Məhkəmə qərarları › İş №3(3-8)-589/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-589/2026

15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-589/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” MMC-nin direktoru X2 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından “xxxx” MMC-nin direktoru X2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokolu tәrtib edәn orqan tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә IXM-nin Mәcәllәsinin 430.4-cü maddәsi ilә ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün aidiyyәti üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin (VÖEN:**********) IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk barәsindә inzibati xәtanın bilavasitә obyekti olmuş 28147.60 (iyirmi sәkkiz min yüz qırx yeddi dollar altmış sent) ABŞ dolları valyuta vәsaiti mәblәğinin iyirmi faizi miqdarında, yәni 5629.52 (beş min altı yüz iyirmi doqquz dollar әlli iki sent) ABŞ dolları mәblәğindә (ABŞ dollarının ödәniş gününә qüvvәdә olan Azәrbaycan manatına mәzәnnәsi ilә) cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir (Hakim: Elşad Əliyev). Qәrardan hüquqi şәxsin direktoru X2 apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn ##.##.2023-cü il tarixdә ZHEJIANG VOB TECHNOLOGY CO LTD-a 27711 usd, ##.##.2024-cü il tarixdә ZHEJIANG VOB TECHNOLOGY CO LTD-a 36729 usd mәblәğindә avans köçürmә edilmiş, hәmin avans köçürmәlәrin qarşılığında isә müvafiq mallar idxal edilmişdir. Idxal edilmiş mallar üzrә ##/##/2024-cü il tarixli 01241000362634 vә ##/##/2024-cü il tarixli ************** nömrәli idxal bәyannamәlәri tәrtib edilmişdir. Birinci instansiya mәhkәmәsi qәrar qәbul edәn zaman doğru qәrar qәbul etmәmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” MMC-nin direktoru X2 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk, bildirdi ki, gömrük bәyannamәsi Bakı Baş Gömrük Idarәsi ilә arxivlәşdirilir vә sәnәd xxxxya göndәrilir. xxxx tәsdiq etdikdәn sonra sәnәdlәri Mәrkәzi Banka göndәrir. xxxxda göndәrilmә zamanı gecikmә olmuş vә Mәrkәzi Bank mәhkәmәyә müraciәt etmişdir. Birinci instansiya mәhkәmәsindә iştirak etsәydi o zaman sәnәdlәri tәqdim edә bilәrdi. Odur ki, apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Inzibati xәta haqqında protokolu tәrtib edәn orqanın nümayәndәsi mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә nümayәndәnin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilәrәk iş üzrә icraata xitam verilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn 36729.00 ABŞ dolları mәblәğindә bank vasitәsilә ## #### 2024-cü il tarixindә avans olaraq ölkә xaricinә köçürülmüşdür. “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә rezident vә qeyri-rezidentlәrinin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәndinin tәlәblәrinә baxmayaraq ödәnişin aparıldığı gündәn 2 (iki) il müddәtindә 28147.60 ABŞ dolları mәblәğindә vәsait hesabına alınan mallar (xidmәt) ölkәyә idxal edilmәmiş vә ya hәmin mәblәğdә valyuta vәsaiti geri qaytarılmamışdır. Xәta ## #### 2026-cı il tarixdә hüquqi şәxsin hüquqi ünvanında, yәni ünvan 1 baş vermişdir. Iş materiallarına әlavә edilmiş “xxxx” ASC-nin Sumqayıt filialının ##.##.2026-cı il tarixli arayışından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin filialda olan cari USD hesabından ##.##.2024-cü il tarixdә etdiyi 36729 USD avans ödәniş ************** saylı YGB әsasında 28147.40 ABŞ dolları mәblәğindә vә ************** saylı YGB әsasında 8581.40 ABŞ dolları mәblәğindә bağlanmışdır. Iş materiallarına әlavә edilmiş Azәrbaycan Respublikası Mәrkәzi Bankının nümayәndәsi Nümayәndә ## ######## 2026-cı il tarixli әrizәsindәn görünür ki, ************** saylı bәyannamә ilә müvafiq malların idxalı tәsdiq edildiyindәn verilmiş apellyasiya şikayәtinin tәmin edilmәsinә etiraz edilmir. “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nda dәyişikliklәr edilmәsi barәdә Azәrbaycan Respublikası Mәrkәzi X1 ## ###### 2020-ci il tarixli **/* nömrәli Qәrarı ilә “Azәrbaycan Respublikasnın rezident vә qeyri - rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәnddә dәyişikliklәr edilәrәk, müvafiq sәnәdlәrin ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10.000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir kimi qeyd edilmişdir. Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsinә görә avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә mәsuliyyәt nәzәrdә tutulur. Apellyasiya mәhkәmәsi qeyd edir ki, iş materiallarından göründüyü kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn ## #### 2024-cü il tarixindә avans olaraq ölkә xaricinә köçürülmüş 36729.00 ABŞ dolları mәblәğindә vәsait hesabına alınan mallar ölkәyә idxal edilmişdir. Belә ki, iş materiallarına әlavә edilmiş “xxxx” ASC-nin Sumqayıt filialının arayışı vә Azәrbaycan Respublikası Mәrkәzi Bankının nümayәndәsinin әrizәsindәn dә göründüyü kimi hәmin mәblәğ müvafiq idxal gömrük bәyannamәlәri (01241000362634 vә 01241000397166) әsasında tam bağlanmışdır. Mәrkәzi Bank nümayәndәsi dә malların idxalının tәsdiq olunduğunu bildirәrәk apellyasiya şikayәtinin tәmin edilmәsinә etiraz etmәmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 53.1.2-ci maddәsinә әsasәn inzibati xәta tәrkibinin olmadığı halda inzibati xәta haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Qeyd olunanlara әsasәn, apellyasiya instansiya mәhkәmәsi belә nәticәyә gәlir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası IXMnin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata IXM-nin 53.1.2-ci maddәsinә әsasәn xitam verilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 105-105.1-ci maddәlәrindә göstәrilir ki, bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarır. Azәrbaycan Respublikası IXM-nin 134.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılan zaman bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarın lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 12.1, 53.1.2, 134.1.3, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata әmәlindә inzibati xәta tәrkibi olmadığından xitam verilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar