Məhkəmə qərarları › İş №3(3-8)-574/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-574/2026

09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-574/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDI: Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Abşeron DYP tәrәfindәn qәbul edilәn TP seriyalı, ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarına әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 100 (bir yüz) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan Abşeron Rayon Mәhkәmәsinә şikayәt verәrәk, qәrarın lәğv edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, Qәrarından şikayәt verilәn orqan Dövlәt Yol Polisi (DYP) şöbәsinin Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin (IXM) 327.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtaya görә mәnim 100 AZN mәblәğindә vә 3 bal cәrimә edilmәsi haqqında ##.##.2026-cı il tarixli, TP ******* nömrәli qәrarı tamamilә әsassız, qәrәzli vә qanunsuzdur. Qeyd olunan qәrar qәbul olunarkәn Azәrbaycan Respublikası IXM-in 3, 7, 8, 75, 76, 77, 78, 84, 100, 114 vә 124-cü maddәlәrinin tәlәblәrinә riayәt olunmamışdır. Belә ki, ##.##.2026-cı il tarixdә saat 14.00 radәlәrirıdә **HK*** nömrә nişanlı Toyota Prado markalı fәrdi avtomobili ilә Abşeron r-nu әrazisindәki Masazır-Novxanı istiqamәtindә hәrәkәtdә olarkәn “Duz gölü" adlanan әrazinin yaxınlığında müvafiq qaydada manevr edәrәk әsas yoldan 2-ci dәrәcәli yola çıxdıqdan sonra maksimal sürәt 60 km/saat olan әsas yoldakı әks istiqamәtdәn hәddindәn artıq yüksәk sürәtlә (tәxminәn 110-120 km/saat) hәrәkәt edәn **KV*** nömrә nişanlı, ağ rәngli BMV markalı avtomobil idarәetmәni itirәrәk әsas yoldan çıxmış vә sol tәrәfi ilә 2-ci dәrәcәli yolda olan onun avtomobilinin ön hissәsini tamamilә әzәrәk yüksәk sürәtlә hadisә yerindәn tәxminәn 20 - 25 metr mәsafәdә olan yaşıllıq sahәsinә girmiş vә oradakı böyük ağaca dәyәrәk dayanmışdır. Hadisәnin baş vermәsindә onun heç bir günahı vә tәqsiri olmamışdır. Hadisәnin sәbәbi sürücülük hüququ vә tәcrübәsi olmayan azyaşlı oğlanın çox yüksәk sürәtlә qanunsuz avtomobil idarә edәrәk, idarәetmәni itirmәsi olmuşdur. Hadisә zamanı heç bir xәsarәt olmamışdır. Hadisә yerindә hәmin avtomobili idarә edәn azyaşlı oğlan özünü Baş Dövlәt Yol Polisi Idarәsinin (BDYPI) rәisinin Namiq adlı sürücüsünün oğlu kimi tәqdim etmişdir. O, bildirmişdir ki, 18 yaşı tamam olmadığı üçün sürücülük hüququna vә vәsiqәsinә malik deyildir. Hәmçinin üzәrindә avtomobilә vә onu idarәetmәyә aid heç bir sәnәd, o cümlәdәn, şәhadәtnamә, etibarnamә vә şәxsiyyәtini tәsdiq edәn sәnәdi olmamışdır. Bu hәrәkәtlәri ilә o, Azәrbaycan Respublikası IXM-in 332.1, 332.2, 332.4 vә 328-ci maddәlәrindә qeyd olunan inzibati xәtalara yol vermiş vә nәticәdә yol-nәqliyyat hadisәsi törәtmişdir. Guya idman dәrsinә gecikdiyi üçün yüksәk sürәtlә hәrәkәt etdiyini, hadisәdә tamamilә özünün günahkar olduğunu bildirmiş vә zәng edәrәk BDYP-dә işlәyәn atası Namiqi hadisә yerinә çağırmışdır. Qısa müddәtdә hadisә yerinә Namiq (Mahmudov) adlı şәxs vә onunla bir neçә nәfәr gәlmişdir. Namiq hadisә yerinә baxdıqdan sonra hadisәdә onun oğlunun günahkar olduğunu vә ona görә dә o avtomobilini tam tәmir etdirәcәyini bildirmişdir. Hәmçinin, guya oğluna görә problem olmaması üçün yol polisi hadisә yerinә gәlәnә qәdәr oğlunun sürücülük vәsiqәsi olan başqa bir şәxslә "әvәz edilmәsinә’’ icazә vermәsini xahiş etmişdir. O isә bunun ciddi saxtakarlıq olduğunu bildirib etiraz etmişdir. Hadisә yerinә gәlәn Abşeron rayon DYP (**YP***) әmәkdaşları da günahkarın BMV markalı avtomobilin sürücüsü olduğunu qeyd etmişlәr. Namiq namәlum vәzifәli şәxslәrlә telefonla danışdıqdan sonra yol polislәrinә bildirmişdir ki, o hadisәdә oğlunun tam günahkar olduğunu etiraf edir vә hәr iki avtomobili tәmir etdirәcәyinә görә inzibati araşdırmaya heç bir ehtiyac yoxdur. O bu barәdә iradını bildirdikdә isә Namiq yenә dә israrla araşdırmaya heç bir ehtiyac olmadığını vә hәr iki avtomobili tәmir etdirәcәyini bildirmişdir. Namiqin bu әsassız xahişinә vә kimlәrinsә adından tәlәbinә görә hadisә yerinә gәlmiş yol polisi әmәkdaşları BMVni idarә edәn Namiqin oğlunun şәxsiyyәtini müvafiq qaydada müәyyәnlәşdirmәmiş, hadisә yerini mövcud tәlimata uyğun olaraq müayinә etmәmiş, zәruri ölçmәlәr aparılmamış vә hәr hansı protokol tәrtib olunmamışdır. Ancaq avtomobillәr idarәolunmaz vәziyyәtdә olduğu üçün evakuatorla müvәqqәti dayanacağa yerlәşdirilmişdir. Hәmin gün vә sәhәrisi onun bir neçә dәfә Namiqlә telefon danışığı (mobil nömrәsi: 050- 211-16-83) olmuş vә o qeyd olunanları bir daha tәsdiq etmişdir. Lakin ##.##.2026-cı il tarixdә o mәsәlәni dәqiqlәşdirmәk mәqsәdilә Qәrarından şikayәt verilәn orqan X2rkәn 8-ci otaqdan mülki geyimli Tural adlı әmәkdaş çıxaraq onu taparaq növbәdәnkәnar içәriyә aparmış vә heç bir izahat almadan vә onu dinlәmәdәn kobud formada hadisәdә onun günahkar olduğunu bildirmiş vә artıq elektron sistemә bu barәdә protokol vә qәrar yerlәşdirdiyini bildirmişdir. Hәmin vaxt aydın oldu ki bu Namiqin tәsiri vә tәzyiqi ilә olmuşdur. Əks halda Tural haradan bilirdi ki, oradadır. O bütün bunların qanunsuz olduğunu, onun vә qarşı tәrәfin izahatının alınmadığını, onda hadisәdә günahkar olmadığına dair kifayәt qәdәr maddi sübutların olduğunu, yol polisindә isә onun günahkar olduğuna dair heç bir sübutların vә qanuni әsasların olmadığını bildirdikdә isә, o bunlara heç bir ehtiyac olmadığını vә qәrarın (yәni özünün istәdiyi qәrarı) onun tәrәfindәn verildiyini bildirmişdir. Ondan bu barәdә protokolla tanış edilmәsini xahiş etdikdә isә, o, heç bir protokola ehtiyac olmadığını bildirmişdir. Onun bu hәrәkәtlәrlә ciddi qanun pozuntularına yol verdiyinә görә ciddi etirazından sonra Tural qәrarı hәlәlik sistemә vurmadığını demiş vә otaqdan çıxıb Namiqlә telefonla әlaqә yaratmasını mәslәhәt görmüşdür. Bu isә bir daha qeyd olunan qanunsuzluqların Namiqin tәsiri vә tәzyiqi ilә edildiyini sübut etmişdir. O * nömrәli otaqdan çıxıb mobil telefonla Namiqә bir neçә dәfә zәng etsә dә, onun zәnglәrinә cavab vermәmişdir. Bundan sonra o mәcburiyyәt qarşısında baş verәn qanunsuzluqlar barәdә DIN- in 102 xidmәtinә mәlumat vermişdir. Bu mәlumatdan tәxminәn 30- 40 dәqiqәdәn sonra Namiq ona zәng etmiş vә nә üçün şikayәt etdiyini soruşmuşdur. O şikayәti baş verәn qanunsuzluğa görә etdiyini bildirmişdir. O, isә şikayәtini geri götürәcәyi tәqdirdә verdiyi sözünün üstündә duracağını, avtomobilimn tam tәmir etdirәcәyini, hәtta ona yazılmış 100 AZN cәrimәni ödәyәcәyini vә 3 cәrimә balını da sildirәcәyini bildirmişdir. O isә hadisәyә artıq qanunsuz vә qәrәzli müdaxilәsinә vә qeyrisәmimiliyinә görә onun tәklifi ilә razılaşmamışdır. Namiqlә ona mәxsus 050-211-16-83 mobil nömrәsi ilә telefon әlaqәlәrini Azercell operatorundan müvafiq qaydada әldә etmәk mümkündür. ##.##.2025-ci il tarixdә mәlum oldu ki, hәmin gün ona IXP ******* nömrәli protokol vә TP ******* nömrәli qәrarla IXM-in 327.2-ci maddәsi ilә әsassız cәrimә (100 AZN, 3 bal) tәtbiq olunmuşdur vә bununla da hadisәdә qanunsuz olaraq onu günahkar çıxarmışlar. Mәn qeyd olunan protokolla tanış edilmәmişәm vә qәrar qәbul edilib elektron sistemә yerlәşdirildikdәn sonra mәndәn formal olaraq izahat alınmışdır. Izahatda qeyd etdiyim ciddi pozuntuların heç biri araşdırılmamışdır. Əks tәrәf isә ümumiyyәtlә araşdırmaya cәlb olunmamışdır. Qәrarda protokolun tarixi “##.##.2026”, DYP-in Elektron Xidmәtlәr Portalında isә “##.##.2026” kimi qeyd olunmuşdur ki, bu da daha bir saxtakarlığa dәlalәt edir. Qeyd olunan yol-nәqliyyat hadisәsindә onun günahkar olduğu sübuta yetirilmәmiş vә inzibati cәrimәlәnmәsi üçün faktlar yol polisi tәrәfindәn qәrәzli olaraq ciddi şәkildә saxtalaşdırılmışdır. Hәmçinin bu qanunsuz qәrarla avtomobilinә dәymiş tәxminәn 4000 AZN mәblәğindә zәrәrin sığorta tәrәfindәn qarşılanması hüququndan da mәhrum edilmişdir. Mәlum olmuşdur ki, bu qanunsuz qәrarın çıxarılması üçün Namiqin tәsiri vә tәzyiqi ilә Abşeron DYP şöbәsi hadisә barәdә faktları saxtalaşdıraraq, sәnәdlәşmәdә Namiqin oğlunu sürücülük hüququ olan başqa şәxslә “әvәz etmiş”, guya Namiqin bu mәsәlәdә heç bir iştirakının olmadığı bildirilmiş, hadisә yerinә aid iki gündәn sonra saxta mәlumatlar vә sxem tәrtib edilmiş vә BMV markalı avtomobilin toxunduğu ağacların üzәri örtülmüşdür Lakin bütün bunların әksinә olaraq, hadisә zamanı avtomobillәrin olduğu yerlәr, Namiqin, onun hadisәni törәdәn oğlunun vә Namiqlә oraya gәlәn şәxslәrin görüntülәri barәdә şәkillәr vә videomateriallar mövcuddur vә onlar ciddi sübutlar kimi әrizәyә әlavә olunmuşdur. Belәliklә, baş vermiş hadisә zamanı o qeyd olunan inzibati xәtaya yol vermәmişdir. Yol polisi qeyd olunan qәrarı qәbul edәrkәn işin hallarını qәsdәn obyektiv araşdırmamış, saxtalaşdırmalara yol verilmiş vә onun tәqsirsizliyini sübut edәn dәlillәrә, o cümlәdәn hadisә yerindәki real vәziyyәtә, foto vә video görüntülәrinә düzgün hüquqi qiymәt vermәmişdir. Ona görә dә hәmin qanunsuz vә qәrәzli qәrar lәğv olunmalıdır. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim V.Hәsәnov) ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin tәmin edilmәmәsi, Qәrarından şikayәt verilәn orqan Dövlәt Yol Polisi Şöbәsi ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarının dәyişdirilmәdәn saxlanılması qәrara alınmışdır. Sumqayıt Apellyasiya Mәhkәmәsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı (hakim K.Muxtarov) ilә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinin qismәn tәmin edilmәsi, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş yenidәn baxılmaq üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı (hakim E.Teymur-zadә) ilә şikayәtin qismәn tәmin edilmәsi, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Abşeron RPI-nin DYPŞ-in sәlahiyyәtli şәxsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarın lәğv edilmәsi vә iş yenidәn baxılması üçün sәlahiyyәtli orqana - Abşeron RPI-nin DYPŞ-yә göndәrilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın qismәn (“iş yenidәn baxılması üçün sәlahiyyәtli orqana-Abşeron RPl-nin DYPŞ-yә göndәrilsin” hissәsi) lәğv olunaraq, inzibati tәnbeh vermә qәrarının lәğvi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә yeni qәrar qәbul edilmәsini, X1 avtomobil qaçırması xüsusatı ilә әlaqәdar әmәlindә cinayәt tәrkibinin olub-olmamsının araşdırılması üçün aidiyyatı prokurorluq orqanının mәlumatlandırılması vә Abşeron RPl-in DYP Şöbәsinin aidiyyatı әmәkdaşlarının inzibati araşdırma zamanı qәsdәn yol verdiklәri saxtakarlıq faktları vә qeyd olunan digәr pozuntular barәdә zәruri hüquqi tәdbirlәr görülmәsi üçün Abşeron RPl-nin rәhbәrliyinin rәsmi şәkildә mәlumatlandırılması haqqında xüsusi qәrardad qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının “işә yenidәn baxılması üçün Abşeron RPI-nin DYPŞ-yә göndәrilmәsi” hissәsi әsassız, qanunsuz vә qәrәzlidir. Belә ki, mәnim inzibati xәta törәtmәyim sübut olunmamışdır. Ona görә dә mәhkәmәnin bu qәrarı qismәn lәğv edilmәli vә inzibati tәnbeh vermә barәdә qәrarın lәğv edilmәsi vә inzibati icraata xitam verilmәsi barәdә yeni qәrar qәbul olunmalıdır. Abşeron Rayon Mәhkәmәsi 2-ci mәhkәmә baxışında yenә dә işin faktiki hallarını tam, hәrtәrәfli vә obyektiv araşdırmamış, mәnim tәqsirsizliyim barәdә tәrәfimdәn tәqdim olunan mötәbәr maddi sübutları, dәlillәri vә sәnәdlәri nәzәrә almamışdır. Abşeron Rayon DYP Şöbәsi tәrәfindәn mәhkәmәyә cәrimә protokolunun vә qәrarının әsaslı vә qanuni olduğunu sübut edәn heç bir maddi sübut, fakt vә dәlil tәqdim olunmamışdır. Halbuki sübutetmә inzibati tәnbeh vermә qәrarını qәbul etmiş Abşeron Rayon DYP Şöbәsinin vәzifәsidir. Mәhkәmә, işә baxılması prosesindә yalnız Abşeron Rayon DYP Şöbәsindәn onlarda mövcud olmayan sübutları tәlәb etmiş, birtәrәfli mövqe tutaraq vә bәrabәrlik prinsimi pozaraq onun tәqdim etdiyi çoxsaylı sübutlara, dәlillәrә vә sәnәdlәrә baxmamış vә onlara zәruri hüquqi qiymәt vermәmişdir. Lakin Abşeron Rayon DYP Şöbәsinin qanuna zidd olaraq әldә etdiyi sübutlardan istifadә olunmuşdur. Işә baxılan zaman aidiyyatı maddi vә prosessual hüquq normalarınının tәlәblәri pozulmuş vә ya onlar düzgün tәtbiq olunmamışdır. Mәhkәmә qәsdәn nәzәrә almamışdır ki, iş üzrә 3 dәfә (2 dәfә Abşeron Rayon Mәhkәmәsindә, 1 dәfә Sumqayıt Apellyasiya Mәhkәmәsindә) keçirilәn mәhkәmә proseslәrindә onun inzibati xәta törәtmәyi sübut olunmamışdır. Sübut olunmayan xәta isә heç cür törәdilmiş hesab oluna bilmәz. Mәhkәmә qәrarı qәbul olunarkәn Yol hәrәkәti haqqında Azәrbaycan Respublikası Qanunun 42ci maddәsi (hәrәkәtә başlma, manevr etmә) düzgün tәtbiq edilmәmiş vә onun bu maddәnin tәlәblәrinә uyğun olaraq düzgün manevr etdiyim tәsbit olunmamışdır. Abşeron Rayon DYP Şöbәsi mәhkәmәyә onun bu normanın tәlәblәrini pozduğuna dair heç bir sübut vә dәlil tәqdim edә bilmәmişdir. Mәhkәmә hadisәdә onun tәqsirsizliyi barәdә tәqdim olunan maddi sübut vә dәlillәrә әsasәn, hәmçinin Abşeron Rayon DYP tәrәfindәn yol-nәqliyyat hadisәsi üzrә bilәrәkdәn yol verdiyi saxtakarlıq hallarına görә bu maddә ilә aparılan inzibati tәnbeh vermә haqqında icraata xitam vermәli idi. H.Cәfәrzadә vә onun atasının hadisә yerindә inzibati xәta hadisәsinin mövcudluğu (tәqsirli olması) ilә razılşmalarına baxmayaraq, Abşeron Rayon DYP Şöbәsi әmәkdaşlarının bu maddәyә әsasәn müvafiq qanuni qәrar qәbul etmәmәlәrinә mәhkәmә zәruri hüquqi qiymәt vermәmişdir. Abşeron Rayon DYP Şöbәsinin bu Tәlimatın tәlәblәrini ciddi şәkildә pozaraq yol-nәqliyyat hadisәsinin sxemini qәsdәn saxtalaşdırması vә tәhrif etmәsi faktına mәhkәmә zәruri hüquqi qiymәt vermәmişdir. Mәhkәmә işә baxılarkәn cinayәt әlamәtlәri aşkar olunan materialları bu maddәnin tәlәblәrinә әsasәn ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora göndәrmәk vәzifәsini icra etmәmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Inzibati tәnbeh vermә haqqında qәrara görә, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il tarixdә saat 16:46-da Masazır-Novxanı yolunda Toyota Prado minik markalı **HK*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini idarә edәrkәn әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla manevr qaydalarını pozmasına görә barәsindә inzibati cәrimә tәnbeh tәdbiri tәtbiq edilmişdir. “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanunun 1-ci maddәsinin 11-ci bәndinә görә yolayrıcı – yolların bir sәviyyәdә hәr hansı kәsişmәsi, birlәşmәsi vә ya şaxәlәnmәsi, o cümlәdәn bunların әmәlә gәtirdiyi әrazidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsinә görә svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә, 3.1 “Giriş qadağandır” yol nişanının tәlәblәrinin vә ya sәrnişin daşıma, әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla ötmә vә ya manevr etmә, yolayrıcını keçmә qaydalarının pozulmasına, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, yaxud adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә yanacaqdoldurma mәntәqәsinә daxil olması, 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk sola vә ya geriyә dönmәyә, yaxud maneәni kәnardan keçmә mәsuliyyәt yaradır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (Inzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). Inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (IXM-nin 76.1-ci maddәsi). Inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. Inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. Inzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә şübhәlәr onun xeyrinә hәll edilir (Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 8.1, 8.2, 8.3-cü maddәlәri). Inzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Bununla әlaqәdar apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn mübahisәlәndirilәn inzibati tәnbeh vermә haqqında qәrara görә o, yol ayrıcını keçmә qaydalarını pozmuşdur. Hәmin qәrardan verilmiş şikayәt tәmin edilmәmişdir. Şikayәtin tәmin edilmәmәsi barәdә qәrar apellyasiya qaydasında lәğv edilәrәk yeni mәhkәmә baxış iclasına qaytarılarkәn, hadisәnin baş vermә mexanizminin müәyyәn edilmәsi, zәrurәt olarsa tәrәflәrin iştirakı ilә hadisә yerinә baxış keçirilmәsi, yol-nәqliyyat hadisәsi ekspertizasının tәyin edilib rәy alınmalı olması göstәrilmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn şikayәt üzrә göstәrilәn xüsusatla aydınlaşdırılarkәn müәyyәn etmişdir ki, sәlahiyyәtli dövlәt qurumu şәxsin inzibati xәta törәtmәkdә tәqsirini müәyyәn etmәk üçün sübutlar toplamağa borclu olmasına baxmayaraq, Qәrarından şikayәt verilәn orqan Dövlәt Yol Polis Şöbәsi tәrәfindәn qanunveiciliklә nәzәrdә tutulmuş müvafiq tәlәb riayәt olunmamışdır. Belә ki, yalnız tәrәflәrin izahatı, yol nәqliyyat hadisәsinin sxemi vә sәrxoşluq halının müәyyәn edilmәsinә dair tibbi müayinәnin nәticәsi әsas götürülәrәk qәrar qәbul edilmişdir. Halbuki barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) dövlәt qurumuna tәqdim etdiyi yazılı izahatında yolun hәrәkәt hissәlәrinin sxemdә göstәrildiyi kimi hәr istiqamәtdә dörd deyil, iki zolaqlı olmasını qeyd etmiş, belәcә onun izahatı ilә tәrtib edilmiş yol nәqliyyat hadisәsinin sxemi arasında әhәmiyyәtli ziddiyәt yaranmış, lakin bu ziddiyәtin aradan qaldırılması üçün hәr hansı bir tәdbir görülmәmiş, o cümlәdәn hadisәnin baş vermә mexanizmi müәyyәn edilmәmiş, tәrәflәrin iştirakı ilә hadisә yerinә baxış keçirilmәmiş, yol-nәqliyyat hadisәsi ekspertizası tәyin edilib rәy alınmamışdır. Bundan әlavә, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(****)-****/**** nömrәli qәrardadı ilә Qәrarından şikayәt verilәn orqan Dövlәt Yol X3 Əlәddin Şirvan oğlu barәsindә qәbul olunmuş inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarın qәbul edilәsi üçün әsas olmuş sübutlar tәlәb edilmiş, lakin dövlәt orqanı tәrәfindәn qәrardadın icrası ilә әlaqәdar müvafiq tәdbirlәr görülmәmәklә yanaşı qәrarından şikayәt verilmiş orqana mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq orqan nümayәndәsinin mәhkәmә iclasında iştirakını tәkrarәn tәmin etmәmişdir (##.##.2026 vә ##.##.2026-cı il tarixli mәhkәmә iclasları bu sәbәbdәn tәxirә salınmışdır). Nәticә etibarilә, şikayәtin dolğun araşdırılmasına imkan verәn zәruri sәnәdlәrin tәqdim olunmamasına, hәmçinin yalnız şikayәtә әlavә edilmiş qәrarla mübahisәlәndirilәn hallarla bağlı mühüm mәqamları araşdırmaq mümkün olmadığına görә işә baxıb yekun qәrar qәbul etmәk mümkün deyildir. Çünki şikayәtin hәrtәrәfli, obyektiv araşdırılması üçün zәruri olan sәnәdlәrin tәqdim edilmәmәsi mövcud ziddiyәtli halların aradan qaldırılmasında vә işin hәqiqi hallarının ortaya çıxarılmasında maneә yaratmaqla bәrabәr faktın araşdırılması imkanını mәhdudlaşdırmışdır. Göründüyü kimi, inzibati orqan tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) yazılı izahatında yolun hәrәkәt hissәlәrinin sxemdә göstәrildiyi kimi hәr istiqamәtdә dörd deyil, iki zolaqlı olmasını qeyd etmiş, belәcә onun izahatı ilә tәrtib edilmiş yol nәqliyyat hadisәsinin sxemi arasında әhәmiyyәtli ziddiyәt yaranmış, lakin bu ziddiyәtin aradan qaldırılması üçün hәr hansı bir tәdbir görülmәmiş, o cümlәdәn hadisәnin baş vermә mexanizmi müәyyәn edilmәmiş, tәrәflәrin iştirakı ilә hadisә yerinә baxış keçirilmәmiş, yol-nәqliyyat hadisәsi ekspertizası tәyin edilib rәy alınmamışdır. Şikayәtin dәlillәri üzrә tam, hәrtәrәfli araşdırılmanının aparılmasından ötrü inzibati orqan tәrәfindәn zәruri sәnәdlәrin tәqdim olunmamış, nәticәdә hәmin xüsusatlar üzrә yekun nәticәyә gәlinmәsi mümkünsüz olmuşdur. Hәmin halların da araşdırılmadan yekun nәticәyә gәlinmәsi sual doğuracaq halların qalmasını qaçılmaz edәcәkdir. Bu da gәlinәn nәticәnin әdalәtli mәhkәmә araşdırılmasının nәticәsi kimi qәbul edilmәsini şübhә altına alır. Ədalәtli mәhkәmә araşdırılması hәmin halların arasında ziddiyyәtli halların aradan qaldırılmalı olmasını, işin әdalәtli hәllini şübhә altına alan, ziddiyyәtlәr yaradan vә mübahisә üzrә iştirakçıların konstitusiya mәhkәmә müdafiәsi hüququna tәsir göstәrәn müddәaların olmamasını qaçılmaz edir. Hüquqi müәyyәnlik prinsipi isә digәr tәlәblәrlә yanaşı, әn ümumi mәnasında mövcud hüquqi vәziyyәtә aid aydınlığı vә müәyyәnliyi nәzәrdә tutur. Bu baxımdan mәhkәmәlәr tәrәfindәn qәbul olunmuş qәrarlarda hәll olunan işә aid bütün zәruri mәsәlәlәrә aydınlıq gәtirilmәli, ziddiyyәtli mәqamlar aradan qaldırılmalıdır. Azәrbaycan Respublikasının adından çıxarılan mәhkәmә aktlarında işin әdalәtli hәllini şübhә altına alan, ziddiyyәtlәr yaradan vә mübahisә üzrә iştirakçıların konstitusiya mәhkәmә müdafiәsi hüququna tәsir göstәrәn müddәalar olmamalıdır (Konstitusiya Mәhkәmәsi Plenumunun N.Əbilovun şikayәti üzrә ## #### 2008-ci il tarixli Qәrarı). Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi haqlı olaraq inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәrkәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsi ilә müәyyәn edilmiş tәlәblәri işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneçilik törәdәcәk dәrәcәdә pozulduğundan, gәlinәn nәticәnin lәğv edilmәklә әlavә araşdırılma aparılması üçün inzibati orqana qaytarılması qәnaәtinә gәlmişdir. Azәrbaycan Respublikası Konstitusiyasının 70-ci maddәsinin İ hissәsinә görә Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati xәta üzrә gәlinәn nәticәnin lәğv edilәrәk, yenidәn inzibati orqana qaytarılması barәdә gәlinәn nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Apellyatorun şikayәtindә YPX әmәkdaşları tәrәfindәn vәzifә sәlahiyyәtlәrinin icrası zamanı yol verilmiş pozuntu xüsusatları ilә әlaqәdar Azәrbaycan Respublikasının Daxili Işlәr Nazirliyinә, hәmçinin şikayәtdә adı qeyd olunmuş X1 әmәlindә cinayәt tәrkibinin olubolmaması xüsusatının araşdırılması ilә әlaqәdar xüsusi qәrar çıxarılması ilә bağlı göstәrilәnlәr әsaslı hesab edilmәmәlidir. Çünki mәhkәmә tәrәfindәn xüsusi qәrar çıxarılması vәzifә deyil, hüquq tәşkil edir. Qәrardan şikayәt verәn orqan (şәxs) göstәrdiyi halların aydınlaşdırılmasından ötrü özünün dә aidiyyatı üzrә müraciәt etmәk hüququ olduğundan, birinci instansiya mәhkәmәsi haqlı olaraq, onun müraciәt etmәsini mәqsәdә müvafiq hesab etmişdir. Bu qәnaәtә gәlinmәsi dә mәhkәmә tәrәfindәn pozuntu kimi dәyәrlәndirilmәli olan hal qәnaәtinә gәlinmәsini istisna edir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә, apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası IXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar