Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-594/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi ilә, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, Zәrәrçәkmiş şәxs (tәlәbkar) Zәrәrçәkmiş şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şәhәri üzrә Icra idarәsinin icra mәmuru X1 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası IXM-in 528.1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunaraq baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının IXM-nin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 500 (beş yüz) manat mәblәğindә cәrimә edilmişdir (hakim X2). Qәrardan zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs apellyasiya şikayәti verәrәk qәrarın Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәtbiq edilmiş tәnbeh növü hissәsindә dәyişdirilәrәk ona IXM-nin 258.1-ci maddәsinin sanksiyası çәrçivәsindә hәbs növündә tәnbeh tәdbirinin tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün hüquqi qiymətləndirərək onu təqsirli bilsə də, ona tətbiq etdiyi tənbeh növünü, yəni cərimə tənbehini düzgün seçməmiş, işin faktiki hallarını, borclunun şəxsiyyətini və Inzibati Xətalar Məcəlləsinin tənbehin təyin edilməsi məqsədləri barədə tələblərini lazımi qaydada nəzərə almamışdır. Qərarı əsassız hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə 5025 manat məbləğində borcu olmuş, o, uzun müddət ərzində bu borcu könüllü ödəməmiş, nəticədə icra məmuru tərəfindən ona qarşı inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas yaranmışdır. Hazırda da borclunun 4625 manat borcu qalmaqdadır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nə əmlakı, nə də rəsmi iş yeri vardır, bu səbəbdən borcun tutulması mümkün olmamışdır. Bununla belə, borclu bir tərəf olaraq onunla dəfələrlə avlıq ödəniş barədə razılığa gəlmiş, lakin öz üzərinə götürdüyü öhdəlikləri hər dəfə və sistematik şəkildə pozaraq, razılaşdırılmış məbləğləri vaxtında və tam ödəməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2024-cü il tarixində törətdiyi dəhşətli və faciəvi avtoqəza hadisəsi ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisi qismində məhz onun şikayət etmədiyinə görə məhkəmə tərəfindən ona yüngül cəza təyin edilmiş, habelə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyə qərar verilmiş, bundan çox keçməmiş isə amnistiyaya düşərək müddətindən əvvəl azad edilmişdir. Bununla belə, cinayət məsuliyyətindən azad edildikdən sonra da o, maddi öhdəliklərini yerinə yetirməkdən yenidən yayınmış, ötən müddət ərzində 5025 manat məbləğində borcundan cəmi 400 manat ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərəzli olaraq icra sənədi üzrə öhdəliklərindən yayınan, verdiyi vədlərə əməl etməyən şəxsdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nə əmlakı, nə sabit gəliri, nə də rəsmi iş yeri olmadığı, üstəlik məhkumluğu səbəbindən işlə təmin oluna bilmədiyi məhkəmə iclasında bilavasitə onun özü tərəfindən də təsdiq edilmişdir. Nəzərə alınsa ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oälunun nə əmlakı, nə də rəsmi gəlir mənbəvi vardır, ona tətbiq edilmiş 500 manat məbləğində cərimənin real şəkildə icra olunacağına, dolayısı ilə isə icra sənədi üzrə xeyrinə olan borcun ödənilməsinə heç bir təsirinin olmayacağı açıq-aydındır. Belə vəziyyətdə cərimə tənbehinin tətbiqi nə tərbiyəvi, nə də profilaktik məqsədə xidmət edir, əksinə, borclunun icra sənədindən yayınma təcrübəsini davam etdirməsinə şərait yaradır. Borclunun əmlakının və rəsmi gəlirinin olmaması, öhdəliklərini sistemli şəkildə pozması, vurduğu ziyana görə əvvəllər məhkum olunması və bununla belə hazırkı borcu ödəməkdən yenə yayınması — onun şəxsiyyətini və hərəkətlərinin xarakterini kifayət qədər ağır göstərən hallardır və bunlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu baxımdan hesab edir ki, işin bütün halları nəzərə alınmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiyanın tərkibində olan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Çünki yalnız bu cür tənbeh borclunu icra sənədi üzrə öhdəliyini yerinə yetirməyə həqiqətən sövq edə və qanunun məqsədinə — icra sənədinin icrasının təmin olunmasına xidmət edə bilər. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn zәrәrçәkmiş şәxs (tәlәbkar) Zәrәrçәkmiş şәxs apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs bildirdi ki, avtoqәza hadisәsi baş vermiş, ziyanın ödәnilmәsi barәdә müqavilә imzalamışlar. 10000 manat ödәniş etmiş, 5000 manat ödәnişi isә 6 ay әrzindә ödәyәcәyini bildirmişdir. Hәbs edilmiş, 2 ay cәzaçәkmә müәssisәsindә olduqdan sonra barәsindә amnistiya aktı tәtbiq olunmuşdur. Azad olunduqdan sonra Mәşğulluq idarәsinә yaxınlaşmış vә ona mәhkumluğunun olmasını bildirmişlәr. Borcunub olduğunu qәbul edir, lakin ödәmәk imkanı yoxdur. May ayında işlәyәn zaman 300 manat poçt vasitәsi ilә ödәniş etmişdir. Nardaran “Seabreeze”-dә 2 ay işlәmiş, lakin pulunu ala bilmәdiyindәn, mәcbur işdәn çıxmışdır. Digәr iş yerindә 220 manat maaş almış, 100 manatını zәrәrçәkәnә ödәmişdir. Apellyasiya şikayәti verildikdәn sonra da ödәniş etmişdir. Zәrәrçәkmiş şәxs ondan pulu tam tәlәb edir, lakin hissә-hissә ödәniş edә bilәr. Əgәr hәbs edilәrsә yenә ödәniş edә bilmәyәcәkdir. Işlәsә borcu ödәyәcәkdir. Qeyd olunanlara әsasәn qәrarın qüvvәdә qalmasını xahiş etmişdir. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq Sumqayıt şәhәri üzrә Icra idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә işә onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Sumqayıt şәhәri üzrә Icra idarәsinin icra mәmuru X1 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası IXM-in 528.1-ci maddәsi ilә tәrtib edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Sumqayıt şәhәr * saylı notariat ofisinin *İ-**** nömrәli icra sәnәdi borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn üzrsüz sәbәbdәn icra edilmir. Sumqayıt şәhәr * saylı notariat ofisinin *İ-**** nömrәli icra qeydinә әsasәn Zәrәrçәkmiş şәxs xeyrinә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci il tarixi müddәt üçün vaxtında ödәnilmәmiş 5000 manat, tәlәbkar Zәrәrçәkmiş şәxs tәrәfindәn ödәnilmiş 25 manat mәblәğindә dövlәt rüsumu olmaqla, cәmi 5025 manat pul tutulmalıdır. Icraata başlamaq haqqında ##.##.2026-cı il tarixli qәrardan görünür ki, Sumqayıt şәhәr * saylı notariat ofisinin *İ-**** nömrәli icra sәnәdi üzrә icraata başlanılmışdır. Tәlәbin könüllü icrası haqqında bildirişdәn görünür ki, icra sәnәdi üzrә tәlәbin könüllü icrası üçün 5 gün müddәt verilmiş, bildiriş Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә tәqdim edilmişdir. Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra mәmurunun qanuni tәlәbini yerinә yetirmәmәsi sübut olunduğundan Sumqayıt Şәhәr Mәhkәmәsinin onun әmәlindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi olmasına dair gәldiyi nәticә qanuni vә әsaslıdır. Birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә - fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Zәrәrçәkmiş şәxsin apellyasiya şikayәtindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәtbiq edilmiş inzibati tәnbehin növü mübahisәlәndirilir. Birinci instansiya mәhkәmәsi tәnbeh tәtbiq edәrkәn işin hallarını vә inzibati xәtanın xarakterini, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şәxsiyyәtini, tәqsirinin dәrәcәsini, mәsuliyyәtini yüngüllәşdirәn halı, mәsuliyyәtini ağırlaşdıran halların olmamasını, icra sәnәdi üzrә borc mәblәğinin hәcmini nәzәrә alaraq hesab etmişdir ki, onun barәsindә IXMnin 528.1-ci maddәsinin sanksiyasında nәzәrdә tutulmuş inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmәsi mәqsәdәuyğundur. Bu növ tәnbehin tәtbiqi tәnbeh tәtbiq edilmәsinin mәqsәdlәrini tәmin edә bilәr. Mәhkәmә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 32-ci maddәsinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs borcundan qismәn ödәniş etmәsini mәsuliyyәtini yüngüllәşdirәn hal kimi nәzәrә almış, onun mәsuliyyәtini ağırlaşdıran hallar müәyyәn olunmamışdır. Apellyasiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk qeyd edir ki, IXM-nin 528.1-ci maddәsinin sanksiyası alternativ xarakterli olub, hәm cәrimә, hәm dә inzibati hәbs tәnbeh növlәrini nәzәrdә tutur. Mәhkәmә tәnbeh növünü seçәrkәn qanunvericiliyin qanunçuluq, әdalәtlilik vә humanizm prinsiplәrini, elәcә dә şәxsin әmlak vәziyyәtini әsas götürmәlidir. Borclunun işlәmәmәsi vә daimi gәlir mәnbәyinin olmaması onu inzibati mәsuliyyәtdәn azad etmәsә dә, tәtbiq edilәn tәnbehin әsas mәqsәdi cәzalandırmaq deyil, icra sәnәdinin icrasına nail olmaqdır. Borclunun qismәn dә olsa ödәnişlәr etmәsi, maddi vәziyyәtinin çәtinliyi vә hәbs növündә tәnbeh tәdbirinin onun borcu ödәmәk imkanını daha da mәhdudlaşdıracağı nәzәrә alınmaqla, birinci instansiya mәhkәmәsinin tәyin etdiyi 500 manat mәblәğindә cәrimә növündә tәnbeh tәdbiri qanuni vә әsaslı olmaqla yanaşı, hәm dә әdalәtlidir. Azәrbaycan Respublikası IXM-nin: 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. 31.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Belәliklә, apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, zәrәrçәkmiş şәxsin apellyasiya şikayәti tәmin edilmәmәli Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ : Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-594/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-594/2026
15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver