Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-566/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Protokolu tәrtib edәn orqan nümayәndәsi nümayәndә1 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikasının Baş Prokurorluğu tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası İXM-in 447.0.3-cü maddәsi ilә inzibati xәta haqqında icraatın başlanması haqqında qәrar vә toplanmış material aidiyyәti üzrә baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı (hakim S.Sәmәdzadә) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 447.0.3-cü maddәsi ilә tәqsirli bilinәrәk 4000 (dörd min) manat mәblәğindә inzibati cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn qәbul edilmiş qәrar qanunsuz, әsassız vә obyektivlikdәn uzaqdır. Mәhkәmә işin faktiki hallarını tam, hәrtәrәfli vә obyektiv araşdırmamış, prosessual hüquqlarını kәskin şәkildә pozmuş, sübutlara birtәrәfli qiymәt vermiş vә maddi hüquq normalarını yanlış tәtbiq etmişdir. Qәrar aşağıdakı hüquqi vә faktiki әsaslara görә lәğv edilmәlidir. Xaçmaz Rayon Mәhkәmәsi qәrarında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә mәhkәmәnin vaxtı vә yeri barәdә lazımi qaydada mәlumat verildiyini qeyd etsә dә, iş materiallarında bildirişin (rәsmi çağırış varaqәsinin vә ya poçt qәbzinin) Cәmiyyәtә rәsmi çatdırılmasını tәsdiq edәn heç bir sübut yoxdur. Cәmiyyәt mәhkәmә iclasının keçirilmә vaxtından xәbәrsiz olduğu üçün öz qanuni nümayәndәsi vә vәkili vasitәsilә iclasda tәmsil edilә bilmәmiş, öz mövqeyini, tәdarük sәnәdlәrini vә müdafiә dәlillәrini mәhkәmәyә tәqdim etmәk imkanından mәhrum edilmişdir. Bu hal müdafiә hüququnun kәskin pozulmasıdır vә apellyasiya qaydasında qәrarın lәğvi üçün müstәqil әsasdır. Xaçmaz Rayon Mәhkәmәsi qәrarında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-ә mәhkәmәnin vaxtı vә yeri barәdә lazımi qaydada mәlumat verildiyini qeyd etsә dә, iş materiallarında bildirişin (rәsmi çağırış varaqәsinin vә ya poçt qәbzinin) Cәmiyyәtә rәsmi çatdırılmasını tәsdiq edәn heç bir sübut yoxdur. Cәmiyyәt mәhkәmә iclasının keçirilmә vaxtından xәbәrsiz olduğu üçün öz qanuni nümayәndәsi vә vәkili vasitәsilә iclasda tәmsil edilә bilmәmiş, öz mövqeyini, tәdarük sәnәdlәrini vә müdafiә dәlillәrini mәhkәmәyә tәqdim etmәk imkanından mәhrum edilmişdir. Bu hal müdafiә hüququnun kәskin pozulmasıdır vә apellyasiya qaydasında qәrarın lәğvi üçün müstәqil әsasdır. Mağazada aşkar edildiyi iddia olunan "Kocide 2000" preparatı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn istehsal olunmamışdır. Cәmiyyәt pәrakәndә satışla mәşğul olan tәsәrrüfat subyektidir. Hәmin preparat rәsmi distribütor vә ya tәdarükçü şirkәtlәrdәn qablaşdırılmış vә bağlaması açılmamış vәziyyәtdә (orijinal qablaşdırmada) alınaraq satışa çıxarılmışdır. Mәhkәmә qәrarında qeyd olunur ki, "laborator müayinәlәr nәticәsindә mәhsulun tәrkib göstәricilәrindә aşkar olunmasa da, saxtalaşdırılmış qablaşmanın üzәrindә 35% mis olmasının qeyd edilmәsi..." Mәhkәmә, nümunәlәrin götürülmәsi zamanı prosessual qaydalara riayәt olunub-olunmadığını, götürülәn nümunәnin mәhz Cәmiyyәtimizә aid partiyadan olubolmadığını vә ekspertiza rәyinin hüquqi qüvvәsini araşdırmamışdır. Bundan başqa, saxtalaşdırmanı hәyata keçirәn әsl tәqsirkar şәxslәrin (istehsalçı vә ya saxta malı bazara çıxaran digәr topdansatış subyektlәrinin) müәyyәn edilmәsi әvәzinә, mәsuliyyәtin heç bir laboratoriya şәraiti olmayan pәrakәndә satıcının üzәrinә qoyulması hüquqi әdalәt prinsipinә ziddir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin vә şikayәt әlavәnin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçılarının izahatını dinlәyәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Azәrbaycan Respublikasının Baş Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar idarәsindәn daxil olmuş inzibati xәta haqqında iş üzrә icraatın başlanması haqqında qәrardan görünür ki, hüquqi şәxs "xxxx" MMC-nin (VÖEN:**********) direktoru X1 hәmin MMC-nin xeyrinә vә onun maraqlarının qorunması üçün hәrәkәt edәrkәn Xaçmaz rayonu, Köhnә Xaçmaz kәndindә yerlәşәn satış mәrkәzindә “Kocide 2000” әmtәә nişanlı dәrman preparatının tәrkibindә mis elementi olmadığı halda hәmin preparatın tәrkibindә guya 35% mis olması barәdә bәyan edilmiş, standartların vә digәr normativ sәnәdlәrin tәlәblәrinә cavab vermәyәn malın satışını hәyata keçirmәklә istehlakçıların hüquqlarını pozmuşdur. Araşdırma zamanı X2 “xxxx” MMC-nin “Kocide 2000” әmtәә nişanlı dәrman preparatının digәr şirkәtlәr tәrәfindәn saxtalaşdırılaraq satılmasına dair AQTA-ya müraciәti әsasında araşdırma aparıldığını, nәticәdә “xxxx” MMC-nin Xaçmaz rayonu, Köhnә Xaçmaz kәndindә yerlәşәn satış mәrkәzindә yuxarıda qeyd edilan şübhәli mәhsulun aşkar olunduğunu, laborator müayinlәr nәticәsindә mәhsulun tәrkib göstәricilәrindә aşkar olunmasa da, saxtalaşdırılmış qablaşmanın üzәrindә 35% mis olmasının qeyd edilmәsini bildirmişdir. X4 “pestisid vә aqrokimyәvi maddәlәrin saxlanc vә satış yerlәrindә uyğunsuzluqlar aşkarlanması barәdә” Baş Prokurorluğa daxil olmuş ##.##.2025-ci il tarixli, *-**/*-******/**** nömrәli müraciәt üzrә Korrupsiyaya Qarşı Mübarizә Baş İdarәsi tәrәfindәn araşdırma aparılaraq ##.##.2026-cı il tarixdә CPM-nin 39.1.2-ci maddәsinә әsasәn cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrar qәbul edilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 447.0.3-cü maddәsinә görә istehlakçıların hüquqlarının pozulmasına, yәni standartların vә digәr normativ sәnәdlәrin tәlәblәrinә cavab vermәyәn malların istehsalı, satılması, işlәrin yerinә yetirilmәsi, xidmәtlәrin göstәrilmәsi (bu Mәcәllәnin 220.3-cü, 220.8-ci vә 220.9-cu maddәlәrindә nәzәrdә tutulmuş hallar istisna olmaqla) inzibati mәsuliyyәt yaradır. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Azәrbaycan Respublikası Konstitusiyasının 60-cı maddәsinin İ hissәsinә görә hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. Bununla әlaqәdar qeyd edilmәlidir ki, istinad edilәn maddә üzrә mәsuliyyәtin yaranmasından ötrü standartların vә digәr normativ sәnәdlәrin tәlәblәrinә cavab vermәyәn malların istehsalı, satılması, işlәrin yerinә yetirilmәsi, xidmәtlәrin göstәrilmәsi ilә istehlakçıların hüquqlarının pozulmasına yönәlәn hәrәkәtlәr edilmәlidir. İnzibati xәta üzrә mәsuliyyәtin yaranmasından ötrü maddәnin dispozisiyasında nәzәrdә tutulan әmәllәrdәn hәr hansı birinin etmәsi kifayәt edir ki, şәxsin әmәlindә inzibati xәta tәrkinin olması qәnaәtinә gәlinmәsi mümkün olsun. “Kocide 2000” әmtәә nişanlı dәrman preparatının digәr şirkәtlәr tәrәfindәn saxtalaşdırılaraq satılmasına dair AQTA-ya müraciәti әsasında araşdırma aparılmış, nәticәdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Xaçmaz rayonu, Köhnә Xaçmaz kәndindә yerlәşәn satış mәrkәzindә yuxarıda qeyd edilan şübhәli mәhsulun aşkar olunduğunu, laborator müayinlәr nәticәsindә mәhsulun tәrkib göstәricilәrindә aşkar olunmasa da, saxtalaşdırılmış qablaşmanın üzәrindә 35% mis olmasının qeyd edilmәsi müәyyәn edilmişdir. Bu isә onu ehtiva edir ki, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası İХM-nin 447.0.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә qәnaәtә gәlәrkәn Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-ә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135ci maddәsindә nәzәrdә tutulan qanuni әsaslar yoxdur. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati xәta üzrә gәldiyi nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-566/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-566/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver