Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-572/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Ə.İ.Cəlilov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 2000 (iki min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Təqdim edilmiş inzibati xəta haqqında materiala və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti X3 Yanğın Nəzarəti Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Qusar rayonu, Kuzun kəndində inşa edilməklə olan otel binasında keçirilmiş planlı yanğıntexniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması halları aşkar edilmişdir. Həmin faktla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd edilən qərarı qəbul etmiş və qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması səbəbindən xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati orqan tərəfindən ## ### 2026-cı il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xətanı törətmiş subyekt düzgün müəyyən edilməmişdir. Yanğın-texniki müayinə aparılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi iştirak etməmiş, şirkətin hansı əməkdaşının sənədi imzalamaqdan və izahat verməkdən imtina etdiyi göstərilməmiş, buna baxmayaraq yoxlama sənədlərində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin imzadan və izahat verməkdən imtina etməsi barədə qeydlər aparılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC yoxlamanın keçirilməsindən yalnız protokol və məhkəmə bildirişi ona daxil olduqdan sonra xəbər tutduğunu bildirmişdir. Şahdağ ərazisi geniş ərazi olmaqla burada müxtəlif layihələr həyata keçirilir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin ərazidə bir neçə fərqli layihə üzrə fəaliyyət göstərir. Inzibati orqanın əməkdaşları yoxlamanı “Multifunksional bina” layihəsində aparmış, həmin layihə üzrə məsul şəxsi müəyyən edə bilmədiklərinə görə inzibati xəta haqqında protokolu aidiyyəti olmayan, qonşu layihədə fəaliyyət göstərən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib etmişlər. Birinci instansiya məhkəməsinin inzibati orqanın təqdim etdiyi podrat müqaviləsinə istinad etməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni məsul şəxs hesab etdiyi, lakin həmin müqavilənin konkret olaraq yoxlama aparılmış obyektə aid olub-olmamasını və inzibati xəta hadisəsinin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyət göstərdiyi obyektdə baş veribvermədiyini araşdırmadığı göstərilmişdir. Məhkəmə yalnız protokolda “otel binası” ifadəsinin göstərilməsinə və təqdim edilmiş müqaviləyə əsaslanmaqla nəticəyə gəlmiş, işin faktiki hallarını əlavə sübutlarla dəqiqləşdirməmişdir. Bundan başqa, şikayətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyət göstərdiyi otel layihəsində yanğın təhlükəsizliyi tələblərinin təmin olunduğu, yanğın siqnalizasiya və digər yanğından mühafizə sistemlərinin mövcud olduğu bildirilmiş, bunu təsdiq edən fotoşəkillərin və videoçəkilişin təqdim edildiyi göstərilmişdir. Həmin sübutların mövcud olmasına baxmayaraq, onların məhkəmə tərəfindən tam araşdırılması və qiymətləndirilməsi təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən səlahiyyətli nümayəndə birinci instansiya məhkəməsinə göndərilsə də, onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Nümayəndənin şirkətlə əmək münasibətlərində olmasını elektron sistem vasitəsilə yoxlamaq mümkün olduğu halda, məhkəmə bunu etməmiş və nəticədə şirkətin öz mövqeyini bildirmək, sübutlar təqdim etmək və işin hallarının araşdırılmasında iştirak etmək imkanları məhdudlaşdırılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində ictimai münasibətlərə qəsd edən, hüquqa zidd və təqsirli inzibati xəta əməli mövcud olmadığından inzibati xəta hadisəsi də yoxdur. Bu səbəbdən Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş edərək əlavə olaraq qeyd etdi ki, Şahdağ ərazisində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən yanğın təhlükəsizliyilə əlaqədar görülmüş işləri təsdiq edən fotoşəkilləri təqdim etmişlər, bütün siqnalizasiya sistemləri qurulmuş, amma məhkəmə bütün bunları yoxlamadan qərar qəbul etmişdir. Otel tamamilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən yanğın təhlükəsizlik sistemi təmin edilmiş, yanğın təhlükəsizliyi ilə bağlı tələb olunan işlər görülmüş, yanğın siqnalizasiya və yanğından mühafizə sistemləri quraşdırılmış, müvafiq avadanlıq və materiallar təmin edilmişdir. Bu halları təsdiq etmək üçün fotoşəkillərin, videoçəkilişin və digər sənədlər təqdim olunmuşdur. Apellyasiya şikayətində də otel layihəsində yanğın təhlükəsizliyinin təmin edilməsini təsdiqləyən foto və video materiallar sübut kimi təqdim edilmişdir. Birinci instansiya məhkəməsi inzibati orqanın təqdim etdiyi podrat müqaviləsinə əsaslanaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni mübahisəli obyektə cavabdeh şəxs kimi qəbul etmiş, lakin həmin müqavilənin konkret olaraq yoxlama aparılmış obyektə aid olub-olmadığı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin həmin obyektdə hansı işləri yerinə yetirdiyini lazımi qaydada araşdırmamışdır. Protokol tərtib etmiş orqanın nümayəndəsi nümayəndə2 e-kabinet vasitəsilə ərizə ilə müraciət edərək üzrlü səbəbdən iclasda iştirak edə bilmədiyindən iclasın təxirə salınmasını xahiş etmişdir. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası gəlməyən nümayəndənin iştirakı olmadan keçirilməsi mümkündür, ona görə ki, üzrlü səbəblə bağlı əsas təqdim edilməmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən iş materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini apellyatorun şikayətinə münasibətdə qanuni və əsaslı sayıram. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin baş verib-verməməsi, inzibati xətanı törətmiş şəxs, həmin şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin əsaslana bildiyi hər cür faktik məlumat sübut hesab edilir və belə məlumatlar, o cümlədən inzibati xəta haqqında protokol, digər sənədlər, fotoşəkillər və sair vasitələrlə müəyyən edilə bilər. Hazırkı iş üzrə inzibati xəta hadisəsi və onun subyekti yalnız inzibati xəta haqqında protokoldakı məlumatla deyil, biri digərini tamamlayan sənədlərin məcmusu ilə müəyyən olunur. Belə ki, X6 Xidmətinin X3 Yanğın Nəzarəti Idarəsinin ## ##### 2026-cı il tarixli qərarında planlı yanğın təhlükəsizliyi yoxlamasının məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Qusar rayonu, Kuzun kəndində inşa edilməkdə olan otel binasında keçirilməsi nəzərdə tutulmuş, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlamanın 12-## ### 2026-cı il tarixlərində keçirildiyi göstərilmiş, ## ### 2026-cı il tarixli X14 isə həmin obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulması halları qeydə alınmışdır. Eyni zamanda yoxlama suallarının siyahısı və iş materiallarına əlavə edilmiş foto-materiallar yoxlama zamanı müəyyən edilmiş nöqsanların mövcudluğunu təsdiq edən sübutlar sırasındadır. Iş materiallarında olan yanğın-texniki müayinə sənədlərindən də görünür ki, yoxlama yalnız ümumi və abstrakt şəkildə yanğın təhlükəsizliyinə istinad edilməklə aparılmamış, konkret tələblər üzrə obyektin vəziyyəti yoxlanılmış və bir sıra uyğunsuzluqlar ayrıca qeydə alınmışdır. Yoxlama suallarının siyahısı, yanğın-texniki müayinə aktı və müayinənin nəticələri üzrə tərtib edilmiş digər sənədlər inzibati xəta haqqında protokoldakı məlumatlarla qarşılıqlı surətdə uzlaşır. Apellyasiya şikayətinin yoxlamanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyət göstərdiyi obyekt üzrə deyil, guya başqa - “Multifunksional bina” layihəsi üzrə aparılması və məsul şəxs müəyyən edilə bilmədiyindən protokolun qonşu layihədə fəaliyyət göstərən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində əsassız tərtib olunması barədə dəlili də iş materialları ilə təsdiq edilmir. Şikayətdə belə bir hal irəli sürülsə də, həmin iddianı təsdiq edən və yoxlama aparılmış obyektin inzibati orqanın sənədlərində göstərilən otel binasından fərqli obyekt olduğunu mötəbər şəkildə müəyyən etməyə imkan verən sübut təqdim edilməmişdir. Əksinə, yoxlamanın başlanması barədə qərarda, vahid məlumat reyestrində, X14 və inzibati xəta haqqında protokolda sahibkarlıq subyekti kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC, yoxlama obyekti kimi isə Qusar rayonu, Kuzun kəndində, Şahdağ X10 ərazisində inşa edilməkdə olan obyekt göstərilmişdir. Halbuki, iş materiallarında olan ## ###### 2023-cü il tarixli **/** nömrəli Podrat müqaviləsindən görünür ki, “Sifarişçi” adlandırılacaq, “xxxx” MMC, direktor X1 şəxsində və “Podratçı” adlandırılacaq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC, direktor X4 şəxsində aşağıdakı şərtlərlə müqavilə bağlayaraq müqaviləyə əsasən “Podratçı” Qusar rayonu Şahdağ X10 ərazisində otel kompleksinin tikintisi üzrə razılaşma protokolunda göstərilən işləri və xidmətləri öz işçi qüvvəsi və resursları hesabına icra etməyi, “Sifarişçi” bu müqavilə ilə razılaşdırılmış ödənişi etməyi öhdəsinə götürür (i.v. 20). Bundan başqa, iş materiallarında olan podrat münasibətlərinə dair sənədlər də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin yoxlanılmış obyektə aidiyyətini təsdiq edir. Sifarişçi Azərbaycan Respublikası X8 ilə “xxxx” MMC arasında bağlanmış müqavilə ilə Şahdağ X10 tikintisinin müvafiq mərhələsi üzrə tikinti-quraşdırma işlərinin icrası nəzərdə tutulmuş, “xxxx” MMC-yə həmin işlərin həyata keçirilməsi üçün subpodrat müqavilələri bağlamaq hüququ verilmişdir. Iş materiallarında olan “xxxx” MMC ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Şahdağ X10 ərazisində otel kompleksinin tikintisini öz işçi qüvvəsi və resursları hesabına həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərində işlərin icrası zamanı, o cümlədən yanğın və təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı məsuliyyət də ayrıca müəyyən edilmişdir. Bu baxımdan, şikayətdə Şahdağ ərazisinin geniş olması və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən həmin ərazidə müxtəlif layihələrin icra edilməsi barədə göstərilən hal özlüyündə inzibati orqanın yoxladığı obyektin səhv müəyyən edilməsini təsdiq etmir. Əksinə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin apellyasiya şikayətinə əlavə etdiyi ## #### 2023-cü il tarixli, ***/** nömrəli müqavilə də həmin hüquqi şəxsin Qusar rayonu Şahdağ X10 ərazisində tikinti işləri həyata keçirdiyini göstərir; həmin müqavilənin predmeti xizək stadionunun tikintisi ilə əlaqədar işlər olmuş olsa da, bu sənəd Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Şahdağ ərazisində başqa layihələrdə də fəaliyyət göstərməsini təsdiqləməklə yanaşı, iş materiallarında olan otel kompleksinə dair müqaviləni və yoxlamanın otel binasında aparılması barədə rəsmi sənədləri təkzib etmir. Məhkəmə həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin yanğın-texniki müayinədə iştirak etməməsi, aktı və protokolu imzalamaması və izahat verməməsi barədə dəlilləri inzibati xəta hadisəsinin və ya hüquqi şəxsin həmin hadisəyə aidiyyətinin olmamasını təsdiq edən hal kimi qiymətləndirmir. X14 hüquqi şəxsin nümayəndəsinin sənədi imzalamaması barədə qeyd aparılması, həmin qeyddə imzadan imtina edən şəxsin adı və vəzifəsinin ayrıca göstərilməməsi özlüyündə yoxlamanın nəticələrini və iş üzrə digər sübutların sübutetmə qüvvəsini aradan qaldırmır. Belə prosessual nöqsanın iş üzrə qəbul edilmiş qərarın ləğvinə səbəb olması üçün onun işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olduğu və nəticədə işin düzgün həllinə təsir etdiyi müəyyən edilməlidir. Hazırkı halda isə inzibati xəta hadisəsi və onun subyekti yalnız həmin qeydlə deyil, yuxarıda sadalanan bir neçə müstəqil sənəd və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Şikayətdə və apellyasiya instansiyası məhkəməsində verilmiş izahatda otel binasında yanğın siqnalizasiya və yanğından mühafizə sistemlərinin quraşdırıldığı, müvafiq avadanlıq və materiallarla təmin olunduğu, bu barədə fotoşəkil və videoçəkilişlərin təqdim edildiyi göstərilmişdir. Məhkəmə həmin dəlili də inzibati xəta hadisəsini istisna edən sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinin dispozisiyası tikinti zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsini inzibati məsuliyyətə səbəb olan əməl kimi müəyyən edir; məsuliyyətin yaranması üçün obyektin ümumiyyətlə heç bir yanğından mühafizə vasitəsinə malik olmaması tələb edilmir. Bir sıra yanğından mühafizə vasitələrinin mövcudluğu digər məcburi yanğın təhlükəsizliyi tələblərinin pozulmasını istisna etmir. Məhz həmin pozuntular ##.##.2026-cı il tarixli X14 göstərilmişdir. Bundan əlavə, fotoşəkil və videoçəkilişlər yalnız çəkildikləri anda görüntüdə əks olunan faktiki vəziyyəti təsdiq edə bilər. Onların 12-## ### 2026-cı il tarixlərində keçirilmiş yoxlama zamanı obyektin vəziyyətini əks etdirməsi, məhz yoxlama aktında göstərilən konkret nöqsanların həmin tarixdə mövcud olmaması və ya yoxlama sənədlərində əks etdirilən məlumatların həqiqətə uyğun olmaması təqdim edilmiş materiallardan müəyyən edilmir. Sonradan yanğından mühafizə sistemlərinin quraşdırılması, tamamlanması və ya nöqsanların aradan qaldırılması mümkün olduğu üçün yoxlamadan sonrakı vəziyyəti əks etdirən materiallar inzibati xətanın yoxlama tarixində törədilməsini öz-özlüyündə təkzib etmir. Həmçinin foto və video materiallarda müəyyən avadanlıqların görünməsi X14 ayrıca göstərilmiş bütün tələblərin yerinə yetirildiyini təsdiq edən kifayət qədər sübut hesab edilə bilməz. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsini məhkəmə iclasında iştirak etməyə buraxmaması ilə şirkətin müdafiə hüququnun pozulması barədə dəlilə münasibətdə məhkəmə qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 64.2-ci maddəsinə əsasən hüquqi şəxsin nümayəndəsi qanunla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxs, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçi və ya vəkil ola bilər. Bu səbəbdən yalnız etibarnamənin təqdim edilməsi şəxsin həmin maddədə nəzərdə tutulan bütün şərtlərə uyğun nümayəndə olmasını avtomatik təsdiq etmir; vəkil olmayan işçinin, həmçinin əsas iş yerinin həmin hüquqi şəxs olması müəyyən edilməlidir. Iş materiallarından görünür ki, ## ###### 2026-cı il tarixli məhkəmə iclasında gəlmiş şəxs etibarnamə təqdim etsə də, onun əsas iş yerinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC olduğunu təsdiq edən qüvvədə olan əmək müqaviləsi təqdim edilmədiyindən birinci instansiya məhkəməsi IXM-in 64.2-ci maddəsinə əsaslanaraq onun nümayəndə qismində iştirakını qəbul etməmişdir. Eyni zamanda sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə hüquqi şəxsin elektron məhkəmə kabinetinə bildirişlər göndərilmiş, lakin hüquqi şəxs tərəfindən müvafiq qaydada nümayəndənin iştirakı təmin edilməmiş və gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. IXM-in 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Buna görə də hüquqi şəxs məhkəmə baxışı barədə məlumatlandırıldığı halda onun qanunun tələblərinə uyğun nümayəndənin iştirakını təmin etməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayətində məhkəmənin nümayəndənin əmək münasibətlərini ƏMAS sistemi vasitəsilə özü yoxlamalı olduğu bildirilsə də, belə dəlil də qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə icraatında müəyyən statusla iştirak etmək istəyən şəxsin həmin status üçün qanunla tələb edilən səlahiyyət və şərtləri təsdiq edən sənədləri təqdim etməsi zəruridir. Elektron sistemdə müəyyən məlumatın mövcud ola bilməsi həmin məlumatın məhkəmə tərəfindən öz təşəbbüsü ilə əldə edilməsini və iştirakçının üzərinə düşən nümayəndəlik statusunun təsdiqi vəzifəsinin məhkəmənin üzərinə keçirilməsini nəzərdə tutmur. Şikayətdə birinci instansiya məhkəməsinin Inzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə istinad etməsinin yanlış olduğu da qeyd edilmişdir. Məhkəmə bu dəlillə də razılaşmır. Həmin norma inzibati xətanın ümumi anlayışını müəyyən etdiyindən, iş üzrə müəyyən edilmiş əməlin hüquqazidd, təqsirli və inzibati məsuliyyətə səbəb olan əməl olubolmadığının hüquqi qiymətləndirilməsi zamanı həmin normaya istinad edilməsi qanuna zidd hesab edilə bilməz. Hazırkı işdə hüquqi şəxsin məsuliyyətinin konkret hüquqi əsası isə IXM-in 518.3-cü maddəsi olmuşdur. Birinci instansiya məhkəməsi də şirkətin əməlinin məhz həmin maddə ilə tövsif edilməsini əsaslandırmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş materiallarında olan sübutlar ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirildikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Qusar rayonu, Kuzun kəndində inşa edilməkdə olan otel kompleksi üzrə tikinti işlərinin icrasına aidiyyəti, yoxlama zamanı həmin obyektdə yanğın təhlükəsizliyi normalarının pozulması və hüquqi şəxsin IXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti olması kifayət qədər sübuta yetirilmişdir. Apellyasiya şikayətində irəli sürülmüş “başqa obyektin yoxlanılması”, “yanlış subyektin məsuliyyətə cəlb edilməsi” və “obyektdə bütün yanğın təhlükəsizliyi sistemlərinin mövcud olması” barədə dəlillər isə iş materiallarında olan sübutların məcmusunu təkzib edən mötəbər və kifayət qədər sübutlarla təsdiqlənməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmiş, toplanmış sübutlara hüquqi qiymət vermiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlini Inzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə düzgün tövsif etmiş və həmin maddənin sanksiyasında hüquqi şəxs üçün nəzərdə tutulmuş minimum həddə inzibati cərimə tətbiq etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini şərtləndirən, o cümlədən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən normanın düzgün tətbiq edilməməsi və ya işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olan mühüm prosessual pozuntu müəyyən edilmir. IXM-in 135.1-ci maddəsində məhz bu xarakterli hallar qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsaslar sırasında nəzərdə tutulmuşdur. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. IXM-nin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. IXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində cərimə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-572/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-572/2026
10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver