Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-588/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Protokol tərtib etmiş orqanın nümayəndələri X4 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audiovideo yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim E.İ.Əliyev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi, şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nın törətdiyi hüquqpozmanın aradan qaldırması və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Sumqayıt regional X2 Idarəsinə məlumat verilməsi üçün 20 gün müddət təyin edilməsi, həmin müddətdə hüquqpozmanın aradan qaldırılmadıqda 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri icra edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Sumqayıt Regional X2 Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, ##.##.2026-cı il tarixində Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22də yerləşən aptekdə keçirilən plan üzrə YTM zamanı YTQ 01-2001 b 9.1-9.12; b 6.16.10 bəndləri pozulmuşdur. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd edilən qərarı qəbul etmiş və qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini haqqında qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zeytun Şirkətlər qrupunun nəzdində olan ünvan 1 ünvanında, ** saylı mənzildə yerləşən aptek 2017-ci ildən fəaliyyət göstərir. Sumqayıt regional Dövlət Yanğın Xidməti Nəzarəti Idarəsi tərəfindən qəbul edilmiş qərarda aşkar edilmiş pozuntular aptekin fəaliyyətində əslində mövcud deyil. Aptekdə elektrik xətti qaydasınca çəkilmiş, yanğınsöndürmə balonu aptekdə görünən yerdə asılmışdır. Həmçinin aptekdə yanğın töhlükəsizliyinə qarşı maarifləndirici vasitələr asılmışdır. Xəbərdaredici siqnalizasiya sistemi fəaliyyət göstərdikləri ünvanda mövcud deyil və bu səbəbdən də siqnalizasiva sisteminə qoşula bilməmişlər. Onu da bildirir ki, fəaliyyət göstərdikləri ünvanda olan kommersiya qurumları da xəbərdaredici siqnalizasiya sisteminə qoşulmamışdır (sistemin olmaması səbəbindən). Aptekdə havalandırma sistemi mövcuddur, qısaqapanmanın qarşısını almaq üçün texniki vasitələr quraşdırılmışdır. Hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi mövcud deyil. IXM-nin 53-cü maddəsinə görə “əməldə inzibati xəta tərkibi olmadıqda və inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş edərək əlavə olaraq qeyd etdi ki, inzibati xəta haqqında protokolda aptekdə elektrik naqillərinin izolyasiyasının qanunvericiliyin tələblərinə uyğun olmaması qeyd edilsə də, yoxlama zamanı elektrik naqillərinin izolyasiyası faktiki olaraq yoxlanılmamış, həmin hal birbaşa protokolda göstərilmişdir. Yanğın təhlükəsizliyi siqnalizasiya sisteminin olmaması ilə bağlı isə bildirdi ki, obyekt üzrə belə bir sistem mövcud deyil. Bununla yanaşı, aptekdə yanğınsöndürmə balonlarının olduğunu, yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirildiyini, habelə obyektin icbari sığortasının mövcud olduğunu qeyd etdi. Obyekt üzrə müəyyən nöqsanların mövcudluğunu qəbul etdiyini, həmin nöqsanların, xüsusilə yanğın siqnalizasiya sisteminin quraşdırılması üçün müəyyən müddət tələb olunduğunu, siqnalizasiya sisteminin quraşdırılması bir və ya iki gün ərzində həyata keçirilə biləcək iş deyil, sistemin quraşdırılması və müvafiq şəbəkəyə qoşulması üçün təxminən bir ay – bir ay yarım müddətə ehtiyac vardır. Bu səbəbdən məhkəmədən onlara vaxt verilməsini, həmin müddət ərzində müəyyən edilmiş nöqsanların aradan qaldırılmasına şərait yaradılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X1 izahatında bildirdi ki, sözügedən aptek yeni fəaliyyətə başlamış obyekt deyil və uzun müddətdir fəaliyyət göstərir. Şəxsin qanunvericiliyin tələblərindən məlumatsız olması onu həmin tələblərə riayət etmək vəzifəsindən və məsuliyyətdən azad etmir. X2 Idarəsinin əməkdaşlarının funksiyası obyektlərdə aşkar edilən yanğın təhlükəsizliyi pozuntularını müəyyən etmək və həmin pozuntularla bağlı inzibati xəta haqqında protokol tərtib etməkdir. Protokolu tərtib edən əməkdaş yekun qərar qəbul edən şəxs deyil. Həmin obyekt uzun müddətdir fəaliyyət göstərdiyindən və əvvəllər də obyekt üzrə müvafiq yoxlamalar aparıldığından, yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar barədə obyektin məsul şəxslərinə məlumat verilmişdir. Bundan əvvəl də X2 Idarəsinin əməkdaşları tərəfindən həmin obyektlə bağlı tədbirlər görülmüş, aşkar edilmiş nöqsanlar barədə məlumat verilmiş və inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Buna baxmayaraq, müəyyən edilmiş nöqsanlar aradan qaldırılmamışdır. Digər obyektlərdə də oxşar nöqsanların mövcud olması şəxsin öz obyektində qanunvericiliyin tələblərinə əməl etməməsinə əsas vermir. Əvvəllər də həmin nöqsanların aradan qaldırılmasının zəruriliyi barədə məlumat verilməsinə baxmayaraq, bunun təmin edilməməsi məsələyə lazımi əhəmiyyət verilmədiyini göstərir. Bu səbəbdən birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarı düzgün və əsaslı hesab etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi X4 Fuad Mansur oğlunun bildirdiyi mövqe ilə razı olduğunu və əlavə izahatının olmadığını bildirdi. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən iş materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini apellyatorun şikayətinə münasibətdə qanuni və əsaslı sayıram. Iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidməti tərəfindən aparılmış plan üzrə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində müvafiq qaydada qeydə alınmış, yoxlamanın nəticəsi üzrə ## ###### 2026-cı il tarixli yanğın-texniki müayinə materialları tərtib edilmişdir. Həmin materiallarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus obyektdə elektrik təsərrüfatının müəyyən edilmiş tələblərə uyğun olmadığı və obyektin avtomatik yanğın xəbərdaredici siqnalizasiya sistemi ilə təmin edilmədiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi də inzibati xəta haqqında protokolu, yanğın-texniki müayinə aktını və işə əlavə edilmiş digər sənədləri məcmu halda qiymətləndirərək hüquqi şəxsin IXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə apellyasiya şikayətində aptekdə elektrik xəttinin qaydasınca çəkilməsi, yanğınsöndürmə balonlarının və yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici vasitələrin mövcud olması, habelə havalandırma və qısaqapanmanın qarşısını alan texniki vasitələrin quraşdırılması barədə irəli sürülmüş dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticəni şübhə altına alan hallar kimi qiymətləndirmir. Belə ki, inzibati xəta haqqında iş üzrə müəyyən edilmiş pozuntuların mahiyyəti aptekdə ümumiyyətlə yanğın təhlükəsizliyinə yönəlmiş heç bir vasitənin olmamasından deyil, konkret olaraq obyektin elektrik təsərrüfatının yanğın təhlükəsizliyi tələblərinə uyğun vəziyyətdə saxlanılmamasından və obyektin avtomatik yanğın xəbərdaredici siqnalizasiya sistemi ilə təmin edilməməsindən ibarətdir. Buna görə aptekdə yanğınsöndürmə balonunun, maarifləndirici materialların və digər ayrı-ayrı təhlükəsizlik vasitələrinin mövcud olması müəyyən edilmiş həmin konkret pozuntuları istisna etmir və inzibati xəta tərkibinin olmadığı nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə elektrik təsərrüfatı ilə bağlı apellyasiya baxışında irəli sürülmüş etirazı da əsaslı hesab etmir. Hüquqi şəxsin nümayəndəsi elektrik naqillərinin izolyasiyasının faktiki yoxlanılmadığını bildirsə də, bu dəlili təsdiq edən və iş materiallarında olan rəsmi yoxlama sənədlərində göstərilən halları təkzib edən hər hansı texniki rəy, mütəxəssis rəyi, akt və ya başqa mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki iş materiallarında olan yanğıntexniki müayinə sənədlərində obyektin elektrik təsərrüfatının YTQ 01-2001-in 6.1–6.10-cu bəndlərinin tələblərinə uyğun olmadığı konkret şəkildə göstərilmişdir. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, apellyasiya şikayətində hüquqi şəxsin nümayəndəsi aşkar edilmiş pozuntuların ümumiyyətlə mövcud olmadığını bildirsə də, apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatında müəyyən nöqsanların mövcudluğunu qəbul etmiş, xüsusilə avtomatik yanğın xəbərdaredici siqnalizasiya sisteminin quraşdırılması üçün əlavə müddət tələb olunduğunu bildirmiş və həmin sistemin gələcəkdə quraşdırılmasının təmin ediləcəyini qeyd etmişdir. Nümayəndə siqnalizasiya sisteminin quraşdırılması və müvafiq şəbəkəyə qoşulmasının təxminən bir ay–bir ay yarım vaxt tələb etdiyini bildirmişdir. Bu izahat apellyasiya şikayətində irəli sürülmüş “inzibati xəta hadisəsi və tərkibi mövcud deyil” mövqeyi ilə uzlaşmır və əksinə, yoxlama zamanı müəyyən edilmiş nöqsanlardan ən azı birinin faktiki mövcudluğunu təsdiq edən hal kimi qiymətləndirilməlidir. Avtomatik yanğın xəbərdaredici siqnalizasiya sisteminin həmin ünvanda mövcud olmaması və ya ətrafdakı digər kommersiya obyektlərinin də belə sistemə qoşulmaması barədə şikayətin dəlili də hüquqi şəxsi qanunvericiliklə müəyyən edilmiş yanğın təhlükəsizliyi tələblərinə əməl etmək vəzifəsindən azad etmir. Digər şəxslərin və ya obyektlərin eyni və ya oxşar tələblərə əməl edib-etməməsi hazırkı inzibati xəta işində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin üzərinə düşən hüquqi öhdəliyin olub-olmamasını aradan qaldıran hal sayıla bilməz. Eyni zamanda, obyektin icbari sığortasının mövcud olması da fərqli hüquqi öhdəliyin yerinə yetirilməsinə aid olmaqla, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının yerinə yetirilməsi öhdəliyini əvəz etmir. Buna görə həmin hala istinad IXM-in 518.1ci maddəsi ilə nəzərdə tutulan məsuliyyəti istisna edən əsas kimi qəbul edilə bilməz. Məhkəmə IXM-in 53-cü maddəsinə istinad edilməklə əməldə inzibati xəta hadisəsinin və tərkibinin olmadığı barədə şikayət dəlili ilə də razılaşmır. Iş üzrə icraata xitam verilməsi üçün inzibati xəta hadisəsinin və ya tərkibinin olmaması müəyyən edilməli olduğu halda, hazırkı işdə əksinə, qanunla müəyyən edilmiş qaydada aparılmış yoxlamanın materialları, inzibati xəta haqqında protokol, yanğın-texniki müayinə sənədləri və apellyasiya baxışı zamanı hüquqi şəxsin nümayəndəsinin verdiyi izahatlar obyekt üzrə yanğın təhlükəsizliyi tələblərinin pozulduğunu təsdiq edir. Bu səbəbdən IXM-in 53-cü maddəsində nəzərdə tutulan icraata xitam verilməsi əsaslarının mövcudluğu müəyyən edilmir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin nöqsanların aradan qaldırılması üçün daha uzun müddət tələb olunması barədə dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati cəriməni dərhal icra edilməli cərimə kimi deyil, IXM-in 116-cı maddəsində nəzərdə tutulmuş qaydada şərti olaraq tətbiq etmiş və hüquqpozmanın aradan qaldırılması üçün hüquqi şəxsə 20 gün müddət vermişdir. IXM-in 116.2-ci maddəsinə görə bu müddət bir ayadək, hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi nəzərə alındıqda isə bir aydan iki ayadək müəyyən edilə bilər. Beləliklə, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 20 günlük müddət qanunun yol verdiyi müddət çərçivəsindədir. Apellyasiya baxışı zamanı nümayəndənin siqnalizasiya sisteminin quraşdırılmasına bir ay və ya bir ay yarım vaxt tələb olunması barədə bildirdikləri isə özlüyündə birinci instansiya məhkəməsinin müəyyən etdiyi müddətin qanunsuz və ya əsassız olduğunu göstərmir. Iş materiallarında 20 gün ərzində hüquqpozmanın aradan qaldırılmasının obyektiv olaraq mümkün olmamasını təsdiq edən layihə sənədi, podratçı ilə müqavilə, texniki şərt, rəsmi müraciət, mütəxəssis rəyi və ya digər sübut təqdim edilməmişdir. Buna görə yalnız nümayəndənin əlavə vaxt tələb olunması barədə izahatı qərarın dəyişdirilməsi üçün kifayət edən əsas hesab edilə bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi tətbiq etdiyi tənbehin növünü və həddini müəyyən edərkən inzibati xətanın xarakterini və hüquqi şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, IXM-in 518.1-ci maddəsində hüquqi şəxslər üçün nəzərdə tutulmuş 350–500 manatlıq cərimənin aşağı həddi olan 350 manat cəriməni şərti olaraq tətbiq etmişdir. Şərti cərimənin hüquqi mahiyyəti də ondan ibarətdir ki, hüquqi şəxs məhkəmənin müəyyən etdiyi müddətdə hüquqpozmanı aradan qaldırdığı halda cərimə faktiki olaraq ödənilmir; hüquqpozma aradan qaldırılmadıqda isə qərarda nəzərdə tutulan cərimə icra edilir. Buna görə birinci instansiya məhkəməsinin tətbiq etdiyi tədbir hüquqi şəxsə aşkar edilmiş pozuntuları aradan qaldırmaq imkanı verməklə yanaşı, inzibati tənbehin preventiv məqsədinə də uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları düzgün müəyyən etmiş, sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası IXMin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə düzgün hüquqi nəticəyə gəlmiş və hüquqi şəxs barəsində qanunun tələblərinə uyğun tənbeh tədbiri tətbiq etmişdir. Apellyasiya şikayətində və apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halları və gəldiyi hüquqi nəticəni təkzib edən, qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola biləcək yeni və mötəbər sübutlar təqdim edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini şərtləndirən, o cümlədən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən normanın düzgün tətbiq edilməməsi və ya işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olan mühüm prosessual pozuntu müəyyən edilmir. IXM-in 135.1-ci maddəsində məhz bu xarakterli hallar qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsaslar sırasında nəzərdə tutulmuşdur. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. IXM-nin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. IXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edirəm ki, apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-588/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-588/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver