Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-573/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin xxxxxxxxxxxxxxxx X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaQərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## #### 2026-cı il tarixli qərarından verilmiş şikayəti üzrə inzibati xəta haqqında işin məhkəmə aidiyyətinin həll edilməsi məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaQərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## #### 2026-cı il tarixli qərarından verilmiş şikayəti üzrə iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı əsasında baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmələr arasında aidiyyət məsələsinə dair fikir ayrılığı olduğundan Abşeron Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında materialın Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair ## ###### 2026-cı il tarixli qərardad qəbul olunmuşdur. Inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, Abşeron Rayon Məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Belə ki, ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Iş materiallardan göründüyü kimi inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb protokolda qeyd olunan bədbəxt hadisənin törədilməsi deyil, həmin hadisə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq quruma məlumat verilməməsi olmuşdur. Yəni “xxxx” MMC-nin sabiq direktoru, vəzifəli şəxs X2 istinad olunmuş Azərbaycan Respublikası IXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti hərəkətsizlikdə ifadə olunur. Inzibati məsuliyyətə cəlb olunmuş vəzifəli şəxs X2 “xxxx” MMC-nin sabiq direktoru olmaqla inzibati xəta ilə bağlı məlumat vermək öhdəliyi hüquqi şəxsin fəaliyyətindən və həmin hüquqi şəxsə rəhbərlik edən vəzifəli şəxsin statusundan irəli gəlmişdir. Belə olan halda məlumatvermə öhdəliyinin işəgötürənə aid olması və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxsin həmin hüquqi şəxsin rəhbəri kimi bu öhdəliyin icrasına cavabdeh olması nəzərə alındıqda inzibati xətanın törədilmə yeri işəgötürənin, yəni “xxxx” MMC-nin müvafiq ünvanı ilə əlaqələndirilməlidir. Iş materiallarından görünür ki, “xxxx” MMC-nin hüquqi ünvanı AZ1052, ünvan 1 ünvanıdır. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən mövqeyi nəzərə alınmaqla “xxxx” MMC-nin sabiq direktoru X2 tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta hərəkətsizliklə törədilən xəta hesab edildiyindən və hüquqi şəxsin ünvanı ünvan 1 olduğundan işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının IXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına(məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 110.1, CPM-nin 77.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaQərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## #### 2026-cı il tarixli qərarından verilmiş şikayət baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. xxxxxxxxxxxxxxxxx
Məhkəmə qərarları › İş №3(3-8)-573/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-573/2026
07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver