Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-571/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin xxxxxxxxxxxx, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaQərarından şikayət verilən orqan tərəfindən “Azərsun Kağız və X4” ASC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## #### 2026-cı il tarixli qərarından verilmiş şikayət üzrə inzibati xəta haqqında işin məhkəmə aidiyyətinin həll edilməsi məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaQərarından şikayət verilən orqan tərəfindən “Azərsun Kağız və X4” ASC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## #### 2026-cı il tarixli qərarından verilmiş şikayət üzrə iş Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı əsasında baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmələr arasında aidiyyət məsələsinə dair fikir ayrılığı olduğundan Abşeron Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında materialın Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair ## ###### 2026-cı il tarixli qərardad qəbul olunmuşdur. Inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, Abşeron Rayon Məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Belə ki, ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Iş materiallarından görünür ki, “Azərsun Kağız və X4” ASC-nin qeydiyyatda olduğu hüquqi ünvan AZ5000, Sumqayıt şəhəri, ev. Mil küçəsi, giriş 18 ünvanıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində işçinin normal əmək və istirahət rejiminə riayət edilməməsi, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Iş materiallardan göründüyü kimi mübahisələndirilən inzibati xəta hadisəsi bilavasitə işçinin hərəkəti nəticəsində, yəni işçinin faktiki olaraq əmək fəaliyyətini həyata keçirdiyi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən istehsalat sahəsində baş verməmişdir. Həmin inzibati xəta işəgötürənin hərəkətinin təzahürü olan və işçiyə verildiyi ehtimal edilən tapşırıqla əlaqədar törədilmiş hesab olunur. Belə ki, hazırkı halda ehtimal edilən inzibati xəta işçiyə əmək hüquqlarının pozulması ilə nəticələnən göstərişin verilməsi ilə əlaqədardır. Belə olan halda isə işçiyə əsassız göstəriş verilməsi ilə nəticələnən inzibati xəta yeri işəgötürən hüquqi şəxsin yerləşdiyi yer hesab edilməlidir. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən mövqeyi nəzərə alınmaqla “Azərsun Kağız və X4” ASC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta hərəkətlə törədilən xəta hesab edildiyindən və hüquqi şəxsin ünvanı ünvan 1 Azərbaycan Respublikası IXMnin 110.1-ci maddəsinə uyğun olaraq, işə xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yer üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının IXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına(məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 110.1, CPM-nin 77.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaQərarından şikayət verilən orqan tərəfindən “Azərsun Kağız və X4” ASC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## #### 2026-cı il tarixli qərarından verilmiş şikayət baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. xxxxxxxxxxxxx
Məhkəmə qərarları › İş №3(3-8)-571/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-571/2026
07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver