Məhkəmə qərarları › İş №3(3-8)-567/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-567/2026

31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-567/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Azərbaycan Dövlət Su X8 Suların İstifadəsinə və X7 Xidmətinin * saylı Abşeron-X3 nümayəndəsi X1, barəsində inzbati xəta haqqında iş üzrə icraaat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Dövlət Su X8 Suların İstifadəsinə və X7 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata təqsirin sübuta yetirilməməsi əsası ilə xitam verilmişdir. (hakim Elvin Teymur-Zadə) İşin halları: Suların İstifadəsinə və X7 Xidmətinin * saylı Abşeron-X3 məsləhətçi müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ## ###### 2026-cı il tarixdə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “Şahsaray” şadlıq evində formalaşan tullantı sularının Abşeron suvarma kanalına axıdılması faktı müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsində ilə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. (hakim Abusət Qasımov) Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə aparılan icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv olunaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. (hakim Rəşadət Ağayev) İnzibati xəta haqqında protokola yenidən baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Həmin qərardan Azərbaycan Dövlət Su X8 Suların İstifadəsinə və X7 Xidməti apellyasiya şikayəti verərək, mübahisələndirilən qərarın ləğv edilib, işə mahiyyəti üzrə baxaraq vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə iş üzrə müəyyən edilmiş faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamış, iş materiallarında olan sübutları onların qarşılıqlı əlaqəsi və məcmusu nəzərə alınmaqla qiymətləndirməmiş, habelə müəyyən edilmiş faktiki halların hüquqi nəticələrini düzgün müəyyən etməmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticə iş materiallarında olan sübutların məzmunu ilə tam uyğun gəlməmiş və iş üzrə inzibati xəta tərkibinin mövcudluğu ilə bağlı düzgün olmayan qənaət formalaşmışdır.İş materiallarından və məhkəmənin öz qərarından da göründüyü kimi, “Şahsaray” şadlıq evində formalaşan tullantı sularının xüsusi çəkilmiş boru vasitəsilə Abşeron suvarma kanalına axıdılması faktı məhkəmə tərəfindən inkar edilməmişdir. Başqa sözlə, tullantı sularının mövcudluğu, onların boru vasitəsilə axıdılması və axıdılmanın Abşeron suvarma kanalına istiqamətlənməsi iş üzrə müəyyən edilmiş faktiki hallardır. Mübahisə əsasən həmin hərəkətin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla hüquqi və faktiki əlaqəsinin, habelə onun təqsirinin sübuta yetirilib-yetirilməməsi məsələsi ətrafında yaranmışdır. Hesab edir ki, borunun kimin tərəfindən çəkilməsinə və müəssisənin əvvəlki mülkiyyətçisi Cəmil Daşaşov ilə “xxxx” ASC-nin Abşeron Sukanal İdarəsi ilə arasında bağlanmış müqavilənin olması, yəni əvvəlki mülkiyyətçi ilə müvafiq müqavilənin bağlanmış olması, yeni mülkiyyətçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tullantı sularını təmizlənib təyinatı üzrə axıdılması vəzifəsindən azad etmir. Tullantı suları kanalizasiya şəbəkəsi vasitəsilə,mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə isə müvafiq tələblərə cavab verən çirkab quyuları inşa edilməklə və tullantı suları lokal təmizləyici qurğu vasitəsilə təmizlənmə prosesindən keçirildikdən sonra həmin quyulara axıdılmalıdır. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən nə bu tələblərə riayət edilmiş, nə də müvafiq qurum ilə müqavilə bağlanmışdır. Bundan əlavə nəzərə alsaq ki, ##.##.2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ##.##.2017-ci il tarixli ******* nömrəli çıxarışa əsasən şadlıq sarayı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətinə 2017-ci ildə keçmişdir və həmin tarixdən 2026-cı ilin müvafiq dövrünədək şadlıq sarayının fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq Abşeron suvarma kanalına axıdılmasından o, xəbərsiz ola bilməzdi. Hətta boru əvvəlki mülkiyyətçi tərəfindən çəkilmiş olsa da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu nöqsanı aradan qaldırmalı və tullantıların idarə edilməsini qanunvericliyə, müəyyən edilmiş Qaydalara uyğunlaşdırmalı idi. Lakin o, bunu etməmişdir. Hazırkı iş üzrə inzibati xəta hadisəsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli olması baxış aktı, inzibati xəta haqqında protokol, foto şəkillər, eləcə də digər yazılı sübutlarla tam təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi isə bu sübutların hüquqi əhəmiyyətini lazımi qaydada qiymətləndirməmiş və onların məcmusundan irəli gələn nəticələri nəzərə almamışdır. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsində nümayəndə Natiq Nəsirov apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və materiala mahiyyəti üzrə baxılaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində müdafiəçi Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, göstərilən xidmətə görə pul ödənilmiş, iki dəfə alqı-satqı olmuş, əmlakın yarısı Cəmil Dadaşovda, yarısı isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qalmış, 2020-ci ildə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına keçirilmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini tədqiq edərək zərərçəkmiş şəxsi dinləyib aşağıda qeyd olunanlara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli Abşeron Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə olunan qərardan görünür ki, məhkəmə iş üzrə icraata xitam verilməsinə dair yekun nəticəyə gələrkən, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən tullantı sularının Abşeron suvarma kanalına məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “Şahsaray” şadlıq evindən axıdılması, habelə bu axıdılmanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, müvafiq borunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən çəkilməsi müəyyən edilməmişdir. Bundan başqa, inzibati orqan tərəfindən tullantı sularının məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus müəssisədən axıdılması ilə bağlı obyektiv xarakterli sübutların məhkəməyə təqdim edilməsinin təmin edilməməsi, tullantı suyunun mənbəyinin, axıdılma istiqamətinin, istifadə olunan borunun təyinatının və həmin boru ilə müəssisə arasında texniki əlaqənin müəyyən edilməsinə dair müvafiq araşdırmanın aparılmasına dair sübutların iş materiallarında mövcud olmamasına istinad edilmişdir. Apellyasiya məhkəməsi məhkəmə baxışı zamanı iş materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsinə dair nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, İş materiallarında olan ##.##.2026-cı il tarixli Azərbaycan Dövlət Su X8 Suların İstifadəsinə və X7 Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş aktdan görünür ki, keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus müəssisədən axıdılan tullantı sularının xüsusi çəkilmiş borular vasitəsilə Abşeron suvarma kanalına axıdılması faktı aşkar edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Abşeron Sukanal İdarəsi ilə X2 arasında bağlanılmış ##.##.2020-ci il tarixli müqavildən görünür ki, tullantı sularının kanalizasiya sisteminə qəbul edilməsi məsələsinin tənzimlənməsi müqavilənin predmeti kimi müəyyən edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, X2 adından “xxxx” ASC-nin ünvanına mütəmadi olaraq cari ili də əhatə edən ödənişlər edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadının icrası əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ##.##.2026-cı il tarixli cavabında göstərilmişdir ki, müqavilə öhdəlikləri çərçivəsində sözügedən qeyriyaşayış sahəsinin su təchizatı və tullantı sularının kənarlaşdırılması xidmətləri ilə təminatı fasiləsiz olaraq həyata keçirilmiş, müvafiq xidmət haqlarının ödənişləri ##.##.2010-cu il tarixdən cari dövrə qədər müntəzəm və tam şəkildə təmin edilmişdir. İş materialları ilə müəyyən edilir ki, X2 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında bağlanmış ##.##.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 2274.5 kv/m olan qeyri-yaşayış binasına mülkiyyət hüququ əldə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ##.##.2017-ci il tarixli ******* nömrəli çıxarışdan görünür ki, protokolda təsbit olunmuş şadlıq sarayının yerləşdiyi sahə (Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisi) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsusdur. İşin bütün yuxarıda sadalanan hallarına baxmayaraq Suların İstifadəsinə və X7 Xidmətinin * saylı Abşeron-Xızı regional bölməsi heç bir qanuni və hüquqi əsas olmadan formal olaraq belə qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən su təsərrüfatı qurğuları və avadanlığı zədələnmiş, onların istismar qaydalarına riayət edilməmişdir. Apellyasiya şikayətində qeyd edilən bütün hallar tullantı sularının Abşeron suvarma kanalına məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “Şahsaray” şadlıq evindən axıdılması, habelə bu axıdılmanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, müvafiq borunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən çəkilməsi, inzibati orqan tərəfindən tullantı sularının məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus müəssisədən axıdılması kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzlərindən göründüyü kimi X2 adından “xxxx” ASC-nin ünvanına mütəmadi olaraq cari ili də əhatə edən ödənişlər edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh edilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirinin sübuta yetirilməməsinə görə xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar