Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-578/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Mansurov İlkin Sәrdar oğlunun vә Zәrәrçәkmiş şәxs ASC-nin nümayәndәsi nümayәndә2 iştirakı ilә, Mansurov İlkin Sәrdar oğlu barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarından zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ASC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şәhәri üzrә İcra İdarәsi tәrәfindәn Mansurov İlkin Sәrdar oğlubarәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. İnzibati xәta haqqında protokola әsasәn Mәnsurov İlkin Sәrdar oğlu Sumqayıt şәhәr Mәhkәmәsinin ##.##.2023-ci il tarixli vә *(***)-****/**** saylı icra sәnәdi üzrә 16056 manat borcu Zәrәrçәkmiş şәxs ASC-yә üzrsüz sәbәbdәn ödәmir. Bununla da, Mәnsurov İlkin Sәrdar oğlu Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı (hakim F.Nәsimiyev) ilә Mәnsurov İlkin Sәrdar oğlunun Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 500 (beş yüz) manat mәblәğindә inzibati cәrimә edilmәsi qәrara alınmışdır. Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ASC qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsi vә Mәnsurov İlkin Sәrdar oğlu barәsindә azadlıqdan mәhrumetmә ilә әlaqәli olan inzibati tәnbeh btәdbirinin seçilmәsinә dair qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, inzibati xәtanı törәdәn şәxsә tәnbeh tәdbiri islahedici xarakterli olmaqla özlüyündә müәyyәn tәsiredici gücә malik olmalı vә formal xarakter daşımamalıdır. Lakin icra sәnәdi üzrә öhdәliyin xarakterinә vә tәtbiq edilәn tәnbeh tәdbirinin növünә baxdıqda hәmin tәdbirin tәqsirli şәxs üçün hәr hansı tәsir gücünә malik olmadığını vә tamamı ilә formal xarakter daşıdığını görmәk olar. Bu halın tendensiya alması vә bir növ cavabdehlәrdә “borcdur, nә vaxt olar ödәyәrәm” yanaşması yaratmış vә icra sәnәdlәrinin icrasında süründürmәçiliyә yol açmaqla tәlәbkarın biznes fәaliyyәtinә mәnfi tәsir etmişdir. Heç tәsәdüfi deyil ki, çıxarışdan da göründüyü kimi şәxs mәhkәmә Qәrarı qәbul edildikdәn, hәmçinin barәsindә inzibati tәnbeh tәdbiri tәtbiq edildikdәn sonra da icra sәnәdinin icrasına yönәlәn hәr hansı hәrәkәt etmәmişdir. Xüsusi olaraq qeyd edilmәldir ki, Mәhkәmә qәrarı dövlәtin adından qәbul edililir vә әdalәtin bәrqәrar olunması, o cümlәdәn ictimai münasibәtlәrin tәnzim edilmәsindә әsas vasitә hesab olunur. Hәmçinin qanuni qüvvәyә minmiş mәhkәmә aktlarının icrasına dair mövqeyinә görә, son vә mәcburi qüvvәyә malik olan mәhkәmә qәrarı tәrәflәrdәn birinin ziyanına olaraq icra edilmәdikdә, әdalәtli mәhkәmә araşdırması xәyali hüquqa çevrilir. Nәticә etibarı ilә mәhkәmә tәrәfindәn dövlәtin adından çıxarılmış mәhkәmә qәrarlarının icrasına lüzumsuz yanaşmanın mövcud olması vә qanunda nәzәrdә tutulmuş normaların hüququn mahiyyәtindәn kәnar, mәqsәdi nәzәrә alınmadan qiymәtlәndirilmәsi әdalәtli mәhkәmә araşdırılmasına, nәticә etibarı ilә isә әdalәtin bәrqәrar olunmasına zidd hәrәkәtlәr hesab oluna bilәr. Bununla bәrabәr cәzasızlıq mühitinin yaradılması isә ictimai münasibәtlәrin tәnzim edilmәsi sahәsindә mәhkәmәnin çәkisinin zәiflәmәsinә, bunun mәntiqi nәticәsindә isә cәmiyyәtdә anarxik vәziyyәtin meydana gәlmәsinә imkan yaranır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı proses iştirakçılarını dinlәyib, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarında olan Sumqayıt şәhәr Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra vәrәqindәn görünür ki, iddia tәlәbi qismәn tәmin edilsin. Cavabdeh Mәnsurov İlkin Sәrdar oğlundan 15233.78 manat әsas, 1659.34 nanat faiz borcu, 300 manat mәblәğindә cәrimә borcu, cәmi 17193.12 (on yeddi min bir yüz doxsan üç manat on iki qәpik) manat borc vә 141.58 (bir yüz qırx bir nanat әlli sәkkiz qәpik) manat Ödәnilmiş dövlәt rüsumu tutulub iddiaçı Zәrәrçәkmiş şәxs ASC-nin xeyrinә ödәnilsin. İddia tәlәbi qalan hissәdә tәmin edilmәsin. İş materiallarında olan ##.##.2024-cü il tarixli icraata başlamaq haqqında qәrardan görünür ki, Sumqayıt şәhәr Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sәnәdi üzrә icraata başlanmışdır. İş materiallarında olan ##.##.2024-cü tarixli tәlәbin könüllü icrası haqqında bildirişdәn görünür ki, ##.##.2026-cı il tarixli icra sәnәdindә göstәrilәn tәlәbin 10 gün müddәtindә könüllü icra edilmәsi xahiş olunmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli borclunun axtarışı haqqında qәrardan görünür ki, Mәnsurov İlkin Sәrdar oğlu barәsindә axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şәhәr Mәhkәmәsinin ##.##.2024-cü il tarixli qәrardadından görünür ki, Mәnsurov İlkin Sәrdar oğlunun ölkәdәn getmәk hüququ müvәqqәti mәhdudlaşdırılmışdır. İş materiallarında olan Mәnsurov İlkin Sәrdar oğlunun ##.##.2026-cı il tarixli izahatından görünür ki, borcunu tam ödәyә bilmәz. 2024-cü ildә tәlәbin könüllü icrasına dair qәrar bildiriş alıb. Qeyri rәsmi işlәyir. Aylıq gәliri yoxdur. Borcu tam ödәmәmәyinin sәbәbi maddi imkansızlıqdır. İşlәmir, kirayәdә qalır, ona görә borcunu ödәyә bilmir. İş materiallarında olan Zәrәrçәkmiş şәxs ASC-nin etibarnamә üzrә sәlahiyyәtli nümayәndәsi nümayәndә1 tәrәfindәn verilmiş arayışdan görünür ki, Mәnsurov İlkin Sәrdar oğlunun Zәrәrçәkmiş şәxs ASC-yә 16056 manat borcu var. İş materiallarına әlavә edilmiş “Elektron Mәhkәmә İnformasiya Sistemi”ndәn әldә edilmiş çıxarışdan görünür ki, ##.##.2011-ci il tәvәllüdlü Mәnsurlu Altay İlkin oğlu, ##.##.2015-ci il tәvәllüdlü Mәnsurlu Əsma İlkin qızı Mәnsurov İlkin Sәrdar oğlunun övladlarıdır. “Mәhkәmәlәr vә hakimlәr haqqında” Azәrbaycan Respublikası Qanunun 5-ci maddәsinin 3 vә 4-cü bәndlәrinә görә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada qanuni qüvvәyә minmiş bu qәrarlar Azәrbaycan Respublikası әrazisindә bütün fiziki vә hüquqi şәxslәr tәrәfindәn mütlәq, vaxtında vә dәqiq icra olunmalıdır. Qanuni qüvvәyә minmiş mәhkәmә qәrarlarının icra edilmәmәsi Azәrbaycan Respublikası qanunvericiliyi ilә nәzәrdә tutulmuş mәsuliyyәtә sәbәb olur. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar (“İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 3.1 vә 3.2-ci maddәsi). “İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 82.1-ci maddәsinә әsasәn borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdi icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә üzrsüz sәbәbdәn icra olunmadıqda, icra mәmuru borclunun Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada inzibati mәsuliyyәtә cәlb olunması üçün inzibati xәta haqqında protokol tәrtib edir vә onu işin digәr materialları ilә birlikdә müvafiq mәhkәmәyә göndәrir (vergilәr, faizlәr vә maliyyә sanksiyaları üzrә borcların alınması (vergilәrin ödәnilmәmәsi) ilә әlaqәdar qanuni qüvvәyә minmiş mәhkәmә qәrarları ilә bağlı verilmiş icra sәnәdlәri istisna olmaqla). İnzibati mәsuliyyәtә cәlb etmә haqqında qәrar qәbul edildikdәn sonra icra mәmuru tәrәfindәn borcluya icra üçün yeni müddәt tәyin edilir. Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsinin dizpozisiyasında, icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә fiziki şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla iki ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr iki min beş yüz manatdan dörd min manatadәk mәblәğdә, hüquqi şәxslәr beş min manatdan yeddi min manatadәk mәblәğdә cәrimә inzibati tәnbeh tәdbiri nәzәrdә tutulmuşdur. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası qaydaları vә şәrtlәri “İcra haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә tәnzimlәnir. İcra haqqında qanunvericilikdә mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası vәzifәsi icra mәmurunun üzәrinә qoyulmuşdur vә sonuncunun bununla әlaqәdar tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә qәtnamәsinin vә ya digәr mәhkәmә qәrarının icra edilmәmәsinin tәhlükәliliyi ondan ibarәtdir ki, qanuni qüvvәyә minmiş mәhkәmә aktlarını icra edilmәdikdә pozulmuş hüquqların bәrpası, dәymiş ziyanın ödәnilmәsi qeyri-mümkün olur vә әdalәt mühakimәsinin hәyata keçirilmәsi zamanı dövlәt adından çıxarılmış qәrarlar kağız üzәrindә qalır. Digәr tәrәfdәn bu әmәllә demokratik cәmiyyәt vә әdalәt mühakimәsinin fundamental hüquqlarından biri olan әdalәtli mәhkәmә araşdırması hüququ real mahiyyәt kәsb etmәyәn xәyali bir hüquqa çevrilir. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Belә olan halda borclu şәxs tәrәfindәn borcun ödәnilmәmәsi nәticәsindә icra sәnәdinin icrasının tәmin edilmәmәsinin yol verilmәz olması, inzibati xәtanın xarakteri, xәta törәtmiş şәxsin şәxsiyyәti vә tәqsirinin dәrәcәsi nәzәrә alınarsa, apellyasiya instansiya mәhkәmәsi borclu şәxs barәsindә inzibati tәnbeh tәdbirinin görülmәli olması birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni qanuni vә әsaslı hesab edir. İnzibati xәtanın xarakteri, inzibati mәsuliyyәti ağırlaşdıran halların olmaması nәzәrә alınarsa apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati xәta üzrә gәldiyi nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilәrәk, borclu şәxs barәsindә inzibati hәbs tәnbeh tәdbirinin görülmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Digәr tәrәfdәn, әdalәtli vә qanuni cәza tәyinatı zamanı bilә bağlı mәhkәmә onu da nәzәrә alır ki, "İnsan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında" Avropa Konvensiyasına dair * saylı Protokolun 1-ci maddәsinә görә heç kәs yalnız hәr hansı bir müqavilә öhdәliyini ödәmәk iqtidarında olmadığına görә azadlıqdan mәhrum edilә bilmәz. Bu tәlәb eyni zamanda BMT-nin Mülki vә Siyasi Hüquqlar Haqqında Beynәlxalq Paktın 1-ci maddәsindә vә Azәrbaycan Respublikasında İnsan Hüquq vә X7 Tәnzimlәnmәsi Haqqında Azәrbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddәsindә dә tәsbit olunmuşdur. * saylı Protokolun 1-ci maddәsi vә yuxarıda göstәrilәn digәr hüquq normaları insanın azadlığı vә lәyaqәti anlayışından fәrqli olaraq, sadәcә fәrdin konkret öhdәliyini yerinә yetirmәsi üçün maddi vәsaitin olmadığına görә onun istәnilәn şәkildә azadlıqdan mәhrum edilmәsini qadağan etmәyә yönәlib. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-578/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-578/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver