Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-570/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə 7516.20 (yeddi min beş yüz on altı manat, iyirimi qəpik) manat cərimə edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Abusət Qasımov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində əldə edilmiş gəlirin iki misli –miqdarında yəni 7516.20 (yeddi min beş yüz on altı manat, iyirimi qəpik) manat məbləğində cərimə edilmişdir. İşin halları : Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə aparılmış araşdırma ilə fərdi sahibkar M.Ə.Mədədovun sahibkarlıq fəaliyyəti göstərdiyi Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanında yerləşən obyektində xüsusi razılıq lisenziya tələb olunduğu halda belə lisenziya olmadan məktəbəqədər təhsil fəaliyyəti (bağça fəaliyyəti) ilə məşğul olmaqla ümumiilikdə 3758.10 (otuz yeddi min əlli səkkiz manat on qəpik) manat gəlir əldə etdiyi müəyyən olunmuşdur. Protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qərarı qəbul etmişdir. Qərarla razılaşmayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məktəbəqdər təhsil fəaliyyəti ilə məşğul olan obyektdə 2 nəfər işçi çalışmaqla bir müddətdir ki, fəaliyyət göstərmişdir. Bu sahədə fəaliyyətin göstərilməsi üçün xüsusi razılıq tələb edildiyini bilməmişdir. Fəaliyyət göstərmək üçün lisenziya almaqla bağlı sənədləri toplayıb aidiyyatı quruma müraciət edilmiş, sonradan ona məlum olmuşdur ki, sənədlər tam qaydasında deyildir. Bundan başqa əldə etdiyi gəliri maddi imkanı zəif olduğu üçün dövlət nəfinə ödəyə bilməmiş və burada hər hansı qərəz olmamış, bütün bunlar hüquqlarını bilmədiyi üçün baş vermişdir. Bundan başqa hesab edir ki, barəsində heç bir xəbərdarlıq edilmədən birbaşa protkol tərtib edilmiş sonda onun üçün maddi sıxıntı yaradan böyük bir cərimə miqdarı təyin edilmişdir. Bu sahədə xüsusi lisenziya tələb olunması ilə bağlı hüquqlarını bilməməsi ilə bağlı səmimi etirafı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hesab edir ki, apellyasiya instansiya məhkəməsi bu pozuntulara qiymət verərək ədalətli qərar qəbul etməlidir. Proses iştirakçısının izahatı : Apellyasiya instansiya məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini dəqiqləşdirərək qeyd etdi ki, inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürməsi nəzərə alınaraq həmin maddənin qeydinə əsasən həmin əməli ilk dəfə törətməsi nəzərə alınaraq inzibati məsuliyyətdən azad olunması və barəsində İXM-nin 398-ci maddəsi ilə başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında icraat materiallarını yoxlayıb, şikayətin dəlillərini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını iş materiallarındakı sənədlərlə əlaqəli şəkildə təhlil edib qeyd edir ki, apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, İXM-nin 398-ci maddəsinin Qeyd hissəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsinin Qeyd hissəsinin ikinci bəndinə əsasən Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Apellyasiya məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, vergi qanunvericiliyinin pozulmasına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-cı il tarixdə 3756.63 manat dövlət büdcəsinə ödənilmişdir. Beləliklə iş materiallarından göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsi ilə ilk dəfədir inzibati məsuliyyətə cəlb edilir və məhkəməyə təqdim edilmiş qəbzə əsasən inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüşdür. Beləliklə, apellyasiya məhkəməsi inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş sübutları bir daha təhlil edib, apellyasiya instansiyası məhkəməsində aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 398-ci maddəsi ilə başlanılmış İnzibati xəta haqqında iş üzrə icraata İXM-nin 398-ci maddəsinin Qeyd hissəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-570/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-570/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver