Məhkəmə qərarları › İş №3(3-8)-564/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-564/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-564/2026 14.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təsisçisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim V.İ.Həsənov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası IXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 15000 (on beş min) manat məbləğində inzibati cərimə edilmişdir. IŞIN HALLARI : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası IXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən verilmiş 13 mart 2026-cı il tarixli **** nömrəli Qərara əməl etmədən tikinti işləri davam etdirilmişdir. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd edilən qərarı qəbul etmiş və qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin təsisçisi X5 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ƏLAVƏNIN DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyinin Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tikinti işlərinin dayandırılması barədə ## #### 2026-cı il tarixli, **** nömrəli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə rəsmi qaydada təqdim edilməmişdir. Həmin qərarın hüquqi şəxsə təqdim edilmədiyi halda MMC-nin həmin qərarın tələblərinə əməl etməməkdə təqsirli hesab edilməsi mümkün deyildir. Agentliyin **** nömrəli qərarının MMC-yə təqdim edilməməsi “xxxx” X3 “xxxx” MMC-nin X6 Filialının ## ###### 2026-cı il tarixli məktubu ilə də təsdiq olunur. Bu səbəbdən apellyasiya şikayətini verən şəxs hesab etmişdir ki, MMCnin IXM-in 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmişdir. IXM-in inzibati məsuliyyətin əsasları, təqsirsizlik prezumpsiyası, inzibati xəta anlayışı, iş üzrə müəyyən edilməli hallar və sübutların qiymətləndirilməsinə dair müddəalarına əsasən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun təqsiri və inzibati xəta tərkibinin bütün əlamətləri mötəbər sübutlarla müəyyən olunmalı, təqsirlə bağlı aradan qaldırılmamış şübhələr isə barəsində icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təsisçisi X5 tərəfindən ## ######## 2026-cı il tarixdə apellyasiya şikayətinə əlavə təqdim edilməklə apellyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyinin ## #### 2026-cı il tarixli, **** nömrəli qərarı MMC-yə rəsmi qaydada təqdim edilməmiş, həmin hal “xxxx” MMC-nin X6 Filialının ## ###### 2026-cı il tarixli məktubu ilə təsdiq olunmuşdur. Bununla yanaşı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus torpaq sahəsində tikinti aparılması məqsədilə Abşeron Rayon Icra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə dəfələrlə müraciətlər edilmiş, lakin həmin qurum tərəfindən müxtəlif əsaslarla tikintiyə icazə verilməmişdir. Həmin ərazidə elektrik, qaz və su sayğaclarının olduğunu, kommunal xidmətlərdən istifadəyə görə ödənişlərin hesablandığını qeyd edilməklə Abşeron Rayon Icra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin MMC-yə münasibətdə qərəzli davrandığını iddia edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.4-cü maddələrinə istinad edilərək göstərilir ki, həmin normalarda nəzərdə tutulan parametrlərə uyğun tikinti obyektləri üzrə məlumatlandırma icraatı həyata keçirilir və sifarişçi tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdikdən sonra qanunla müəyyən edilmiş müddətdə layihəyə dair əsaslandırılmış irad təqdim edilmədiyi halda tikinti işlərinə başlaya bilər. Onun müraciətlərinə Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən formal və əsassız cavablar verilmiş, tikinti layihəsində hansı konkret qüsur və nöqsanların mövcud olduğu, habelə hansı normativ hüquqi aktların tələblərinin pozulduğu əsaslandırılmamışdır. Buna görə həmin orqanın tikinti işlərinin aparılmasına münasibətdə mövqeyinin qanuni olmadığı iddia edilir. Əlavədə həmçinin IXM-in 3, 6, 8, 12, 21, 53.1.2, 75, 76 və 84-cü maddələrinə istinad edilməklə vurğulanmışdır ki, inzibati məsuliyyət yalnız inzibati xəta tərkibinin bütün əlamətləri və şəxsin təqsiri sübuta yetirildiyi halda yarana bilər; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, onun təqsirinə dair şübhələr onun xeyrinə həll edilməli, işin bütün əhəmiyyətli halları isə hərtərəfli, tam və obyektiv araşdırılmalıdır. Apellyasiya şikayətinə əlavədə Azərbaycan Respublikası Konstitusiyasının 60 və 63-cü maddələrinə əsasən məhkəmə müdafiəsi hüququnun təmin olunmalı olduğu və qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilməsinin yolverilməzliyi göstərilməklə iş üzrə icraata xitam verilməsi xahiş edilir. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, mübahisələndirilən qərarın hansısa etibarnamə əsasında Aqil Əliyevə verilməsi sonuncunun MMC-nin təmsilçisi olmaq deyil, ona görə də MMC barəsində tərtib edilmiş protokol əsassız olduğundan apelyasiya şikayəti təmin edilməklə məhkəmə qərarının ləğv edilməsini xahiş edirlər. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən protokol tərtib etmiş orqan - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da vurğuladı ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təsisçisi tərəfindən notarial qaydada X1 etibarnamə verilmiş və həmin etibarnamənin üzərində MMCnin möhürü də vurulmuş, məhz aidiyyəti sənədlər sonuncuya verilməklə tikintiyə icazənin və tikintiyə aid sənədlərin Agentliyə təqdim edilməsi bildirilsə də, heç bir sənəd təqdim edilməmiş, əksinə mart ayında tikintinin dayandırılması qərarı olmasına baxmayaraq tikinti işləri davam etdirilmiş, bunu təsdiq edən fotoşəkilləri də məhkəməyə təqdim edir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən iş materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini apellyatorun şikayətinə münasibətdə qanuni və əsaslı sayıram. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokolda Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tikinti işlərinin dayandırılması barədə Agentliyin ## #### 2026-cı il tarixli, **** nömrəli qərarına əməl edilmədən tikinti işlərinin davam etdirildiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tədqiq edərək müəyyən etmişdir ki, Agentliyin ## #### 2026-cı il tarixli, **** nömrəli qərarı ilə müvafiq ərazidə tikinti işlərinin dayandırılması qərara alınmış olsa da, iş materiallarında olan fotoşəkillərlə isə tikinti işlərinin aparılmasının davam etdirildiyi müəyyən edilmişdir. Məhkəmə həmin sübutları məcmu halında qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin IXM-in 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası IXM-in 394.0.7-ci maddəsinin dispozisiyasından görünür ki, tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına əməl edilməməsi inzibati məsuliyyətə səbəb olur. Birinci instansiya məhkəməsi də işə məhz həmin hüquqi çərçivədə qiymət vermiş, Agentliyin tikinti işlərinin dayandırılması barədə qərarının mövcudluğunu və həmin qərardan sonra tikinti işlərinin aparıldığını iş materiallarında olan sübutlarla müəyyən etmişdir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, Agentliyin ## #### 2026-cı il tarixli, **** nömrəli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə rəsmi qaydada təqdim edilməmiş və bu hal “xxxx” MMC-nin X6 Filialının # ###### 2026-cı il tarixli məktubu ilə təsdiq edilmişdir. Şikayətçi bu halı MMC-nin təqsirinin mövcud olmadığını təsdiq edən əsas kimi qiymətləndirir. Məhkəmə həmin dəlili birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün yetərli hesab etmir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş poçt sənədi hər hansı konkret poçt göndərişinin təqdim olunması ilə bağlı halı təsdiq edə bilsə də, özlüyündə Agentliyin ## #### 2026-cı il tarixli, **** nömrəli qərarının mövcudluğunu aradan qaldırmır və iş materiallarında olan digər sübutları etibarsız etmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnız həmin qərarın mövcudluğuna deyil, eyni zamanda tikinti işlərinin dayandırılmasına dair qərardan sonra tikinti işlərinin faktiki aparıldığını göstərən fotoşəkillərə və inzibati xəta haqqında işin digər materiallarına əsaslanmışdır. Bu baxımdan, apellyasiya şikayətində qərarın rəsmi təqdim edilməməsinə istinad olunması ilə də razılaşmaq olmaz ona görə ki, apellyasiya icraatı zamanı protokolu tərtib etmiş orqanın məhkəməyə təqdim etdiyi etibarnamədən görünür ki, ##.##.2023-cü il tarixində ünvan 2 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin adından X7 Təhminə Hüseyn qızı tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan X1 etibarnamə verilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin adından X5 tərəfindən bütün dövlət orqanlarında MMC-nin adından təmsil olunmaq və s. səlahiyyətlər X1 verilmiş, həmçinin həmin etibarnamənin üzərində MMC-nin möhürü də vurulmuşdur. Sonuncunun MMC-nin direktoru olması apellyasiya icraatı zamanı ilk məhkəmə iclasında iştirak etmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin X10 Təhminə Hüseyn qızı və X1 da təsdiq etmişlər. Bundan başqa, iş materiallarından göründüyü kimi, həmçinin apellyasiya icratında Agentliyin nümayəndəsinin də qeyd etdiyi kimi, tikinti sahəsində olduqları vaxt özünü tikintinin sahibi kimi təqdim etməklə ##.##.2023-cü il tarixli etibarnaməni təqdim etmiş X1 ##.##.2026-cı il tarixli Tikinti işlərinin dayandırılması barədə **** nömrəli qərar təqdim edilmiş və sonuncuya izah edilməklə aidiyyəti sənədlərin, yəni tikintiyə icazənin və tikintiyə aid sənədlərin Agentliyə təqdim edilməsi bildirilməklə təqdim edilən qərarın arxasında Adil Əliyev tərəfindən qəbul edilməsi imzası ilə təsdiq edilmiş, lakin keçən müddət ərzində heç bir sənəd Agentliyə təqdim edilməmiş, əksinə mart ayında tikintinin dayandırılması qərarı olmasına baxmayaraq tikinti işləri davam etdirilmiş, bunu təsdiq edən fotoşəkillər birinci instansiya məhkəməsinə, eləcə də tikintinin daha da artıq olaraq (birinci mərtəbənin üstünün betonla örtülməsi) aparılmasını təsdiq edən son fotoşəkillər apellyasiya məhkəməsinə təqdim edilmişdir. Məhz müəyyən edilmiş işin bu halları birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutların məcmusu əsasında gəldiyi nəticəni apellyatorun dediklərini təkzib edən kifayət qədər əsas kimi götürülür və hesab edilir ki, inzibati xəta haqqında iş üzrə sübutlar ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi və məcmusu əsasında qiymətləndirilməlidir. Azərbaycan Respublikası IXM-in 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdırılmasına əsaslanan daxili inamı ilə sübutları qiymətləndirir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iş materiallarında olan Agentliyin qərarını, inzibati xəta haqqında protokolu və fotoşəkilləri qarşılıqlı əlaqədə qiymətləndirmiş və həmin sübutların məcmusundan hüquqi şəxsin əməlində IXM-in 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olması nəticəsinə gəlmişdir. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus torpaq sahəsində tikinti aparılması ilə bağlı Abşeron Rayon Icra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə dəfələrlə müraciətlər edilmiş, lakin müxtəlif səbəblərlə tikintiyə icazə verilməmiş, həmin ərazidə işıq, qaz və su sayğaclarının olmasına, kommunal xidmətlərə görə ödənişlərin hesablanmasına baxmayaraq tikinti işlərinin aparılmasına maneələr yaradılmışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar hazırkı inzibati xəta haqqında iş üzrə hüquqi qiymətləndirmənin predmetini dəyişmir. Hazırkı iş üzrə araşdırılmalı olan məsələ Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin torpaq sahəsinə mülkiyyət hüququnun olub-olmaması, həmin əraziyə kommunal xidmətlərin göstərilib-göstərilməməsi və ya yerli icra hakimiyyəti orqanının tikintiyə icazə verilməsi ilə bağlı hərəkət və ya hərəkətsizliyinin qanuniliyinin qiymətləndirilməsi deyil. Işin predmeti Agentliyin tikinti işlərinin dayandırılması barədə qərarına əməl edilməyərək tikinti işlərinin davam etdirilib-etdirilməməsidir. Bu səbəbdən torpaq sahəsinə dair çıxarışın, kommunal xidmətlərdən istifadəyə dair qəbzlərin, habelə tikintiyə icazə verilməsi ilə bağlı müxtəlif müraciət və imtina sənədlərinin mövcudluğu Agentliyin ayrıca qəbul etdiyi tikinti işlərinin dayandırılması barədə qərarın hüquqi nəticələrini öz-özlüyündə aradan qaldırmır. Apellyasiya şikayətində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.4-cü maddələrinə istinad edilərək müəyyən tikinti obyektləri barədə məlumatlandırma icraatının tətbiq edildiyi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə layihəyə dair əsaslandırılmış irad təqdim edilmədiyi halda sifarişçinin tikinti işlərinə başlaya biləcəyi göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, bu dəlillər də hazırkı iş üzrə müəyyən edilmiş inzibati xətanı aradan qaldırmır. Şikayətdə göstərilən məlumatlandırma icraatı ilə bağlı müddəalar tikintiyə başlanılmasının hüquqi əsasları ilə əlaqədardır. Hazırkı işdə isə məsuliyyətə səbəb olan hal tikintiyə başlanılmasının ilkin hüquqi əsaslarından deyil, tikintiyə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqanın artıq qəbul etdiyi tikinti işlərinin dayandırılması barədə qərara əməl edilməməsindən ibarətdir. Başqa sözlə, tikinti obyektinə münasibətdə məlumatlandırma icraatının tətbiq edilməli olması barədə dəlil səlahiyyətli dövlət orqanının konkret tikinti ilə bağlı qəbul etdiyi dayandırma qərarının mövcudluğu şəraitində həmin qərara əməl etməmək faktına verilən hüquqi qiyməti aradan qaldırmır. Şikayətçi həmin qərarın başqa hüquqi prosedur çərçivəsində qanuniliyini mübahisələndirmək hüququna malik olsa da, hazırkı inzibati xəta haqqında işdə həmin qərarın mövcudluğu və ona əməl edilməməsi məsələsi qiymətləndirilir. Məhkəmə apellyasiya şikayətində Abşeron Rayon Icra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin MMC-yə münasibətdə qərəzli davranması barədə irəli sürülmüş dəlilləri də birinci instansiya məhkəməsinin qərarının qanuniliyinə təsir edən hal hesab etmir. Belə ki, həmin iddialar başqa inzibati orqanın hərəkət və ya hərəkətsizliyinə aiddir və hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin IXM-in 394.0.7-ci maddəsində nəzərdə tutulmuş əməli törədib-törətmədiyinin müəyyən edilməsini əvəz etmir. Apellyasiya şikayətində həmçinin IXM-in 3, 8, 12, 53.1.2, 75, 76 və 84-cü maddələrinə istinad edilməklə MMC-nin təqsirinin sübuta yetirilmədiyi, mövcud şübhələrin onun xeyrinə həll edilməli olduğu və inzibati xəta tərkibinin olmaması əsası ilə iş üzrə icraata xitam verilməli olduğu bildirilmişdir. Məhkəmə bu dəlillərlə də razılaşmır. Təqsirsizlik prezumpsiyası inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirini sübut etmək vəzifəsini həmin şəxsin üzərinə qoymur və aradan qaldırılmamış şübhələrin onun xeyrinə həll edilməsini tələb edir. Bununla belə, bu prinsip işdə təqsiri təsdiq edən sübutların mövcud olduğu halda onların qiymətləndirilməsini istisna etmir. Hazırkı halda birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsiri barədə nəticəyə ehtimal və fərziyyələr əsasında deyil, Agentliyin ## #### 2026-cı il tarixli, **** nömrəli qərarı, inzibati xəta haqqında protokol və tikinti işlərinin davam etdirildiyini əks etdirən fotoşəkillər əsasında gəlmişdir. Birinci instansiya məhkəməsi bu sübutları IXM-in 84-cü maddəsinin tələblərinə uyğun olaraq qarşılıqlı əlaqədə qiymətləndirmişdir. Apellyasiya şikayətində isə həmin sübutların yolverilməzliyi, mötəbərliyinin aradan qalxması və ya onların işin faktiki hallarına uyğun olmaması barədə birinci instansiya məhkəməsinin nəticəsini təkzib edən kifayət qədər əsas göstərilməmişdir. Məhkəmə onu da nəzərə alır ki, birinci instansiya məhkəməsi inzibati tənbeh müəyyən edərkən hüquqi şəxsə münasibətdə IXM-in 31.3-cü maddəsində nəzərdə tutulmuş meyarları nəzərə almış, məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların müəyyən edilmədiyini göstərmiş və IXM-in 394.0.7-ci maddəsinin hüquqi şəxslər üçün nəzərdə tutulan cərimə sanksiyasının aşağı həddində inzibati cərimə tətbiq etmişdir. Bu baxımdan təyin edilmiş inzibati tənbeh törədilmiş inzibati xətanın xarakterinə uyğun olmaqla həddindən artıq ağır hesab edilə bilməz. Azərbaycan Respublikası IXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, o cümlədən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanun normasının düzgün tətbiq edilməməsi və ya işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olacaq dərəcədə prosessual pozuntuların mövcud olması tələb edilir. Hazırkı iş üzrə isə belə hallar müəyyən edilmir. Birinci instansiya məhkəməsi işin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları araşdırmış, təqdim edilmiş sübutlara hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş materialları ilə əsaslandırmış və hüquqi şəxsin əməlini IXM-in 394.0.7-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara şikayətçinin fərqli hüquqi qiymət verməsindən ibarət olmaqla, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığını və ya iş üzrə mühüm əhəmiyyət kəsb edən hər hansı halın araşdırılmadığını təsdiq etmir. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. IXM-nin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. IXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15000 (on beş min) manat məbləğində cərimə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təsisçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti və şikayətə əlavə təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar