Məhkəmə qərarları › İş №3(3-8)-561/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-561/2026

27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-561/2026 27.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Protokolu tərtib edən orqan-nin ITB-nin rəisi, R X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio- video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim G.C.Quluzadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində inzibati həbs təyin olunması, həbs etmənin əvvəli ## ###### 2026-cı il tarixdən saat 11:00-dan hesablanması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI : Inzibati materiallardan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Protokolu tərtib edən orqan-nin ITB-nin rəisi, R X4 tərəfindən tərtib edilmiş protokollar məhkəməyə göndərilmiş və protokollara baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilib, barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı tam əsassız və ədalətsizdir. Belə ki, o, ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinə etdiyi müraciətlə, yəni Siyəzən rayon X5 Yol Polisi bölməsinin keçmiş rəisinin xidməti vaxtı, polis formasında, üzərində xidməti poqonları olmaqla və xidməti radiostansiyadan istifadə etdiyi halda keçirilən içki məclisində vəzifəli şəxslər barəsində nalayiq ifadələr işlətməsi barədə müraciətilə əlaqədar Siyəzən rayon Polis Şöbəsinə izahat vermək üçün getmişdir. Onun polis şöbəsinə getməsi hər hansı inzibati xəta törətmək, ictimai qaydanı pozmaq və ya polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq məqsədi daşımamışdır. Lakin buna baxmayaraq, barəsində Azərbaycan Respublikası IXM-nin 510.1-ci və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmiş və onun guya Siyəzən rayon Polis Şöbəsinin inzibati binasının ikinci mərtəbəsində ucadan nalayiq söyüşlər söydüyü, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı və növbətçi hissənin iş rejimini pozduğu qeyd edilmişdir. Hesab edir ki, onun tərəfimdən IXM-nin 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi tam və şübhəsiz şəkildə sübuta yetirilməmişdir. O, barəsində protokollar tərtib edildikdən sonra nəzarət kameralarının görüntüləri ilə maraqlandığını, şöbənin inzibati binasının ikinci mərtəbəsində nəzarət kamerasının olmadığı bildirilsə də, birinci mərtəbədə yerləşdirilmiş kameraların görüntülərindən səs-küy saldığı halda bunun müəyyən edilə biləcəyini bildirmişdir. Lakin bu məsələ məhkəmə tərəfindən araşdırılmamışdır. Hesab edir ki, məhz mübahisəli olan faktların obyektiv şəkildə müəyyən edilməsi üçün videomüşahidə görüntülərinin tələb olunması və araşdırılması vacib olduğu halda, həmin sübutun araşdırılmaması işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmamasına səbəb olmuşdur. Bundan başqa, məhkəmə qərarında protokolları tərtib etmiş vəzifəli şəxs Səbuhi Zeynalovun izahatına əsasən onun polis şöbəsinin inzibati binasının üçüncü mərtəbəsində yerləşən xidməti otağında olarkən ikinci mərtəbədən səs-küy eşitdiyi və həmin yerə getdiyi, lakin həmin vaxt onun artıq birinci mərtəbəyə endirildiyi göstərilmişdir. Həmin şəxs daha sonra onun qəbula gəlməsini və qəbuldan sonra narazılığını nalayiq ifadələrlə ifadə etdiyini öyrəndiyini bildirmişdir. Məhkəmə qərarında iş üzrə “obyektiv sübutların məcmusu”nun mövcud olduğunu qeyd edilmiş, lakin qərardan onun konkret olaraq hansı obyektiv və müstəqil sübutla nalayiq ifadələr işlətməsinin və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının təsdiq edildiyi aydın görünmür. Iş materiallarında olan polis əməkdaşlarının izahatları və onların əsasında tərtib edilmiş protokollar isə mübahisəli hadisənin müstəqil texniki sübutla təsdiq edildiyini göstərmir. Məhkəmə qərarında həmçinin onun özünü təqsirli bilməməsi və nalayiq ifadələr işlətmədiyini, tabesizlik göstərmədiyini bildirməsinə tənqidi yanaşılmış və bu izahatının özünü müdafiə xarakteri daşıdığı və inzibati məsuliyyətdən yayınmaq məqsədi güddüyü qeyd edilmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərində qeyd edilənləri bir daha müdafiə edərək bildirdi ki, o, X2 cənab Vilayət Eyvazovun qəbuluna yazılmışdı, onun adına ərizə ünvanlamışdı. Bu müraciətdən 7-10 gün keçdikdən sonra onun çalışdığı idarəyə - Siyəzən Rayon Polis Şöbəsindən məlumat daxil oldu ki, rəis müavini Qorxmaz müəllim zəng edib onun şöbəyə gəlməsini tapşırır. Bir gün əvvəl onu Baş Prokurorluğun idarəsinə çağıraraq təhsil məsələsi ilə bağlı ifadəsi alınmış, oradan qayıtdıqdan sonra növbəti gün Qorxmaz müəllim zəng edərək bildirdi ki, rəis sizinlə görüşmək istəyir. O, Polis Şöbəsinə gəldi və sakitcə rəisin otağına keçib əyləşdi. Polis rəisi yeni təyin olunmuşdu. Rəislə görüşüb təbrik etdikdən sonra gördü ki, onun masasının üzərində onun cənab X2 Vilayət Eyvazova ünvanladığı müraciət ərizəsi vardır. Həmin ərizədə Siyəzən Rayon X5 Yol Polisi Bölməsinin rəisi Elşən Məmmədovun dövlət orqanlarını, icra hakimiyyətinin işçilərini təhqir etməsi və polis forması ilə çəkdirdiyi uyğunsuz videolarla bağlı daxili təhqiqat aparılması üçün müraciət etmişdi. Həmin videoda onun dövlət atributlarını, icra hakimiyyətinin əməkdaşlarını təhqir etməsi əks olunmuşdu. Polis rəisi masanın üzərindəki həmin ərizəni oxuduqdan sonra ona söyüş söyməyə və təhqir etməyə başladı: "Sən kimsən, nə cürətlə müraciət edirsən?" — deyərək üzərinə qışqırdı və polis əməkdaşlarını çağıraraq ona qarşı fiziki təzyiq göstərilməsini və saxlama otağına aparılmasını tapşırdı. O, cənab Nazirə müraciətində yalnız daxili təhqiqatın obyektiv aparılmasını və polis adına yaraşmayan bu kimi halların araşdırılmasını xahiş etmişdi. Lakin bunun müqabilində Polis Şöbəsində ona qarşı qanunsuz rəftar olunmuş, təhqir edilmiş və barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edir ki, Soltan adlı polis əməkdaşı və s. digər polis əməkdaşları koridorda yox idi, onları görməmişdi. Onlar sonradan polis rəisi tərəfindən otağa dəvət olunmuşlar. Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 apellyasiya şikayətini müdafiə edib, sonuncunun qeyd etdiyi hallar xüsusilə nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Protokolu tərtib edən orqan-nin ITB-nin rəisi, R X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da vurğuladı ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "apellyasiya şikayəti verməyimə icazə vermirlər" iddiası yalandır. O, hüquqlarından sərbəst istifadə edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Siyəzən rayonu ərazisində mənfi xarakterizə olunan şəxsdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və ailə üzvləri davamlı olaraq özlərinə aidiyyəti olmayan məsələlərə müdaxilə edir, ictimaiyyətdə yanlış rəy formalaşdırmağa cəhd göstərirlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər də anoloji əməllərə görə dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (narkotik vasitələrin, psixotrop maddələrin şəxsi istehlak mütənasibliyində qanunsuz əldə edilməsi, saxlanılması, daşınması) və IXM-in 510, 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə barəsində cinayət işi başlanmışdır. Hadisə günü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis idarəsinə dəvət olunarkən idarənin binasında və koridorunda ucadan intizamı pozaraq nalayıq söyüşlər söymüş, səs-küy salmış, polis əməkdaşlarının ictimai qaydanı bərpa etmək barədə qanuni tələblərinə nümayişkaranə şəkildə tabe olmamışdır. Hesab edirlər ki, Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə ona verilmiş 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tam ədalətlidir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, iş materialları ilə apellyasiya şikayətində qeyd edilən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında göstərdiyi hallarla əlaqəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi obyektiv sübutların məcmusu ilə təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Protokolu tərtib edən orqan-nin xidmət üzrə rəis müavini şahid2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nizam-intizama dəvət etsə də, onun buna məhəl qoymayaraq polis əməkdaşlarının və dövlət orqanının ünvanına nalayiq ifadələr işlətdiyini, şöbənin iş ahəngini pozduğunu təsdiq etmişdir. Digər şahid şahid1 da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini və şahid2 əli ilə itələdiyini bildirmişdir. Həmçinin, protokolları tərtib etmiş Səbuhi Zeynalov Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni tələblərə məhəl qoymadığını və hədələyici ifadələr ("siz görərsiz", "görün sizi neyniyəcəm") işlətdiyini vurğulamışdır. Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən, vəzifəli şəxslərin və şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokol mötəbər sübutlar sayılır. Videomüşahidə kameralarının görüntülərinin olmaması şahid qismində dindirilmiş üç vəzifəli şəxsin bir-birini tamamlayan və ardıcıl olan ifadələrinin mötəbərliyini şübhə altına ala bilməz. Apellyasiya şikayətində qeyd edilən hadisə vaxtı ilə bağlı (11:00 və 11:10) kiçik fərqliliklər isə xətanın mahiyyətini dəyişdirmir və təqsirliliyi inkar edən hal kimi qiymətləndirilə bilməz. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fiziki zorakılığa məruz qalması barədə iddiaları isə heç bir obyektiv sübutla (tibbi arayış və s.) təsdiqini tapmamışdır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu izahatlarını məsuliyyətdən yayınmaq məqsədi daşıyan müdafiə xarakterli mövqe kimi düzgün qiymətləndirmişdir. X10 qarşı əvvəllər baş vermiş hadisələrlə (oğlunun polis şöbəsinə aparılması ilə bağlı şikayətlər) əlaqədar qərəzli olduğunu iddia etmişdir. Lakin şahidlərin (şahid2 və şahid1) məhkəmə iclasındakı izahatlarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla heç bir qohumluq, düşmənçilik və ya ədavət münasibətlərinin olmadığı, xüsusən şahid2 cəmi 15 gün əvvəl bu vəzifəyə təyin edildiyi və şikayətçini əvvəllər tanımadığı müəyyən edilmişdir. Bu hal protokolların və izahatların qərəzli tərtib olunması iddialarını tamamilə təkzib edir. Şikayətçi ona tətbiq edilmiş 20 gün müddətinə inzibati həbs tənbehinin ədalətsiz və əsassız dərəcədə ağır olduğunu bildirmişdir. Lakin birinci instansiya məhkəməsi cəza təyin edərkən IXM-nin 31.2-ci maddəsinin tələblərinə tam riayət etmişdir. Məhkəmə tərəfindən yüngülləşdirici hallar müəyyən edilməmiş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə eyni xətalara (IXMnin 510 və 535.1-ci maddələri) görə 15 gün müddətinə inzibati həbs olunması faktı ağırlaşdırıcı hal (il ərzində təkrar törətmə) kimi nəzərə alınmışdır. Şəxsin eyni vaxtda iki inzibati xəta törətməsi, cəmiyyətə mənfi nümunə olması və xətanın xarakteri nəzərə alınaraq IXM-nin 34.3cü maddəsinin tətbiq edilməsi ilə ona 20 gün müddətinə həbs cəzasının verilməsi mütənasib və ədalətlidir. Məhkəmə qeyd edir ki, IXM-nin tələblərinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalı, həmçinin fiziki şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqini tapmış, istər inzibati xəta haqqında protokolu tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi IXMnin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilməklə tətbiq edilmiş inzibati tənbeh əmələ adekvat olmuşdur. Belə ki, IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri formal əsaslar kimi qiymətləndirilməklə apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs olunmasına dair Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Eyni zamanda barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Azərbaycan Respublikası inzibati qanunvericiliyin tələblərinə əsasən müdafiəçinin məhkəmə prosesində iştirakı IXM-nin 66-cı maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, məhkəmə prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən (## ##### 2025-ci il tarixli dəyişikliklərə görə) təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkil X1 apellyasiya icraatı zamanı göstərdiyi hüquqi xidmətə görə 3 (üç) iş saatı üçün hesablanmış 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənlərə əsasən IXM-nin 66.3, 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Apellyasiya instansiyası məhkəməsində göstərilmiş hüquqi yardımla bağlı inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar