyәn edilmiş qaydada qiymәtlәndirilmәsi nәticәsindә müәyyәn edilmәsini tәlәb edir. Hazırkı iş üzrә isә birinci instansiya mәhkәmәsi sübutları araşdırmış vә onların mәcmusuna әsaslanmaqla Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati xәta törәtmәsi barәdә nәticәyә gәlmişdir. Apellyasiya şikayәtindә göstәrilәn hallar, o cümlәdәn sonradan keçirilmiş tibbi müayinәnin nәticәsi, alkotesterә dair mәlumatların protokolda tam әks etdirilmәmәsi, tibbi müayinәyә aparılmaması vә video görüntülәrә baxış keçirilmәsi barәdә dәlillәr birinci instansiya mәhkәmәsinin araşdırdığı hallarla eynidir vә hәmin mәhkәmәnin nәticәlәrini tәkzib edәn kifayәt qәdәr mötәbәr sübutlarla müşayiәt olunmur. Hesab edirәm ki, birinci instansiya mәhkәmәsinin yuxarıda qeyd olunan qәnaәti düzgün olmuş, eyni zamanda apellyaiya şikayәtinin dәlillәri formal xarakterli dәlillәr kimi qiymәtlәndirilmәklә әsassız hesab edilir vә inzibati xәta törәtmiş şәxsi mәsuliyyәtdәn yayındırmaq mәqsәdi daşıyır. Halbuki, inzibati tәnbeh tәdbirinin inzibati xәta törәtmiş şәxsin islah olunmasına, onun qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirilmәsi, hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısının alınması, habelә törәdilmiş inzibati xәtanın xarakteri, onun törәdilmәsi halları baxımından qanuni vә әdalәtli olmuşdur. Konstitusiya Mәhkәmәsinin Plenumun müvafiq qәrarlarında vurğulandığı kimi, apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilinir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Hesab edirәm ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәtbiq edilmiş inzibati tәnbeh әsaslı olmuş vә bu tәnbehin әsaslılığı müzakirә edilәrkәn aşağıdakılar nәzәrә alınır. Odur ki, apellyasiya şikayәtindә göstәrilәn hallar birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün әsas hesab edilә bilmәz. Belә ki, IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Hesab edirәm ki, apellyasiya şikayәtinin dәlillәrindә qeyd edilәn hallar barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn birinci instansiya mәhkәmәsinә verdiyi şikayәtdә göstәrdiyi hallarla eynilik tәşkil etdiyindәn vә hәmin hallara dair birinci instansiya mәhkәmәsi tәrәfindәn verilmiş hüquqi qiymәt әsaslı olduğundan apellyasiya şikayәtinin dәlillәri birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi üçün әsas ola bilmәz. Ona görә dә Siyәzәn Rayon Mәhkәmәsinin 06 avqust 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi barәdә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Siyәzәn Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar