Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-579/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. (hakim Fərid Nəsimiyev) İşin halları : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mətin Kazımlı tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnış qənaətə gəlməklə iş üzrə icraata xitam verərkən əsas səbəb kimi borclu ilə tələbkar arasında nikah münasibətlərinə rəsmi xitam verilsə də onların bir ünvanda ailə münasibətlərini faktiki olaraq davam etdirməsini əsas gətirmişdir. Hesab edir ki, şəxslərin nikah münasibətlərinin pozulduqdan sonra bir ünvanda yaşaması borclunun aliment borcunu ödəməkdən azad etmir. Faktiki olaraq borclu hər ay 705 manat aliment ödəməli olduğu halda həmin öhdəliyi kəsrlə ödəməklə xeyli miqdarda aliment borcunun yaranmasına səbəb olmuşdur. Halbuki icra sənədi üzrə borclu öhdəliyini tam icra etməlidir. Hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi işi tam və obyektiv araşdırmayaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış İnzibati xəta haqqında icraata xitam verməklə kobud qanun pozuntusuna yol vermişdir. Proses iştirakçılarının izahatları : Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmiş zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətinin təmin olunmasını Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Zərərçəkmiş şəxs ilə boşandıqdan sonra ər-arvad münasibətlərini faktiki olaraq davam etdirdikləri dövrdə uşaqların saxlanması üçün onların ehtiyyaclarını təmin etmiş, həmçinin hazırda uşaqlar onun məxsus evdə yaşayırlar, ayrı yaşamağa başladığı dövrdən isə maddi vəziyyəti ilə əlaqədar aliment ödənişlərini həyata keçirməkdə çətinlik çəkmişdir. İşə baxılmasının yeri və vaxtı barədə icra məmuruna məlumat verilsə də, icra məmuru məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət daxil olmamışdır. Belə olan halda, məhkəmə işə icra məmurunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini tədqiq edərək proses iştirakçılarını dinləyib aşağıda qeyd olunanlara görə hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*- ***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd edir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədindən görünür ki, ərizəçi Zərərçəkmiş şəxs və maraqlı şaxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu arasında bağlanmış MŞS/MT***/****-***** saylı, ##.##.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1. Tərəflərin, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu ilə Zərərçəkmiş şəxs rəsmi nikah münasibətlərindən olan övladları ##.##.2013cü il təvəllüdlü X1, ##.##.2014-cü il təvəllüdlü Bağırzadə İlyas Ədil oğlu və ##.##.2018-ci il təvəllüdlü X2 ücün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu (uşaqların - atası) hər bir uşaq üçün 235 ( iki yüz otuz beş ) manat olmaqla cəmi 705( yeddi yüz beş ) manat alimenti ##.##.2024-cü il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Zərərçəkmiş şəxs ( uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. 2. Mediasiya prosesində - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu (uşağın - atası) və Zərərçəkmiş şəxs (uşağın anası) övladları ##.##.2013-cü il təvəllüdlü X1, ##.##.2014-cü il təvəllüdlü Bağırzadə İlyas Ədil oğlu, ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər anası Zərərçəkmiş şəxs himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. 3. Mediasiya prosesindəZərərçəkmiş şəxs ( uşağın-anası) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu (uşağınatası aralarında imzalanacaq sazişə əsasən övladları ##.##.2013-cü il təvəllüdlü X1, ##.##.2014-cü il təvəllüdlü Bağırzadə İlyas Ədil oğlu və ##.##.2018-ci il təvəllüdlü X2 ataları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Zərərçəkmiş şəxs razılaşaraq öhdəlik götürdü. İş materiallarında olan ##.##.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, ##.##.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi xahiş olunmuşdur. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu ##.##.2025-ci il tarixdə bildirişlə tanış edilmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun ##.##.2026-cı il tarixli izahatından görünür ki, borcunu ödəmək üçün imkanı olmayıb, gündəlik fəhlə işləyir. 500-600 manat ödəniş edə bilir alimentin azaldılması üçün müraciət edəcəkdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mətin Kazımlı tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024cü il tarixli icra sənədi üzrə tələb üzrsüz səbədən icra edilməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq protokol tərtib edilmişdir. Aliment borcu 7759 manat təşkil edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən olunmuş hallarına düzgün hüquqi qiymət verilmədən iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlinmişdir. Belə ki, birinci instansiya məhkəməsi 7759 manat aliment borcunun ödənilməməsində üzrsüzlük halının öz təsdiqini tapmamasını qeyd edərək mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, icra sənədi üzrə tələbkar və borclunun nikah münasibətlərinə 2024-cü ildə xitam verilməsinə baxmayaraq 2026-cı ilin may ayınadək onlar eyni evdə ər, arvad kimi yaşamış, nikah münasibətlərinə rəsmi xitam verilsə də, ailə münasibətləri faktiki olaraq davam etmiş, cari ilin may ayınadək borclu, tələbkar və uşaqları ilə eyni evdə yaşamaqla ailə münasibətləri davam etməsi, həmin dövrdə mütəmadi olaraq məcburi icra tədbirlərinin həyata keçirilməməsi onu göstərir ki, ər-arvad münasibətlərinin davam etdiyi dövrdə valideynlər tərəfindən uşaqların saxlanması vəzifəsi yerinə yetirilmiş, həmçinin borclu tələbkarla cari ilin may ayından etibarən ayrı yaşamağa başlamış, ayrı yaşamağa başladığı dövrdən 1820 manat aliment ödənişləri həyata keçirmişdir. Bu səbəblərdən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun əməlində 7759 manat aliment borcunun ödənilməməsində üzrsüzlük halının öz təsdiqini tapmamasını əsas gətirərək nəticədə iş üzrə icraata xitam vermişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, sözü gedən icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilməsinə baxmayaraq borclu tələbkara olan borcunu ödəməmiş və hazırda da onun 7759 manat ödənilməmiş aliment borcu vardır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən icra sənədi üzrə tələbkar və borclunun nikah münasibətlərinə xitam verilsə də, cari ilin may ayınadək borclu, tələbkar və uşaqlarının ilə eyni evdə yaşamaqla ailə münasibətləri davam etməsi, həmin dövrdə mütəmadi olaraq məcburi icra tədbirlərinin həyata keçirilməməsini və ər-arvad münasibətlərinin davam etdiyi dövrdə valideynlər tərəfindən uşaqların saxlanması vəzifəsi yerinə yetirilməsini göstərmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmasından məlumatlı olduğu halda nikah münasibətlərinə rəsmi xitam verilsə də, ailə münasibətləri faktiki olaraq davam etdiyi dövrdə tələbkara icra sənədi üzrə rəsmi ödənişlər etməmişdir. Borcun müəyyən hissəsindən tələbkara ödəniş edə bilməsi borcluya təklif edilsə də, lakin heç bir nəticə verməmiş, icra vərəqəsi üzrə yaranmış borcdan borclu tərəfindən apellyasiya baxışı zamanı da tələbkara ödəniş olmamışdır. Apellyasiya baxışında tələbkar aliment borcundan 1500 manat ödənəcəyi təqdirdə apellyasiya şikayətindən imtina edəcəyini bildirmiş, məhkəmə tərəfindən buna şərait yaradılsa da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir məbləğ ödəməyəcəyini bildirərək inzibati məsuliyyətə cəlb olunmasına hazır olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” ## ######## 2018-ci il tarixli plenum qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi ilə müəyyən etmək olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra aliment borcundan heç bir ödəniş etməməsi, icra vərəqi üzrə olan borcun kifayət qədər çox olması, eyni zamanda məsuliyyətini yüngülləşdirən halların olmaması ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini istisna edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılarkən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması halında qərar dəyişdirilir və ya ləğv edilir və yeni qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu barəsində həbs növündə inzibati tənbeh təyin edilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 3 iş saatına görə 33 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Apellyasiya şikayəti təmin olunsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli ## ######## 2026-cı il, saat 16:41-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğluna hüquqi yardım göstərilməsinə görə onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikası dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına 33 manat köçürülsün. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-579/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-579/2026
08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver