Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-562/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan qәrar qәbul edilәn şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan qәrar qәbul edilәn şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Siyәzәn rayon Polis Şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 511.1.3-cü maddәsi ilә tәrtib olunmuş inzibati xәta haqqında protokol baxılması üçün Siyәzәn Rayon Mәhkәmәsinә göndәrilmişdir. Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı (hakim G.Quluzadә) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 511.1.3-cü maddәsi ilә tәqsirli bilinmәsi, nәqliyyat vasitәlәrini idarә etmәk hüququ 01 (bir) il müddәtә mәhdudlaşdırılmaqla 500 (beş yüz) manat mәblәğindә inzibati cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan qәrar qәbul edilәn şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, inzibati xәta haqqında işә baxan hakim, inzibati xәta hadisәsinin baş verdiyi әrazisini daha doğrusu hәmin әrazidә avtomobil yol infrastrukurun olub olmamasını öyrәnmәdәn,habelә tәrtib edilәn inzibati xәta hadisәsi haqqında protokolun qanuniliyini araşdırmadan qәrar qәbul edilmişdir. Belә ki, inzibati xәta hadisәsinin baş yerdiyi hesab olunan yer, dәnizkәnarında sahildә, avtomobil yolu olmayan vә hәr yerdәn sahilә gәlmәk mümkün olan әrazilәrdә baş vermişdir. Bundan başqa Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs AR İXM-nin 327.1-ci maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi mәsәlәsinә münasibәt bildirmlәsi üçün qәrarın surәti Siyzәn RPŞ-yә göndәrlmәsinә münasibәtdә isә onu bildirirәm ki,hәmin әrazidә bu normanın pozulması ümumiyyәtlә ağıla batmır. Hәmin әrazidә hәr hansı yol infrastrurktur olmadığından hәmin normanın tәrkibini yaradan әmәllәr baş verә bilmәz. Avtomobil yolu — X1 Qanuna әsasәn, nәqliyyat vasitәlәrinin vә piyadaların hәrәkәti üçün nәzәrdә tutulmuş, dövlәt standartlarına vә normativ aktlara uyğun qurğular vә torpaq zolağı olan xüsusi kompleksdir. Göründüyü kimi hәmin әrazidә konkret avtomobil yol olmadığından ,habelә yol hәrәkәti qanuna uyğun tәşkil olunub ,hәr hansı yol nişanı ilә tәnzimlәnmәdiyindәn (nizamlanmadığından) hәmin әrәzidә AR İXM-nin 327-ci (Nәqliyyat vasitәlәrinin sürücülәri tәrәfindәn yol hәrәkәti qaydalarının pozulması) maddәsinin 1-ci hissәindә göstәrliәn әmәllәrin pozulmasının baş vermәsi mümkün deyil. Bununla da, müәyyәn olnur ki, hakim onun әmәlindә AR İXM-nin 511-ci (Avtoxuliqanlıq) maddәsinin 511.1.3-cü vә AR İXM-nin 327-ci maddәsinin 1-ci hissәindә gösrәtilәn halların әlamәtlәri olmadığı halda barәsindә hәmin maddәlәr üzrә tәqsirlәndirlmәsinә dair qanunsuz vә әsassız özünün *(*-***)-***/**** nömrәli,##.##.2026-cı il tarixli qәrarını qәbul etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs etibarnamә әsasında idarә etdiyi “Mercedes Benz C200 Minik” markalı ** BK *** dövlәt qeydiyyat nişanlı avtomobil ilә nәqliyyat vasitәsini qәflәtәn sürәtlәndirmәklә yolun sәthindә çoxsaylı tәkәr izlәrinin buraxması, elәcә dә, әks istiqamәtli hәrәkәt zolağına çıxmadan manevr etmә qaydalarının pozulması ilә bağlı ## #### 2026-cı il tarixli, IXP seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә inzibati xәta tәrkibinin olmasını mübahisәlәndirmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.1-ci maddәsinә görә yol nişanlarının vә ya yolların hәrәkәt hissәsinin işarәlәrinin tәlәblәrinә riayәt edilmәmәsinә, yaxud nәqliyyat vasitәsinin yolların hәrәkәt hissәlәrindә yerlәşdirilmәsi, yaxud aramәsafәsi, yedәyә alma, yük daşıma, sürmә tәlimi keçmә, yaşayış zonasında hәrәkәt etmә, әks istiqamәtli hәrәkәt zolağına çıxmadan ötmә vә ya manevr etmә qaydalarının pozulmasına, sәkilәrlә vә “X1” Azәrbaycan Respublikasının Qanunu ilә nәzәrdә tutulmamış hallarda yolun çiyni ilә hәrәkәt edilmәsi inzibati mәsuliyyәt yaradır. İnzibati Xәtalar Mәcәllәsinin 511.1.3-cü maddәsinә әsasәn avtoxuliqanlıq, yәni mexaniki nәqliyyat vasitәsinin sürücüsü tәrәfindәn ictimai qaydanı vә әhalinin dincliyini nümayişkaranә şәkildә pozan, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn, yol hәrәkәti qaydalarının davamlı olaraq pozulması ilә müşayiәt olunan qәrәzli hәrәkәtlәr, yәni mexaniki nәqliyyat vasitәsini qәflәtәn sürәtlәndirmәklә davamlı olaraq tәkәrlәrin yolun sәthi ilә sürtünmәsi sәslәrinin çıxarılmasına vә ya yolun sәthindә çoxsaylı tәkәr izlәrinin buraxılması inzibati mәsuliyyәt yaradır. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Hәmin Mәcәllәnin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Hәmin Mәcәllәnin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. Hәmin Mәcәllәnin 76.1-ci maddәsinә әsasәn, inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Göründüyü kimi inzibati xәta üzrә mәsuliyyәtin yaranması üçün nәqliyyat vasitәsinin sürücüsü tәrәfindәn ictimai qaydanı vә әhalinin dincliyini nümayişkaranә şәkildә pozulması, açıqca hörmәtsizlik ifadә edilmәsi ilә bağlı, yol hәrәkәti qaydalarının davamlı olaraq pozulmasına dair nәqliyyat vasitәsini qәflәtәn sürәtlәndirmәklә davamlı olaraq tәkәrlәrin yolun sәthi ilә sürtünmәsi sәslәri çıxarılmalı vә ya yolun sәthindә çoxsaylı tәkәr izlәrinin buraxılması ilә müşayiәt edilәn zәruri şәrtlәr kimi müәyyәn edilmişdir, yәni bu iki hәrәkәtdәn birinin olması (tәkәrlәrin yolun sәthi ilә sürtünmәsi sәslәri çıxarılmalı vә ya yolun sәthindә çoxsaylı tәkәr izlәrinin buraxılması) әmәldә inzibati xәta tәrkibini yaradır. Hәr bir şәxs, o cümlәdәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs ictimai qaydanın pozulmasından çәkinmәli, ictimai qaydanı mühafizә vәzifәlәrini icra edәrkәn polis işçisinin qanuni tәlәblәrinә tabe olmalıdır. Hadisә barәdә video görüntüdәn göründüyü kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Siyәzәn rayonunun Böyük Hәmyә kәndi әrazisindә yerlәşәn çimәrlikdә özünә mәxsus avtomobil ilә manevr etmә qaydalarını pozmaqla, avtoxuliqanlıq etmiş, habelә buna dair görüntülәri sosial şәbәkәdә paylaşmışdır. Hәmin görüntülәrdәn göründüyü kimi, yol sәthindә çoxsaylı tәkәr izlәrinin buraxılmasına rәvac verәn yol hәrәkәti qaydasının pozulmasına yönәlәn hәrәkәt etmәklә, yәni avtomobil ilә nәqliyyat vasitәsini qәflәtәn sürәtlәndirmәklә yolun sәthindә çoxsaylı tәkәr izlәrinin buraxmış, elәcә dә, әks istiqamәtli hәrәkәt zolağına çıxmadan manevr etmә qaydaları pozulmuşdur. Bu da әmәldә inzibati xәta tәrkibinin olmamasına dair gәlinәn nәticәnin әsassızlığını qaçılmaz edir ki, bu da birinci instansiya mәhkәmәsinin şәхsin barәsindә inzibati qaydada tәnbeh tәtbiq edilmәsi ilә bağlı bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin etdiyini, sübutları tam araşdırmaqla Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәnbeh olunan әmәli törәtmәsinә dair işin faktiki hallarına uyğun olan nәticәyә gәldiyini vә onun hәmin әmәlini Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 327.1 vә 511.1.3-cü maddәsi ilә düzgün qiymәtlәndirdiyini ehtiva edir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. İnzibati Xәtalar Mәcәllәsinin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Belә olan halda işin faktiki halları vә әmәlin hüquqi tövsifinә dair gәlinәn nәticә qanuni vә әsaslı hesab edilmәli, apellyasiya şikayәtinin dәlillәri әmәldә inzibati xәta tәrkibinin olmaması vә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün әsaslı hesab edilmәmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-562/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-562/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver