Məhkəmə qərarları › İş №3(3-8)-575/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-575/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-575/2026 14.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, inzibati xәta haqqında protokolu tәrtib etmiş orqan – Abşeron RPI-nin DYP şöbәsinin nümayәndәsi – Xırdalan şәhәr Vәkil Bürosunun vәkili vәkil1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası IXM-nin 329.3 vә 333.2-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrәli qәrarından Abşeron RPI-nin nümayәndәsi vәkil1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio vә video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Mәhkәmәsinin hakimi ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim F.Ş.Kәrimova) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 333.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair iş üzrә icraata barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri sübuta yetirilmәdiyindәn xitam verilmәsi, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 329.3-cü maddәsi üzrә inzibati xәta haqqında materialı araşdırılması üçün Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Abşeron Rayon Polis Idarәsinә göndәrilmәsi qәrara alınmışdır. IŞIN HALLARI : Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 329.3 vә 333.2-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair ## #### 2026-cı il tarixli, IXP seriyalı ******* saylı inzibati xәta haqqında protokol vә ona әlavә edilmiş sәnәdlәr mәhkәmәyә daxil olmuşdur. Birinci instansiya mәhkәmәsindә hazırkı mübahisә olunan qәrar qәbul edilәrkәn mәhkәmә iclasında iştirak edәn Abşeron Rayon Dövlәt X1 X1 inspektoru, R X2 izahat verib bildirmişdir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## #### 2026cı il tarixdә, saat 23:40 radәlәrindә “MERCEDES E270 CDI” minik markalı, **-EX-*** dövlәt qeydiyyat nişanlı avtomobili ilә hәrәkәtdә olarkәn işıq cihazlarından düzgün istifadә etmәdiyi üçün polis әmәkdaşları tәrәfindәn saxlanılmış vә onun nәqliyyat vasitәsini alkoqol sәrxoşluğu vәziyyәtindә idarә etdiyi müәyyәn edilmişdir. Alkotesrdә göstәrilәn tarix vә saat fәrqi alkotestrdә texniki xәta sәbәbindәn baş verә bilәr, lakin şәxs ## #### 2026-cı il tarixdә saxlanılmışdır. Inzibati xәta haqqında protokola baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd edilәn qәrarı qәbul etmiş vә qәrardan narazı qalan Abşeron RPI-nin DYPŞnin nümayәndәsi vәkil1 apellyasiya şikayәti verәrәk birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsi iş üzrә toplanmış sübutları onların qarşılıqlı әlaqәsi vә mәcmusu nәzәrә alınmaqla hәrtәrәfli, tam vә obyektiv qiymәtlәndirmәmiş, ayrı-ayrı sübutlara üstünlük vermәklә işin faktiki hallarına uyğun olmayan nәticәyә gәlmişdir. Iş materiallarında inzibati xәta haqqında protokol, nәqliyyat vasitәsinin mühafizә olunan duracağa yerlәşdirilmәsi barәdә akt, xüsusi texniki vasitә – alkotester vasitәsilә aparılmış müayinәnin nәticәsi, sonradan keçirilmiş tibbi müayinә barәdә sәnәd, polis әmәkdaşının izahatı vә videogörüntülәr mövcud olmuşdur. Hәmin sübutların hәr biri ayrılıqda deyil, digәr sübutlarla qarşılıqlı әlaqәdә vә mәcmu şәkildә qiymәtlәndirilmәli olduğu halda, birinci instansiya mәhkәmәsi bu tәlәbi tam şәkildә yerinә yetirmәmişdir. Birinci instansiya mәhkәmәsinin alkotester vasitәsilә aparılmış müayinәnin nәticәsinә verdiyi hüquqi qiymәtlә dә razılaşmırlar vә qeyd edirlәr ki, mәhkәmә alkotester qәbzindә müayinәnin ## #### 2026-cı il tarixdә saat 23:22-dә keçirildiyinin, hadisәnin isә ## #### 2026-cı il tarixdә saat 23:40 radәlәrindә baş verdiyinin göstәrilmәsini hәmin sübutun mötәbәrliyini şübhә altına alan әsas hal kimi qәbul etmişdir. Lakin sәnәddә tarixlә bağlı uyğunsuzluğun olması öz-özlüyündә xüsusi texniki vasitәnin nәticәsinin sübut әhәmiyyәtini tam itirmәsinә sәbәb olmamalı idi. Alkotester qәbzindәki tarix uyğunsuzluğunun hansı sәbәbdәn meydana gәlmәsi mәhkәmә tәrәfindәn araşdırılmamış, hәmin uyğunsuzluğun sәbәbini müәyyәn etmәk üçün Inzibati Xәtalar Mәcәllәsinin 83.1-ci maddәsindә nәzәrdә tutulmuş imkanlardan istifadә etmәklә әlavә mәlumat vә ya sәnәdlәr tәlәb edilsә idi, sözügedәn ziddiyyәtә aydınlıq gәtirilә bilәrdi. Buna baxmayaraq, mәhkәmә yalnız tarix uyğunsuzluğuna istinad etmәklә hәmin sübutun hәqiqiliyini şübhә altına almışdır. Bundan başqa, birinci instansiya mәhkәmәsinin ## #### 2026-cı il tarixdә saat 01:15-dә aparılmış tibbi müayinәnin nәticәsinә hәddindәn artıq vә birtәrәfli әhәmiyyәt verilmiş, hәmin tibbi müayinә hadisәdәn müәyyәn müddәt sonra aparıldığından, sonrakı müayinәnin nәticәsinin şәxsin hadisә vaxtındakı vәziyyәtini hansı dәrәcәdә әks etdirmәsi xüsusi bilik tәlәb edәn mәsәlә olmuşdur. Mәhkәmәdә bu mәsәlә ilә bağlı şübhә yaranmışdırsa, Inzibati Xәtalar Mәcәllәsinin 82.1-ci maddәsinә uyğun olaraq ekspertiza tәyin edilә bilәrdi. Lakin mәhkәmә ekspert rәyi vә ya hәr hansı elmi-tibbi әsaslandırma olmadan alkoqolun müәyyәn edilmiş vaxt intervalında şәxsin orqanizmindәn xaric olmasının mümkün olub-olmaması barәdә özü nәticәyә gәlmişdir. Xüsusi bilik tәlәb edәn belә bir mәsәlә üzrә ekspertiza aparılmadan nәticә çıxarılması düzgün olmamışdır. Hәmçinin birinci instansiya mәhkәmәsinin iş materiallarına әlavә edilmiş videogörüntülәrә verdiyi qiymәtlә razılaşılmırlar. Belә ki, videogörüntülәrdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hadisә zamanı polis әmәkdaşları ilә söhbәt edәrkәn alkoqol qәbul etdiyini tәsdiq edәn mәzmunda ifadәlәr işlәtmәsi, o cümlәdәn “öz mәhlәmdir, gәl işi öz yoluna qoyaq” mәzmunlu ifadә sәslәndirmәsi әks olunmuşdur. Buna baxmayaraq, birinci instansiya mәhkәmәsi hәmin ifadәlәrin sübut әhәmiyyәtinә vә digәr sübutlarla әlaqәsinә hüquqi qiymәt vermәmişdir. Videogörüntüyә sadәcә baxış keçirilmәsi hәmin sübutun mәzmununun qiymәtlәndirilmәsi ilә eynilәşdirilә bilmәz. Mәhkәmә videogörüntüdә әks olunan konkret ifadә vә davranışların iş üzrә digәr sübutlarla әlaqәsini araşdırmalı vә onların sübut әhәmiyyәtini qәrarın әsaslandırıcı hissәsindә göstәrmәli idi. Bunun edilmәmәsi Inzibati Xәtalar Mәcәllәsinin 84.1-ci maddәsindә nәzәrdә tutulan sübutların hәrtәrәfli, tam vә obyektiv qiymәtlәndirilmәsi tәlәbinә uyğun olmamışdır. Birinci instansiya mәhkәmәsi protokolun ## #### 2026-cı il tarixdә tәrtib olunmasına baxmayaraq, hәmin tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahat alınmamasını protokolun qanunvericiliyin tәlәblәrinә uyğun tәrtib edilmәmәsinә әsas verәn hal kimi qiymәtlәndirmәsini әsassız hesab edirlәr. Şәxsin inzibati xәta haqqında protokolda izahat vermәmәsi vә ya ondan ayrıca izahatın alınmaması inzibati xәta hadisәsinin mövcudluğunu avtomatik şәkildә aradan qaldıran hal kimi qәbul edilә bilmәz. Bu baxımdan әsas mәsәlә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiә hüququnun faktiki tәmin edilib-edilmәmәsi vә iş üzrә sübutların qanuni qaydada әldә olunub-olunmamasıdır. Birinci instansiya mәhkәmәsi hәmin prosessual halın konkret olaraq hansı hüquqi nәticәni yaratdığını kifayәt qәdәr әsaslandırmamışdır. Belәliklә, birinci instansiya mәhkәmәsi iş üzrә әhәmiyyәtli faktiki halları tam araşdırmamış, alkotester nәticәsindәki tarix fәrqinin sәbәbini aydınlaşdırmamış, xüsusi bilik tәlәb edәn mәsәlәyә ekspert rәyi olmadan qiymәt vermiş, videogörüntülәrdә әks olunan halları digәr sübutlarla birlikdә qiymәtlәndirmәmiş vә protokolun tәrtibi zamanı yol verildiyi göstәrilәn pozuntuların işin nәticәsinә hansı konkret tәsir göstәrdiyini әsaslandırmamışdır. Bu sәbәblәrdәn Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi barәdә qәrar qәbul edilmәsi xahiş edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə dair vəsatəti: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Abşeron Rayon Polis Idarәsinin nümayәndәsi vәkil1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә dair vermiş olduğu vәsatәtini onunla әsaslandırmışdır ki, ## #### 2026-cı il tarixdә saat 23:50 radәlәrindә idarә etdiyi “Mercedes E270” markalı, **-EX-*** dövlәt qeydiyyat nişanlı avtomobil Xırdalan şәhәrindә polis әmәkdaşları tәrәfindәn saxlanılmış, özünü Yunis kimi tәqdim edәn polis әmәkdaşı tәrәfindәn onun alkoqollu olub-olmamasının müәyyәn edilmәsi mәqsәdilә alkotester vasitәsilә yoxlanılması aparılmış vә nәticәdә sәrxoş olduğu bildirilmişdir. O, sәrxoş olmadığını bildirsә dә, hadisә yerindә inzibati xәta haqqında protokol tәrtib edilmәmiş, ondan izahat alınmamış, sәnәdlәr imzalatdırılmamış vә avtomobili cәrimә meydançasına aparılmışdır. Polis әmәkdaşının yoxlamasından dәrhal sonra Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinin Respublika Narkoloji Mәrkәzinә müraciәt etmiş, ## #### 2026-cı il tarixdә saat 01:15-dә tibbi müayinәdәn keçmiş vә ******* nömrәli tibbi müayinә protokoluna әsasәn onun ayıq vәziyyәtdә olduğu müәyyәn edilmişdir. Onun qәnaәtinә görә, polis әmәkdaşının apardığı ilkin yoxlama ilә Respublika Narkoloji Mәrkәzindә keçirilmiş tibbi müayinә arasında qısa zaman intervalının olması şәraitindә nәticәlәr arasında belә kәskin fәrqin yaranması ağlabatan deyildir. Bu sәbәbdәn birinci instansiya mәhkәmәsinin Respublika Narkoloji Mәrkәzinin tibbi müayinә nәticәsinә üstünlük vermәsini düzgün hesab edir. Hәmçinin hadisәnin ## #### 2026-cı il tarixdә baş verdiyi tәrәflәr tәrәfindәn mübahisәlәndirilmәdiyi halda, iş materiallarında olan alkotester qәbzindә müayinәnin ## #### 2026-cı il tarixdә saat 23:22-dә aparıldığı qeyd edilmişdir. Hesab edir ki, alkotester qәbzindәki tarix vә vaxtla hadisәnin faktiki baş verdiyi tarix vә vaxt arasındakı uyğunsuzluq hәmin sübutun mötәbәrliyini şübhә altına alır vә inzibati xәta haqqında sәnәdlәrin hadisә baş verәn anda tәrtib edilmәdiyini göstәrir. Inzibati Xәtalar Mәcәllәsinin 8.3-cü maddәsinә şәxsin tәqsirli olması barәdә aradan qaldırılması mümkün olmayan şübhәlәrin onun xeyrinә hәll edilmәli olduğundan hesab edir ki, alkotester qәbzindәki tarix vә vaxt uyğunsuzluğu, habelә hadisәdәn qısa müddәt sonra Respublika Narkoloji Mәrkәzindә aparılmış tibbi müayinә zamanı onun ayıq vәziyyәtdә olmasının müәyyәn edilmәsi tәqsirinin sübuta yetirilmәdiyini tәsdiq edәn mühüm hallardır. Hadisәdәn dәrhal sonra Azәrbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizә Baş Idarәsinin “161” qaynar xәttinә mәlumat vermiş vә Azәrbaycan Respublikasının Baş Prokuroruna teleqram göndәrәrәk polis әmәkdaşının ondan 700 manat pul tәlәb etmәsi barәdә şikayәt etmişdir. Inzibati xәta haqqında protokol hadisә baş verәn anda deyil, sonradan tәrtib edilmiş, sәnәddә hadisәnin vaxtına dair mәlumatlar düzgün göstәrilmәmişdir. O, bu halların araşdırılması üçün polis әmәkdaşı X2 hәrәkәtlәri barәdә xüsusi qәrardad çıxarılaraq materialların prokurorluq orqanlarına göndәrilmәsini dә xahiş edir. Birinci instansiya mәhkәmәsindә baxış günü ona әvvәlcәdәn rәsmi mәlumat verilmәmiş, hәmin gün polis әmәkdaşları tәrәfindәn idarәyә çağırılmış, telefonu vә saatı әlindәn alınmış, nәzarәt altında saxlanılmış vә ## ###### 2026-cı il tarixdә, hadisәdәn 21 gün sonra inzibati xәta haqqında protokolu imzalamağa mәcbur edilmiş, bu sәbәbdәn hüquqşünas tәrәfindәn hazırlanmış vәsatәti birinci instansiya mәhkәmәsinә tәqdim edә bilmәmiş vә öz mövqeyini tam ifadә etmәk imkanı әldә etmәmişdir. Göstәrilәnlәrә әsasәn Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli qәrarının qanuni vә әsaslı olduğunu, hәmin qәrarın dәyişdirilmәsi vә ya lәğv edilmәsi üçün әsasların mövcud olmadığını bildirәrәk, apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının qüvvәdә saxlanılmasını, X2 hәrәkәtlәrinin araşdırılması üçün xüsusi qәrardad çıxarılmaqla ona vurulan maddi vә mәnәvi zәrәrә görә 5.000 manat kompensasiya ödәnilmәsini xahiş edir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn inzibati xәta haqqında protokolu tәrtib etmiş orqan – Abşeron Rayon Polis Idarәsi DYP Şöbәsinin nümayәndәsi vәkil1 apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk şikayәtin tәmin edilmәsini xahiş etmәklә onu da vurğuladı ki, hadisә olan günü sonuncunun içkili olması videogörüntülәrdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs polis әmәkdaşları ilә söhbәti zamanı alkoqol qәbul etdiyini tәsdiq edәn mәzmunlu ifadәlәri ilә tam tәsdiq edilsә dә, birinci instansiya mәhkәmәsi hәmin ifadәlәrin sübut әhәmiyyәtinә vә digәr sübutlarla әlaqәsinә heç bir hüquqi qiymәt vermәmәsi әsaslı sayıla bilmәz, ona görә dә Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli qәrarının lәğv edilәrәk barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs haqqında tәrtib edilmiş protokol üzrә inzibati tәnbeh tәtbiq edilmәsinә dair qәrar qәbul edilmәsini xahiş edirlәr. Apellyasiya instansiyası mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk şikayәtin tәmin edilmәmәsini vә birinci intansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmәklә әlavә olaraq qeyd etdi ki, o, Rövşәn adlı polis әmәkdaşına “gәl mәsәlәni yoluna qoyaq” vә sair bu kimi sözlәr demәmiş, Rövşәn adlı polis әmәkdaşının hәyat yoldaşı ilә onun qohumluq әlaqәlәri vardır vә nümayәndәnin istinad etdiyi bәzi sözlәr onun tәrәfindәn yalnız sәmimi söhbәt әsnasında deyilmişdir. Alkotestr qәbzindә hadisә tarixinin 27 iyul vә ya 28 iyul kimi göstәrilmәsi ilә bağlı bildirir ki, mübahisә yalnız tarixin 27 vә ya 28 iyul olması ilә mәhdudlaşmır, qәbzdә göstәrilәn saatla faktiki saxlanıldığı vaxt arasında da fәrq mövcuddur. Belә ki, qәbzdә saat 23:22 göstәrildiyi halda, o, ## #### 2026-cı il tarixdә saat 23:40 radәlәrindә saxlanılmış, polis әmәkdaşı tәrәfindәn saxlanılması saat 23:30dan sonrakı vaxta tәsadüf etmişdir. Bundan başqa, polis әmәkdaşları alkotesterin nәticәsini әks etdirәn qәbzi ona göstәrmәmişlәr. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәt vә ya protest hakim vә ya vәzifәli şәxs tәrәfindәn tәkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiyası mәhkәmәsi iş üzrә toplanmış sübutları, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәlәri, apellyasiya şikayәtinin dәlillәrini, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәmin dәlillәrә etirazlarını, habelә apellyasiya baxışı zamanı bilavasitә tәdqiq edilmiş sübutları ayrı-ayrılıqda vә mәcmu halında qiymәtlәndirәrәk hesab edir ki, apellyasiya şikayәti әsaslıdır vә tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrarı isә lәğv edilmәklә iş üzrә yeni qәrar qәbul edilmәlidir. Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 8.2-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir, hәmin Mәcәllәnin 8.3-cü maddәsinә әsasәn isә inzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә şübhәlәr onun xeyrinә hәll edilir. Bununla yanaşı, tәqsirsizlik prezumpsiyası iş üzrә mövcud olan sübutların ayrı-ayrılıqda deyil, onların qarşılıqlı әlaqәsi vә mәcmusu nәzәrә alınmaqla hәrtәrәfli araşdırılması vә qiymәtlәndirilmәsi vәzifәsini aradan qaldırmır. IXM-nin 76.1-ci maddәsinin mәnasına görә inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn digәr halları müәyyәn etmәyә imkan verәn faktiki mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübut hesab olunur vә belә mәlumatlar, o cümlәdәn inzibati xәta haqqında protokol, şәxslәrin izahatları, digәr sәnәdlәr vә xüsusi texniki vasitәlәrin göstәricilәri ilә müәyyәn edilә bilәr. IXM-in 84.1-ci maddәsinә görә isә inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Hazırkı işdә ## #### 2026-cı il tarixli, IXP seriyalı ******* nömrәli inzibati xәta haqqında protokolda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәmin tarixdә saat 23:40 radәlәrindә “MERCEDES E270 CDI” markalı, **-EX-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini idarә edәrkәn işıq cihazlarından düzgün istifadә etmәdiyi üçün saxlanıldığı vә nәqliyyat vasitәsini alkoqol sәrxoşluğu vәziyyәtindә idarә etmәsinin müәyyәn olunduğu göstәrilmişdir. “Nәqliyyat vasitәsinin mühafizә olunan duracağa yerlәşdirilmәsi barәdә” aktla da hәmin avtomobilin ## #### 2026-cı il tarixdә saat 23:43dә mühafizә olunan duracağa yerlәşdirildiyi müәyyәn olunur. Iş materiallarında olan alkotester qәbzinә әsasәn xüsusi texniki vasitә ilә aparılmış müayinә zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs bәdәnindә 0,4622 göstәricisindә alkoqol müәyyәn edilmişdir. Eyni zamanda qәbzdә müayinәnin tarixi ## #### 2026-cı il, saatı isә 23:22 kimi qeyd edilmişdir. Birinci instansiya mәhkәmәsi mәhz xüsusi texniki vasitәnin qәbzindә göstәrilmiş tarix vә saatla protokolda qeyd olunan hadisә vaxtı arasındakı uyğunsuzluğa mühüm әhәmiyyәt verәrәk, hәmin halı alkotester nәticәsinin etibarlılığına şübhә yaradan әsaslardan biri kimi qiymәtlәndirmişdir. Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, bu yanaşma sübutun yalnız bir rekvizitinin digәr sübutlardan tәcrid edilmiş qaydada qiymәtlәndirilmәsinә әsaslanmışdır. Belә ki, protokolu tәrtib etmiş polis әmәkdaşı X2 birinci instansiya mәhkәmәsindә bildirmişdir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs faktiki olaraq ## #### 2026-cı il tarixdә saxlanılmış vә alkotester göstәricisindәki tarix-saat fәrqi texniki sәbәbdәn yaranmış ola bilәr. Birinci instansiya mәhkәmәsinin qәrarında hәmin izahat birbaşa әks olunmuşdur. Bundan başqa, alkotester qәbzindәki tarix göstәricisinin digәr sübutlarla uzlaşmaması hәmin sübutun özlüyündә vә avtomatik qaydada bütün sübutetmә әhәmiyyәtini aradan qaldırmır. Sübutun mötәbәrliyi qiymәtlәndirilәrkәn yalnız onun tarix sәtrinә deyil, xüsusi texniki vasitәnin göstәricisinә, müayinәnin hansı şәxs vә nәqliyyat vasitәsi ilә bağlı aparılmasına dair mәlumatlara, inzibati xәta haqqında protokola, nәqliyyat vasitәsinin cәmi bir neçә dәqiqә sonra mühafizә olunan duracağa yerlәşdirilmәsini tәsdiqlәyәn akta, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, polis әmәkdaşının izahatlarına, iş materiallarında olan digәr sәnәdlәr vә videogörüntülәrin mәzmununa birlikdә qiymәt verilmәlidir. Apellyasiya şikayәtindә dә haqlı olaraq göstәrilmişdir ki, tarix uyğunsuzluğu aşkar edildiyi halda hәmin ziddiyyәtin mövcudluğunu qeyd etmәklә kifayәtlәnmәk deyil, onun iş üzrә digәr sübutlara tәsirini müәyyәnlәşdirmәk tәlәb olunurdu; şikayәt verәn tәrәf birinci instansiya mәhkәmәsinin sübutların qarşılıqlı әlaqәsini vә mәcmusunu lazımi qaydada qiymәtlәndirmәdiyini irәli sürmüşdür. Qeyd edilәn hallarla bağlı apellyasiya icraatı zamanı iş materiallarında olan diskә baxış keçirildikdәn sonra Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs video görüntülәrә münasibәt bildirәrәk qeyd etmişdir ki, videoda onun “pivә içmişәm” demәsi bir bakal pivә içmәsi ilә bir butulka pivә içmәsinin eyni mәna daşıması kimi qiymәtlәndirilmәmәli vә bunu onunla әsaslandırmışdır ki, o, hәr gün marketdәn 0% pivә alaraq qәbul edir vә bu barәdә bir neçә kassa çeklәri dә tәqdim etmәklә marketlәrdәn mütәmadi olaraq spirtsiz pivә aldığını, mәhz hadisә günü dә mәdәsindә turşuluğun çox olması sәbәbindәn hәmin pivәni müalicә xarakterli olaraq qәbul etmişdir. Birinci instansiya mәhkәmәsi qәrarını hәm dә, onunla әsaslandırmışdır ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hadisәdәn sonra öz tәşәbbüsü ilә tibbi müayinәdәn keçmәsi vә ## #### 2026-cı il tarixdә saat 01:15-dә aparılmış tibbi müayinә zamanı onun ayıq vәziyyәtdә olmasının müәyyәn edilmәsi iş materiallarındakı ******* nömrәli tibbi müayinә protokolu ilә tәsdiqlәnir. Lakin, hadisәnin baş verdiyi ## #### 2026-cı il saat 23 radәlәrindәn sonra, yәni alkotestr göstәricisindә saatın 23:22 göstәrilmәsi, inzibati xәta protokolunda saatın 23:40 göstәrilmәsi, nәqliyyat vasitәsinin mühafizә olunan duracağa yerlәşdirilmәsi barәdә Akda saatın 23:43 göstәrilmәsi özü-özlüyündә onu tәsdiq edir ki, yol hәrәkәti qaydasının hәr hansı bir pozuntusu nәticәsindә DYP müfәttişinin nәqliyyat vasitәsini saxlatması zamanı qısa bir dialoqun olması (özünü tәqdim etmәsi, sürücünün kimliyini dәqiqlәşdirmәsi, suallara verilәn cavabın qәnaәtbәxştliyi vә s.) qaçılmazdır vә dialoq zamanı alkoqol vә ya digәr şübhәnin müәyyәn edilmәsi sәbәbindәn sürücünün alkotestdәn keçirilmәsi, testin nәticәsindә sәrxoşluğun müәyәn edilmәsi, avtomaşının duracağa aparılması, orada müvafiq protokolun tәrtib edilmәsi, sonra isә avtomaşının duracaqda yerlәşdirilmәsinin rәsmilәşdirilmәsi sözsüz ki, müxtәlif zaman çәrçivәsindә baş verir ki, bu da hazırkı iş materiallarından da göründüyü kimi sәnәdlәrdә saat fәrqinin olması işin hallarına uyğundur. Apellyasiya instansiyası mәhkәmәsi onu da nәzәrә alır ki, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrәli qәrarı ilә tәsdiq edilmiş qaydalara vә IXM-in 333-cü maddәsinin Qeydinә görә xüsusi texniki vasitә qanda alkoqolun konsentrasiyasının 0,3 promilli vә daha artıq olmasını göstәrdikdә şәxs sәrxoşluq vәziyyәtindә hesab edilir. Bu baxımdan hazırkı işdә xüsusi texniki vasitәnin 0,4622 göstәricisi qanunvericiliklә müәyyәn edilmiş hәddәn yuxarı nәticәni ifadә edir vә hәmin göstәrici digәr sübutlarla birlikdә qiymәtlәndirilmәlidir. Əvvәla, ## #### 2026-cı il tarixdә saat 01:15-dә keçirilmiş tibbi müayinә öz mahiyyәtinә görә hәmin müayinәnin keçirildiyi anda şәxsin vәziyyәtini müәyyәn edir. Bu sәnәd bir neçә saat әvvәl, nәqliyyat vasitәsinin idarә edildiyi vә ilkin xüsusi texniki vasitә ilә yoxlamanın aparıldığı anda şәxsin vәziyyәtinә dair әvvәlki sübutları öz-özlüyündә etibarsız edәn vә ya avtomatik tәkzib edәn sübut kimi qiymәtlәndirilә bilmәz. Ikincisi, birinci instansiya mәhkәmәsi iki müayinә arasındakı müddәtdә xüsusi texniki vasitә ilә müәyyәn edilmiş alkoqol göstәricisinin insan orqanizmindәn xaric olmasının mümkün olub-olmaması barәdә xüsusi tibbi bilik tәlәb edәn mәsәlә üzrә faktiki olaraq özü nәticәyә gәlmişdir. Halbuki bu mәsәlә tibbi vә toksikoloji xarakterli xüsusi bilik tәlәb edәn mәsәlәdir. Apellyasiya şikayәtindә dә düzgün olaraq vurğulanmışdır ki, mәhkәmәnin hәmin mәsәlәni xüsusi bilik vә ekspert rәyi olmadan öz mülahizәsi әsasında hәll etmәsi sübutların qiymәtlәndirilmәsi qaydalarına uyğun deyildir. Başqa sözlә desәk, birinci instansiya mәhkәmәsi sonrakı tibbi müayinәnin nәticәsini әvvәlki alkotester nәticәsini tәkzib edәn mütlәq sübut kimi qәbul etmәklә kifayәtlәnmәmәli, iki sübutu onların әldә edildiyi vaxt, şәrait vә digәr materiallarla әlaqәli şәkildә qiymәtlәndirmәli idi. Lakin birinci instansiya mәhkәmәsi hesab etmişdir ki, ilkin yoxlama zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alkotestr müayinәsinin nәticәsini götәrәn cihazın tarixinin bir gün әvvәlә tәsadüf etdiyinә әsaslanmaqla, bu nәticәnin tәkzibolunmaz sübut kimi qәbul edәrәk şәxsin inzibati hadisәsini törәtmәyә әsas verәn hal kimi qiymәtlәndirmәyәrәk hadisәdәn 2 saat sonra Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs öz hesabına hәkim müayinәsindәn keçmәklә sәzxoşluq halının olmaması barәdә müayinә nәticәsinә әsaslanmaqla keçәn 2 saat müddәt әrzindә alkoqolun onun orqanizmdәn tәmizlәnә bilmәsinin mümkün olmaması, eyni zamanda hadisә zamanı sürücünün izahatının alınmaması, videogürüntülәrin kәsilmiş şәkildә tәqdim edilmәsini pozuntular kimi qiymәtlәndirmәklә gәlmiş olduğu qәnaәti әsaslı hesab edilә bilmәz ona görә ki, göstәrilәn xüsusatlar “YPX haqqında Tәlimat”ın tәlәblәrinin pozulması hesab edilsә dә, şәxsin inzibati mәsuliyyәtdәn azad edilmәsi üçün әsas deyildir. Belә ki, iş materiallarından göründüyü kimi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixindә idarә etdiyi “MERCEDES E270 CDI” minik markalı, **-EX-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsi ilә bağlı olaraq alkoqol sәrxoşluğu şübhәsi әsasında yoxlanılmışdır. Alcovisor Jupiter X xüsusi texniki vasitәsinin nәticәsinә әsasәn, sürücüdә 0,4622 faiz alkoqol tәrkibi müәyyәn edilmişdir ki, bu da onun nәqliyyat vasitәsini sәrxoş vәziyyәtdә idarә etmәsinә dair ilkin vә mötәbәr sübut kimi qiymәtlәndirilmişdir. Bundan әlavә, iş materiallarında olan inzibati xәta haqqında protokol, nәqliyyat vasitәsinin duracağa yerlәşdirilmәsinә dair akt, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahat vermәkdәn imtina etmәsinә dair YPX әmәkdaşları tәrәfindәn tәrtib edilmiş akt vә hadisә zamanı çәkilmiş videogörüntülәr bir-birini tamamlayaraq inzibati xәtanın baş vermәsini tәsdiq edәn sübutlar kimi çıxış edir. Birinci instansiya mәhkәmәsi sürücünün sәrxoş olmaması barәdә ##.##.2026-cı il tarixli saat 01:15 dәqiqәdә әldә olunmuş tibbi müayinәdә alkoqol aşkarlanmadığı barәdә ******* nömrәli protokolu mötәbәr sübut kimi qәbul etmәklә inzibati icraat qaydasından kәnar vә tәxminәn 2 saat sonra әldә olunmuş müayinә protokoluna әsaslansa da, protokolun kim tәrәfindәn müayinә olunması dәqiq göstәrilmәmiş; müayinәnin nәticәsini tәsdiq edәn texniki cihazın çap nәticәsi Protokola әlavә edilmәmişdir. Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, mәhkәmәyә verilmiş protokol әsasında işә mahiyyәti üzrә baxan birinci instansiya mәhkәmәsi toplanmış sübutlarla Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati xәtaları törәtmәsindә tәqsirinin tәsdiq edilmәmәsi barәdә gәldiyi nәticәsi әsaslı hesab edilә bilmәz. Belә ki, “Yol hәrәkәti haqqında” Qanunun 37-ci maddәsinin İ bәndinin 8-ci hissәsinә görә mexaniki nәqliyyat vasitәsinin sürücüsü hәrәkәt tәhlükәsizliyi üçün qorxu törәdәn alkoqol, narkotik vasitәlәr, psixotrop maddәlәr vә ya güclü tәsir göstәrәn digәr maddәlәrin istifadә edilmәsi nәticәsindә, diqqәti vә çevikliyi azaldan dәrman vasitәlәrinin tәsiri altında, xәstә vә әzgin, yorğun vәziyyәtdә nәqliyyat vasitәsini idarә etmәmәli, habelә nәqliyyat vasitәsini idarә etmәk ixtiyarını bu cür vәziyyәtdә olan vә ya eyni kateqoriyalı nәqliyyat vasitәsini idarә etmәk hüququ olmayan şәxsә vermәmәlidir. Hәmin Qanunun 73-cü maddәsinin İ bәndinә әsasәn tәhlükәnin vә ya hәrәkәtdә olan maneәlәrin aradan qaldırılması mәqsәdilә nәqliyyat vasitәlәrinin sürücülәri fara işıqlarından, bu vә ya digәr istiqamәtә dönmә işıq göstәricilәrindәn, sәs siqnallarından vә ya әl işarәsindәn istifadә edirlәr. Iş materiallarından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs avtomobili ilә hәrәkәtdә olarkәn “Yol hәrәkәti haqqında” Qanunun tәlәblәrini pozaraq işıq cihazlarından düzgün istifadә etmәdiyi üçün polis әmәkdaşı tәrәfindәn saxlanılmış vә onun nәqliyyat vasitәsini alkoqol sәrxoşluğu vәziyyәtindә idarә etdiyi müәyyәn edilmişdir. Onun tәrәfindәn yuxarıda tәsvir olunan inzibati xәtanın törәdilmәsi, inzibati xәta haqqında protokol, videogörüntü, xüsusi texniki vasitә olan alkotesterin nәticәsi vә iş materiallarında olan digәr sәnәdlәr ilә öz tәsdiqini tapır. O da qeyd edilmәlidir ki, Nazirlәr Kabinetinin ## #### 2014-cü il tarixli, *** saylı Qәrarı ilә tәsdiq edilmiş “Nәqliyyat vasitәsini idarә edәn şәxsin sәrxoşluq vәziyyәtinin müәyyәn edilmәsi Qaydaları”na görә sәrxoşluğun müәyyәn edilmәsinin iki fәrqli proseduru mövcuddur ki, birinci halda sәrxoşluğun DYP әmәkdaşları tәrәfindәn yerindә müәyyәn edilmәsi; ikinci halda sәrxoşluğun tibb müәssisәsindә müәyyәn edilmәsi. DYP әmәkdaşı qaydalarda göstәrilәn üç әlamәtdәn biri vә ya bir neçәsi olduqda alkotesterdәn vә ya narkotesterdәn istifadә etmәklә sürücünün sәrxoşluğunu müәyyәn edә bilәr. Hәmin әlamәtlәrdәn birincisi sürücünün nәfәsindәn alkoqollu içki qoxusu gәlmәsi; ikincisi sürücünün ayaq üstә sәrbәst dayana bilmәmәsi vә üçüncüsü sürücünün özünü idarә edә bilmәmәsi. Alkotester vә narkotesterin tәtbiqi, habelә onların göstәricilәrinin qәbul edilmәsi sürücünün iradәsindәn asılıdır. Yәni sürücü bu vasitәlәrlә sәrxoşluğun müayinәsindәn imtina edәrsә, yaxud hәmin vasitәlәrin sәrxoşluğun olmasına dair göstәricilәrini qәbul etmәzsә, sәrxoş sayıla bilmәz vә mütlәq tibbi müayinәdәn keçirilmәlidir. Sәrxoşluğun tibbi müayinәsi dә sәrxoşluğun növündәn asılı olaraq hәyata keçirilir. Tibb müәssisәsindә alkoqol sәrxoşluğu qanın analizi yolu ilә, narkoloji sәrxoşluq isә qanın, tüpürcәyin, sidiyin vә s. müvafiq tibbi metodlarla analiz edilmәsi yolu ilә müәyyәn edilә bilәr. Apellyasiya icraatı zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahat verәrkәn alkoqol içki qәbul etmәdiyini bildirsә dә, iş materialına әlavә edilmiş videogörüntülәrә baxıldıqdan sonra “video görüntülәrdә pivә içmişәm” demәsilә bağlı bildirmişdir ki, bir bakal pivә içmәsini demәklә bir butulka pivә içmәsi demәsi fәrqlidir. O, pivә içmәsini demiş, amma 0% pivә içmәsini demiş vә bunu tәsdiq edәn kassa çeklәrini dә mәhkәmәyә gәtirmişdir. Hәmin videogörüntülәr Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs polis әmәkdaşları ilә ünsiyyәtini vә hәmin ünsiyyәt zamanı söylәdiyi fikirlәri әks etdirir. Apellyasiya şikayәtindә dә birinci instansiya mәhkәmәsinin videogörüntülәrә formal yanaşıldığı, hәmin görüntülәrdә şәxsin “öz mәhlәmdir, gәl işi öz yoluna qoyaq” mәzmunlu ifadәlәrinin vә digәr davranışlarının hüquqi qiymәtdәn kәnarda qaldığı göstәrilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya baxışı zamanı hәmin ifadәlәrin ona aid edilәn mәnada deyilmәdiyini, Rövşәn adlı polis әmәkdaşının hәyat yoldaşı ilә qohumluq әlaqәlәrinin olduğunu vә bәzi ifadәlәrin sәmimi söhbәt zamanı işlәdildiyini bildirsә dә, mәhkәmә hesab edir ki, videogörüntülәrin sübutetmә әhәmiyyәti yalnız hәmin bir ifadә ilә mәhdudlaşmır. Videogörüntülәr iş üzrә digәr sübutlarla, o cümlәdәn xüsusi texniki vasitәnin göstәricisi, protokol vә polis әmәkdaşının izahatı ilә birlikdә qiymәtlәndirilmәlidir. Apellyasiya icraatı zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs videogörüntüdә “pivә içmişәm” demәsinә münasibәtdә bunun bir bakal pivә vә ya bir butulka pivә qәbul etmәsi anlamına gәlmәdiyini, sonradan isә içdiyi pivәnin spirtsiz olduğunu bildirmәklә buna dair market çeklәri tәqdim etmәsilә bağlı qeyd edilmәlidir ki, marketdәn müәyyәn mәhsulun alınmasını әks etdirәn çeklәr özlüyündә mәhz nәqliyyat vasitәsinin idarә edilmәsindәn әvvәl Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs yalnız hәmin çeklәrdә göstәrilәn spirtsiz içkidәn istifadә etdiyini vә digәr alkoqollu içki qәbul etmәdiyini tәsdiq edәn mötәbәr vә tәkzibedilmәz sübut sayıla bilmәz. Çek alış faktını tәsdiqlәyә bilәr, lakin hәmin mәhsulun konkret hadisәdәn әvvәl kim tәrәfindәn, hansı miqdarda vә hansı şәraitdә qәbul edildiyini müәyyәn etmir. Buna görә dә bu sәnәdlәr xüsusi texniki vasitәnin nәticәsini vә digәr sübutları aradan qaldıran sübut kimi qәbul edilә bilmәz. Hazırkı iş üzrә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs spirtli içki qәbul etmәsi barәdә hadisә zamanı verdiyi mәlumat, YPX әmәkdaşlarının tәrtib etdiyi akt, alkotesterlә aparılmış müayinәnin nәticәsi vә hadisәni әks etdirәn video görüntülәr, inzibati xәta barәdә tәrtib edilmiş protokol (protokolda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hüquqlarının izah edilmәsi barәdә qeydin, hәmçinin sonuncunun protokolla razı olmamasını yazmaqla imzalaması) bir-biri ilә müәyyәn dәrәcәdә uzlaşan sübutlar kimi qiymәtlәndirilmәli, hadisәdәn tәxminәn 3 saat sonra, yәni ##.##.2026-cı il tarixi saat 01:15 dәqiqәdә әldә olunmuş tibbi müayinәyә dair ******* nömrәli protokol isә, yuxarıda istinad edilәn Nazirılәr Kabinetinin müvafiq qәrarına әsasәn mötәbәr sübut kimi qәbul edilә bilmәz. Belә ki, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrәli qәrarı ilә tәsdiq edilmiş “Nәqliyyat vasitәsini idarә edәn şәxsin sәrxoşluq vәziyyәtinin müәyyәn edilmәsi” Qaydalarının 2.1-ci bәndinә göstәrilmişdir ki, nәqliyyat vasitәsini idarә edәn şәxsin sәrxoşluq vәziyyәtinin müәyyәn edilmәsi aşağıdakı әlamәtlәrdәn biri müşahidә olunduqda hәyata keçirilir: 2.1.1. nәfәsindәn alkoqollu içki qoxusu gәldikdә; 2.1.2. ayaq üstә sәrbәst dayana bilmәdikdә; 2.1.3. özünü idarә edә bilmәdikdә. Hәmin Qaydaların 2.2-ci bәndindә göstәrilir ki, nәqliyyat vasitәsini idarә edәn şәxsin alkoqollu içkidәn, narkotik vasitәlәrdәn, psixotrop vә digәr güclü tәsir edәn maddәlәrdәn istifadә etmәsi faktını tәsdiq etmәk mәqsәdi ilә polis әmәkdaşı müayinәnin nәticәsini kağız daşıyıcıda әks etdirәn texniki vasitәlәrdәn (alkotester, narkotester) istifadә edir. Hәmin Qaydaların 2.3-cü bәndinә әsasәn alkoqolun qәbulu faktının xüsusi texniki vasitә ilә yoxlanılması şәxsin nәfәsvermә, narkotik vasitәlәrdәn, psixotrop vә digәr güclü tәsir edәn maddәlәrin qәbulu faktının xüsusi texniki vasitә ilә yoxlanılması isә şәxsin ağız suyundan nümunәnin götürülmәsi üsulu ilә aparılır. Hәmin Qaydaların 2.4-cü bәndinә әsasәn xüsusi texniki vasitә qanda alkoqolun konsentrasiyasının 0,3 promilli vә daha artıq olmasını vә yaxud narkotik vasitәlәrin, psixotrop vә digәr güclü tәsir edәn maddәlәrin qәbulunu göstәrdiyi halda şәxsin sәrxoşluq vәziyyәtindә olduğu hesab edilir. Hәmin Qaydaların 2.7-ci bәndinә әsasәn nәqliyyat vasitәsini idarә edәn şәxs alkoqollu içkidәn vә yaxud narkotik vasitәlәrdәn, psixotrop vә digәr güclü tәsir edәn maddәlәrdәn istifadә edilmәsi nәticәsindә sәrxoş vәziyyәtdә olub-olmamasının müәyyәn edilmәsindәn imtina etdikdә vә ya xüsusi texniki vasitә ilә müayinәnin nәticәsindәn narazı olduqda, lakin onun sәrxoşluq әlamәtlәri özünü aşkar büruzә verdikdә, hәmin şәxs tibbi müayinәyә göndәrilir. Hәmin Qaydaların 3.2-ci bәndinә әsasәn nәqliyyat vasitәsini idarә edәn şәxsin alkoqol sәrxoşluğunun tәyin edilmәsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bәndi ilә müәyyәn edilmiş konsentrasiyasına әsasәn müәyyәnlәşdirilir. Bundan başqa, apellyasiya icraatı zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alkotester qәbzinin ona göstәrilmәmәsi, inzibati xәta haqqında protokolun hadisә yerindә tәrtib edilmәmәsi, polis әmәkdaşlarının ondan 700 manat pul tәlәb etmәsi, ## #### 2026-cı il tarixdә Bahadur adlı polis әmәkdaşının onunla “WhatsApp” vasitәsilә hәdә-qorxu ilә danışması, avtomobilinin uzun müddәt duracaqda saxlanılması vә bunun nәticәsindә ona maddi zәrәr dәymәsi barәdә bildirdiklәri dә mәhkәmә tәrәfindәn nәzәrdәn keçirilmişdir. Lakin hәmin iddiaların mövcud inzibati xәta tәrkiblәrinin sübuta yetirilibyetirilmәmәsi mәsәlәsindәn fәrqlәndirilmәsi zәruridir. Polis әmәkdaşlarının hüquqazidd davranışı, rüşvәt tәlәb etmәsi vә ya vәzifә sәlahiyyәtlәrindәn sui-istifadә etmәsi barәdә iddialar müvafiq qaydada ayrıca araşdırmanın predmeti ola bilәr. Bu iddiaların irәli sürülmәsi özlüyündә xüsusi texniki vasitәnin göstәricisini, inzibati xәta haqqında protokolu, nәqliyyat vasitәsinin duracağa yerlәşdirilmәsi aktını, videogörüntülәri vә digәr sübutları hüquqi qüvvәdәn salmır. Hazırkı iş materiallarında hәmin iddiaların sözügedәn sübutların saxtalaşdırıldığını müәyyәn edәn sәlahiyyәtli orqanın yekun qәrarı ilә tәsdiq olunması müәyyәn edilmir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı teleqramda hadisә tarixinin “30 mart” kimi göstәrilmәsinә münasibәtdә bunun texniki sәhv olduğunu bildirmәsi dә mәhkәmәnin diqqәtindәn yayınmır. Mәhkәmә bu halı onun şikayәt hüququnu vә ya polis әmәkdaşları barәsindә irәli sürdüyü iddiaları tәkzib edәn sübut kimi qәbul etmir. Bununla belә, hәmin hal bir sәnәddә tarix rekvizitinin yanlış göstәrilmәsinin hәr bir halda sәnәdin bütün mәzmununun saxta olması barәdә avtomatik nәticәyә gәtirmәdiyini nümayiş etdirәn әlavә hal kimi qiymәtlәndirilә bilәr. Belәliklә, apellyasiya instansiyası mәhkәmәsi belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi alkotester qәbzindәki tarix uyğunsuzluğunu vә sonrakı tibbi müayinәnin nәticәsini digәr sübutlardan üstün tutmuş, hәmin sübutlara faktiki olaraq hәlledici әhәmiyyәtli hesab etmiş, lakin inzibati xәta haqqında protokolu, xüsusәn dә protokolda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hüquqlarının izah edilmәsi barәdә qeydi, sonuncunun protokolla razı olmamasını yazmaqla imzalamasını, polis әmәkdaşlarının tәrtib etdiyi aktı, nәqliyyat vasitәsinin mühafizә olunan duracağa yerlәşdirilmәsi barәdә aktı, xüsusi texniki vasitәnin göstәricisinin vә videogörüntülәrin qarşılıqlı әlaqәsini lazımi qaydada qiymәtlәndirmәmişdir. Bununla yanaşı, IXM-nin 333.2-ci maddәsinin tәtbiqi üçün yalnız şәxsin sәrxoş vәziyyәtdә nәqliyyat vasitәsi idarә etmәsi deyil, IXM-in 333.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtaya görә inzibati tәnbeh almış şәxsin qәrar qüvvәyә mindiyi gündәn bir il әrzindә hәmin xәtanı tәkrar törәtmәsi dә müәyyәn edilmәlidir. Hazırkı işә әlavә edilmiş sәnәdlәr sırasında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә әvvәlki inzibati tәnbeh barәdә sәnәd dә mövcuddur; hәmin sәnәddә ## ######## 2025-ci il tarixli әvvәlki inzibati mәsuliyyәt faktı әks olunmuşdur. Bu sәnәdin mәzmunu 333.2-ci maddәdә nәzәrdә tutulan tәkrarılıq әlamәtinin müәyyәn edilmәsindә nәzәrә alınmalıdır. Hesab edirәm ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәrtib edilmiş protokol üzrә qәbul edilmiş qәrar әsaslı vә inzibati qanunvericiliyin tәlәblәrinә uyğun olmamış vә yuxarıda şәrh edilәnlәrә әsasәn sonuncu inzibati protokol üzrә IXM-nin 329.3 vә 333.2-ci maddәlәrilә tәqsirli bilinmәklә barәsindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Belә ki, IXM-in 333.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın inzibati tәnbeh almış şәxs tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrar qüvvәyә mindiyi gündәn bir il әrzindә tәkrar törәdilmәsinә görә nәqliyyat vasitәlәrini idarә etmәk hüququ iki il müddәtinә mәhdudlaşdırılmaqla, beş yüz manat mәblәğindә cәrimә edilir vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ iki il müddәtinә mәhdudlaşdırılmaqla işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, on beş günәdәk müddәtә inzibati hәbs tәtbiq olunur. Odur ki, әvvәlki tәnbeh barәdә qәrarın qüvvәyә minmә tarixi dә iş materialları әsasında dәqiq müәyyәn edilmәklә, hәmin tarixdәn ## #### 2026-cı il tarixәdәk bir illik müddәtin keçmәdiyi tәsdiq olunduğu halda, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәli IXM-in 333.2-ci maddәsi ilә düzgün tövsif edilmişdir. IXM-in 329.3-cü maddәsi işıq cihazlarından vә sәs siqnallarından istifadә qaydalarının pozulmasına görә inzibati mәsuliyyәt müәyyәn edir vә hәmin әmәlә görә otuz manat mәblәğindә cәrimә nәzәrdә tutulur. Iş üzrә inzibati xәta haqqında protokolda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhz işıq cihazlarından düzgün istifadә etmәdiyi üçün polis әmәkdaşları tәrәfindәn saxlanıldığı göstәrilmiş, hәmin hal protokolu tәrtib edәn polis әmәkdaşının izahatı ilә dә tәsdiqlәnmişdir. Barәsindә inzibati icraat aparılan şәxsin izahatlarında isә onun hәmin vaxt nәqliyyat vasitәsini idarә etmәmәsi vә polis әmәkdaşları tәrәfindәn saxlanılması faktı mübahisәlәndirilmәmişdir. Bu baxımdan protokol vә onu tәrtib etmiş vәzifәli şәxsin bilavasitә müşahidәsinә әsaslanan izahatı birlikdә qiymәtlәndirildikdә, IXMin 329.3-cü maddәsindә nәzәrdә tutulmuş әmәli törәtmәsi dә sübuta yetirilmiş hesab edilmәlidir. Nәzәrә alınmalıdır ki, IXM-in 34.3-cü maddәsinә görә şәxsin eyni vaxtda öz hәrәkәtlәri (hәrәkәtsizliyi) ilә törәtdiyi bir neçә inzibati xәtaya dair işlәrә baxılması eyni orqanın sәlahiyyәtinә aiddirsә, hәmin şәxs daha ciddi xәtaya görә müәyyәn edilmiş sanksiya çәrçivәsindә tәnbeh edilir. Bu halda törәdilmiş xәtalardan hәr hansı birinә görә nәzәrdә tutulmuş әlavә tәnbehlәrdәn biri әsas tәnbehә әlavә edilә bilәr. Mәhkәmә inzibati tәnbehin növü vә hәddini müәyyәn edәrkәn törәdilmiş xәtanın xarakterini, yol hәrәkәti tәhlükәsizliyinә yaratdığı riski, 333.2-ci maddәdә nәzәrdә tutulan әmәlin tәkrar xarakter daşımasını, iş üzrә müәyyәn edilmiş konkret halları vә şәxsin mövqeyini nәzәrә alaraq, inzibati hәbs tәtbiq etmәdәn, nәqliyyat vasitәlәrini idarә etmәk hüququnu iki il müddәtinә mәhdudlaşdırmaqla 500 manat mәblәğindә inzibati cәrimәnin tәtbiq edilmәsini törәdilmiş inzibati xәtanın xarakterinә vә inzibati tәnbehin mәqsәdlәrinә uyğun hesab edir. Belә ki, IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 9.1-ci maddәsinә görә inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. IXM-nin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. Göstәrilәnlәri nәzәrә alaraq hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrarı lәğv edilmәklә iş üzrә yeni qәrar qәbul edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-in 329.3 vә 333.2-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli bilinәrәk, barәsindә Azәrbaycan Respublikası IXM-nin 34.3-cü maddәsi tәtbiq edilmәklә, Azәrbaycan Respublikası IXM-nin 333.2-ci maddәsinin sanksiyasında nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib, barәsindә nәqliyyat vasitәlәrini idarә etmәk hüququ iki il müddәtinә mәhdudlaşdırılmaqla, 500 (beş yüz) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmәlidir. Belә ki, IXM-in 135.1.2-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Hәmin Mәcәllәnin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2-135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.2, 135-137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin. Iş üzrә yeni qәrar qәbul edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 329.3 vә 333.2-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli bilinsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası IXM-nin 34.3-cü maddәsi tәtbiq edilmәklә, Azәrbaycan Respublikası IXMnin 333.2-ci maddәsinin sanksiyasında nәzәrdә tutulmuş nәqliyyat vasitәlәrini idarә etmәk hüququ iki il müddәtinә mәhdudlaşdırılmaqla, 500 (beş yüz) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәtbiq edilsin. Apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar