Məhkəmə qərarları › İş №3(3-8)-577/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-577/2026

09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-577/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız icra sənədinin və icraata başlamaq haqqında qərarın mövcudluğuna, habelə tələbkarın izahatına istinad edərək hüquqi şəxsin borcunun qalıq hissəsinin ödənilməməsini onun şəxsi təqsiri kimi qiymətləndirmişdir. Hesab edir ki, iş üzrə inzibati xəta tərkibinin zəruri elementləri, xüsusilə xətanın subyekti, icra məmurunun ona ünvanlanmış konkret qanuni tələbi, həmin tələbin lazımi qaydada təqdim edilməsi, icra imkanının mövcudluğu, “üzrsüz səbəb” və təqsirin forması sübuta yetirilməmişdir. İşin nəticəsi üçün həlledici hallar araşdırılmamış, sübutetmə yükü faktiki olaraq müdafiə tərəfinin üzərinə keçirilmiş, qərarın öz daxilində bir-birini istisna edən nəticələr ifadə olunmuş və tətbiq edilən tənbeh fərdiləşdirilməmişdir. İcra sənədi üzrə borclu fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs deyil, müstəqil hüquq subyekti olan “İron- Beton Construction” MMC-dir. Hüquqi şəxsin pul öhdəliyinin icra edilməməsi onun direktorunun avtomatik və fərdi inzibati məsuliyyətini yaratmır. Vəzifəli şəxsin məsuliyyəti üçün onun üzərinə konkret və fərdiləşdirilmiş icra vəzifəsinin qoyulması, bu vəzifəni real olaraq yerinə yetirmək səlahiyyəti və imkanının olması, qanuni tələbin məhz ona yönəldilməsi və həmin tələbin təqsirli şəkildə yerinə yetirilməməsi ayrıca sübut edilməlidir. Qərarda isə onun ##.##.2025-ci il tarixdə direktor olub-olmaması, şirkət adından ödəniş sərəncamı vermək səlahiyyətim, şirkətin hesablarında vəsaitin mövcudluğu və həmin vəsait üzərində faktiki sərəncam imkanının olması barədə heç bir sübut göstərilməmişdir. XM-in 528.1-ci maddəsi hər bir icra edilməmə faktını deyil, məhz üzrsüz səbəbdən icra edilməməni məsuliyyətə səbəb olan əməl kimi müəyyən edir. Deməli, məhkəmə icra edilməmənin səbəblərini, şirkətin maliyyə vəziyyətini, hesablarında və kassasında vəsait olub-olmamasını, əmlakına həbs və ya digər məhdudiyyətlərin tətbiq edilibedilməməsini, debitor borclarını, habelə icra üçün mümkün tədbirlərin görülüb-görülmədiyini araşdırmalı idi. Qərarda bu hallara dair bir cümlə belə yoxdur. Qərarda tələbkarın 2025-ci ilin dekabr ayında 5.000 manat ödəniş edildiyini bildirdiyi göstərilmişdir. Bu hal borcun icrasından tam boyun qaçırma və icra sənədinin icrası üçün heç bir tədbir görülməməsi qənaəti ilə uzlaşmır. Buna baxmayaraq, məhkəmə qismən ödənişin kim tərəfindən, hansı tarixdə və hansı təyinatla aparıldığını, qalıq borcun dəqiq məbləğini və bu ödənişin təqsirin mövcudluğuna təsirini araşdırmamış, hətta qərarın başqa hissəsində “bu günə kimi ödəniş etməmişdir” kimi faktiki həqiqətə zidd ifadə işlətmişdir. Məhkəmə qərarında onun “indiyədək icra sənədindən məlumatsız olması və borcun ödənilməsindən boyun qaçırmaması” qeyd edilmiş, lakin məhz bu hallar “icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi” kimi qiymətləndirilmişdir. Şəxsin sənəddən məlumatsız olması və ödənişdən boyun qaçırmaması müəyyən edilirsə, bu, subyektiv tərəfin – təqsirin mövcudluğu nəticəsini deyil, əksinə, həmin nəticənin şübhəli olduğunu göstərir. Eyni faktlardan onların məntiqi əksinə olan nəticə çıxarılması qərarın əsaslandırılmış məhkəmə aktı standartına uyğun olmadığını göstərir. Proses iştirakçılarının çıxışları : Apellyasiya instansiyası məhkəməsində müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğu sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru və icra sənədi üzrə tələbkar məlumatlandırılmış olsalar da, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına tam uyğun olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və məlumatlara istinad edərək əsaslandırmışdır. Məhkəmənin qərarında bu məsələ ilə bağlı sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə, qanunun tələblərinə istinad edilərək ətraflı şərh olunmaqla əsaslandırılmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir, iş materialları və məhkəmədə tədqiq olunaraq araşdırılmış mümkün sübutların məcmusu ilə müqayisədə əsassızdır. Habelə, apellyasiya qaydasında araşdırılmış iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətini və barəsində inzibati tənbehin tətbiqini qanunla istisna edən hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025- ci il tarixli icra sənədindən görünür ki, “İron-Beton Construction” MMC-dən cəmi 16641,61 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə tələbin könüllü icrası haqqında “İron-Beton Construction” MMC-nin hüquqi ünvanına bildiriş göndərilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin ##.##.2025-ci il tarixli tələbin borclunun pul vəsaitlərinə yönəldilməsi haqqında qərarından görünür ki, “İron-Beton Construction” MMC-yə məxsus “xxxx” ASC-nin bütün filialında olan hesablarına, “xxxx” ASC-nin bütün filialında olan hesablarına və “xxxx” ASC-nin bütün filialında olan hesablarına 56454.05 manat və 7 % həcmində icra ödənişi yəni 3951.78 manat olmaqla cəmi 60406 manat hissəsində pul vəsaitləri üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin ##.##.2026-cı il tarixli borclunun axtarışı haqqında qərarından görünür ki, borclu 1976.06.29 təvəllüdlü Saatlı rayonu, Hacıqasımlı kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Mustafayev Nizami Əli oğlunun ##.##.2026-cı il tarixli izahatından görünür ki, borclu icra sənədindən məlumatlı olmuş, borcundan ödəniş edilməsi ona təklif edilmiş, həmçinin icra sənədi üzrə tələbi təmin etməyəcəyi halda barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi, habelə İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdar edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 tərəfindən Mustafazadə Nizami Əli oğlunun barəsində ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu hüquqi şəxsin vəzifəli şəxsi – direktoru Mustafazadə Nizami Əli oğlu Sumqayıt Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməməsi müəyyən edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, borclu hüquqi şəxsin vəzifəli şəxsi qismində Mustafazadə Nizami Əli oğlunun adı qeyd edilmiş, lakin iş materiallarından görünür ki, həmin protokoldakı AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsusdur. Belə olan halda inzibati xəta haqqında protokolda və birinci instansiya məhkəməsinin qərarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin soyadı yanlışlıqla Mustafazadə olaraq qeyd edilmişdir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müəyyən təkliflər edilmiş, lakin Sumqayıt Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi icra edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” ## ######## 2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi şikayətə münasibətdə inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qərar qəbul edilərkən, inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri, qanunun tələbləri, inzibati tənbehin növü və həddi, inzibati xətanın xarakteri və törədilməsi halları, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 12, 22, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilməsi haqqında Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar