Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-582/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ASC və həmin ASC-nin direktoru Dostumalıyev İbrahim Cəfər oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: DƏMX-nin Bakı Şəhər İdarəsinin səlahiyyətli şəxsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ASC-nin və MMC-nin direktoru Dostumalıyev İbrahim Cəfər oğlunun vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş müvafiq olaraq ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli və ******* nömrəli inzibati xəta haqqında protokollar, onlara əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ASC və MMC-nin direktoru Dostumalıyev İbrahim Cəfər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469- 1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti apellyasiya şikayəti verərək Abşeron Rayon Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Xidmət tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ASC və Dostumaliyev İbrahim Cəfər oğlu barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN 2466767 və MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ASC-nin və Dostumaliyev İbrahim Cəfər oğlunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında ziddiyətli mülahizələrə əsaslanmışdır. Onun istinad etdiyi qanunvericiliyin müddəalarından qərarın qanuna uyğun olmaması və ya əsassızlığı ilə bağlı məhkəmənin mülahizələrinin qanunvericiliyin tələblərinə və məntiqə uyğun olmadığı müəyyən olunur. Həmçinin məhkəmə işə baxılmasında, yalnız barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən onun müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. İnzibati xəta haqqında qərar qəbul etmiş orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq iş üzrə icraata xitam verilmişdir. Belə ki, dövlət orqanlarının elektron informasiya sistemlərindən əldə olunan rəsmi məlumatlara əsasən Xidmət tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ASC və Dostumaliyev İbrahim Cəfər oğlu tərəfindən işçinin icbari sığortalanmasını həyata keçirilmədiyi müəyyən edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçinin icbari sığortalanmasını təmin etmədiyinə görə, haqlı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə barəsində elektron qərar qəbul edilmişdir. X3 Xidməti iş üzrə səlahiyyətli orqan kimi qanun pozuntusunun və işçinin hüquqlarının bərpası məqsədilə üzərinə düşən bütün vəzifələri qanuni və şəffaf şəkildə icra etmişdir. Məhkəmə isə X3 Xidmətindən fərqli olaraq iş materiallarına qiymət vermədən və araşdırmadan, naməlum səbəblərdən inzibati xəta törətmiş şəxsi əsassız və qərəzli şəkildə müdafiə etmək məqsədi ilə ümumiyyətlə inzibati xəta tərkibinin olmadığını irəli sürüb işçinin hüquqlarını pozan və qanuna zidd olan qərar qəbul etmişdir. İnzibati xəta tərkibinin obyektiv cəhəti barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ASC və Dostumaliyev İbrahim Cəfər oğlu tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməyərək “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanılmasını təmin etməməkdə (hərəkətsizliklə) ifadə olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN 2466767 və MN ******* nömrəli protokollar tam qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ASC-nin nümayəndəsi X1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Dostumalıyev İbrahim Cəfər oğlu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli dövlət qurumunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, iş mateialına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, həmin əmək müqaviləsi Dostumalıyev İbrahim Cəfər oğlu ilə X2 arasında ##.##.2025-ci il tarixdə bağlanılmışdır. İş materialına əlavə edilmiş “xxxx” ASC ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından ##.##.2025-ci il tarixli icbari sığorta müqaviləsinin illik qoşmasının əlavəsindən görünür ki, X2 ilə ##.##.2026-cı il tarixdə icbari sığorta müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 38.1-ci maddəsinə əsasən, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 469-1-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İş materiallarının tədqiqi nəticəsində müəyyən olunur ki, əmək müqaviləsinin ##.##.2025ci il tarixdə bağlanmasına baxmayaraq icbari sığorta müqaviləsinin yalnız ##.##.2025-ci il tarixdə bağlanılması, işçinin əmək fəaliyyətinə başladığı dövrdə icbari sığorta təminatının mövcud olmadığını təsdiq edir. Bu hal həm hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ASC-nin, həm də qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxsin hərəkətsizliyində ifadə olunan inzibati xətanın törədildiyini göstərir. Əmək münasibətlərinin yarandığı tarixdən işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmiş, qanunvericiliklə işəgötürənin üzərinə qoyulmuş icbari sığorta öhdəliyi vaxtında yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən, həmçinin iş materiallarını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi və vəzifəli şəxsin nümayəndələrinin çıxışlarını nəzərdən keçirib məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ASC və MMCnin direktoru Dostumalıyev İbrahim Cəfər oğlu tərəfindən törədilmiş əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta ##.##.2025-ci il tarixdə törədilmiş və inzibati xəta haqqında protokol ##.##.2026-cı il tarixdə tərtib olunmuş, ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə bildirir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ASC və MMC-nin direktoru Dostumalıyev İbrahim Cəfər oğlunun Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-582/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-582/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver