Məhkəmə qərarları › İş №3(3-8)-585/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-585/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-585/2026 18.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, X2 Xidmәtinin nümayәndәsi nümayәndә1, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.4-cü maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsilә mәhkәmәyә müraciәt edәrәk, barәsindә X2 Xidmәtinin Quba-Xaçmaz Regional Şöbәsi tәrәfindәn IXM-nin 192.4-cü maddәsinә әsasәn qәbul edilmiş inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında ## #### 2026-cı il tarixli, MN ******* nömrәli qәrarın lәğv edilmәsini xahiş etmişdir. Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin Quba-Xaçmaz Regional Şöbәsi tәrәfindәn tәrtib edilmiş ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi barәdә şikayәti tәmin edilmәmişdir (hakim Ibrahim Qazıbәyov). Qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli vә X2 Xidmәtinin Quba-Xaçmaz Regional Şöbәsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrәli qәrarlarının lәğv edilәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, rәhbәrlik etdiyi mәktәbin ibtidai sinif müәllimi Zәrәrçәkmiş şәxs ## ###### 2025-ci il, ## ###### 2026-cı il vә ## ###### 2026-cı il tarixlәrindә әmәk müqavilәsi ilә müәyyәn edilmiş әmәk funksiyasını lazımi qaydada vә tam hәcmdә yerinә yetirmәmişdir. Qeyd olunan tarixlәrdә işçinin iş yerindә olmaması vә ya әmәk funksiyasını faktiki icra etmәmәsi ilә bağlı mәktәb tәrәfindәn müvafiq qaydada aktlar vә digәr tәsdiqedici sәnәdlәr tәrtib edilmişdir. Belә ki, ## ###### 2025-ci il tarixindә Zәrәrçәkmiş şәxs iş yerindә olmadığı müәyyәn edildikdәn sonra hәmin gün üzrә әmәk haqqının hesablanmaması ilә bağlı müvafiq әmr verilmişdir. Hәmin tarix üzrә әmәk haqqı dekabr ayı üçün әvvәlcәdәn hesablandığından, artıq hesablanmış mәblәğ sonrakı ay üzrә әmәk haqqı hesablanarkәn mühasibat uçotunda müvafiq düzәliş aparılmaqla nәzәrә alınmışdır. Bu әmәliyyat mahiyyәt etibarilә işçinin artıq hesablanmış әmәk haqqının mühasibat uçotunda düzәldilmәsi olmuş, әmәk haqqından qanunsuz tutulma hәyata keçirilmәmişdir. ## ###### 2026-cı il tarixindә isә kamera müşahidә sisteminin görüntülәrinә әsasәn işçinin tәxminәn 24 dәqiqә müddәtindә sinif otağında olduğu müәyyәn edilmişdir. Lakin işçinin hәmin müddәt әrzindә mәktәbdә olması onun hәmin gün üzrә әmәk müqavilәsi vә dәrs cәdvәli ilә müәyyәn edilmiş әmәk funksiyasını tam vә lazımi qaydada yerinә yetirmәsi anlamına gәlmir. Əksinә, hәmin tarixdә işçinin әmәk funksiyasını tam hәcmdә icra etmәmәsi kamera görüntülәri, giriş-çıxış mәlumatları, tәrtib edilmiş aktlar, iş vaxtının uçotu sәnәdlәri vә digәr materiallarla tәsdiq olunur. ## ###### 2026cı il tarixindә isә Zәrәrçәkmiş şәxs iş yerindә olmaması müvafiq aktlar, kamera müşahidә görüntülәri vә iş üzrә digәr sübutlarla öz tәsdiqini tapmışdır. Qeyd olunan hallar nәzәrә alınmaqla, işçiyә yalnız faktiki olaraq yerinә yetirilmiş әmәk funksiyasına vә qanunvericiliyin tәlәblәrinә uyğun hesablanmış әmәk haqqı ödәnilmiş, әmәk funksiyasının yerinә yetirilmәdiyi vә iş vaxtının faktiki olaraq işlәnilmәdiyi dövrlәr üzrә әmәk haqqının hesablanmaması tәmin edilmişdir. Buna baxmayaraq, Zәrәrçәkmiş şәxs Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin Quba-Xaçmaz Regional Şöbәsinә müraciәt edәrәk, qeyd olunan tarixlәrdә işdә olduğu halda әmәk haqqından әsassız olaraq tutulma aparıldığını iddia etmiş vә hәmin günlәr üzrә әmәk haqqının bәrpa olunmasını xahiş etmişdir. Hәmin müraciәt әsasında X2 Xidmәtinin Quba-Xaçmaz Regional Şöbәsi tәrәfindәn mәktәbdәn iş üzrә zәruri sәnәdlәr tәlәb edilmiş, mәktәb tәrәfindәn tәlәb olunan sәnәdlәr müәyyәn edilmiş müddәtdә tәqdim edilmiş vә araşdırma aparılmışdır. Araşdırmanın nәticәsi olaraq ## #### 2026-cı il tarixli, MN ******* nömrәli protokol tәrtib edilmişdir. Hәmin protokolda ## ###### 2025-ci il tarixi üzrә Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 175-ci maddәsinin tәlәblәrinin pozulduğu, ## ###### 2026-cı il vә ## ###### 2026-cı il tarixlәri üzrә isә işçinin işdә olmamasının tam sübuta yetirilmәdiyi qeyd edilmişdir. Hesab edirik ki, protokolda әks etdirilmiş bu nәticәlәr işin faktiki hallarına vә mövcud sübutların mәcmu qiymәtlәndirilmәsinә uyğun deyildir. Belә ki, ## ###### 2025-ci il tarixi üzrә hәyata keçirilmiş әmәliyyatın hüquqi mahiyyәti düzgün müәyyәn edilmәmişdir. Hәmin tarix üzrә aparılmış әmәliyyat işçinin әmәk haqqından tutulma deyil, dekabr ayı üzrә әmәk haqqının әvvәlcәdәn hesablanması nәticәsindә yaranmış artıq mәblәğin növbәti ay üzrә әmәk haqqı hesablanarkәn mühasibat uçotunda düzәliş edilmәsindәn ibarәt olmuşdur. Bu sәbәbdәn hәmin әmәliyyatın әmәk haqqından tutulma kimi qiymәtlәndirilmәsi işin faktiki vә maliyyә-uçot xarakterli hallarının düzgün müәyyәn edilmәmәsinә sәbәb olmuşdur. Eyni zamanda, ## ###### 2026-cı il vә ## ###### 2026-cı il tarixlәri üzrә işçinin әmәk funksiyasını faktiki olaraq yerinә yetirib-yetirmәmәsi mәsәlәsi araşdırılarkәn iş üzrә mövcud olan sübutlar ayrı-ayrılıqda deyil, onların qarşılıqlı әlaqәsi vә mәcmusu nәzәrә alınmaqla qiymәtlәndirilmәli idi. Lakin araşdırma zamanı hәmin tarixlәr üzrә tәrtib edilmiş aktların, iş vaxtının uçotu cәdvәllәrinin, kamera müşahidә görüntülәrinin, giriş-çıxış mәlumatlarının vә digәr sәnәdlәrin mәzmunu vә qarşılıqlı әlaqәsi lazımi qaydada qiymәtlәndirilmәmişdir. Xüsusilә, ## ###### 2026-cı il tarixindә işçinin cәmi tәxminәn 24 dәqiqә sinif otağında olması faktının onun hәmin gün üzrә әmәk funksiyasını tam icra edib-etmәmәsi baxımından hüquqi әhәmiyyәti araşdırılmamışdır. Belәliklә, protokol tәrtib edilәrkәn iş üzrә әhәmiyyәt kәsb edәn bütün sübutlar tam, hәrtәrәfli, obyektiv vә mәcmu qaydada qiymәtlәndirilmәmiş, nәticәdә işin faktiki halları tam müәyyәn edilmәdәn hüquqi nәticәyә gәlinmişdir. Yuxarıda qeyd olunanlara әsasәn hesab edirik ki, ## #### 2026-cı il tarixli, MN ******* nömrәli protokolda әks etdirilmiş nәticәlәr iş üzrә mövcud olan faktiki halları vә sübutları tam vә düzgün әks etdirmir. Bu sәbәbdәn hәmin protokol tam, hәrtәrәfli vә obyektiv araşdırmanın nәticәsi kimi qiymәtlәndirilә bilmәz vә onun qanunauyğunluğu, әsaslılığı vә iş üzrә mövcud sübutların düzgün qiymәtlәndirilib-qiymәtlәndirilmәmәsi mәhkәmә tәrәfindәn yoxlanılmalıdır. Mәhkәmәnin gәldiyi nәticә ilә razı deyil. Qeyd edir ki, hazırki mübahisәdә mәktәbin ibtidai sinif müәllimi Zәrәrçәkmiş şәxs qeyd etdiyi dәrs saatlarında işdә olmamış, bu sәbәbdәn әmәk haqqı hesablanmamışdır. Hazırki halda mübahisә әmәk haqqından tutulma kimi deyil, sadәcә işlәnmәyәn saatlar üçün әmәk haqqının ödәnilmәmәsi kimi qiymtәlәndirilmәlidir. Yәni işçi tәdrislә mәşğul olmadığı saatlar üçün әmәk haqqı almır. Mәhkәmә bir tәrәfdәn işçinin 09 yanvar tarixindә әmәk funksiyasını tam yerinә yetirmәdiyini, 12 yanvar tarixindә isә işdә olmamasına dair faktiki sübutların mövcudluğunu qәbul etmiş, digәr tәrәfdәn hәmin işlәnilmәmiş müddәtlәr üçün әmәk haqqının ödәnilmәli olmasının hüquqi әsasını müәyyәn etmәdәn IXM-nin 192.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin mövcudluğu nәticәsinә gәlmişdir. Belәliklә, mәhkәmә әmәk haqqının hesablanmaması ilә ilә әmәk haqqından tutulmanı hüquqi baxımdan lazımi şәkildә fәrqlәndirmәmişdir. Əmәk Mәcәllәsinin 175-ci maddәsinin tәtbiqindәn әvvәl mübahisәli günlәr üzrә işçinin әmәk haqqı almaq hüququnun yaranıb yaranmadığını müәyyәn etmәmişdir. ## ###### 2025-ci il üzrә aparılmış әmәliyyatın faktiki olaraq “tutulma”, yoxsa әvvәlcәdәn aparılmış hesablanmaya mühasibat düzәlişi olmasını, bunun onun tәrәfindәn deyil, Quba-Xaçmaz Regional Tәhsil Idarәsinin Maliyyә hesablaşma mәrkәzi tәrәfindәn tutulduğunu tam araşdırmamışdır. 09 vә ## ###### 2026-cı il tarixlәri üzrә әmәk funksiyasının yerinә yetirilmәmәsinә dair mәhkәmәnin özünün qәbul etdiyi faktların әmәk haqqının hesablanmasına hüquqi tәsirinә qiymәt vermәmişdir. Nәticәdә Əmәk Mәcәllәsinin 175-ci maddәsinin tәtbiq dairәsini düzgün müәyyәn etmәdәn IXM-nin 192.4-cü maddәsi üzrә inzibati mәsuliyyәtin mövcudluğu qәnaәtinә gәlmişdir. Bundan әlavә o, mәktәbә direktor tәyin edilәn vaxtdan Zәrәrçәkmiş şәxs onunla mübahisә etmiş, direktor kimi fәaliyyәtinә әngәllәr yaratmış, mәktәbdә qruplaşma yaratmışdır. Bunun davamı olaraq ondan şikayәtlәr etmiş, qәsdәn tәdrisi pozmaq üçün dәrslәrә gәlmәmişdir. Dәfәlәrlә ona xәbәrdarlıq etmәsinә baxmayaraq bir nәticә әldә edilmәmiş, buna görә bu yola әl atmışdır. Qeyd olunanlara әsasәn hazırki inzibati tәnbehin tәtbiq edilmәsi mәktәbdә tәdris prosesinin pozulmasına rәvac verәcәk, digәrlәrini dә buna tәşviq edәcәkdir. Nәticәdә mәktәbdә uşaqların tәdris keyfiyyәti aşağı düşür, bu da uşaqların mәnafeyinә toxunur. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn X2 Xidmәtinin nümayәndәsi nümayәndә1 izahatında bildirdi ki, Zәrәrçәkmiş şәxs ## ###### 2025-ci il, 09 vә ## ###### 2026-cı il tarixlәrdә işdә olmamasına dair aktlar vә tәqdimat mötәbәr sübut kimi qiymәtlәndirilә bilmәz. Qәrardan şikayәt verәn orqan (şәxs) işçinin ## ###### 2026-cı il tarixindә 24 dәqiqә mәktәbdә olmasını qeyd etsә dә, lakin hәmin gün işdә olmaması әsası ilә ona hәmin günә olan әmәkhaqqısını hesablamamışdır. Bundan әlavә ## ###### 2026-cı il tarix üçün dә әvvәl әmәkhaqqı hesablanmasa da, sonradan hәmin günә olan әmәkhaqqı ödәnilmişdir. Işәgötürәn tәrәfindәn işçi barәsindә hәr hansı intizam tәnbehi tәtbiq edilmәmişdir. Hansı ki әgәr işçi әmәk intizamı qaydalarını pozursa onun barәsindә intizam tәnbehi tәdbirlәri tәtbiq edilә bilәr. Belә olan halda işçinin izahatı alınmalıdır. Işçinin hansı sәbәbdәn işә gәlmәmәsi sübut edilmәmiş, izahatı alınmamış, işdә olan aktlar barәdә onun mәlumatı olmamışdır. Inzibati tәnbeh vermә haqqında qәrar da mәhz işçinin işdә olmaması tam sübut olunmadan onun hәmin günlәr üçün hesablanmış әmәk haqqı mәblәğinin tutulmasına görә qәbul edilmişdir. Odur ki, qәbul edilmiş qәrar qanuni vә әsaslı olduğundan birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsinin iclasında şahid Zәrәrçәkmiş şәxs bildirdi ki, ## ###### 2025-ci il, 09 yanvar vә ## ###### 2026-cı il tarixlәrdә bütün dәrs saatlarında işdә olmuşdur. Apellyasiya mәhkәmәsi proses iştirakçılarının izahatlarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata inzibati xәta tәrkibi olmadığından xitam verilmәlidir. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin Quba-Xaçmaz Regional Şöbәsi tәrәfindәn qәbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrәli qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) oğlu Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 192.4-cü maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, barәsindә 700 manat mәblәğindә inzibati cәrimә şәrti olaraq tәtbiq edilmiş, törәdilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddәt müәyyәn olunmuşdur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.4-cü maddәsinә әsasәn işçinin әmәk vә mәzuniyyәt haqlarının, ezamiyyә xәrclәrinin, әmәk qanunvericiliyindә nәzәrdә tutulmuş müavinәt vә digәr ödәnişlәrin әmәk qanunvericiliyinә uyğun olaraq ödәnilmәmәsinә vә ya tam ödәnilmәmәsinә görә-vәzifәli şәxslәr yeddi yüz manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Iş materiallarından görünür ki, Quba şәhәr Hacıbaba Əliyev adına 1N-li tam orta mәktәbdә ibtidai sinif müәllimi Zәrәrçәkmiş şәxs ## ###### 2025-ci il, ## ###### 2026-cı il vә ## ###### 2026-cı il tarixlәri üzrә әmәk haqqı hesablanmamış vә ödәnilmәmişdir. Buna sәbәb kimi hәmin günlәrdә işçinin әmәk funksiyasını yerinә yetirmәmәsi göstәrilmişdir. Iş materiallarına әlavә edilmiş 16 vә ## ###### 2026-cı il tarixli aktların surәtindәn görünür ki, mәktәbin müşahidә kameralarına baxış zamanı mәlum olmuşdur ki, Zәrәrçәkmiş şәxs ## ###### 2025-ci il tarixdә mәktәbә gәldiyi, ## ###### 2026-cı il tarixdә saat 13:10-da mәktәbә daxil olmuş, 13:30-da mәktәbdәn getdiyi vә hәmin gün geri dönmәdiyi, ## ###### 2026-cı il tarixdә mәktәbә gәlmәdiyi müşahidә edilmişdir. Apellyasiya mәhkәmәsinin iclasında tәqdim edilmiş mәktәbin kamera görüntülәrini özündә әks etdirәn diskә baxış keçilәrkәn müәyyәn olunmuşdur ki, Zәrәrçәkmiş şәxs ## ###### 2025-ci il tarixdә saat 14:26-da mәktәbә daxil olmuş, 14:29-da isә getmişdir. ## ###### 2026-cı il tarixdә saat 13 radәlәrindә mәktәbә daxil olmuş, tәxminәn 20-25 dәqiqә sonra mәktәbi tәrk etmişdir. ## ###### 2026-cı il tarixdә isә mәktәbә gәldiyi müәyyәn edilmәmişdir. Apellyasiya mәhkәmәsi iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinlәyib, şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә IXM-nin 192.4-cü maddәsinә әsasәn tәrtib edilmiş inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında ## #### 2026-cı il tarixli, MN ******* nömrәli qәrar әsassız olduğundan lәğv edilmәli, onun şikayәti tәmin edilmәlidir. Belә ki, Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 102-ci maddәsinә әsasәn işәgötürәn, faktiki olaraq hәr bir işçinin iş vaxtının vә iş vaxtından artıq işlәnmiş saatlarının dәqiq, dürüst uçotunu aparmağa borcludur. Iş vaxtının uçotunun aparılması forması vә qaydası işәgötürәn tәrәfindәn müәyyәn edilir. Hәmin Mәcәllәnin 154-cü maddәsinә әsasәn әmәk haqqı — müvafiq iş vaxtı әrzindә әmәk funksiyasını yerinә yetirmәk üçün әmәk müqavilәsi ilә müәyyәn edilmiş, işçinin gördüyü işә (göstәrdiyi xidmәtlәrә) görә işәgötürәn tәrәfindәn pul vә ya natura formasında ödәnilәn gündәlik vә ya aylıq mәblәğ, habelә ona edilәn әlavәlәrin, mükafatların vә digәr ödәnclәrin mәcmusudur. Hazırki iş üzrә inzibati xәtaya dair iş materialları ilә tәsdiq olunur ki, Zәrәrçәkmiş şәxs qeyd olunan tarixlәrdә әmәk funksiyalarını icra etmәli olduğu iş saatlarında işdә olmamışdır. Onun iş yerinә qısa müddәtә daxil olub çıxması hәmin gün üçün işdә olması hesab edilә bilmәz. Buna görә dә hәmin faktlar işәgötürәn tәrәfindәn aktlaşdırılaraq qanuni tәdbirlәr görülmüşdür. Belә ki, әmәk haqqı görülәn işin (yerinә yetirilәn әmәk funksiyasının) qarşılığı olaraq verilir. Işçi işdә olmadıqda vә ya әmәk funksiyasını yerinә yetirmәdikdә hәmin dövr üçün әmәk haqqının hesablanmaması vә ödәnilmәmәsi әmәk qanunvericiliyinin pozulması (yәni qanunsuz tutulma) deyil, әksinә, işlәnmәmiş saatlar üçün ödәnişin hәyata keçirilmәmәsidir. Işçinin әmәk haqqının verilmәmәsi onun öz tәqsiri üzündәn (işә gәlmәdiyi vә әmәk funksiyasını icra etmәdiyi üçün) baş verdiyindәn, işәgötürәnin hәrәkәtlәrindә IXM-nin 192.4-cü maddәsinin tәrkibi mövcud deyildir. Mәhkәmә qeyd etmәyi zәruri hesab edir ki, işçi üzürlü sәbәb olmadan işә çıxmadıqda bu Əmәk Mәcәllәsinin 102-ci maddәsinә müvafiq olaraq onun iş vaxtının uçotunun aparılması işәgötürәnin vәzifәsi kimi qeyd edilmişdir. Hәmin vәzifәyә uyğun olaraq mәktәb direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) mәktәbin müәllimi Zәrәrçәkmiş şәxs işdә olmadığı vaxtları müvafiq akt tәrtib etmәklә rәsmilәşdirmiş vә әmәk haqqının hesablanması üçün mühasibatlığa göndәrmişdir. Bu zaman işçinin intizam mәsuliyyәtinә cәlb edilib-edilmәmәsinin heç bir әhәmiyyәti yoxdur. Çünki qanunverici әmәk haqqının hesablanması zamanı işçinin işә çıxmadığı günlәrә görә әmәk haqqının hesablanmamasını hәmin işçinin mütlәq qaydada intizam mәsuliyyәtinә cәlb edilmәsi halı ilә şәrtlәndirmәmişdir. Ona görә dә mәhkәmә X2 nümayәndәsinin işәgötürәnin işçi barәsindә intizam tәdbiri görmәmәsinә görә tәrtib edilmiş aktların hәqiqәtә uyğun olmamasına dair dәlillәri ilә razılaşmır. Belәliklә, mәhkәmә işçi – Zәrәrçәkmiş şәxs işә çıxmaması halında işәgötürәn – Qәrardan şikayәt verәn orqan (şәxs) bu barәdә müvafiq aktlar tәrtib edәrәk müvafiq mühasibatlığa göndәrmәsini qanuni hesab edir. Lakin bununla belә mәhkәmә iclasında iştirak edәrәk izahat verәn mәktәbin ibtidai sinif müәllimi Zәrәrçәkmiş şәxs barәsindә tәrtib edilmiş aktlarda göstәrilәn ##.##.2025, ##.##.2026 vә ##.##.2026-cı il tarixlәrdә mәktәbdә işdә olduğunu vә onun әmәk haqqının әsassız olaraq kәsildiyini bildirmişdir. Mәktәb direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) qeyd edilәn faktın mәktәbdә işlәyәn şәxslәr tәrәfindәn tәrtib edilmiş aktlardan әlavә, hәmin aktların әsaslandığı mәktәbin girişindә quraşdırılmış tәhlükәsizlik kameraları görüntülәri ilә dә tәsdiq olunduğunu bildirmişdir. Bu fakt nә inzibati araşdrıma aparan orqan, nә dә ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn araşdırılmamış, qeyd edilәn kamera görüntülәrinә baxış keçirilmәmişdir. Halbuki, apellyasiya instansiyası mәhkәmәsindә qeyd edilәn kamera görüntülәrinә baxış keçirilәn zaman aktlarda qeyd edilәn faktlar bir daha tәsdiq edilmişdir. Birinci instansiya mәhkәmәsi öz qәrarında әsaslandırma apararkәn işçinin konkret günlәrdә әmәk funksiyasını yerinә yetirib-yetirmәmәsi ilә onun hәmin günlәr üzrә әmәk haqqının ödәnilmәmәsinin qanuniliyi mәsәlәsinin eynilәşdirilmәmәsini göstәrmiş, bu halı da әsaslandırmaq üçün Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 175-ci maddәsinә istinad etmişdir. Bununla bağlı mәhkәmә qeyd edir ki, Əmәk Mәcәllәsinin 175-ci maddәsi konkret bu hala şamil edilә bilmәz. Mәhkәmә iclasında izahat verәn Zәrәrçәkmiş şәxs ona artıq ödәnilmiş pulun tutulmasından deyil, ona hәmişәki qaydada ödәnilәn mәblәğdәn az ödәnildiyinә görә Əmәk Müfәttişliyinә şikayәt etdiyini bildirmişdir. Əmәk Mәcәllәsinin 175-ci maddәsi işçiyә onun işinin tam şәkildә yerinә yetirdiyi halda ödәnilәn әmәk haqqından qanunda nәzәrdә tutulan hallardan başqa işәgötürәn tәrәfindәn özbaşına tutulmalara yol verilmәdiyini göstәrir. Araşdırma materiallarından isә görünür ki, X1 Rәhmanovanın ##.##.2025, ##.##.2026 vә ##.##.2026-cı il tarixlәrdә işә çıxmama fatklarını rәsmilәşdirmәklә sonuncunun iş vaxtı uçotunu aparmış vә müvafiq sәnәdlәri әmәk haqqı hesablanarkәn nәzәrә alınması üçün mühasibatlığa göndәrmişdir. Belәliklә, qeyd olunanlara әsasәn apellyasiya mәhkәmәsi hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) әmәlindә Azәrbaycan Respublikası IXM-nin 192.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi yoxdur. Azәrbaycan Respublikası IXM-nin 53.1.2-ci maddәsinә әsasәn inzibati xәta tәrkibi olmadıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 135.1.5-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş halların müәyyәn olunması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Ona görә dә, apellyasiya instansiya mәhkәmәsi belә nәticәyә gәlir ki, apellyasiya şikayәti tәmin edilmәli, Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli vә Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin Quba-Xaçmaz Regional Şöbәsi tәrәfindәn qәbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrәli qәrarları lәğv edilmәli, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә inzibati xәta haqqında işin icraatına inzibati xәta tәrkibi olmadığından xitam verilmәlidir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.3, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilsin. Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli vә Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin Quba-Xaçmaz Regional Şöbәsi tәrәfindәn qәbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrәli qәrarları lәğv edilsin. Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә inzibati xәta haqqında işin icraatına inzibati xәta tәrkibi olmadığından xitam verilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar