Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-580/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audiovideo yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim E.T.Məmmədov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ona 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, qərarın icrasının Abşeron rayon Icra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Abşeron RPI-nin ITŞ-nin polis sahə rəisi, R X3 tərəfindən ##.##.2026 il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Iş materiallarında olan MN seriyalı, ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, * saylı məktəbin yaxınlığında aralarında baş vermiş mübahisə zamanı sevgi münasibətində olduğu X1 döymüşdür. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzabati həbsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmamış, prosessual və maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasının keçirilməsi barədə əvvəlcədən məlumatlandırılmamış, məhkəməyə qısa müddət əvvəl çağırıldığından hüquqi yardım almaq və müdafiəyə hazırlaşmaq imkanı məhdudlaşdırılmışdır. Həmçinin azyaşlı zərər çəkmiş şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün əlavə prosessual təminatların həyata keçirilməmişdir. Hadisə ilə bağlı 102 xidmətinə edilmiş müraciət, polis orqanında alınmış ilkin izahatlar və zərərçəkmiş şəxsin sağlamlığına dəymiş zərərin müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyi birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Hesab edirlər ki, xəsarətin xarakteri və dərəcəsi tam müəyyən edilmədən əməlin yalnız Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qiymətləndirilməsi düzgün olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyəti, əvvəllər məhkum olunması, barəsində şərti məhkumetmə hökmünün olması və həmin müddət ərzində yenidən zorakı hərəkət törətməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göstərilən hallar təyin edilmiş 500 manat məbləğində cərimə növündə inzibati tənbehin ədalətli və məqsədəuyğun olmadığını göstərir. Təqsirli şəxsin əməli azyaşlı şəxsə qarşı törədildiyindən və onun şəxsiyyəti nəzərə alınmaqla daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməli idi. Bununla əlaqədar Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə daha ağır inzibati tənbeh tədbirinin, o cümlədən inzibati həbs növündə tənbehin tətbiq edilməsi, yaxud əməlin hüquqi qiymətləndirilməsi üçün materialların aidiyyəti üzrə göndərilməsi xahiş edilir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiyası məhkəməsində iştirak edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş edib, əlavə olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsinin qərarı ilə ona görə razı deyildir ki, hadisə zamanı zərər çəkmiş şəxs azyaşlı qızı olmuş, hadisədən sonra dərhal 102 xidmətinə məlumat verilmiş, daha sonra tibbi yardım üçün müraciət edilmiş, zərərçəkmiş şəxs müayinə olunmuş və ekspertiza keçirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 500 manat məbləğində inzibati cəriməni ədalətli hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin əvvəllər də hüquqazidd hərəkətlərə yol verməsi, barəsində soyğunçuluq cinayətilə bağlı məhkəmə qərarlarının olması və törətdiyi əməlin azyaşlı şəxsə qarşı törədilməsi nəzərə alınmamışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsində iştirak edən zərərçəkmiş şəxs X1 şikayəti müdafiə edərək qanuni nümayəndəsi ilə eyni fikirdə olduğunu təsdiq etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da vurğuladı ki, zərərçəkmiş şəxslə sevgi münasibətləri olmuşdur. Hadisə zamanı aralarında mübahisə baş vermiş, zərərçəkmiş şəxsin ona qarşı xəyanət etməsindən əsəbiləşmiş və nəticədə ona zərbə vurmuşdur. O, törətdiyi əmələ görə peşman olduğunu, hazırda zərərçəkmiş şəxsdən üzr istəmək istədiyini qeyd etməklə gələcəkdə belə halın təkrarlanmayacağına söz verərək barəsində güzəştli qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi X2 şikayətin təmin edilməməsini və Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da vurğuladı ki, təqsirləndirilən şəxs gəncdir, tərəflər arasında əvvəllər sevgi münasibəti olmuş və hadisə qarşılıqlı münasibətlər zəminində baş vermişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis Idarəsinin nümayəndəsi məlumatlandırılmış olsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası inzibati xəta haqqında protokol tərtib etmiş idarənin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini araşdıraraq, iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını, məhkəmə iclasında verilmiş izahatları və apellyasiya şikayətinin dəlillərini təhlil edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilməlidir. Iş materiallarından görünür ki, Abşeron Rayon Polis Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və material baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, * saylı məktəbin yaxınlığında aralarında yaranmış mübahisə zamanı sevgi münasibətində olduğu X1 qarşı zorakı hərəkətlər etmiş, onu döyməklə fiziki ağrı yetirmişdir. Birinci instansiya məhkəməsi həmin əməli Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsi ilə düzgün tövsif etmiş və şəxsi inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Məhkəmə də hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq edilir. Belə ki, həmin şəxs məhkəmə iclasında hadisəni etiraf etmiş, qısqanclıq zəminində zərərçəkmiş şəxsə əl qaldırdığını bildirmiş və əməlindən peşman olduğunu qeyd etmişdir. Bununla belə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbeh növünü müəyyən edərkən şəxsin şəxsiyyətini və işin konkret hallarını tam nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsinin sanksiyasında döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimə ilə yanaşı, işin hallarından və xətanı törədən şəxsin şəxsiyyətindən asılı olaraq inzibati həbs növündə tənbeh tədbirinin tətbiqi də nəzərdə tutulmuşdur. Inzibati tənbeh tədbiri seçilərkən yalnız şəxsin əməlini etiraf etməsi və peşman olması deyil, eyni zamanda törədilmiş xətanın xarakteri, ictimai təhlükəliliyi, zərərçəkmiş şəxsin vəziyyəti, təqsirkarın şəxsiyyətini xarakterizə edən hallar, habelə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. Iş materiallarından müəyyən edilir ki, inzibati xəta yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmişdir. Birinci instansiya məhkəməsi də bu halı məsuliyyəti ağırlaşdıran hal kimi qəbul etmişdir. Lakin məhkəmənin qənaətinə görə, həmin hal təyin edilmiş tənbeh növünün müəyyən edilməsində lazımi dərəcədə qiymətləndirilməmişdir. Bundan əlavə, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər də hüquqazidd davranışları olmuş, barəsində məhkəmə qərarı cinayət əməli törətməsilə bağlı şərti cəza təyin edilmişdir. Bundan başqa inzibati qərarla narkotik vasitə istifadə etməsi ilə bağlı 300 manat məbləğində inzibati tənbeh tədbirinə məruz qalmışdır. Həmin hallar onun şəxsiyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınmalı onu səciyyələndirən hallar kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, yalnız 500 manat məbləğində cərimənin tətbiqi konkret halda inzibati tənbehin məqsədlərinə, yəni həm şəxsin islah olunmasına, həm də gələcəkdə yeni hüquqazidd əməllərin qarşısının alınmasına kifayət qədər cavab vermir. Inzibati tənbeh tədbirinin məqsədi yalnız törədilmiş əmələ formal reaksiya göstərmək deyil, eyni zamanda şəxsdə qanunlara riayət etmək vərdişi formalaşdırmaq və digər şəxslər tərəfindən oxşar əməllərin törədilməsinin qarşısını almaqdır. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə daha ciddi inzibati tənbeh tədbirinin tətbiqi törədilmiş əməlin xarakterinə, onun törədilməsi hallarına və şəxsin xarakterizəedici məlumatlarına daha uyğun olacaqdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, şikayətin dəlillərini öyrənərək belə qənaətə gəlir ki, yuxarıda qeyd edilənlərə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh olaraq təyin edilmiş 500 manat cərimə cəzasına dair qərar dəyişdirilərək sonuncu barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, IXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı dəyişdirilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 500 (beş yüz) manat məbləğində inzibati cərimə maddənin sanksiyasında nəzərdə tutulmuş çərçivədə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri ilə əvəz edilməlidir. Belə ki, IXM-nin 134.1, 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. IXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəlləsinin 31-34cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Eyni zamanda barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası inzibati qanunvericiliyin tələblərinə əsasən müdafiəçinin məhkəmə prosesində iştirakı IXM-nin 66-cı maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, məhkəmə prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən (## ##### 2025-ci il tarixli dəyişikliklərə görə) təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkil X2 apellyasiya icraatı zamanı göstərdiyi hüquqi xidmətə görə 3 (üç) iş saatı üçün hesablanmış 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası IXM-nin 66.3, 134, 135.1.5, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı təyin edilmiş 500 (beş yüz) manat məbləğində inzibati cərimə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri ilə əvəz edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli ## ######## 2026-cı il, saat 17:40-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis Idarəsinin rəhbərliyinə həvalə edilsin. Apellyasiya instansiyası məhkəməsində göstərilmiş hüquqi yardımla bağlı inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-580/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-580/2026
10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver