Məhkəmə qərarları › İş №3(3-8)-563/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-563/2026

31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-563/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarına əsasən (hakim Vaqif Həsənov) Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiQərarından şikayət verilən orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiQərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan görünür ki, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq İbrahimov Mübariz Şura oğlu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) Abşeron Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi şikayəti təmin edərək yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Abşeron Rayon Məhkəməsinin həmin qərarından X4 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və Xidmətin Abşeron-Xızı regional şöbəsi tərəfindən vətəndaş Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxılmasında, yalnız barəsində İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. İnzibati xəta haqqında qərar qəbul etmiş orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq iş üzrə Qərardan şikayət verən orqan (şəxs) barədə qərar ləğv edilmişdir. Halbuki, məhkəmənin qərarında istinad etdiyi sübutlar Qərardan şikayət verən orqan (şəxs) təqsirini və onun əməlində olan inzibati xəta tərkibinin əlamətlərini tam təsdiq edir. Belə ki, İbrahimov Mübaris Şura oğlu ##.##.2026-cı il tarixdə “xxxx” MMC-nin Binəqədi-Novxanı yolunda yerləşən mebel sexinin ərazisində vəfat etmişdir. Araşdırma zamanı İbrahimov Mübaris Şura oğlu ilə “xxxx” MMC arasında qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, nəticədə işəgötürən tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulan hüquq pozuntusu törədilmişdir. Abşeron Rayon Məhkəməsi Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərarına əsaslanaraq qərar qəbul etmişdir. Belə ki, “xxxx” MMC barəsində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərarının qanuni qüvvə alıb-almaması barədə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarında hər hansı qeyd öz əksini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2026-cı il tarixli qərarına əsasən “Qanuni qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilmiş faktların digər icraatlarda nəzərə alınması həmin qərarın preyudisial təsirinin mövcudluğunu göstərsə də, bu hal sonrakı icraat üzrə bütün hüquqi məsələlərin əvvəlcədən həll edilməsi kimi qiymətləndirilə bilməz”. Eyni faktiki vəziyyətlə bağlı müxtəlif subyektlər barəsində aparılan icraatlarda yalnız “hadisənin eyni olması” arqumenti ilə əvvəlki məhkəmə aktının nəticələrinin digər subyektə bütövlükdə və şərhsiz şamil edilməsi düzgün hesab edilə bilməz. Çünki subyekt tərkibi və onların hüquqi statusu fərqli olduqda, əvvəlki aktla müəyyən edilmiş hallar yeni icraat üçün eyni hüquqi məna və eyni həcmdə bağlayıcılıq yaratmır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş sübutetmə predmetinə aid hallar yalnız eyni subyektlərə münasibətdə preyudisial əhəmiyyət daşıyır, fərqli subyektlər barəsində isə məsuliyyət məsələsi müstəqil qaydada araşdırılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, hüquqi şəxs barəsində icraata xitam verilməsi vəzifəli şəxs barəsində inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilə bilməz. Bununla da, işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, işəgötürən tərəfindən əmək münasibətlərinə cəlb edildiyi sübut olunmuşdur. Beləliklə, Abşeron Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsinin iclasında X4 Xidməti Abşeron-X3 nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini tədqiq edərək aşağıda qeyd olunanlara görə hesab edilir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi araşdırılan sübutlara əsasən müəyyən etmişdir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Lakin qanunvericiliyin bu tələbinə, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarı ilə “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Abşeron rayon prokurorluğunun ##.##.2026-cı il tarixli qərarı üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Halbuki, İXM-in 192.1-ci maddədə qeyd edilən inzibati xətanın törədilməsi sübuta yetirilməli idi. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini material üzrə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.1ci maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti, yəniQərarından şikayət verilən orqan tərəfindən heç bir mötəbər sübuta istinad edilmədən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi, Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi sübut yetirilməməsi, Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyini sübut edəcək müvafiq dəlillərin məhkəməyə təqdim edilməməsi, həmçinin sonuncunun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin aydınlaşdırılmaması, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və belə olan halda məhkəmənin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas olmamasına dair nəticəyə gəlməsi qanuni, əsaslı və ədalətli olmuşdur. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, həmin qərar ilə eyni məsələ ilə bağlı hüquqi şəxs “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Abşeron rayon prokurorluğunun ##.##.2026-cı il tarixli qərarı üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan bu günki günə kimi apellyasiya şikayəti verilməmişdir və qərar qanuni qüvvəsini almışdır. Apellyasiya məhkəməsi bu məsələ ilə bağlı qeyd edir ki, bir halda ki, eyni məsələ ilə bağlı “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdursa, deməli həmin MMC-nin direktoru olan vəzifəli şəxsinin də əməlində eyni inzibati xətanın tərkibi olmayacaqdır. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh edilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apelllyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar