Məhkəmə qərarları › İş №3(3-8)-586/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-8)-586/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 3(3-8)-586/2026 18.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Yusifova Ayşәn Hafiz qızının katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, # ###### 2026-cı il tarixli qәrardadından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, # ###### 2026-cı il tarixli qәrardadı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş ##.##.2026-cı il tarixli EQ ******* nömrәli qәrarın lәğv edilmәsi barәdә şikayәt geri qaytarılmışdır (hakim Ibrahim Qazıbәyov). Işin halları: Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә Quba Rayon Mәhkәmәsinә müraciәt edәrәk, ##.##.2026-cı il tarixli EQ ******* nömrәli qәrarın lәğv edilmәsini xahiş etmişdir. Quba Rayon Mәhkәmәsi tәrәfindәn yuxarıda qeyd olunan qәrardad qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, # ###### 2026-cı il tarixli qәrardadının lәğv edilmәsini, ## #### 2026-cı il tarixli, EQ ******* nömrәli qәrardan verdiyi ilkin şikayәtә mahiyyәti üzrә baxılması üçün materialların Quba Rayon Mәhkәmәsinә yeni mәhkәmә baxışına göndәrilmәsini, zәruri hesab edildiyi halda, EQ ******* nömrәli qәrarın tәsdiqlәnmiş surәtinin vә inzibati xәta haqqında iş üzrә bütün materialların hәmin qәrarı qәbul etmiş sәlahiyyәtli orqandan tәlәb olunmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Quba Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli qәrardadı ilә onun ## #### 2026-cı il tarixli, EQ ******* nömrәli inzibati xәta haqqında qәrarın lәğv edilmәsinә dair şikayәti hәmin qәrarın surәtinin şikayәtә әlavә olunmaması әsas göstәrilmәklә geri qaytarılmışdır. Mәhkәmә nәticәyә gәlәrkәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 61.1.6, 109.1.6, 118, 128 vә 129-cu maddәlәrinә istinad etmişdir. Qәrardadla razı deyil. Mәhkәmә Inzibati Xәtalar Mәcәllәsinin 109.1.6-cı maddәsini onun tәtbiq predmetindәn kәnar tәtbiq etmiş, şikayәtin mahiyyәti üzrә mәhkәmә baxışına mane olan vә qanunda nәzәrdә tutulmayan prosessual nәticә yaratmışdır. Inzibati Xәtalar Mәcәllәsinin 109.1.6-cı maddәsi inzibati xәta haqqında işin ilkin olaraq baxılmağa hazırlanması mәrhәlәsinә aiddir. Hәmin norma protokol vә digәr materiallar sәlahiyyәti olmayan şәxs tәrәfindәn tәrtib edildikdә, düzgün tәrtib edilmәdikdә vә ya materialların natamamlığını işә baxılarkәn aradan qaldırmaq mümkün olmadıqda inzibati xәta haqqında protokolun vә ya digәr sәnәdlәrin onları tәrtib etmiş orqana, vәzifәli şәxsә geri qaytarılmasını nәzәrdә tutur. Normanın hәm ünvanı, hәm predmeti, hәm dә hüquqi nәticәsi imperativ qaydada müәyyәn edilmişdir: geri qaytarılan sәnәd inzibati xәta haqqında protokol vә ya onu müşayiәt edәn materiallar, geri qaytarılan ünvan isә hәmin sәnәdi tәrtib etmiş orqan vә ya vәzifәli şәxsdir. Şikayәtin şikayәtçiyә qaytarılması bu normada nәzәrdә tutulmamışdır. Buna görә dә, 109.1.6-cı maddәnin mübahisәlәndirilәn qәrardadda tәtbiqi yolverilmәzdir. Onun Quba Rayon Mәhkәmәsinә müraciәti protokola ilkin baxış deyil, sәlahiyyәtli orqanın ## #### 2026-cı il tarixli, EQ ******* nömrәli qәrarından verilmiş şikayәt idi. Belә icraat Inzibati Xәtalar Mәcәllәsinin 128-137-ci maddәlәri ilә tәnzimlәnir. Xüsusi norma mövcud olduğu halda ilkin baxış mәrhәlәsinә aid 109-cu maddәnin tәtbiqi qanuni deyil. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli qәrarında da inzibati xәta haqqında protokola mәhkәmә tәrәfindәn ilkin baxılmasının vә sәlahiyyәtli orqanın qәrarından verilmiş şikayәt üzrә mәhkәmә araşdırmasının predmeti vә qaydalarının fәrqli olduğu vurğulanmışdır. Qәrardan verilmiş şikayәt üzrә mәhkәmә araşdırmasının predmeti mәhz mübahisәlәndirilәn qәrardır. Inzibati Xәtalar Mәcәllәsinin 132.1.3-cü maddәsi şikayәtә baxmağa hazırlıq zamanı zәruri әlavә materialların tәlәb olunmasına birbaşa imkan verir. Mәcәllәnin 133.2.8-ci maddәsinә görә isә qәrarın qanuniliyi vә әsaslılığı işdә olan vә әlavә tәqdim edilmiş materiallar әsasında yoxlanılır. Demәli, qәrarın surәti zәruri hesab edilirdisә, mәhkәmә onu әrizәçidәn tәqdim etmәyi tәlәb edә vә ya qәrarı qәbul etmiş orqandan iş materialları ilә birlikdә әldә edә bilәrdi. Inzibati Xәtalar Mәcәllәsinin 129-cu maddәsi şikayәtin verilmәsi qaydasını müәyyәn edir, lakin qәrarın surәtinin әlavә edilmәmәsini şikayәtin qaytarılması üçün әsas saymır. Mәcәllә mәhkәmәyә qanunda olmayan mәnfi prosessual nәticә yaratmaq sәlahiyyәti vermir. Üstәlik, şikayәtdә qәrarın tarixi vә unikal nömrәsi dәqiq göstәrilmişdir; belә çatışmazlıq qәrarın müәyyәn edilmәsini vә qısa müddәtdә әldә olunmasını mümkünsüz etmirdi. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli qәrarına görә, inzibati xәta haqqında iş üzrә qәrardan şikayәtin verilmәsi ilә bağlı kifayәt qәdәr tәnzimlәnmәyәn prosessual mәsәlәlәr Cinayәt-Prosessual Mәcәllәsinin analoji normaları әsasında hәll edilmәlidir. Hәmin hüquqi mövqedә Cinayәt- Prosessual Mәcәllәsinin 391.4-cü maddәsinә istinad edilmәklә, formal tәlәblәr yerinә yetirilmәdikdә şikayәtin dәrhal qaytarılması deyil, onun hәrәkәtsiz saxlanılması vә qüsurun aradan qaldırılması üçün 10 gündәn 20 günәdәk müddәt verilmәsi mexanizmi göstәrilmişdir. Quba Rayon Mәhkәmәsi ona qәrarın surәtini tәqdim etmәk üçün heç bir müddәt vermәmiş, çatışmazlığın aradan qaldırılması barәdә bildiriş göndәrmәmiş vә sәnәdi sәlahiyyәtli orqandan tәlәb etmәmişdir. Birbaşa qaytarma qüsurun xarakterinә uyğun olmayan, hәddindәn artıq sәrt vә qanunda nәzәrdә tutulmayan tәdbirdir. Konstitusiya Mәhkәmәsi Plenumunun Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsi baxımından hәmin Mәcәllәnin 109-cu maddәsinin şәrh edilmәsinә dair # ### 2019-cu il tarixli qәrarında göstәrilmişdir ki, xüsusi әhәmiyyәt kәsb etmәyәn sәhv vә ya natamamlıq işә baxılarkәn tamamlanması mümkün olduqda material geri qaytarılmamalı, çatışmazlığın aradan qaldırılması tәlәb edilmәlidir. Bu yanaşma prosessual qәnaәtә, işlәrә ağlabatan müddәtdә baxılmasına vә әdalәtli mәhkәmә araşdırmasına xidmәt edir. Hәmin qәrarda 109-cu maddә üzrә hәqiqi hazırlıq qәrardadlarından şikayәtin istisna edilmәsi onların şәxsin hüquqlarını mәhdudlaşdırmaması vә mübahisәnin gәlәcәkdә davamını istisna etmәmәsi ilә әsaslandırılmışdır. Hazırki akt isә әksinә, onun şikayәtini әrizәçi kimi özünә qaytararaq mәhkәmә baxışının davamını dayandırmış vә qısa şikayәt müddәti fonunda mәhkәmәyә çıxışı real şәkildә mәhdudlaşdırmışdır. Buna görә mübahisәlәndirilәn akt yalnız “qәrardad” adlandırıldığı vә 109.1.6-cı maddәyә istinad etdiyi üçün apellyasiya nәzarәtindәn kәnarda qala bilmәz. Aktın hüquqi mahiyyәti vә doğurduğu nәticә әsas götürülmәlidir. Azәrbaycan Respublikası Konstitusiyasının 60-cı maddәsinin İ hissәsi hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmәdә müdafiәsinә tәminat verir. Konstitusiyanın 71-ci maddәsinә görә dövlәt orqanları hüquq vә azadlıqları qorumağa, yalnız qanunla müәyyәn edilmiş qaydada vә hüdudlarda fәaliyyәt göstәrmәyә borcludur. Inzibati Xәtalar Mәcәllәsinin 61.1.6-cı maddәsi dә iş üzrә qәbul edilmiş qәrardan şikayәt vermәk hüququnu tәsbit edir. Mәhkәmәyә müraciәt hüququ yalnız әrizәnin qeydiyyata alınması ilә bitmir; o, mübahisәnin mәhkәmә tәrәfindәn mahiyyәti üzrә hәllinә real imkan verilmәsini dә әhatә edir. Asanlıqla aradan qaldırıla bilәn texniki çatışmazlığa görә şikayәtin dәrhal qaytarılması qanuni mәqsәdlә mütәnasib deyil vә Konstitusiyanın 60-cı maddәsi, habelә Insan Hüquqlarının vә X1 haqqında Konvensiyanın 6cı maddәsi ilә tәmin edilәn mәhkәmәyә çıxış hüququnu qeyri-real edir. Prosessual məsələlər: Apellyasiya baxışı zamanı Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, # ###### 2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 61.1.6-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin inzibati xәtalar haqqında işlәr üzrә icraatın tәmin edilmәsi tәdbirlәrinin tәtbiqindәn vә iş üzrә qәbul edilmiş qәrardan şikayәt vermәk hüququ vardır. Hәmin Mәcәllәnin 128.1-ci maddәsinә әsasәn barәsindә qәrar çıxarılmış fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәr çәkmiş şәxs, müdafiәçi vә nümayәndә, hәmçinin bu Mәcәllәnin 43.2-ci maddәsindә nәzәrdә tutulan vәzifәli şәxs inzibati xәta haqqında iş üzrә qәrardan şikayәt, prokuror isә protest verә bilәr. Hәmin Mәcәllәnin 109.1.6-cı maddәsinә әsasәn protokol vә digәr materiallar sәlahiyyәti olmayan şәxslәr tәrәfindәn tәrtib edildikdә, protokol vә digәr sәnәdlәr düzgün tәrtib olunmadıqda, yaxud tәqdim edilmiş materiallar natamam olduqda, işә baxılarkәn tamamlamaq mümkün olmadıqda, inzibati xәtalar haqqında protokolun vә ya digәr sәnәdlәrin onu tәrtib etmiş orqana, vәzifәli şәxsә geri qaytarılması barәdә qәrardad qәbul edilir. Birinci instansiya mәhkәmәsi haqlı olaraq qәrardadda vurğulamışdır ki, şikayәtçi tәrәfindәn qeyd olunan ##.##.2026-cı il tarixli EQ ******* nömrәli qәrar şikayәt әrizәsinә әlavә edilmәdiyindәn inzibati xәta haqqında qәrardan verilmiş şikayәt geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il tarixli EQ ******* nömrәli qәrarın lәğv edilmәsi barәdә şikayәtinin geri qaytarılmasına dair qanuni vә әsaslı nәticәyә gәlmişdir vә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin dәlillәri Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, # ###### 2026-cı il tarixli qәrardadının lәğv edilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı isә dәyişdirilmәdәn saxlanılmalıdır. Qeyd olunanlara әsasәn vә IXM-nin 133, 134 vә 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә, QƏRARA ALDI: Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, # ###### 2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar qәbul edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar