Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-568/2026 04.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Respublikasının Rәqәmsal İnkişaf vә Nәqliyyat Nazirliyinin Tabeliyindә Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinin nümayәndәsi Ağayev İlqar İbrahim oğlunun vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “xxxx” MMC-nin nümayәndәsi X1 iştirakı ilә, “xxxx” MMC barәsindә Azәrbaycan Respublikasının İXM-nin 324-1.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)- ****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “xxxx” MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikasının Rәqәmsal İnkişaf vә Nәqliyyat Nazirliyinin Tabeliyindә Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyi tәrәfindәn “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası İXM-in 324-1.1-ci maddәsi ilә ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Protokol onunla әsaslandırılmışdır ki, “xxxx” MMC-ә verilmiş ****** nömrәli Gürcüstan “ikitәrәfli transit” icazә blankı ##.##.2026-cı il tarixindә “FEX LOGİSTİC” MMC-ә mәxsus **BK*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinә ötürülmәsi aşkar edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı (hakim V.Hәsәnov) ilә “xxxx” MMC-nin Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 324-1.1-ci maddәsi ilә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәklә 3000 (üç min) manat mәblәğindә inzibati cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “xxxx” MMC qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi ilә bağlı yeni qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı qanunsuz vә әsassızdır. Belә ki, mәhkәmә tәrәfindәn “xxxx” MMC-nin tәqsiri sübuta yetirilmәmişdir. Mәhkәmәnin qәrarından göründüyü kimi, mәhkәmә yalnız Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinin Bakı Regional İdarәsi tәrәfindәn “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 324-1.1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xәta haqqında protokola istinad edәrәk “xxxx” MMC-nin tәqsirinin sübuta yetirildiyini hesab elmişdir. Halbuki qeyd olunan protokol tәkbaşına tәqsirin sübuta yetirildiyini hesab etmәk üçün kifayәt deyildir. Belә ki, “xxxx” MMC-yә verilmiş ****** nömrәli Gürcüstan "ikitәrәfli/tranzit” ’’icazә” blankı” iş materiallarına әlavә edilmәmişdir. Hәmçinin, “xxxx” MMC-yә verilmiş ****** nömrәli Gürcüstan "ikitәrәfli/tranzit” ’’icazә” blankı” FEX LOGİSTİC” MMC-yә mәxsus ” SCANIA” markalı, **BK*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinin sürücüsünә ötürülmәsini tәsdiq edәn başqa hәr hansı sübut da iş materiallarında yoxdur. Mәhkәmә isә, yalnız protokola әsaslanmaqla “xxxx” MMC-ni inzibati xәtanın törәdilmәsindә tәqsirli bilmişdir. Hazırkı inzibati xәtalara dair iş üzrә “xxxx” MMC-nin tәqsiri sübuta yetirilmәmişdir. Belә ki, AR İnzibati Xәtalar Mәcәllәsinin 324-1.1-ci maddәsinә әsasәn “İcazә” blankının başqa şәxsә ötürülmәsinә görә hüquqi şәxslәr üç min manat mәblәğindә cәrimә edilir. Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyi tәrәfindәn isә mәhkәmәyә inzibati xәtanın “Göyçә Transporf' MMC tәrәfindәn törәdilmәsini tәsdiq edәn heç bir sübut tәqdim edilmәmişdir. Mәhkәmә “Göyçә Transporf' MMC barәsindә inzibati cәrimә tәtbiq edәrkәn ilk öncә “Göyçә Transporf’ MMC-nin tәqsirini, “İcazә”xxxx“Göyçә Transporf’ MMC-nin tәqsirini sübuta yetirmәmiş, sadәcә protokola әsaslanmaqla “Göyçә Transporf' MMC-ni tәqsirli bilmiş vә cәrimә tәtbiq etmişdir.. Lakin qeyd olunan protokolda әmәlin “Göyçә Transporf’ MMC tәrәfindәn törәdilmәsini tәsdiq edәn heç bir sübut yoxdur. Belә olan halda, AR İnzibati Xәtalar Mәcәllәsinin 8-ci maddәsinә uyğun olaraq “Göyçә Transporf' MMC-nin tәqsiri sübuta yetirilmәdiyindәn, o tәqsirsiz hesab edilmәli vә hәmin Mәcәllәnin 53.2-ci maddәsinә uyğun olaraq, inzibati xәtalar üzrә iş üzrә icraata xitam verilmәli idi. Lakin mәhkәmә “Göyçә Transporf' MMC -nin tәqsiri sübuta yetırilmәmәsinә baxmayaraq, onun barәsindә cәrimә tәtbiq edilmәsi barәdә qәrar qәbul etmişdir. Bu da, Abşeron Rayon Mәhkәmәsinin 3(5-105)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarının qanunsuz vә әsassız olduğunu sübuta yetirir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı. ##.##.2026-cı il tarixli qәrarı lәğv edilmәli, iş üzrә icraata xitam verilmәsi ilә bağlı yeni qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin vә şikayәt әlavәnin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçılarının izahatını dinlәyәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinin “xxxx” MMC-ә ünvanlandığı ##.##.2026-cı il tarixli bildirişdә qeyd olunur ki, Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyi tәrәfindәn aşkar edilmiş mәlumatlara әsasәn MMC-yә verilәn ****** nömrәli Gürcüstan "ikitәrәfli/tranzit” "icazә” blankının "FEX LOGİSTİC” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә mәxsus SCANIA markalı, **BK*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinin sürücüsünә ötürülmәsi müәyyәn edilmiş vә hәrәkәtlәrinizdә İnzibati Xәtalar Mәcәllәsinin 324-1.1-ci maddәsindә göstәrilәn inzibati xәtanın törәdilmәsi müәyyәn edilmişdir. “Avtomobil nәqliyyatı haqqında” Azәrbaycan Respublikasının Qanununun 50.4-cü maddәsinә әsasәn icazә sistemi tәtbiq edәn xarici dövlәtlәrә yerinә yetirilәn beynәlxalq daşımalar müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqan (qurum) tәrәfindәn mübadilә edilәn (әldә edilәn) vә verilәn “İcazә” blankları (jurnalları) әsasında yerinә yetirilir. “İcazә” blankları (jurnallar) növbәlilik, bazar payı vә ya malik olduğu nәqliyyat vasitәlәrinin sayı nәzәrә alınmaqla operatorlar arasında bölüşdürülür. “İcazә” blankının (jurnalının) üzәrindә onun verildiyi operatorun adı vә onu fәrdilәşdirmәyә imkan verәn digәr mәlumatlar qeyd edilir. “İcazә” blanklarının (jurnalların) verilmәsinә görә müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqana (quruma) müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müәyyәn etdiyi mәblәğdә haqq ödәnilir. Hәmin Qanunun 50.6-cı maddәsinә әsasәn “İcazә” blanklarının (jurnallarının) doldurulması zamanı mәlumatların tәhrif olunması, pozulması vә yenidәn yazılması, habelә “İcazә” blankının (jurnalının) başqa şәxslәrә ötürülmәsi qadağandır. İnzibati Xәtalar Mәcәllәsinin 324-1.1-ci maddәsinә görә “İcazә” blankının (jurnalının) doldurulması zamanı mәlumatların tәhrif olunmasına, pozulmasına vә yenidәn yazılmasına, habelә “İcazә” blankının (jurnalının) başqa şәxsә ötürülmәsi inzibati mәsuliyyәtә sәbәb olur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Azәrbaycan Respublikası Konstitusiyasının 60-cı maddәsinin İ hissәsinә görә hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. Bununla әlaqәdar qeyd edilmәlidir ki, “İcazә” blankının (jurnalının) doldurulması zamanı mәlumatların tәhrif olunmasına, pozulmasına vә yenidәn yazılmasına, habelә “İcazә” blankının (jurnalının) başqa şәxsә ötürülmәsi inzibati xәta tәrkibi yaradır. “xxxx” MMC-ә verilmiş ****** nömrәli Gürcüstan “ikitәrәfli transit” icazә blankı ##.##.2026-cı il tarixindә “FEX LOGİSTİC” MMC-ә mәxsus **BK*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinә ötürülmәsi müәyyәn edilmişdir. Bu Gürcüstan Respublikasının İqtisadiyyat vә Davamlı İnkişaf Nazirliyinin ##.##.2026cı il tarixli **/*** nömrәli mәktubu ilә tәsdiq edilmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Qeyd edilәn hallar üzrә dәyәrlәndirmә apararaq apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, “xxxx” MMC-nin Azәrbaycan Respublikası İХM-nin 324-1.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә Azәrbaycan Respublikası İХM-nin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplanılmış vә birinci instansiya mәhkәmәsi tәrәfindәn hәmin sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrar qәbul edilmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati qaydada tәnbeh edilmәsi qәnaәtinә gәlinәrkәn bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin edilmәklә ““xxxx” MMC-nin tәnbeh olunan әmәli törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlinmiş vә onun hәmin әmәlini Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 324-1.1-ci maddәsi ilә düzgün qiymәtlәndirmişdir. İşin faktiki halları vә әmәlin hüquqi tövsifi barәdә gәlinәn nәticә qanuni vә әsaslıdır. “xxxx” MMC barәsindә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsaslar yoxdur. Hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-568/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-568/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver