Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-593/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin nümayәndәsi X5 vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Şabran Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikasının Ekologiya vә tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn qәbul edilmiş MN seriyalı, ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә 3000 manat cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә Şabran Rayon Mәhkәmәsinә müraciәt edәrәk, inzibati tәnbeh vermә haqqına qәrarın lәğv edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, qәbul olunmuş qәrar ilә razı deyil. "Sizin market" 2019cu il tarixlәrdә tikilәn zaman zibillik orada mövcud olmuşdur, ümumiyyәtlә mağaza tullantıların olduğu әrazidә tikilmişdir. Hәmin әraziyә yaxınlıqda yaşayan bina sakinlәri tәrәfindәn tullantılar atılır. Dәfәlәrlә hәmin tullntıların oradan yığışdırılması üçün Mәnzil Kommunal idarәsinә müraciәt olunsa da, hәmin tullantılar oradan yığışdırılmamışdır. Ümumiyyәtlә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr idarәsinin rәisi Rәhmanov İkram Sәrdar oğlunun ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarı ilә İnzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsinin tәlәblәri ilә ziddiyyәt var. Belә ki, İnzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsinә әsasәn, şәhәr vә digәr yaşayış mәntәqәlәri, meşә-park, kurort, müalicә-sağlamlıq, turizm vә rekreasiya zonalarının әrazisindә, su mәnbәlәrinin vә mineral bulaqların sanitar mühafizә zonalarında, çatlı süxurların vә sulu tәbәqәlәrin sәthә çıxdığı yerlәrdә, yaxud içmәli su tәchizatı vә tәsәrrüfat-mәişәt ehtiyacları üçün istifadә olunan yeraltı su obyektlәrinin sututar sahәlәrindә vә ya faydalı qazıntı yataqlarının olduğu yerlәrin çirklәnmәsinә, yaxud yeraltı işlәrin aparılmasına tәhlükә yarandığı hallarda faydalı qazıntı laylarının olduğu vә yeraltı işlәrin aparıldığı yerlәrdә tullantıların basdırılmasına görә-fiztki şәxslәr yeddi yüz manatdan min manatadәk mәblәğdә, vәzifәli şәxslәr üç min manatdan dörd min manatadәk mәblәğdә, hüquqi şәxslәr sәkkiz min beş yüz manatdan on min manatadәk mәblәğdә cәrimә edilir. İnzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsindә tullantıların qalaqlanması vә yandırılması hәr hansı inzibati mәsuliyyәt yaratmır, yalnız hәmin tullantıların basdırılması İnzibati Xәtalar Mәcәllәsinin 266.1-cı maddәsin tәlәblәrin pozulması kimi müәyyәn edildiyi halda hesab edir ki, İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsinin tәlәblәrinә әsasәn Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin rәisi Rәhmanov İkram Sәrdar oğlunun ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tәnbeh vermә haqqında Qәrarı lәğv edilmәsi üçün әsasdır. Şabran Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı (hakim Ə.Əhmәdova) ilә Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә toplanmış materialın yenidәn baxılması üçün Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәtin tәmin edilmәmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar qәbul edilәrkәn işin obyektiv hәlli üçün mühüm әhәmiyyәt kәsb edәrt halları araşdırılmamış nәticәdә maddi vә prossesual hüquq normaları pozulmuşdur. Mәhkәmә ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi, inzibati xәta haqqında işә yenidәn baxılması üçün * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinә göndәrilmәsi barәdә qәrarını vәzifәli şәxs kimi Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn tullantıların әraziyә atılması vә әrazinin çirklәnmәsini tәsdiq edәn hәr hansı bir mötәbәr sübut işә әlavә olunmaması vә s. hallarla әsaslandırmışdır. Mәhkәmә әsassız olaraq ##.##.2026-cı .il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi, inzibati xәta haqqında işә yenidәn baxılması üçün * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr idarәsinә göndәrilmәsi barәdә qәrar qәbul etmişdir. Belә ki, işin faktiki halı ondan ibarәtdir ki, Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin әmәkdaşları tәrәfindәn xidmәti әrazidә aparılan nәzarәt tәdbirlәri zamanı Şabran şәhәrinin X3 küçәsi әrazisindә yerlәşәn "Sizin market" adlı obyektdә formalaşan tullantıların qanunsuz qalaqlanması vә yandırılması nәticәsindә әrazinin vә atmosfer havasının çirklәnmәsi faktı müәyyәn olunmuşdur. Faktla bağlı ##.##.2026-cı il tarixli, MN ******* nömrәli “İnzibati xәta haqqında” protokoldan tәrtib edilmişdir. Mağazanın nümayәndәsi Qәrardan şikayәt verәn orqan (şәxs) yazılı izahat verәrәk tullantı qalıqlarının yaxın müddәt әrzindә tәmizlәnmәsini vә qeyd edilәn nöqsanların tezliklә aradan qaldırılacağını bildirmiş, izahatında qeyd olunanlarla inzibati xәta hadisәsini birbaşa olaraq etiraf etmişdir. Mәhkәmә qeyd olunanlar nәzәrә almadan, Qәrardan şikayәt verәn orqan (şәxs) formal mülahizәlәrlә әsaslandırılmış şikayәtini qismәn tәmin edәrәk * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi, inzibati xәta haqqında işә yenidәn baxılması üçün * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinә göndәrilmәsi barәdә әsassız qәrar qәbul etmişdir. Qeyd olunanlar Şabran rayon Mәhkәmәsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** saylı qәrarının әsassız vә qanunsuz olmasının birbaşa sübutur. Mәhkәmә inzibati xәta haqqında protokolun tәrtib olunmasına әsas olan sübutları nәzәrә almamış, inzibati xәtanın baş verdiyi әraziyә baxış keçirmәmişdir. Mәhkәmә işin obyektiv, hәrtәrәfli araşdırılması üçün iş üzrә olan sübutları nәzәrә almamışdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçılarıının izahatını dinlәyәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İnzibati xәta hadisәsini әks etdirәn fotoşәkillәrdәn görünür ki, Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin әmәkdaşları tәrәfindәn Şabran şәhәrinin X3 küçәsi әrazisindә yerlәşәn “Sizin market” – adlı obyektin yanında tullantılarının qanunsuz olaraq qalaqlanması aşkar edilmişdir. ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xәta haqqında protokoldan görünür ki, Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin әmәkdaşları tәrәfindәn ##.##.2026-cı il tarixdә, Şabran şәhәrinin X3 küçәsi әrazisindә yerlәşәn “Sizin market” – adlı obyektin yanında tullantılarının qanunsuz olaraq qalaqlanması vә yandırılması faktı aşkar edildiyi üçün Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 266.1 vә 234.0.5-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsinә dair protokol tәrtib edilmişdir. “Tullantılar haqqında” Azәrbaycan Respublikası Qanununa әsasәn 1-ci maddәsindә göstәrilmişdir ki, mәişәt tullantıları (bәrk mәişәt tullantıları) dedikdә әhalinin hәyat fәaliyyәti nәticәsindә yaşayış yerlәrindә әmәlә gәlәn әşyalar, maddәlәr vә materiallar, tullantıların zәrәrsizlәşdirilmәsi dedikdә isә әtraf mühitә vә insanın sağlamlığına tәsirini azaltmaq mәqsәdilә tullantıların xüsusi qurğularda emalı (o cümlәdәn yandırılması) vә ya basdırılması anlaşılır. Hәmin Qanunun 11-ci maddәsinә görә Şәhәr vә digәr yaşayış mәntәqәlәri, meşә-park, kurort, müalicә-sağlamlıq, turizm vә rekreasiya zonalarının әrazisindә, su mәnbәlәrinin vә mineral bulaqların sanitar mühafizә zonalarında, çatlı süxurların vә sulu tәbәqәlәrin sәthә çıxdığı yerlәrdә, habelә içmәli su tәchizatı vә tәsәrrüfat-mәişәt ehtiyacları üçün istifadә olunan yeraltı su obyektlәrinin sututar sahәlәrindә, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlәrin çirklәnmәsinә vә yeraltı işlәrin aparılmasına tәhlükә yarandığı hallarda faydalı qazıntı laylarının olduğu vә yeraltı işlәrin aparıldığı yerlәrdә tullantıların basdırılması qadağandır Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 2-ci maddәsinә görә Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinin vәzifәlәri insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını, onların sağlamlığını, әhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mәnәviyyatı, mülkiyyәti, şәxslәrin iqtisadi maraqlarını, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, idarәçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkәmlәndirmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsinә görә şәhәr vә digәr yaşayış mәntәqәlәri, meşә-park, kurort, müalicә-sağlamlıq, turizm vә rekreasiya zonalarının әrazisindә, su mәnbәlәrinin vә mineral bulaqların sanitar mühafizә zonalarında, çatlı süxurların vә sulu tәbәqәlәrin sәthә çıxdığı yerlәrdә, yaxud içmәli su tәchizatı vә tәsәrrüfat-mәişәt ehtiyacları üçün istifadә olunan yeraltı su obyektlәrinin sututar sahәlәrindә vә ya faydalı qazıntı yataqlarının olduğu yerlәrin çirklәnmәsinә, yaxud yeraltı işlәrin aparılmasına tәhlükә yarandığı hallarda faydalı qazıntı laylarının olduğu vә yeraltı işlәrin aparıldığı yerlәrdә tullantıların basdırılması inzibati mәsuliyyәt yaradır. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, X1 Azәrbaycan Respublikası İХM-nin 266.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәklә tәqsirli bilinmәsinә dair qәrar qәbul edilmişdir. İnzibati mәsuliyyәt üçün müәyyәn edilmiş faktiki әmәl ilә tәtbiq edilәn hüquq normasının dispozisiyası arasında tam uyğunluq olmalıdır. İstinad olunan maddi hüquq normasına görә mәsuliyyәtin yaranmasından ötrü maddәdә istinad olunan yerlәrin çirklәndirilmәsi yaxud da yeraltı işlәrin aparılmasına tәhlükә yarandığı hallarda faydalı qazıntı laylarının olduğu vә yeraltı işlәrin aparıldığı yerlәrdә tullantılar basdırılmalıdır. Qanunverici “çirklәndirmә” - ni ayrıca hüquqazidd әmәl kimi müәyyәn etmiş vә onun tәtbiq dairәsini konkret olaraq normada sadalanan әrazilәrlә mәhdudlaşdırmışdır. “Çirklәndirmә” anlayışının tәtbiqi baxımından da yalnız tullantıların әrazidә fiziki olaraq yerlәşmәsi ilә hәmin әrazinin çirklәndirilmәsi arasında avtomatik eynilik müәyyәn edilә bilmәz. Çirklәndirmә әtraf mühitin, torpağın, suyun vә ya digәr mühafizә olunan ekoloji obyektin müәyyәn tullantı vә ya digәr zәrәrli tәsir nәticәsindә öz tәbii vә ya normativ vәziyyәtinin pislәşmәsinә sәbәb olan hüquqazidd tәsiri ifadә edir. “Tullantıların basdırılması” isә ayrıca әmәl olmaqla, onun da tәtbiqi üçün qanunda göstәrilәn xüsusi mәkan vә tәhlükә şәrtlәrinin mövcudluğu tәlәb olunur. İstinad edilәn maddәni tәtbiq etmәklә inzibati mәsuliyyәtin müәyyәn edilmәsindәn ötrü ilk növbәdә şәxsin hansı konkret hәrәkәti törәtdiyi müәyyәn edilmәli, daha sonra hәmin hәrәkәtin maddәnin dispozisiyasında tәsvir olunan әmәl ilә eynilik tәşkil edib-etmәdiyi vә normada nәzәrdә tutulmuş mәkan vә digәr şәrtlәrin mövcud olub-olmadığı araşdırılmalıdır. Hazırkı iş üzrә isә inzibati tәnbeh vermә haqqında qәrarda Qәrardan şikayәt verәn orqan (şәxs) Şabran şәhәrinin X3 küçәsindә yerlәşәn “Sizin market” adlı obyektin yanında tullantıları “qanunsuz olaraq qalaqlaması vә yandırması” göstәrilmişdir. Bu isә o qәnaәti formalaşdırır ki, Qәrardan şikayәt verәn orqan (şәxs) әmәli ilә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta arasında zәruri hüquqi uyğunluq müәyyәn edilmәmişdir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi Qәrardan şikayәt verәn orqan (şәxs) әmәli ilә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta arasında zәruri hüquqi uyğunluq müәyyәn edilmәdiyindәn, inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәklә әlavә araşdırılma aparılması barәdә inzibati orqana qaytarılmalı barәdә gәldiyi nәticәni qanuni vә әsaslı hesab edir. Qәrardan şikayәt verәn orqan (şәxs) tullantıları hәmin әraziyә atması faktını istisna edilmir, lakin bu faktın Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsindә nәzәrdә tutulmuş çirklәndirmә vә ya tullantıların basdırılması әmәlini tәşkil etdiyi dә sübuta yetirilmir. Başqa sözlә, mübahisә tullantıların atılması faktının deyil, hәmin faktın Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddә ilә hüquqi tövsifinin düzgünlüyü ilә bağlıdır. Bununla yanaşı, şәxsin әmәlindә müәyyәn edilmiş faktiki hallara hansı hüquqi qiymәtin verilmәli olduğu, o cümlәdәn әmәlin digәr maddәnin tәrkibinә uyğunluğu sәlahiyyәtli orqan tәrәfindәn araşdırılmalıdır. Hәmçinin iş üzrә keçirilmiş baxışın qanuniliyini, hәmin baxış zamanı әldә edilmiş fotoşәkillәrin sübut kimi qәbul edilmәsinin mümkünlüyünü vә sahibkarlıq sahәsindә aparılmış yoxlamaların qanunvericiliyin tәlәblәrinә uyğun olub-olmaması da araşdırılmalı olan hallardandır. Belә ki, iş materiallarından vә qәrardan şikayәt verilәn orqanın nümayәndәsinin verdiyi izahatdan müәyyәn olunur ki, Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin әmәkdaşları ##.##.2026-cı il tarixdә Qәrardan şikayәt verәn orqan (şәxs) sahibkarlıq fәaliyyәti hәyata keçirdiyi “Sizin market” adlı obyektә vә onun әtrafındakı әraziyә baxış keçirmiş, baxış zamanı fotoşәkillәr çәkmiş vә mәhz hәmin baxışın nәticәlәri әsasında inzibati xәta haqqında protokol tәrtib edilmiş, sonradan isә inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmişdir. Lakin iş üzrә müәyyәn edilmişdir ki, hәmin yoxlama barәdә mәlumat sahibkarlıq sahәsindә aparılan yoxlamaların vahid mәlumat reyestrinә daxil edilmәmişdir. Bu hal qәrardan şikayәt verilәn orqanın nümayәndәsi tәrәfindәn dә mәhkәmә iclasında tәsdiq edilmişdir. İş üzrә sahibkarlıq subyektindә faktiki yoxlama aparıldığı halda hәmin yoxlamanın vahid mәlumat reyestrindә qeydiyyata alınmaması, habelә yoxlamaların dayandırılması ilә bağlı qanunvericiliyin tәlәblәrinә әmәl edilib-edilmәmәsinin lazımi qaydada araşdırılmaması işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına mane olan mühüm prosessual pozuntu tәşkil edir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati orqan tәrәfindәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsi ilә müәyyәn edilmiş tәlәblәri işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneçilik törәdәcәk dәrәcәdә pozulduğundan, inzibati xәta üzrә icraat aparılan şәxsin әmәlindә inzibati xәtanın olub-olmaması qәnaәtinә gәlinmәsi mümkün olmadığından, birinci instansiya mәhkәmәsi haqlı olaraq inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәklә inzibati orqana qaytarılmalı olması qәnaәtinә gәlmişdir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati xәta üzrә gәldiyi nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәtinin dәlillәri gәlinәn nәticәnin lәğvi üçün әsas olmadığından tәmin edilmәmәli, Şabran Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Şabran Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-593/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-593/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver