Məhkəmə qərarları › İş №3(3-8)-581/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-581/2026

15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-581/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs), Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X7 Xidmәti * saylı Abşeron-X3 nümayәndәsi Nümayәndә iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X7 Xidmәti * saylı Abşeron-X3 ## ###### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbehvermә haqqında qәrarından verdiyi şikayәtin qismәn tәmin edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Suların Istifadәsinә vә X7 Xidmәti * saylı Abşeron-X3 rәisi Fәrrux Haqverdiyev tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Inzibati işin materiallarından müәyyәn olunur ki, Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X7 Xidmәti * saylı Abşeron-X3 ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) IXM-nin 264.0.1ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 600 (altı yüz) manat mәblәğindә cәrimә edilmişdir. Qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) mәhkәmәyә şikayәt verәrәk qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, qәrarın qәbul edilmәsinә әsas olan ## #### 2026cı il tarixli ******* nömrәli protokol düzgün tәrtib edilmәmişdir. Hәmin Protokola әsasәn guya o tullantı sularını Mirzәli gölünә axıtmışdır. O protokol tәrtib edilәrәk qәrar qәbul edilәn tikilidә 30 il bundan әvvәl fәrdi yaşayış evi tikәrәk orada yaşamışdır. Hәmin dövrdә Novxanı bәlәdiyyәsi tәrәfindәn Novxanı kәndinә kanalizasiya xәtti çәkilib vә bütün Novxanı kәndindә yerlәşәn әhali hәmin kanalizasiya xәttinә qoşulub. O da әhali ilә birgә hәmin xәttә qoşulmuşdur. Sonradan Iri şәhәrlәrin X4 Xidmәti publik hüquqi şәxsin X1 idarәsi onunla ##.##.2024-cü il tarixli müqavilә bağlayaraq 1 kub metr içmәli suya görә 0,70 manat, 1 kub metr tullantı sularının axıdılmasına görә 0,30 manat müqabilindә ona xidmәt göstәrilmәsi müәyyәnlәşdirilmişdir. O da müqavilәnin şәrtlәrinә uyğun olaraq işlәtdiyi suyun vә tullantı sularının kanalizasiyaya axıdılmasına görә hәr 1 kub metr üçün 1 manat vәsaiti ödәyir. Sonradan hәmin yaşayış evini qeyri yaşayış sahәsi kimi istifadә etmişdir. Qәrarda qeyd olunan Mirzәlәdi gölü onun yaxınlığında deyil. Hәmin gölә su axıtmaq üçün heç bir boru xәtti çәkmәmişdir. Onun işlәtdiyi obyektdәn hamının istifadәsindә olan kanalizasiya xәttinә birlәşmә vardır. Hәmin kanalizasiya xәttinin hara axmasını bilmir. Mirzәlәdi gölü Novxanı Binәqәdi әrazisindә dәniz sәviyyәsindәn 12,1 m hündürlükdә yerlәşir. Tarixi mәlumatlarda vә reallıqda hәmin göl Binәqәdi qәsәbәsindә mәişәt tullantı suları vә Neft hasilatı ilә bağlı lay suların axıdıldığı yerdir. Burada tәqsirkar o yox çirkli suların idarә olunmasını öhdәsinә götürüb yerinә yetirmәyәn, infrastrukturu idarә edәn müәssisәdir. Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә şikayәtin qismәn tәmin edilmәsi, Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X7 Xidmәti * saylı Abşeron-X3 tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrar lәğv edilәrәk işin yenidәn baxılması üçün hәmin sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılması qәrara alınmışdır (hakim Firuzә Kәrimova). X10 vә X7 Xidmәti * saylı Abşeron-X3 rәisi Fәrrux Haqverdiyev tәrәfindәn apellyasiya şikayәti verilәrәk, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrәli qәrarını lәğv edilmәsi vә * saylı Abşeron-X3 rәisi Fәrrux Haqverdiyevin ## ###### 2026-cı il tarixli, MN ******* nömrәli qәrarının qüvvәdә saxlanılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmәnin hәmin qәrarı formal mülahizәlәrә әsaslandığından lәğv edilmәlidir. Mәhkәmәnin inzibati araşdırma materiallarını tәlәb etmәdәn, hәmin materiallarda inzibati xәta pozuntusunu tәsdiq edәn akt, fotoşәkillәr vә videoçәkiliş ilә, eyni zamanda şәxsin inzibati araşdırmaya rәsmi qaydada dәvәt olunması barәdә bildiriş vә qәbzlәrlә tanış olmadan qeyd olunan nәticәyә gәlmәsi hakimin qәrәzli mövqeyini tәsdiq edәn faktdır. Belә ki, inzibati araşdırma materiallarında inzibati xәta pozuntusunu tәsdiq edәn akt, fotoşәkil vә video çәkiliş mövcuddur. Qәrardan şikayәt verәn orqan (şәxs) ## #### 2026-cı il tarixli mәktubla inzibati araşdırmaya dәvәt edilmişdir. Hәmin mәktub X2 (iş materiallarında mövcud olan icarә müqavilәsinә әsasәn obyektin hazırkı icarәdarı) tәrәfindәn imza edilәrәk tәhvil alınmışdır. Qәrardan şikayәt verәn orqan (şәxs) ## #### 2026-cı il tarixli mәktubla inzibati tәnbehvermә haqqında qәrarın qәbul edilmәsindә iştirak etmәk üçün dәvәt edilmiş, hәmin mәktub da ##.##.2026-cı il tarixdә poçt vasitәsilә çatdırılmışdır (tәsdiq edәn poçt qәbzi iş materiallarına әlavә edilmişdir). Belәliklә, mәhkәmәnin gәldiyi nәticә formal mülahizәlәrә әsaslandığından iş materiallarında mövcud olan sübutlarla üst-üstә düşmür. inzibati xәta haqqında iş üzrә qәrarın әsaslı vә qanuni olması üçün işin bütün mühüm hallarının tam, obyektiv vә hәrtәrәfli araşdırılmasını tәlәb edir. Faktiki halların tam araşdırılmaması, sübutların natamam qiymәtlәndirilmәsi, tәtbiq edilmәli normativ hüquqi aktların sistemli tәhlil olunmaması vә hüquqi şәxsin mәsuliyyәtinin dar çәrçivәdә şәrh edilmәsi hәmin maddәnin tәlәblәrinin pozulması demәkdir ki, bu da qәbul edilmiş qәrarın lәğvini şәrtlәndirir. Odur ki, Abşeron Rayon Mәhkәmәsinin qәrarı әsassız olduğundan lәğv edilmәli, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәrtib edilmiş inzibati tәnbeh vermә haqqında qәrar qüvvәdә saxlanılmalıdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsinin iclasında Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X7 Xidmәti * saylı Abşeron-X3 nümayәndәsi Nümayәndә apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk şikayәtin tәmin edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinә etiraz edәrәk bildirdi ki, Abşeron rayonu, Novxanı qәsәbәsi ünvanında yerlәşәn tikili hazırda mağaza kimi fәaliyyәt göstәrir. Icarә müqavilәsi әsasında hәmin obyekti başqa şәxsә vermişdir. Hәmin obyektdә formalaşan tullantı suları heç bir gölә vә ya başqa sahәyә axıdılmır. Obyektdәn çıxan sular 3 metr yaxınlıqda olan X1 Idarәsinin kanalizasiya xәttinә müqavilә әsasında qoşulmuşdur. Müqavilәni iş materiallarına әlavә etmişdir. Müqavilәdәn әlavә texniki şәrt dә mövcuddur. Apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn qüvvәdә saxlanılmasını xahiş etmişdir. Apellyasiya mәhkәmәsi proses iştirakçılarının izahatını dinlәyib, inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsinin mübahisә olunan qәrarı dәyişdirilmәdәn saxlanılmalı vә apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X7 Xidmәti * saylı Abşeron-X3 ## ###### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbehvermә haqqında qәrarından vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-in 264.0.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 600 (altı yüz) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 264.0.1-ci maddәsinә әsasәn su obyektlәrinin çirklәnmәsinin, zibillәnmәsinin vә suların zәrәrli tәsirinin qarşısını alan qurğuları vә avadanlıqları olmayan müәssisәlәrin, kommunal vә digәr obyektlәrin istismar edilmәsinә görә - fiziki şәxslәr altı yüz manatdan min manatadәk mәblәğdә, vәzifәli şәxslәr iki min beş yüz manatdan dörd min manatadәk mәblәğdә, hüquqi şәxslәr yeddi min beş yüz manatdan on min manatadәk mәblәğdә cәrimә edilir. Birinci instansiya mәhkәmәsi hesab etmişdir ki, baş vermiş hadisә üzrә tam, hәrtәrәfli vә obyektiv araşdırma aparılmamışdır ki, bu da mәhkәmәdә işә baxılarkәn Qәrardan şikayәt verәn orqan (şәxs) qeyd olunan inzibati xәtanı törәtmәsinә şübhә yaradır. Habelә iş üzrә şәxsin tәqsirli olmasına dәlalәt edә bilәcәk sübut vә әsas göstәrilmәdәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә natamam araşdırma aparmaqla inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Sәlahiyyәtli orqan tәrәfindәn isә qeyd olunan xüsusatlar üzrә qanunvericiliyin tәlәblәrinә uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakının vә hüquqlarının tәmin edilmәmәsi, elәcә dә iş üzrә toplanmış zәruri sübutların tәqdim edilmәmәsi sonuncunun әmәlindә sözügedәn inzibati xәtanın tәrkib әlamәtlәrinin olmasına şübhә yaradır. Halbuki, qanunvericiliyin tәlәblәrinә әsasәn inzibati xәtanın baş vermәsini, elәcә dә şәxsin tәqsirliliyini sübuta yetirmәk sәlahiyyәtli orqanın üzәrinә düşür vә inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. Apellyasiya instansiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk qeyd edir ki, IXM-nin 264.0.1-ci maddәsi su obyektlәrinin çirklәnmәsinin, zibillәnmәsinin qarşısını alan qurğuları olmayan obyektlәrin istismar edilmәsinә görә mәsuliyyәti nәzәrdә tutur. Lakin apellyasiya mәhkәmәsi iclasında tәqdim edilmiş diskә (videogörüntüyә) tәkrar baxış keçirilәrkәn, Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus obyektdәn formalaşan tullantı sularının hәqiqәtәn dә qeyd olunan quyuya axıdılması vә oradan hәr hansı su obyektinә (Mirzәlәdi gölünә) tökülmәsi müәyyәn edilmәmişdir. Eyni zamanda, qanunvericiliyin әsas prinsiplәrinә görә, inzibati xәtanın baş vermәsi vә şәxsin tәqsirli olması sәlahiyyәtli orqan tәrәfindәn şübhә doğurmayacaq şәkildә sübut edilmәlidir. Iş üzrә obyektdә mәrkәzlәşdirilmiş kanalizasiya xәttinә qoşulma ilә bağlı müqavilәnin mövcudluğu, hәmçinin sәlahiyyәtli orqan tәrәfindәn hәrtәrәfli vә tam araşdırma aparılmadan tәnbeh tәdbirinin tәtbiq olunması birinci instansiya mәhkәmәsi tәrәfindәn haqlı olaraq şübhә altına alınmışdır. Birinci instansiya mәhkәmәsi iş üzrә tam araşdırma aparılmadığını nәzәrә alaraq, inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edib işin yenidәn baxılması üçün sәlahiyyәtli orqana qaytarmaqla düzgün nәticәyә gәlmişdir. Apellyasiya şikayәtindә göstәrilәn dәlillәr qәrarın lәğvi üçün әsas vermir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıq üzündәn törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası IXM-nin 75.0.3-cü maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrin icraatı üzrә inzibati xәta törәtmәkdә şәxsin tәqsiri müәyyәn edilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Qәrardan verilmiş şikayәtin dәlillәrini, hәmçinin material üzrә bir sıra xüsusatları araşdırıb apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, hazırki inzibati xәtaya dair iş üzrә qәbul edilәcәk qәrarın gәlәcәkdә mübahisәlәndirilmәsi qanunla istisna edildiyindәn şikayәtdә göstәrilәn hallar araşdırılmadığına görә sәlahiyyәtli orqanın hazırkı qәrarı qanuni vә әsaslı hesab edilә bilmәz. Apellyasiya mәhkәmәsi hesab edir ki, verilmiş apellyasiya şikayәtinin Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsinә dair dәlillәri әsassızdır. Ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X7 Xidmәti * saylı Abşeron-X3 ## ###### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbehvermә haqqında qәrarından verdiyi şikayәtin qismәn tәmin edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Işә yenidәn baxılarkәn hazırki qәrarda qeyd olunanlarla yanaşı, işin digәr halları araşdırılmalı, nәticәsindәn asılı olaraq iş üzrә qanunamüvafiq qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә, Q Ə R A RA A L D İ : Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X7 Xidmәti * saylı Abşeron-X3 ## ###### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbehvermә haqqında qәrarından verdiyi şikayәtin qismәn tәmin edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar