Məhkəmə qərarları › İş №3(3-8)-591/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-591/2026

17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-591/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “HAMİDOĞLU GROUP” MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 müdafiəçisi Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X7, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, “HAMİDOĞLU GROUP” MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “HAMİDOĞLU GROUP” MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaProtokolu tərtib edən orqan tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı, 2467182 və ******* nömrəli inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə əsasən “HAMİDOĞLU GROUP” MMC və həmin MMC-nin sabiq direktoru, həmin dövrdə direktoru olmuş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən X1 və X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Abşeron Rayon Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə “HAMİDOĞLU GROUP” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “HAMİDOĞLU GROUP” MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək Abşeron Rayon Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində şikayət edən şəxsin ilkin ərizəsi ilə tam şəkildə tanış edilməmiş, həmin şəxsin izahatı yoxdur. Şikayətçi sonradan özünün “102” xidmətinə etdiyi şikayətin yanlış olduğunu və şikayətini geri götürdüyünü bildirmişdir. Digər şəxslə bağlı isə onun kimliyi, onunla münasibəti və verdiyi məlumatların həqiqiliyi lazımi qaydada müəyyən edilməmişdir. Onun tərəfindən verilə biləcək izahat və etirazlar tam araşdırılmamışdır. İş üzrə bütün sübutlar məcmu halında və obyektiv şəkildə qiymətləndirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “HAMİDOĞLU GROUP” MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Abşeron Rayon Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında onlayn qaydada iştirak edən zərərçəkmiş şəxs X1 çıxış edərək o, “HAMİDOĞLU GROUP” MMC-də işləməmişdir. Atasına məxsus yük avtomobili ilə bir şirkət üçün qum, çınqıl daşımışdır. Daşıma haqqı barədə atası ilə həmin şirkət razılaşmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X7 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaProtokolu tərtib edən orqan “HAMİDOĞLU GROUP” MMC-yə və “HAMİDOĞLU GROUP” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ünvanlandığı məktubdan görünür ki, baş vermiş hadisə ilə bağl münasibət bildirilməsi və X1 və X2 aid sənədlərin X3 Xidmətinə təqdim edilməsi xahiş olunmuşdur. Sorğunun göndərilməsinə dair çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaProtokolu tərtib edən orqan məktubu “HAMİDOĞLU GROUP” MMC-nin və “HAMİDOĞLU GROUP” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 elektron kabinetinə göndərilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Xızı rayon prokurorluğunun müstəntiqi Amin Şəkərliyev X2 məxsus telefona zəng etmiş, zəng zamanı zərərçəkmiş şəxs bildirmişdir ki, şirkət rəhbəti barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ilə aralarında olan qeyri-rəsmi razılaşmaya əsasən sonuncunun Quba rayonundan gətirib Xızı rayonu Yaşma kəndinə daşınması üçün boşaltdığı dolğu materialı (qum, çinqıl, otsev) ona məxsus, lakin oğlu Əli Abdullayevin idarə etdiyi Hovo markalı yük maşınına yüklətdirilmiş və daşınma haqqı hər reysi 100 manat müqabilində 2025-ci ilin noyabr ayı ərzində 20 gün müddətinə oradan oğlu Əli Abdullayev həmin maşını idarə etməklə bir neçə dəfə daşıyaraq Xızı rayonu Yaşma kəndində yüksəklikdə yerləşən X6 gedən ümumi 3500 manat əmək haqqından hal-hazıra kimi ona heç nə ödənilməmişdir. Əli Abdullayevlə 20 gün müddətində iş görülməsinə dair şirkət rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsində də inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməsi qaydası təsbit olunmuşdur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 4-1-ci madəsinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili inztizam qaydalarına riayət edilməsinə, işə götürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 6-cı maddəsinin “d” bəndinə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə yuxarıda göstərdiyi halları və sadaladığı hüquq normalarına əsasən qeyd edir ki, bir hüquqa zidd hərəkət (hərəkətsizliyə) hüquqi qiymət verərkən zərər yetirdiyi münasibətləri düzgün müəyyən etməlidir. Bu münasibətlərin mahiyyətini, əhatə etdiyi şəxsləri və digər halları araşdırmadan hüquqa zidd hərəkəti (hərəkətsizliyi) qiymətləndirmək mümkün deyildir. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə məsuliyyətə cəlb etmək üçün ilk öncə tərəflər arasında əmək münasibətlərinin olub-olmamasını müəyyən etmək lazımdır. Yuxarıdakı hüquq normalarına əsaslanaraq işin hallarından açıq-aşkar görünür ki, tərəflər arasında əmək münasibətləri mövcud olmamışdır. Əksinə tərəflər arasında müəyyən hərəkətlər edilməsi, yəni öz yük avtomobili ilə (daha doğrusu atasına məxsus) şirkətə məxsus yükün daşınması və buna görə də müəyyən haqq ödənilməsi, yəni hər reysə 100 manat ödənilməsi barədə razılaşılmışdır. Bu cür münasibətlər podrat münasibətlərinin tərkib hissəsi olmaqla əmək münasibətlərinə aidiyyəti yoxdur. Bu cür münasibətlərdə isə əmək müqaviləsinin bağlanmasına zərurəti yoxdur və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tənzimlənmə predmetinin tərkib hissəsidir. Bu baxımdan məhkəmə hesab edir ki, səlahiyyətli dövlət orqanı tərəfindən inzibati xətaya dair qanunvericiliyin tələbini pozularaq hərəkəti (hərəkətsizliyi) düzgün şəkildə hüquqi dəyərləndirmə aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata xitam verilir. 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, “HAMİDOĞLU GROUP” MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “HAMİDOĞLU GROUP” MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. “HAMİDOĞLU GROUP” MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar