Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-576/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs İsa-zadә Sevil Mais qızının iştirakı ilә, İsa-zadә Sevil Mais qızı barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.1 vә 327.6-cı maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs İsa-zadә Sevil Mais qızı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati tәnbeh vermә haqqında TP seriyalı, ******* saylı, ##.##.2026-cı il tarixli tarixli qәrara әsasәn İsa-zadә Sevil Mais qızı Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.1 vә 327.6-cı maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә barәsindә 100 manat mәblәğindә cәrimә tәnbeh tәdbiri tәtbiq edilmişdir. Barәsindә inzibati xәta haqqında qәrar qәbul edilәn şәxs İsa-zadә Sevil Mais qızı qәrardan Sumqayıt Şәhәr Mәhkәmәsinә şikayәt vermişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, o, bazarın yaxınlığında avtomobili park edәn zaman ehtiyatsızlıq nәticәsindә digәr avtomobilә cüzi şәkildә toxunmuş vә nәticәdә kiçik cızıq yaranmışdır. Onun hadisә yerini tәrk etmәk niyyәti olmamışdır. Boş yer olmadığı üçün avtomobilini yalnız bir neçә park yeri irәli çәkәrәk saxlamış vә hadisә yerinin bilavasitә yaxınlığında qalmışdır. O, digәr sürücüyә 75 yaşının olması vә havanın hәddindәn artıq isti keçmәsi sәbәbindәn qısa müddәtә su almağa gedәcәyini vә dәrhal geri qayıdacağını bildirmişdir. O, eyni zamanda 102 xidmәtinә zәng etmәyә cәhd göstәrmiş, lakin әlaqә yaratmaq mümkün olmamışdır. Onun hadisә yerindәn uzaq qalması tәxminәn 5 dәqiqә davam etmişdir. Geri qayıtdıqda digәr sürücü hadisә yerindә olmuşdur. Hәmin sürücü ona yol polisi әmәkdaşlarının hadisә yerinә gәldiyini, material tәrtib etdiyini vә onu gözlәmәdәn hadisә yerini tәrk etdiyini bildirmişdir. O, mәsuliyyәtdәn yayınmamış vә hadisә yerini tәrk etmәmişdir. Avtomobil bütün müddәt әrzindә hadisә yerinin yaxınlığında qalmış, uzaqlaşması isә yalnız obyektiv sәbәbdәn vә çox qısa müddәtә olmuşdur. İşә baxılarkәn onun izahatları, hadisәnin bütün halları vә onun hadisә yerindәn uzaqlaşmaması lazımi qaydada araşdırılmamışdır. Digәr sürücünün izahatı isә işin nәticәsindә maraqlı şәxs olduğu üçün yeganә vә hәlledici sübut kimi qәbul edilә bilmәz. İşin obyektiv araşdırılması mәqsәdilә mәhkәmәdәn hadisә yerindә vә әtraf әrazilәrdә mövcud olan videomüşahidә kameralarının görüntülәrinin tәlәb edilmәsini xahiş edir. Hәmin görüntülәr onun avtomobilinin hadisә yerini tәrk etmәdiyini, yalnız bir neçә park yeri irәli çәkildiyini, hadisә yerindәn tәxminәn 5 dәqiqә uzaq qaldığını, hәmçinin yol polisi әmәkdaşlarının hadisә yerinә gәlib-gәlmәdiyini, gәldiklәri halda isә gәliş vә gediş vaxtını müәyyәn edә bilәr. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı (hakim E.Əliyev) ilә Sumqayıt ŞPİ-nin X1 Şöbәsi tәrәfindәn tәrtib olunmuş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarından İsa-zadә Sevil Mais qızı tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs İsa-zadә Sevil Mais qızı qәrarın lәğv edilmәsini, İXM-nin 327.6-cı maddәsi ilә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini, İXM-nin 327.1-ci maddәsilә 40 manat mәblәğindә inzibati cәrimә tәnbeh tәdbirinin tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, hadisә ##.##.2026-cı il tarixdә avtomobilini park edәrkәn baş vermişdir. Manevr zamanı avtomobilinin digәr avtomobilә cüzi şәkildә toxunması vә nәticәdә kiçik cızığın yaranması faktını inkar etmir. Hadisә nәticәsindә hәr hansı şәxsin sağlamlığına zәrәr dәymәsi barәdә iş materiallarında mәlumat yoxdur. Hadisәdәn sonra digәr avtomobilin sürücüsü narazılıq etmiş vә yol polisinin çağırılacağını bildirmişdir. O, buna etiraz etmәmiş, hadisә yerindә qalmış vә yol polisi әmәkdaşlarının gәlmәsini gözlәmişdir. Avtomobili tәmasın baş verdiyi nöqtәdә saxlamaq üçün boş yer olmadığından onu әrazidә olan yaxın boş park yerinә çәkmiş, sonra yenidәn digәr sürücünün yanına qayıtmışdır. Avtomobillә әrazidәn uzaqlaşmamış, şәxsiyyәtimi vә avtomobili gizlәtmәmişdir. Gözlәdiyi müddәtdә polis orqanı ilә әlaqә yaratmağa çalışmışdır. Telefonunun zәng tarixçәsindә ##.##.2026-cı il tarixdә saat tәxminәn 13:57-13:58-dә “Polis (Police)” adı ilә yadda saxlanılmış 102 nömrәsinә bir neçә çıxan zәng cәhdinin “cavab verilmәdi / Нет ответа” kimi qeydә alındığı görünür. Gözlәmә uzandıqdan sonra isti hava şәraitindә özünü pis hiss etdiyi üçün digәr sürücüyә yaxınlıqdakı mağazadan su almaq üçün qısa müddәtә gedәcәyini vә geri qayıdacağını bildirmişdir. Mağazaya piyada getmişdir. Xatırlamağına görә qısa müddәt sonra geri qayıtmış, dәqiq müddәt videomüşahidә görüntülәri, zәng tarixçәsi vә digәr obyektiv mәlumatlar әsasında müәyyәn edilә bilәr. Geri qayıtdıqda digәr sürücü bildirmişdir ki, qısa müddәtli yoxluğu zamanı yol polisi әmәkdaşları gәlib materialları rәsmilәşdirәrәk әrazidәn ayrılmışlar. Belәliklә, o, hadisәdәn sonra nә gizlәnmiş, nә avtomobillә әrazidәn uzaqlaşmış, nә dә mәsuliyyәtdәn yayınmağa yönәlmiş davranış nümayiş etdirmiş, әksinә, polis әmәkdaşlarını gözlәmiş vә 102 xidmәtinә dәfәlәrlә zәng etmәyә çalışmışdır. İXM-in 327-ci maddәsinin “Qeyd” hissәsinin 7-1-ci bәndinә әsasәn, yol-nәqliyyat hadisәsinin baş vermәsindә tәqsirli olan şәxsin müәyyәn edilmәsi üzrә tәrәflәr arasında mübahisә olmadığı vә hәmin yol-nәqliyyat hadisәsi nәticәsindә sağlamlığa zәrәr dәymәdiyi halda sürücünün hadisә yerini tәrk etmәsinә İXM-in 327.6-cı maddәsinin qüvvәsi şamil edilmir. O, avtomobilinin digәr avtomobilә toxunması faktını vә tәmasın avtomobilini park edәrkәn etdiyi manevr zamanı baş verdiyini әvvәldәn inkar etmәmiş, hadisәni başqa sürücünün üzәrinә qoymamışdır. Digәr sürücünün narazı vә emosional davranması isә öz-özlüyündә mәhz “yol-nәqliyyat hadisәsinin baş vermәsindә tәqsirli şәxsin müәyyәn edilmәsi üzrә mübahisә”nin mövcudluğunu sübut etmir. Şikayәt edilәn mәhkәmә qәrarında tәrәflәr arasında tәqsirli şәxsin müәyyәn edilmәsi üzrә hansı konkret mübahisәnin mövcud olduğu göstәrilmәmiş, 327-ci maddәnin “Qeyd” hissәsinin 7-1-ci bәndinin şәrtlәri ayrıca müәyyәn edilmәmiş vә hәmin xüsusi normanın niyә tәtbiq edilmәdiyi әsaslandırılmamışdır. Bu sәbәbdәn İXM-in 327.6-cı maddәsinin tәtbiqi üçün yalnız mәnim müәyyәn anda hadisә yerindә fiziki olaraq olmamağım kifayәt hesab edilә bilmәz. İlk növbәdә 7-1-ci bәnddә nәzәrdә tutulan xüsusi istisnanın şәrtlәri araşdırılmalıdır. Hәmin şәrtlәr mövcuddursa, qısa müddәtli uzaqlaşmaya 327.6-cı maddәnin qüvvәsi şamil edilmir. Telefon ekran görüntülәrindә “Polis (Police)” kontaktının 102 nömrәsi olduğu vә ##.##.2026-cı il tarixdә saat 13:57-13:58 intervalında hәmin nömrәyә dәfәlәrlә çıxan zәng cәhdlәrinin edildiyi görünür. Hәmin cәhdlәr telefon jurnalında cavabsız zәnglәr kimi әks olunmuşdur. Bu ekran görüntülәri hadisәdәn sonra polis orqanı ilә әlaqә yaratmağa çalışdığını göstәrәn әlavә faktiki mәlumatdır vә digәr sübutlarla birlikdә qiymәtlәndirilmәlidir. Bu hal 327-ci maddәnin “Qeyd” hissәsinin 7-1ci bәndinin tәtbiqi mәsәlәsi ilә yanaşı, hadisәdәn sonrakı davranışımın bütövlükdә düzgün qiymәtlәndirilmәsi üçün dә әhәmiyyәtlidir. Birinci instansiya mәhkәmәsi qәrarında iş materiallarına әlavә edilmiş videogörüntüdә inzibati xәtanın törәdilmәsinin әks olunduğunu göstәrmişdir. Lakin qәrarda hәmin videogörüntünün hansı vaxt intervalını әhatә etdiyi vә konkret olaraq hansı faktı sübut etdiyi açıqlanmamışdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçısının izahatını dinlәyәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İnzibati tәnbeh vermә haqqında qәrardan göründüyü kimi, S.M.İsa-zadә ##.##.2026-cı il tarixdә saat 13:40-da Sumqayıt şәhәri, 20 yanvar küçәsi әrazisindә Volkswagen Tiguan minik markalı, **CD*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini idarә edәrkәn yol hәrәkәti qaydalarını pozan sürücü kimi nәqliyyat hadisәsinin yerindәn yayınma vә әks istiqamәtli hәrәkәt zolağına çıxmadan maevr etmә qaydalarını pozmağa görә barәsindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. S.İsa-zadә hadisә yerindәn yayınma ilә bağlı mәsuliyyәtә cәlb edilmәsini mübahisәlәndirmiş, hәtta hadisә barәdә 102 xidmәtinә mәlumat versә dә, telefon xәttlәrinin mәşğul olmasını mübahisәlәndirmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.1-ci maddәsi Yol nişanlarının vә ya yolların hәrәkәt hissәsinin işarәlәrinin tәlәblәrinә riayәt edilmәmәsinә, yaxud nәqliyyat vasitәsinin yolların hәrәkәt hissәlәrindә yerlәşdirilmәsi, yaxud aramәsafәsi, yedәyә alma, yük daşıma, sürmә tәlimi keçmә, yaşayış zonasında hәrәkәt etmә, әks istiqamәtli hәrәkәt zolağına çıxmadan ötmә vә ya manevr etmә qaydalarının pozulmasına, sәkilәrlә vә “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә nәzәrdә tutulmamış hallarda yolun çiyni ilә hәrәkәt edilmәsi inzibati mәsuliyyәtә sәbәb olur. İnzibati Xәtalar Mәcәllәsinin 327.6-cı maddәsinә görә yol hәrәkәti qaydalarını pozan nәqliyyat vasitәsi sürücüsünün yol nәqliyyat hadisәsi yerindәn yayınması inzibati mәsuliyyәtә sәbәb olur. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, İsa-zadә Sevil Mais qızı Azәrbaycan Respublikası İХM-nin 327.1-ci maddәsi maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta üzrә әmәlin törәdilmәsi ilә razılaşsa da, İXM-nin 327.6-cı maddәsi ilә nәzәrdә tutulmuş әmәlә görә mәsuliyyәtinin olmadığını mübahisәlәndirsә dә, özünün ifadәsi ilә yanaşı, telefon zәngi ilә hadisәnin baş vermә intervalı arasında olan zaman fәrqi onun şikayәtinin dәlillәrinin formal mülahizә kimi dәyәrlәndirilmәli olmasını onun tәrәfindәn istinad edilәn inzibati хәtanı törәtmәsi barәdә inzibati хәta haqqında qәrar qәbul etmiş etmiş orqan Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati хәta haqqında qәrar qәbul etmiş orqan tәnbeh edilәn şәхsin inzibati qaydada tәnbeh edilmәsi ilә bağlı bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin etmiş, qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla İsa-zadә Sevil Mais qızı nın tәnbeh olunan әmәli törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun hәmin әmәlini Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 327.1 vә 327.6-cı maddәsi ilә düzgün qiymәtlәndirmişdir. İşin faktiki halları vә әmәlin hüquqi tövsifi inzibati хәta haqqında protokol tәrtib etmiş orqanın gәldiyi nәticә qanuni vә әsaslıdır. Şikayәtçinin özünün göstәrdiyi hallar da inzibati xәta hadisәsinin baş vermәsini tәsdiq edir. İsa-zadә Sevil Mais qızına inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsaslar yoxdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati xәta üzrә gәldiyi nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Apellyasiya icraatı zamanı barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs onun Azәrbaycan dilini bilmәmәsinә görә mәhkәmә müdafiәsi hüququnun da pozulduğunu mübahisәlәndirsә dә, onun Azәrbaycan Respublikası vәtәndaşı olması, onun vәtәndaşı olduğu ölkәnin dilini bilmәsi heç bir şübhә doğurmur, bu hal iş materialları ilә tam tәsdiqlәnir, dili başa düşdüyünә vә danışdığına görә onun digәr dildәn tәrcümәçi xidmәtinin tәlәb etmәsi yolverilmәz olmaqla formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-576/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-576/2026
09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver